"Bu sözümə görə azərbaycanlılar inciməsin" Şevçenko

Müsahibələr 16:05 31.05.2018

Eurasia Diary Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenkonun APA-aya müsahibəsini təqdim edir:

- Siz daim Azərbaycanın haqlı mövqeyini müdafiə edirsiniz. Təəssüf ki, Rusiyada sizin kimi jurnalistlər çox azdır...

- Mən Azərbaycanın yox, Azərbaycan xalqının mənafeyini müdafiə edirəm. Xalqınızın qədim tarixi və mədəniyyəti haqqında mənə böyük alim və filosof, üzərində dayandığımız Almatı torpağında uyuyan dostum Heydər Camal məlumat verib, azərbaycanlıları mənə daha yaxından tanıtdırıb. Heydər Camal Azərbaycan xalqının əsl vətənpərvər və savaşçı oğlu idi.

- Ermənistanda baş verən hakimiyyət dəyişikliyini necə qiymətləndirirsiniz?

- Təbii ki, bu, çevriliş idi və ilk növbədə bunun sosial səbəbləri vardı. Ermənistanda məhdud hakim təbəqədən fərqli olaraq, xalq ehtiyacın son həddində yaşayır. Ermənistan çox kasıb ölkə olduğu üçün sosial narazılıqlar üçün kifayət qədər əsas vardı. Mənə aydındır ki, bunun arxasında xarici qüvvələr dururdu və bu hadisə Rusiyaya qarşı yox, İrana qarşı yönəlmişdi. Çünki İrana qarşı qlobal müharibə hazırlıqları getdikcə müasir dünyanın reallıqlarından birinə çevrilir. Təxminən 100 milyon nəfərə yaxın əhalisi olan, sanksiyalara rəğmən güclü iqtisadiyyata malik qədim və nəhəng ölkəyə hücum planı Qərbi ciddi hazırlıqlar görməyə məcbur edir. Nəzərə almırlar ki, bütün iranlılar - həm farsdillilər, həm də türkdillilər vətənpərvər insanlardır. Ermənistan isə İran ətrafındakı həlqədə yeganə ölkə idi ki, onun sərhədlərinə Qərbin, ABŞ və İsrailin xüsusi xidmət orqanları tərəfindən nəzarət olunmurdu - bu sözümə görə azərbaycanlılar məndən inciməsin. Məncə, bundan sonra əvvəlki kimi olmayacaq və Ermənistanın İranla sərhədinə ciddi nəzarət olunacaq. Paşinyanın arxasında dayanan Amerikanın Erməni Assosiasiyası və nüfuzlu lobbi strukturu İsraillə çox sıx əməkdaşlıq edir.

- Siz iddia edirsiniz ki, Ermənistandakı çevrilişin arxasında ABŞ və İsrail dayanıb?

- Mən iddia etmirəm, mənim buna, ümumiyyətlə, şübhəm yoxdur.

- Kənardan belə göründü ki, Rusiya Ermənistanda baş verən hakimiyyət dəyişikliyi prosesinə qarışmadı. Doğrudanmı belə idi? Əgər belə idisə, bunun səbəbi nə idi?

- Rusiya lobbiçiləri Ermənistanda, sadəcə, məğlubiyyətə uğradılar. Onlar əvvəlcə Karapetyan-Vardanyan-Abramyan kimi milyarderlər üçlüyünə "stavka" etdilər. Bu üçlük Moskvanı inandırırdı ki, Ermənistanda hər şey onların nəzarətindədir. Məsələ ondadır ki, Sovet Ermənistanı erməniçiliyin kiçik bir hissəsidir. Erməniçilik mikroskopik Ermənistandan dəfələrlə böyük şeydir. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından bir neçə dəfə çoxdur. Təsəvvür edin, təkcə Krasnodar diyarında yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Onların hamısı, o cümlədən Azərbaycan ermənilərinin çoxu qaçqın adı ilə bizə pənah gətiriblər. Bundan başqa, Fransa erməniləri, Amerika erməniləri, Kilikiya erməniləri, vaxtilə Qarabağda döyüşən Livan erməniləri də var ki, onlar çox ciddi qüvvələrdir. Bu səbəbdən biz Ermənistanda hər şeyin nəzarət altında olduğu barədə Putinə yalan məlumatlar verən bəzi lobbiçi qrupların məğlubiyyətindən danışmalıyıq. Məlum oldu ki, xalqın etirazlarının qarşısını almaq üçün milyardlar yetərli deyil. Ümid edirəm ki, Moskvada Karapetyan-Vardanyan-Abramyan üçlüyünün reytinqi ciddi şəkildə düşüb.

- Son 20 ildə ilk dəfə olaraq Ermənistanda hakimiyyət Robert Köçəryan və Serj Sərkisyan kimi qiyamçı Azərbaycan vətəndaşlarının, Qarabağ qruplaşmasının inhisarından çıxdı və hakimiyyətə yerli ermənilər gəldilər. Sizcə, bu amil Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir edə bilərmi?

- Xatırlatmaq istəyirəm ki, Paşinyanı Qarabağın müstəqilliyinin tanınmasını və ya Ermənistana birləşdirilməsini tələb edən Daşnaksütun Partiyası və digər radikal qüvvələr dəstəklədilər. Ona görə də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında 1990-cı illərin qanlı hadisələrinin təkrarlanması ehtimalı kəskin şəkildə artır. Çünki Paşinyan ciddi şəkildə Qarabağ məsələsinə "stavka" etdi, Sərkisyanı və komandasını Qarabağ məsələsinin həllini tormozlamaqda ittiham etdi. Nəticədə Ermənistanda millətçilik və hərbi əhval-ruhiyyə yenidən alovlandı. Bu baxımdan onların Stepanakertdə (Xankəndidə - red.) bəzi təxribatçı tədbirlər keçirməsi təsadüfi deyildi. Ona görə də Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma ehtimalını yüksək qiymətləndirirəm.

- Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2016-cı ilin aprel hadisələrinin təkrarlanmaması üçün hansı addımların atılmasını zəruri sayırsınız?

- Hesab edirəm ki, 2016-cı ilin aprel hadisələri zamanı hər ölkə öz məsələsini həll edirdi. Azərbaycanlılar müzəffər hərbi hücumlar həyata keçirməyə qadir olduqlarını göstərdilər, ermənilər əhalini səfərbər etdilər, Rusiya isə özünü sülhməramlı kimi təqdim etməyə çalışdı. İndi isə vəziyyət başqadır, müharibə ehtimalı yüksəkdir. Ehtimal hələ yüz faiz müharibənin olacağı demək deyil, amma təhlükəlidir. Gəlin bir anlıq təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən alovlanıb. Bu, regionda situasiyanın tamamilə dəyişməsi demək olacaq, Rusiya-Türkiyə ittifaqını darmadağın edəcək. Çünki müharibə başlayacağı təqdirdə, Türkiyə təbii ki, qardaş Azərbaycanın yanında olacaq və istisna olunmur ki, bu müharibəyə qoşulacaq. Rusiyanın isə kimin yanında olacağı bəllidir. Ona görə də bu müharibə heç kimə lazım deyil. Düşünürəm ki, Rusiya da, Türkiyə də müharibənin baş verməməsi üçün əlindən gələni edəcək, həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışacaq. Bir məsələni də qeyd etmək istərdim. Erməni millətçiliyi çox təhlükəli və radikal bir şeydir. Ermənistanda dəyişməz mövqeli qruplar çoxdur. Onlar indiyədək baş vermiş bu qədər tarixi hadisələrə baxmayaraq, heç bir dialoqa qadir deyillər. Qadir olduqları yeganə şey erməni xalqının qarşısına qoyduqları hansısa utopik irqi və ya etnik "vəzifələr"dir. Ümid etmək istəyirəm ki, bu qruplar sıxışdırılıb ikinci plana keçiriləcək.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı