"Çaya su qatırlar, ona görə çayxanada çay içmirəm" Arif Quliyevlə maraqlı söhbət

Müsahibələr 17:06 31.05.2018

Beynəlxalq Avrasiya Mətbuat Fondunun bügünkü qonağı xalq artisti Arif Quliyev oldu. Məlumat üçün bildirim ki, Azərbaycan Televiziyasına (AzTv) çəkilişlərə gələn aktyor ara-sıra yolunu BAMF-dan salır. Onunla ofisimizin yaxınlığında görüşdük. Elə fürsətdən istifadə edib BAMF-ın ofisinə çatana kimi maraqlı söhbət də etdik. Efirlərdə az göründüyü üçün ilk sualım da bununla bağlı oldu.

Arif müəllim çoxdandır efirlərdə görünmürsüz. Dəvət etmirlər, yoxsa?

Efirlərə arada dəvət edəndə  gedirəm. Bilirsiz, indi yumoristik verilişlər yoxdur. Verilişlər yumoristik olsa, komik aktyorlar da orada görünərlər.  

Sizcə niyə o verilişlər efirlərdən yığışdırılıb?

Sözün düzü Azərbaycan Televiziyasında tamaşalar hazırlanır. Komik tamaşalar olanda məni də dəvət edirlər. Amma o biri televiziyalarda şou-proqramlara meyl olduğuna görə yumoristik verilişlər azdır.

Bəs filmlərə necə, dəvət alırsınızmı?

Filmlərə dəvətlər var!

Hansı filmlərə?

Son zamanlar çəkildiyim film “Axırıncı dayanacaq” olub. Bilirsiz, indi ən çox biznes xarakterli filmlər çəkilir. Belə filmlərə də dəvət alıram. Məsələn: “Bəxt üzüyü 2” filminə çəkilmişəm. Cabir və Tahir İmanovlar çəkib o filmi. Bundan başqa “Pırpız”, “Yumurta”, “Biznesmen”, “2 tüstü”, “Halal pullar”, “Nazlı” -  son iki il ərzində çəkildiyim filmlər bunlardır.

Arif müəllim filmə dəvət alanda, ssenariyə baxıb razılıq verirsiz, yoxsa xətir-hörmətə?

Həm ssenariyə baxıram, həm də orada özümə xas nüanslar, obrazlar axtarıram. Bilirsiz, oturmaqdan nə çıxacaq ki? İşləmək belədir ki, iş əsnasında həm də dincəlirsən. Bizim sənətimiz daim hərəkətdə olmağı sevir.

Fikrimcə, sizin kimi aktyora həmişə ehtiyac var Arif müəllim!

Bir az fikrə gedir...və davam edirik...

Bilirsiz, indi yazılan ssenarilərdə bir balaca komediyalar azdır. Amma yetişir. Çünki deyir dama-dama göl olar.

Hansısa filmin ssenarisinə dəyişiklik etmisinizmi?

Əlbəttə! Mən dəyişiklik etməyin tərəfdarıyam. Amma aktyorun ən əsas işi yazılan ssenarini mənimsəyib, rejissorun fikrini insanlara çatdırmaqdır. Mən həmişə filmdəki danışıqların insanların başa düşdüyü dildə olmasının tərəfdarıyam. Bir də görürsən ləhcə qatırlar. Axı bu ləhcə ilə danışsam, başqa biri inciyə bilər. Bütün bölgələrdən olan insanların hər birinə hörmət etmək lazımdır.

Siz hər zaman xalqın arasında olan aktyorsuz. Şəhərdə gəzəndə insanlar sizə necə reaksiya verirlər?

Sualımı təzəcə ünvanlamışdım kı, yoldan keçən iki cavan oğlan xalq artisti ilə salamlaşıb selfi çəkdirdi.

Davam edirik...

1974-cü ildə ilk dəfə “Mavi gecə” Yeni il proqramına çıxmışam. O gecənin səhərisi günündən insanlar məni tanımağa başladılar. O gündən bu günə kimi mən o şöhrətin, tanınmağın azaldığını hiss eləmirəm. Bax gedirik! Aktyoruq da... Kimsə şəkil çəkdirmək istəyər, söz soruşmaq istəyər, görüşmək istəyər... Elə akyorlar var ki, özünü dartır. İnsanlarla görüşmək istəmir. Biz hər şeyi tamaşaçıların sevgisi müqabilində qazanmışıq. O əl çalmasa, sevməsə sənə hökümət də ad verməyəcək.

“Bəyin oğurlanması” filmindəki Miriş obrazını həyatda da yaşamısızmı? Olubmu ki, kimisə görəndə salam-sağ ol deyib tələsdiyinizi bildirəsiz?

Olub! Sizə bir olmuş hadisə danışım... Bir dəfə yaşlı bir adam yolda məni gördü... Allaha and olsun başladı qaça-qaça mənə tərəf gəlməyə və dedi: Salam-sağ ol Miriş! Sonra dayanıb mənimlə görüşdü. Yəni bu özü nə deməkdi? –Dinamikadı!

Bəzən görürsən ki, yolla gedirəm. Biri yaxınlaşır ki, niyə belə qəmli gedirsiz? O söz, mənim yadımdan çıxmır!

Elə zarafatlarınız olubmu ki, kimsə onu ciddi hesab edib inansın?

Olub! Bu yaxınlarda bir nəfər soruşdu ki, niyə qanın qaradır? Dedim niyə də olmasın! Nəvəmə “taxta peçenye” almışdım. Uşaq 2-3 ədəd yedi. O biri nəvəm ümumiyyətlə yemədi. Soruşuram ki, a bala niyə yemirsən? Deyir adı “taxta peçenye”dir, amma taxtası yoxdur. Buna qulaq asan adam da zarafatıma inandı və belə dedi: gör e insafsızlar, peçenyenin taxtasını yeyiblər.

Gülür...

Və yaxud da bir nəfər o gün mənə dedi ki, gedək çayxanada çay içək. Dedim mən çayxanada çay içmirəm. Dedi niyə? Dedim çaya su qatırlar ona görə...  O da mənə dedi ki, sən hörmətli adamsan, tapşıracam çaya bu dəfə su qatmasınlar.

Gənc aktyorları bəyənirsizmi?

Bəyənirəm. Pis aktyor yoxdur. Zəif aktyor var. O zəif də öz üzərində işləyib olacaq güclü aktyor. Çünki mən də sənətə gələndə yaşlı nəsildən öyrənmişəm. İndi yaşlı nəsildən öyrənmək istəmirlər. Deyirlər elə biz hazırıq, belə də olmalıdır. Amma hər halda gənclərimiz yaradıcı və potensiallarından istifadə edən gənclərdir.

Arif müəllim! Hər bir insanın özünə yaxın bildiyi iş yoldaşı, sənət yoldaşı olur. Bəs siz kimi özünüzə yaxın hesab etmisiz?

Kövrəlir...

Ən çox, ən çox Yaşar Nuri ilə fikirlərimi bölüşərdim. Çox yaxın idik. Bəzən dünyasını dəyişən insan haqqında danışanda deyirlər – İndi olmasın! Öz aramızdı bu sözün özü elə bil ki, düzgün deyil. İndi olmasın -  Niyə olmasın? Mənə çox qəribə gəlir. Niyə indi Yaşar Nuri olmasın?!

Sonda oxuculara nə demək istəyirsiz?

Mən oxuculara demək istəyirəm ki; Zəlimxan Yaqubun bir şeiri var:

Yer göyü, dağ dağı, daş daşı sevdi,

Qaş gözə vuruldu, göz qaşı sevdi.

Tanrı naxış vurdu nəqqaşı sevdi,

Biz niyə sevməyək bir birimizi?

Gəlin bir-birimizi sevək. Bir-birimizin sənətinə hörmətimiz olsun! Bir-birimizə məhəbbətimiz, istəyimiz olsun!  İnsanlar bilməlidir ki, gələnlə gedənin qarşısını kəsmək qeyri-mümkündür. Bu Allahın işidir! Gəlirik və gedirik… və bu arada biz yaxşı olmalıyıq! Bir-birimizi axtarmalıyıq.

Səmimi söhbət üçün təşəkkür edirik!

Görüntünün olası içeriği: 2 kişi, açık hava


Sevinc İsgəndərova

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı