Dünyada ilk paralimpiyaçımız sağlamlarla yarışdı və... - FOTOLAR

Müsahibələr 14:16 15.06.2018
Azərbaycanda ilk dəfə sağlam idmançılar arasında qalib olmağı bacaran paralimpiyaçı Gündüz İsmayılov növbəti dəfə Vətənə medalla qayıdıb.
 
Bir çox rekorda imza atmağı bacaran, sağlam idmançılar arasında da qalib olan G.İsmayılovun Axar.az-a müsahibəsini təqdim edirik:
 
- Gündüz bəy, nailiyyətləriniz haradan başlayır?
 
- Pourliftinq idman növü ilə uzun illərdir məşğulam. 30 ildən çoxdur ki, yarışlarda iştirak edirəm. 1996-cı ildə Paralimpiya Oyunlarına qatılıb yarışlarda iştirak etmişəm. 1997-ci ildı Açıq Avropa Oyunlarında iştirak edib çempion olmuşam. 1998-ci ildə Dubayda Dünya Çempionatı iştirakçısı, 99-cu ildə Budapeştdə keçirilən yarışın qalibi, 2000-ci ildə Sidney Paralimpiya Oyunlarının qalibi oldum. Paralimpiyaçılar Sidneyə yola düşməmişdən öncə mərhum prezident Heydər Əliyev bizimlə görüşündə mənim qolumu sıxıb yüksək əhvalla yola salmışdı. Məhz bu məsuliyyətimi artırdı və deyərdim, qələbəmin səbəbi oldu. 2001-ci ildə idmana fasilə verməli oldum. Ancaq 2002-ci ildə yenidən Dünya Çempionatı ilə idmana start verdim. Həmin il Koreyada bürünc medal qazandım. 2003-də Slovakiya şəhərindəki yarışda da iki qızıl medal aldım. Müəyyən səbəblərə görə 11 il yarışlardan kənar qalmalı oldum. Ancaq Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun dəstəyi ilə yenidən idmana qayıtdım. 2014-cü ildə çempionatda bürünc medal qazandım. Bir il sonra Slovakiya şəhərində Avropa çempionu oldum. Əlil olmadığımı sübut etmək üçün 2015-ci ildən bu günə qədər sağlam idmançılar arasında yarışlarda iştirak etməyə başladım. 2017-ci ildə sağlam idmançılar arasında dünya çempionu oldum. Sonuncu dəfə isə Soçi şəhərində Açıq Avropa Çempionatında iştirak edib qələbə qazanmışam.
 
- Soçi şəhərindəki yarışda medallarınız çox olub deyəsən...
 
- Bəli, 4 medal qazandım. Sağlam idmançılar arasında bir paralimpiyaçının 4 medal qazanması yüksək nailiyyətdir. Bu yarışda həm yaşıdlarım arasında çempion oldum, həm də peşəkar idmançıalr arasında qalib oldum. Soçi yarışında güc idman növləri də var ki, onlara da qatılaraq medal qazandım.
Hazırda paralimpiya növündə üçqat dünya çempionu, dördqat Avropa çempionuyam.
 
- Dünyada sizin kimi ikinci bir paralimpiyaçı varmı ki, sağlam idmançılarla yarışa çıxsın?
 
- Yoxdur. Nə Azərbaycanda, nə də dünyada sağlam idmançılarla yarışa çıxmağa risk edəcək paralimpiyaçı yoxdur. Bu mənim şəxsi təşəbbüsümdür. Sağlam idmançılarla da yarışmağa gücüm olduğunu sübut etmək üçün yarışlarda iştirak edirəm.
 
- Siz bu gün həm də məşqçi kimi tələbə yetişdirirsiz. Tələbələrinizdən necə, razısınız?
 
- Tələbələrim arasında dünya beynəlxalq yarışlarda iştirak edənlər çox olub. İndi də tələbələrim dünya çempionatlarında iştirak edib nailiyyət əldə edirlər.
 
- Tez-tez dövlətin sizə dəstəyini qeyd edirsiniz. Dövlət hansı formada sizə dəstək verir?
 
- Gənclər və İdman Nazirliyi tərəfindən, xüsusilə nazir Azad Rəhimov, Gömrük İdman Klubunun prezidenti Xəzər İsayev, “Gilan” Holdinqin prezidenti Cəmil Muradov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mənə indiyə qədər çox dəstək göstəriblər. Yarışlarda iştirakım, xarici səfərlərə getməyimdə adlarını çəkdiyim şəxslərin dəstəyini çox görmüşəm.
 
- Sonuncu qalib gəldiyiniz Soçi yarışlarında rəqibləriniz kimlər idi?
 
- Çox millətlərdən qatılanlar var idi. İsrail və Ermənistandan idmançılar daha çox idi. İştirak etdiyim yarışlarda dəfələrlə erməni rəqiblərim olub və hamısına qalib gəlmişəm.
 
- Rekordlarınızdan danışardınız bir az. Nailiyyətlərinizə görə minnətdar olduğunuz kimsə varmı?
 
- Əvvəlcə qeyd edim ki, mənim müəllimim olmayıb. Mən bu idman növü ilə özüm məşğul olmuşam. Marağım olub və içimdəki qalib gəlmək sevgisi məni bu günlərə gətirib. Xüsusilə kimdənsə dərs almamışam və bu gün mənim özümün taktikalarım var ki, heç bir idmançı ondan istifadə etmir.
 
Nailiyyətlərim barədə məlumatlısınız. Rekordum barədə bildirim ki, mən Azərbaycanda bu idman növü üzrə 88 kq çəkidə yeganə idmançıyam ki, 270 kq ağırlıq qaldırmışam. Nəinki paralimpiyaçılar, həm də sağlam idmançılar arasında indiyə qədər mənim rekordumu təzələyən olmayıb. Təkcə Azərbaycanda deyil, dünyada da 88 kq çəkiyə sahib heç bir idmançı 270 kq ağırlığı qaldırmağa nail olmayıb. Bu çəkini mən təxminən 20 il öncə qaldırıb rekorda imza atmışam. Düzü, hazırda bu çəkini qaldıra bilmirəm, ancaq mütəmadi olaraq həmin çəki üzrə məşq edirəm.
 
- Azərbaycanda özünüzə rəqdib kimi görürsünüz?
 
- Özümə heç kəsi rəqib görmürəm. Rəqibim yoxdur, hesab edirəm. Təəssüf edirəm ki, bu gün bu idman növü ilə ancaq pul qazanmaq üçün məşğul olanlar çoxdur. Mən ilk gündən indiyə qədər ancaq nailiyyət, qələbə üçün çalışmışam. Məqsədimə də çatmışam.
 
- Tələbələrinizə nələri qadağan etmisiniz?
 
- Müəyyən qidalar var ki, onları tamamilə qadağan etmişəm. Spirtli içki və siqaret ümumiyyətlə qəbuledilməzdir; qazlı içkilər, fəsfudlar, həddən artıq şirin və duzlu qidalar olmaz. Eləcə də enerji içkiləri qəbuledilməzdir. Ancaq bəzən pozurlar bu qadağaları. Gəncdilər, bəzən fəsfud və qazlı içkilər qəbul edilər. Ancaq mütəmadi olaraq istifadəsinə imkan vermirəm.
 
 
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı