Qərbin Türkiyə planı Ya Ərdoğan getməlidir, ya da...

Müsahibələr 14:44 24.06.2018

Türkiyədə sabah baş tutacaq seçki ərəfəsində qardaş ölkədəki durumla bağlı tanınmış jurnalist Ruslan Bəşirlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ruslan bəy, Türkiyəyə daxildə qurulmuş tələlərdən danışdıq. Bəs xarici qüvvələr Türkiyəyə, konkret Ərdoğana qarşı hansı tələləri qurub?

- Qərb bölgədə idarə olunan xaos istəyir. Suriya, İraq, Yəmən məsələlərinə bu prizmadan yanaşmaq lazımdır. Çünki idarə olunan xaos olduqda bu bölgə üçün düşünülən niyyətləri həyata keçirmək rahatlaşır. Digər tərəfdən, neft amili də burada əsas rol oynayır. Qərb Suriya və İraq məsələsinin İsrail-ABŞ layihəsi kimi davam etməsini istəyir. İngiltərə ilə ABŞ arasında hazırda Suriya məsələsinə görə çox gərgin bir problem var. İngilislər də amerikalılar kimi Əsədin getməsini istəyir, amma Suriya ərazisinin parçalanmasına razı deyillər. Türkiyənin mövqeyi də ingilislərlə üst-üstə düşür. İsrail isə Suriyada PKK üçün dövlət qurulması modeli üzərində işləyir. İngilislər bu əraziləri zamanında özləri bölüb və xəritənin yenidən çəkilməsini istəmir. Türkiyədə olan çevrilişə cəhdə də ilk reaksiya verən ölkə məhz İngiltərə olmuşdu. Amma Avroatlantik məkan bu gün Ərdoğanın hakimiyyətdən getməsini istəyir. Çünki Ərdoğan ABŞ-İsrailin bölgə üçün planlarının qarşısında böyük maneədir. Bu gün bütün dünyada Ərdoğanın atdığı addımlarla hesablaşmaq məcburiyyətində qalırlar. Türkiyə böyük dövlətdir.

ABŞ “Fərat qalxanı”, “Zeytun budağı”na qarşı çıxsa da, Türkiyə bu əməliyyatları həyata keçirdi. Buna görə də bu gün ABŞ Menbiç məsəsləsində Türkiyə ilə razılaşmağa məcbur oldu.

Türkiyə Yaxın Şərq üçün açardır. Bunu ilk dəfə Rusiya Prezidenti Vladimir Putin deyib. Bu gün İraqda, Suriyada Türkiyə ordusu var. Türkiyənin Suriya ilə böyük sərhədi, Suriya toplumu içərisində böyük nüfuzu var. Bu nüfuz keçmiş dövrlərdən mövcuddur. Yəni bu məsələlərə görə Türkiyə bölgədə ən önəmli rola malik ölkədir. Ona görə də amerikalılar müəyyən mənada Türkiyə ilə razılaşmağa məcburdurlar. ABŞ bir dəfə Türkiyəni Suriyada aldadıb. Ankara bundan sonra aldanmaq fikrində deyil. Türkiyə sərhədləri daxilində və sərhədlərindən kənarda olan terror təhlükəsini məhv eləmək istəyir. Bunu indiki hakimiyyət edə bilir.

- Seçki elan edilənə qədər ciddi ümid doğuran namizəd kimi görünməsinə baxmayaraq, Maral Akşənər kampaniya dövründə İncənin kölgəsində qaldı. Ümumiyyətlə, bəzi analitiklər müxalifət cəbhəsində səslərin bölündüyünü deyir...

- Akşənər təzə partiya qurub, onun keçmişində bir çirklilik var. Məhərrəm İncə isə nə qədər populist çıxışlar etsə də, o, köklü partiyanın namizədidir. Bir məqamı deyəcəm. Türkiyədə elə bir dövr var idi ki, millət vəkili olmadan nazir olmaq mümkün deyildi. Amma həmin dövrdə parlamentin üzvü olmadan Akşənər Türkiyənin daxili işlər naziri olmuşdu. Necə olmuşdu?!

Sonra Akşənər bir çıxışı zamanı “15-dən sonra işlər başqa olacaq. Mən bu ölkənin baş naziri olacam” ifadəsini səsləndirir. Bunun videogörüntüsü də var. Bu adam izah eləməlidir ki, 15-dən sonra hansı işlər başqa olacaq?! Birmənalı olaraq bu gün deyə bilərik ki, Akşənərin FETÖ ilə bir bağlılığı var.

- Bəs Türkiyə hökuməti nəyə görə Akşənəri həbs eləmir?

- Bu, istintaq orqanlarının işidir. Amma siyasi tərəfini belə hesab edirəm ki, artıq Türkiyədə bir namizəd PKK ilə bağlılığına görə həbs edilib. Digər bir namizəd də həbs olunarsa, dünyada Türkiyədə keçirilən seçkilərə qarşı xoşagəlməz fikirlər meydana çıxa bilər. Ona görə də Türkiyə hökuməti bacardığı qədər imkan yaradır ki, hər namizəd öz fikrini deyə bilsin. Akşənərlə Məhərrəm İncənin bir fərqi də odur ki, Türkiyədə kütləyə qışqıran adam lazımdır. Yəni kütlə fikirləşmir bu iş görə biləcək, ya yox?! Akşənərdə populizm zəifdir. Digər tərəfdən, Türkiyədə hər kəsin reytinqi bölünüb. Bir solçu kəsim var ki, onlar Məhərrəm İncəni dəstəkləyəcəklər, Maral Akşənəri yox. Yəni bu gün bir-birini qəbul etməyən toplumu bir yerə gətiriblər.

MHP və AKP arasında belə problem yoxdur. Çünki onların bazaları eynidir. MHP-də millətçilik onu AKP-dən fərqləndirir. Amma MHP və AKP-də olan ümmətçilik onları bir-birinə yaxınlaşdırır. Hətta 2012-ci ildə AKP MHP ilə birlikdə hicab qadağasını aradan götürdü.

Seçkidə bir az da ardıcıllıq lazımdır. Bu gün Məhərrəm İncə qadınların hicablı oxuması, işləməsi məsələsinə toxunmayacağını deyir. Amma hicab qadağasının aradan götürülməsi məsələsi 2012-ci ildə parlamentdə qaldırılanda Məhərrəm İncə Ali Məhkəməyə, Avropa Məhkəməsinə şikayət etmişdi. Bundan başqa, Ramazan ayında Türkiyə əhalisinin 70-80%-i oruc tutarkən o, Antalyada stolunun üstündə içki olan şəklini Tvitterdə paylaşmışdı. Siyasətdə hər şey nizamlanmalıdır. Məhərrəm İncə bu gün mühafizəkar kəsimdən də səs istəyir. Bu baxımdan onun mühafizəkar kəsimdən səs alması çox çətindir.

- Məhərrəm İncənin Türkiyə üçün hədəfi nədir?

- Doğrusu, bilmirəm və deyəsən, İncənin özü də bilmir. Təsəvvür edə bilmirəm ki, Məhərrəm İncə prezident olarsa, Suriya, İraq məsələsinə baxış necə olacaq?! Məsələn, İncə vəd edir ki, hakimiyyətə gələn kimi suriyalı qaçqınları ölkədən çıxaracaq. Əslində bu İncənin solçu kəsimin tam səsini alması üçün edilən vəddir. Amma bu reallıqda mümkün deyil. Bu bilirsiniz nə deməkdir? Suriyalı qaçqınları ölkədən qovmaq bölgədə nəhəng humanitar böhran deməkdir. Ölkələrindən məcburən qaçqın düşən milyonlarla insanı hara qovacaqsan? Onlar Əsəddən, PKK-dan, İŞİD-dən qaçıblar. Sən indi bu milyonlarla insanı kimə təslim edəcəksən? Əsədin nəzarət etdiyi bölgələrə qayıtmaq bu insanları işgəncəyə, ölümə buraxmaq deməkdir. Onların bir hissəsi də PKK və İŞİD-in işğalından sonra, Türkiyəyə üz tutublar. Suriyalı qaçqınlar İordaniya və Livanda da var. Lakin, bu ölkələrdə bir siyasətçi belə qaçqınları ölkədən qovacağını bəyan etməyib. Çünki, sərhəd ölkələri üçün, qaçqınları qəbul etmək beynəlxalq normadır. Suriyalı qaçqınları ölkədən qovmaq bütün dünyanın diqqətini mənfi yönümdən Türkiyəyə yönəldə bilər. Bu həm də Türkiyə adına bir ləkə kimi tarixə keçə bilər. Onsuz da Türkiyə Suriya ərazisində hərbi əməliyyatlar aparıb və ehtimal ki bundan sonra da aparacaq. Suriyalı qaçqınlar tədricən işğaldan azad edilən torpaqlara köçürülür. Artıq 200 min qaçqın Çerablus, Əl Bab və işğaldan azad edilmiş digər yerlərə köçürülüb. Ölkənin təhlükəsizliyi çox çətin məsələdir. Yəni burada lazım gələndə silahın, lazım gələndə səsin işləməlidir. Türkiyə ya Dəmirəl dövrünə dönməlidir, ya da əldə etdiyi müstəqil siyasətini davam etdirməlidir. ABŞ-ın istədiyi Dəmirəl dövründəki Türkiyədir. Yəni ABŞ-dan asılı bir Türkiyə olmalıdır. Bu gün demirəm ki, Türkiyə tamamilə Qərbdən asılılığı bitirib. Bu dünyada heç bir dövlətin nail olacağı bir şey deyil. Çünki istər-istəməz iqtisadi əlaqələr baxımından müəyyən asılılıq olur. Amma Türkiyə bu gün çox müstəqillik əldə edib.

- Dollar Ərdoğanın hakimiyyəti dövründə tarixi maksimuma qalxdı. Buna səbəb nədir?

- Bu gün heç kim deyə bilməz ki, Türkiyə iqtisadiyyatda irəliləyişlər əldə etməyib. 2011-ci ildə amerikalılar deyirdi ki, Türkiyə dünyanın inkişaf edən ən böyük ölkəsidir.

“Gəzi hadisələri” zamanı da Türkiyədə dollar qalxdı: terror aktları, çevrilişə cəhd vaxtı da bu proses müşahidə edildi.

Təbii ki, insanlar daimi deyil. Bir dövr gələcək ki, Ərdoğan da gedəcək. Amma ölkə elə bir relsə salınmalıdır ki, Türkiyə həqiqətən azad ölkə olsun. Türkiyə kimi ölkəyə bunlar vacibdir. Cümhuriyyət qurulanda Türkiyə Hələbi, Mosulu, Afrini, Kərkükü itirib. İndi isə dünyada torpağı almırlar, dünyada özlərinin təsir vasitələrini yayırlar. Bu gün Türkiyənin Afrikada 2, Qətərdə 1 hərbi bazası var. Bu gün Türkiyə yatırım qoyduğu ölkələri öz nüfuzu altına alır...

- Son dövrlərdə Ərdoğanın parlament üsul idarəsindən prezident üsul idarəsinə keçməsini tənqid edirlər. Ərdoğanı bu siyasətinə görə diktator da adlandırırlar. Onun bu gün həyata keçirdiyi siyasət hansı zərurətdən doğur?

- Türkiyənin ətrafında terrorçuların meydan suladığı, fövqəlgüclərin yeni xəritə cızmağa çalışdığı, sərhəddəki proseslərin ölkənin içinə nüfuz etdiyi, ölkənin suverenliyinə təhdid yaratdığı bir zamanda Ərdoğanın bu yolu seçməsi təbiidir. Amma əsas prosesin mahiyyətidir. Türkiyənin prezident üsul-idarəsinə keçməsi diktatura demək deyil. Diktaturada seçim olmur. Türkiyədə qanunverici hakimiyyət yenə də parlament olaraq qalır. Türkiyə əgər 90-cı illərdə yaşadığı problemləri həll etmək, tez və zamanında qərarlar vermək istəyirsə, prezident üsul-idarəsinə keçməlidir. Bu məcburidir. Bu gün dünyada çox dövlətlər var ki, prezident üsul-idarəsi ilə idarə olunur. Onlar hamısı diktaturadır?! Bunu primitivcəsinə diktatura kimi xarakterizə etmək mahiyyət etibarı ilə düşmənçilik kimi qəbul edilməlidir. Bunlar yanlış düşüncələrdir.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Hamısı