"Bakı və Ankaranın gücünü görəcəksiniz" İqdırın deputatı

Müsahibələr 10:06 29.06.2018

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasından İqdırda qalib gələn azərbaycanlı Yaşar Qaradağın Axar.az-a müsahibəsi:

- Türkiyədəki 24 iyun seçkilərinin nəticəsi barədə fikirləriniz maraqlı olardı...

- Türkiyədə baş tutan prezident və parlament seçkilərinin nəticəsini çox gözəl dəyərləndirirəm. Özəlliklə, seçkilərin nəticəsini Türkiyənin tərəqqisi və dünya coğrafiyasındakı gücü, yeri baxımından təqdirəlayiq hesab edirəm. Rəcəb Tayyib Ərdoğanın bu seçkilərdə prezidentlik uğrunda mübarizəsi ona tutduğu yolu və siyasəti bundan sonra da davam etdirməyə imkan verəcək. Bundan başqa, mənsub olduğum Milliyyətçi Hərəkat Partiyası Ədalət və İnkişaf Partiyası ilə birlikdə parlamentdə əsas səs çoxluğunu da qazandı. Bu fonda Türkiyənin önünün geniş şəkildə açıldığını söyləsək, yanılmarıq. Bu qalibiyyətimdə həm Türkiyənin, həm də Azərbaycanın səsi olacam. MHP-dən qalib gələn bir millət vəkili olaraq bu uğurun Azərbaycan və türk dünyası ilə bağlı olan məsələlərin həllinə, özəlliklə qardaş ölkələr və türk cümhuriyyətləri ilə münasibətlərin daha da inkişafına vəsilə olacağına inanıram.

- Türkiyə və dünya mətbuatı bu seçkilərin qalibi olaraq AKP-ni deyil, məhz MHP-ni görür. Partiyanızın seçkilərdən sonra da əsas açar rolunu oynayacağı iddia edilir...

- Təbii ki, bu, belə də olacaq. Bildiyiniz kimi, sistem dəyişikliyi ilə birlikdə, səslərin yarıdan çoxunun əldə edilməsi vacib idi. MHP lideri Dövlət Baxçalı özəlliklə Türkiyədəki düzənin qorunması baxımından Rəcəb Tayyib Ərdoğanla ittifaqa qərar verdi və prezident seçkilərində onu dəstəklədi. MHP-nin bazası da bu yoldan bir an belə çəkilmədi. Nəticədə MHP həm prezident, həm də parlament seçkilərində çox mühüm bir rol oynadı. AKP və MHP-nin birləşərək, Cümhur Birliyi adı altında seçkiyə getməsi çox uğurlu bir gedişat idi. Ona görə də MHP-nin bundan sonra da əsas açar partiya rolunu oynayacağına şübhəniz olmasın.

- Yaşar bəy, MHP-AKP tandemi proqnozları alt-üst edən nəticəyə imza atdı. Əlbəttə, davam gözlənilir. Ancaq hansısa bir məqamda yolların ayrılması ehtimalı da səsləndirilir...

- Əsla, belə bir şey ola bilməz. MHP Türkiyə dövlətinin birliyi, bərabərliyi və təhlükəsizliyi ilə yanaşı, bütün dünya türklərinin varlığının qorunması yolunda hər zaman açar rolunu oynayıb, bundan sonra da oynayacaq. Suriya, İraq və Ərəb yarımadasında qarışıqlığın sürdüyü, sıxıntıların ciddi anlamda artdığı, xüsusilə də terrorun genişləndiyi bir dönəmdə MHP məhz Türkiyənin birliyi naminə belə bir addım atıb və bu qalibiyyət onun əsəridir. MHP lideri Dövlət Baxçalının necə güclü dövlət adamı olduğunu və onun ölkəsini nə dərəcədə düşündüyünü görən və buna inanan xalq da Cümhur Birliyindən etimadını məhz buna görə əsirgəmədi. Bu birlik də davam edəcək.

- CHP-nin PKK yönümlü HDP-ni dəstəkləməsi və bu partiyanın parlamentə düşməsinə nail olması birmənalı qarşılanmır. CHP-nin bu addımını necə izah edərdiniz?

- Hesab edirəm ki, Türkiyədaxili siyasətdə dövlətin birliyi və güvəni mütləq nəzərə alınmalıdır. Ancaq əmin olun ki, daha çox səs toplamaq üçün bu oyunlar heç vaxt xalq tərəfindən qarşılıq görmür. Türkiyə xalqı bunu çox gözəl bilir və ona görə də öz seçimini Cümhur Birliyindən yana etdi. Yanlış siyasət yürüdən partiyalar zamanla xalqdan qopurlar. Xalqdan qopduğu zaman isə həmin partiyaların heç bir anlamı qalmır. CHP isə HDP-ni dəstəkləməsinin səbəblərini özü izah etməlidir.

- Qəndil əməliyyatlarının davam etdiyi bir zamanda Cümhur Birliyi HDP-nin bağlanılması məsələsini yenidən gündəmə gətirə bilərmi?

- İstər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də MHP lideri Dövlət Baxçalı olsun - hər ikisi dünya siyasəti ilə çox yaxından əlaqələrə malik liderlərdir. Hər iki lider lazım gəldikdə Türkiyənin birliyi, hüzuru və təhlükəsizliyi naminə bu dövləti ciddi anlamda çətin duruma salacaq hər hansı bir siyasətin qarşısında baş əyməyəcək. İrəlidə də məhz bu istiqamətdə yürüdüləcək bir siyasətin şahidi olacaqsınız.

- Bir millət vəkili olaraq Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi üçün nələr etməyi düşünürsünüz?

- Azərbaycanın son dərəcə haqlı olduğu Qarabağ məsələsi nəinki mənsub olduğu partiyanın, eləcə də hamımızın qarşısında duran milli vəzifələrdən biridir. Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın həssaslığını hiss etməkdəyik. Bunun üçün də qarşıdakı zamanlarda mümkün qədər mədəni, iqtisadi və siyasi münasibətlərin güclənməsi üçün çalışacağıq. Partiyamızın ideologiyasi və Azərbaycana baxışı bəllidir. Təbii ki, MHP-nin yürütdüyü siyasət və bizə verdiyi vəzifələr çərçivəsində bu yöndə mühüm çalışmalarımız da olacaq. Bu iş birliyinin hər iki ölkəyə mühüm töhfələr qazandıracağına çox inanıram.

- Yaşar bəy, Türkiyə Cənubi Qafqazda və Orta Asiyada aktivləşə bilərmi?

- Türkiyənin birmənalı olaraq ürəyinin birgə atdığı, öz qanından, canından olan qardaş ölkələrlə bağlı əvvəlki dönəmlərdə də çalışmaları olub. İndi MHP ilə ortaq qurulacaq hökumət fonunda Türkiyənin Cənubi Qafqaz və Orta Asiyada aktiv siyasət yürütməsi tamamilə mümkündür. MHP ümumi siyasətində ta əvvəldən Cənubi Qafqaz və Orta Asiya regionlarına çox həssas yanaşıb. Bu həssaslıq bundan sonra da mütləq davam etdiriləcək.

- Yeri gəlmişkən, Cümhur Birliyinin qələbəsinin Azərbaycanda məmnunluqla qarşılandığını bilirdinizmi?

- 30 günlük seçkiqabağı kampaniyalarımda da söyləmişdim ki, dünyanın harasında olursa-olsun, türk millətinin sevinci və üzüntüsü hər zaman birdir. Arada məsafələr olsa da, qəlblərdəki duyğular eynidir. Qalibiyyətim İqdırda necə qarşılandısa, eyni sevincin Türkiyənin digər vilayətlərində, türklərin yaşadığı hər yerdə, o cümlədən Bakıda da hiss edildiyinə şübhəm yoxdur. Əmin olun ki, bu da eyni duyğuları paylaşmağımızdan qaynaqlanır. Dəfələrlə Bakıda və Naxçıvanda olmuşam. Eyni kökdən olan millətlərin sevinci də mütləq bir olur. İnşallah, irəliləyən zamanlarda qarşılıqlı münasibətlərimiz daha da böyüyəcək.

- Soydaşlarınıza sözünüz...

- Azərbaycan gənc bir cümhuriyyət olaraq görünsə də, kökləri ta qədimə dayanan tarixi bir dövlətdir. Bizim ədəbiyyatımız, mədəniyyətimiz və incəsənətimiz yeri gəldiyində dünyaya örnək olacaq, işıq tutacaq gücdədir. Bu millətin nümayəndələri sadəcə Azərbaycanda deyil, dünyanın hər tərəfindədir və onların ürəyi bir döyünür. Sizi əmin edirəm ki, irəlidə Türkiyə və Azərbaycan insanının birgə gözləntiləri istiqamətində çox mühüm bir siyasət izləyəcəksiniz.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Hamısı