Özbəkistanın xarici siyasəti və Şövkət Mirziyoyevin siyasi portreti ÖZƏL

Müsahibələr 16:15 01.07.2018

Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin özəl olaraq Eurasia Diary-ə müsahibəsi.

- Hüseyn Rzayeviç, siz uzun müddətdir ki, Özbəkistanda qardaş xalqlarımız arasında dostluq və mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün çalışırsınız. Təbii ki, Özbəkistanda uzun illər təcrübəyə malik diplomatın, əlbəttə ki, bu ölkədə baş verən ictimai-siyasi dəyişikliklər barədə öz fikirləri var. Özbəkistanın geosiyasi kursunu necə  xarakterizə edərdiniz, xahiş edirik azərbaycanlı oxucularla təhlillərinizin nəticələrini  bölüşün.

- Məmnuniyyətlə, qardaş özbək xalqı və gözəl ölkə olan Özbəkistan haqqında danışmaq məmin üçün fəxrdir. Bu Mərkəzi Asiyada beş ölkənin mərkəzində yerləşən yeganə ölkədir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan ilə həmsərhəddir. Adları çəkilən ölkələrdə etnik özbəklər say etibarilə ikinci və ya üçüncü böyük etnik qrupdur. Özbəkistan tarixi və coğrafi yerləşməsi baxımından regionda bütün məsələlər üzrə əsas əlaqələndirici ölkə olduğu üçün ona qonşu ölkələrlə yaxşı münasibətlərinin olması sərfəlidir. Bu amil bölgədəki xalqların xeyrinə istifadə edilməli idi. Məhz bu səbəbdən Özbəkistan prezidenti Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə və regionda   bütövlükdə sülh və sabitlik möhkəmlənir.

Müasir Özbəkistan Mərkəzi Asiyada siyasi dəyişikliklərə yeni temp gətirir. Buna ən parlaq nümunə dövlət idarəetmə strukturunda qonşu ölkələrlə qarşılıqlı əlaqələrin vahid və rasional mexanizminin fəaliyyət göstərməsidir. Özbəkistan Xarici İşlər Nazirliyi ardıcıl və sistemli şəkildə diplomatik korpusla, nazirliklərlə, qonşu ölkələrin hakim-qubernatorları ilə birgə çalışır.

Qardaş xalqların sərhəd rayonlarının sakinləri arasında daxili münasibətlərdə dostluq və etibara söykənən atmosfer yaradılıb. Özbəkistan dövlət icraedici orqanlarının intensiv işi sayəsində praktikada Mərkəzi Asiya regionu dövlətləri arasında siyasi və iqtisadi əlaqələr yenilənir.

Özbəkistan iqtisadiyyatı xammal satışından asılı deyil. Ölkədə sənaye, maşınqayırma, məişət texnikası istehsalı görünməmiş templə inkişaf edir. Qonşu respublikalarla müqayisədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalının həcmi yüksək səviyyədədir. Həmçinin, bütün qonşu ölkələrdə Özbəkistanın ehtiyac duyduğu hər şey var. Lazım olan malları uzaqdan idxal etmək üçün milyonlarla nəqliyyat və logistik xərclər sərf etməyə ehtiyac yoxdur. Mərkəzi Asiya regionunda 80 milyondan çox insan yaşayır. Bu böyük bir bazardır.

- Özbəkistan Əfqanıstana xüsusi diqqət ayırdı, hətta Daşkənddə Əfqanıstanla bağlı beynəlxalq konfrans təşkil etdi. Xahiş edirik, bu konfrans haqqında danışardınız, təəssüratlarınız nələrdən ibarətdir?

- Daşkənddə Özbəkistan  Respublikası Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Əfqanıstan üzrə "Sülh prosesi, təhlükəsizlik və regional əlaqələr sahəsində əməkdaşlıq" adlı yüksək səviyyəli beynəlxalq konfrans təşkil olundu.

Konfransda Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi Tadamiti Yamamoto,  eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya, Çin, Hindistan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərin xarici işlər orqanlarının rəhbərləri, 25 dövlətin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.

Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunmasına yönəlmiş konfransın gedişində yalnız Əfqanıstanın deyil, həm də onun ətrafındakı ölkələrin dinc inkişafının təmin edilməsi məqsədilə Əfqanıstan problemini həll etmək üçün rəsmi Daşkənd tərəfindən konkret təkliflər irəli sürülmüşdür.

- Necə düşünürsünüz, niyə Özbəkistan beynəlxalq ictimaiyyətin diqqətini  Əfqanıstanın vəziyyətinə yönəltmək üçün bu qədər səy göstəri, bu nə ilə bağlıdır, axı bu regional problemdir. Konfransda nümayəndələri iştirak edən Avropa, Cənub-Şərqi Asiya, yaxud Yaxın Şərq ölkələrinin Əfqanıstan problemilə nə əlaqəsi var? Bu haqda Azərbaycan oxuculara məlumat verərdiniz.

- Əfqanıstan probleminin təhlili göstərir ki, bu ölkədə siyasi vəziyyətdə köklü dəyişikliklər olmadan  qonşu ölkələri heroin axınından xilas etmək praktiki olaraq mümkünsüzdür. Hamıya məlumdur ki, bu gün transmilli narkotik cinayətkarları və terrorçu qrupları Əfqanıstanı öz fermer təsərrüfatına çeviriblər və dünya narkotik istehsalının 94%-dən çoxu onun payına düşür.

Əfqanıstan narkotiki gələcəkdə öz ölkəsinin gələcəyini müəyyən edən gənclərin neytrallaşdırılmasına yönəlmiş kütləvi qırğın silahının xüsusi növüdür.

Tammiqyaslı heroin narkotik təcavüzü yalnız narkotik istehsal edən ölkənin siyasi və iqtisadi vəziyyətinə mənfi təsir göstərmir, həm də korrupsiya hallarının, xəstəliklərin sayının artması ilə bütün Mərkəzi Asiya regionunda süni qeyri-sabitlik yaranmasına hesablanıb.

Cinayətkar qruplar İslam maskası altında Mərkəzi Asiya ölkələrindən öz ardıcıllarını Əfqanıstanın narkoiqtisadiyyatına inteqrasiya etməklə beynəlxalq terrorizmin fəaliyyətini təmin etməyə çalışırlar.

Dünyada əfqan narkotikinə görə hər il yüz minlərlə insan  ölür, "açıq sərhədlər" siyasəti Əfqanıstanın qonşuları üçün fəlakət törədir. Milli mədəniyyətlərin, təhsilin inkişafının əsasında duran regional sərhədlərin açıq olması ilə bu təhlükə yalnız qonşu ölkələr üçün deyil artıq dünyəvi xarakter alıb.

Konfransın bütün iştirakçı ölkələri Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyevin Əfqanıstanla bağlı beynəlxalq konfransın keçirməsi təşəbbüsünü yüksək qiymətləndirmişlər. Hər kəsə aydındır ki, başda Özbəkistan olmaqla Mərkəzi Asiyadakı sabitlik Avropa və digər qərb dövlətlərinə narkotiklərin yayılmasına qarşı qalxan rolunu oynayır.

- Məlumdur ki, Özbəkistan xarici siyasətinin əsas prioriteti qonşuları ilə əlaqələr olub. Siz Özbəkistan və qonşu ölkələrin hazırkı xarici siyasətini necə qiymətləndirirsiniz ?

2017-ci il sentyabrın 20-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı beynəlxalq ictimaiyyət qarşısında "Sülh, iqtisadi cəhətdən çiçəklənən Orta Asiya -  Özbəkistanın ən vacib məqsədi və əsas vəzifəsi" şüarı ilə Özbəkistan xarici siyasətinin dəqiq mövqeyini bəyan edib".

İlk dəfə olaraq, yüksək tribunadan Özbəkistanın vəzifəli şəxsi tərəfindən Mərkəzi Asiya dövlətlərinin başçılarına bu cür mütəmadi keçirilməli olan sistemli və məşvərət xarakterli görüşlərin vacib olduğu fikri səsləndirildi.

2017-ci ilin noyabrında Səmərqənddə Özbəkistan Respublikasın Prezidenti Şavkat   Mirziyoyev Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf üzrə beynəlxalq konfransda çıxışı zamanı ikinci dəfə qonşu ölkələrin biznes dairələrinin və sərhədyanı  regionların hakim-qubernatorlarının Assosiasiyasını yaratmağa çağırdı.

Səmərqənddə BMT-nin rəhbərliyilə keçirilən "Mərkəzi Asiya: ümumi keçmiş və ortaq gələcək, davamlı inkişaf və qarşılıqlı rifah üçün əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda region ölkələrinin xarici işlər nazirləri, BMT, Avropa İttifaqı, ATƏT, ŞƏT, MDB, AYİB kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpusun nümayəndələri, tanınmış ekspertlər, kütləvi informasiya vasitələrinin işçiləri iştirak edirdi.

Yaxın gələcəkdə, Özbəkistandan Mərkəzi Asiya dövlətlərini vahid sosial və iqtisadi sahədə birləşdirməsində həlledici bir inteqrasiya sıçrayışı gözlənilir. Bölgənin ölkələrinin vahid iqtisadi birliyə inteqrasiyası, şübhəsiz ki, Mərkəzi Asiyada iqtisadi dəyişikliklərin sürətlə artmasına kömək edəcək.

- Xəbərlərdə Özbəkistan prezidentinin Mərkəzi Asiya regionunun bütün rəhbərləri ilə daimi əlaqə saxladığına dair məlumat verilir. Bir il ərzində qonşu qardaş ölkələrin bütün həmkarları və rəhbərləri ilə bir neçə görüş keçirilib, bu görüşlərin nəticələri barədə nə deyə bilərsiniz?

- Özbəkistanın yeni prezidentinin Türkmənistana ilk və sonrakı səfərləri qarşılıqlı etimadın artmasında zəruri sayılan siyasi və iqtisadi inteqrasiya üçün əhəmiyyətli sənədlərin imzalanması ilə sona çatdı və Amu Darya boyunca yeni bir dəmir yolu körpüsünün açılması ilə qeyd olundu. Qeyd etmək lazımdır ki, ilk növbədə qonşu Türkmənistana olan səfərdən sonra Mərkəzi Asiya dövlət başçılarının görüşləri artıq sistemli xarakter almışdır.

Özbəkistanda türkmən dilində 44 məktəb var və orada 9617 şagird orta təhsil alır.

Şavkat Mirziyoyevin Qazaxıstan və Qırğızıstana səfəri bölgədə qardaş xalqları daha da yaxınlaşdırdı. Hazırda Özbəkistanda qazax dilində 378 orta məktəb fəaliyyət göstərir, burada 50686 uşaq qazax dilində təhsil alır, həmçinin, Özbəkistanda 90 məktəb də qırğız dilində fəaliyyət göstərir ki, burada isə 7430 uşaq orta təhsil alır.

Özbəkistan Prezidentinin Tacikistana səfəri Özbəkistan hökumətinin əsl zəfərinə çevrildi. Özbəkistanda tacik dilində 245 orta məktəb var və orada 61082 uşaq təhsil alır. Tacikistana dövlət səfəri zamanı prezident Şavkat Miromonoviç Mirziyoyev Özbəkistan xalqı adından seçilmiş və səlahiyyətli şəxs kimi Tacikistana "açıq yollarla və açıq qəlblə" gəldiyini bildirdi. Daha əvvəl Tacikistan ilə sərhədlər bağlanmış və gücləndirilmiş viza rejimi vardı.

Ş.M. Mirziyoevin çıxışına cavab olaraq Tacikistan prezidenti Emomali Rəhmon bildirdi ki, "Ş.M. Mirziyoyevin uzaqgörən siyasəti sayəsində Tacikistan və Özbəkistan arasındakı bütün maneələr aradan qaldırılıb".

Özbəkistan prezidenti Ş.M. Mirziyoyev qısa müddətdə regiondakı mövcud fikir ayrılığını aradan qaldırmaqla bölgədəki vəziyyəti sabitləşdirdi və beləliklə gərginlik aradan götürüldü. Bu zamanadək olan status-kvo region ölkələri aralasındakı ziddiyyətlərin həllinə imkan vermirdi.

Birmənalı olaraq, Mərkəzi Asiya ölkələrinin siyasi Olimpinə yeni lider qalxır - bu Özbəkistan Prezidenti Şavkat Miramonoviç Mirziyoevdir.

- Müsahibəyə və belə mənalı söhbətə görə sizə təşəkkür edirəm. Hansısa istəyiniz və ya dediklərinizə əlavə etmək istədiyiniz nəsə varmı?

- Sonda Özbəkistan xalqı və onun rəhbərliyinə hörmətimi ifadə etmək istəyirəm. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqı və onun rəhbərliyi həmişə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz və möhkəm mövqeyinə görə Özbəkistana minnətdar olub və minnətdardır.

Müsahibəni götürdü: Şöhrət Salamov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı