"Azərbaycana turist kimi qayıdacam" Furio De Angelis - FOTOLAR

Müsahibələr 18:26 02.07.2018

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis Eurasia Diary-ə verdiyi müsahibədə missiyasını başa vurduğu üçün Azərbaycanla bağlı və bu vəzifədə iki illik təcrübəsinə dair təəssüratını bölüşüb.

Eurasia Diary: İlk olaraq, bizə vaxt ayırdığınıza və müsahibəyə səmimi razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə  nümayəndəsi təyin edilərkən, sizin növbəti iki il üçün planlarınız və ideyalarınız olub, gözləntilərinizin reallığa nə qədər uyğun gəldiyi barədə bizə məlumat verərdiniz.

Furio De Angelis: Mənə verdiyiniz suala və BMT QAK-ın nümayəndəsi kimi çalışdığım iki ili necə keçirdiyim barədə danışmaq üçün zaman ayırdığınıza görə təşəkkür edirəm. Aydındır ki, mən Azərbaycana gəldiyimdə Dağlıq Qarabağ münaqişəsi dövründə məcburi köçkünlərin üzləşdiyi ciddi vəziyyətdən xəbərdar idim. Bu ölkənin müstəqilliyinin ilk illərində başlamışdı. Şübhəsiz ki, məcburi köçkünlər ilə əlaqəli olduğuna görə BMT QAK üçün bu vacib məsələdir. Hökumət məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çox işlər görüb. Bu yaxınlarda hökumət tərəfindən Bakının Qaradağ rayonu ərazisində mindən çox ailənin məskunlaşdırılması üçün evlərin tikildiyini gördük. Azərbaycanda məcburi köçkünlərin qarşısında duran problemləri həll etmək üçün münaqişə həll olunmalıdır. Qaçqınlar üzrə Avropa Komissiyası münaqişənin siyasi həllinə aid deyil, bu yalnız ATƏT-in Minsk qrupunun sədrliyi ilə çalışan beynəlxalq mexanizmdir. Ancaq BMT QAK burada hökuməti dəstəkləmək və beynəlxalq ictimaiyyətə uzunsürən qarşıdurmanın dinc yolla nizamlama təcrübəsinə əsaslanan təcili həllə ehtiyacın olduğunu xatırlatmaqdır. Bu təcilidir, çünki biz anlamalıyıq ki, məcburi köçkünlər evə mümkün qədər tez qayıtmaq hüququna malikdirlər.  

Eurasia Diary: Azərbaycanda işlədiyiniz dövrü necə təsvir edərdiniz?

Furio De Angelis: Mən bu dövrü hökumətlə böyük əməkdaşlıq və gərgin iş kimi təsvir edərdim. Fürsətdən istifadə edərək, bütün hökumət idarələrinə, Nazirlər Kabinetinə, dövlət komitələrinə, müxtəlif akademik institutlara, ADA Universitetinə  təşəkkürümü bildirmək istəyirəm. Şübhəsiz ki, biz birlikdə çox iş gördük, biz müəyyən mexanizm yaratdıq və ölkədə məcburi köçkünlərin, həmçinin qaçqınların vəziyyətinin yaxşılaşdırılması yollarını tapmağa çalışdıq.

Eurasia Diary: Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu nəzərə alsaq, Azərbaycan digər ölkələrdən olan qaçqınlarla bağlı məsələləri necə həll edir?

Furio De Angelis: Daha əvvəl də qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsi  mahiyyət etibarilə Azərbaycanın üzləşdiyi ən vacib məsələdir. Eyni zamanda bu münaqişənin unudulmaması və çoxillik müddətdən sonra indi onun həlli yollarının tapılmasının vacibliyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq lazımdır.

Azərbaycan regionda digər ölkələrdən olan qaçqınları da qəbul edən ölkədir. Onlar milli münaqişələrindən qorunmaq və müdafiə olunmaq üçün gəlirlər.  

BMT QAK həmçinin, başqa ölkələrdən gələn qaçqınlarla da məşğul olur. Mən Azərbaycanda mövcud olan sığınacaq sisteminin təkmilləşdirilməsinə çalışan Dövlət Miqrasiya Xidməti və digər dövlət idarələri ilə gördüyümüz işləri qiymətləndirməliyəm.

Biz Azərbaycanda qaçqınlara öz potensiallarını artırmaq, özlərini və ailələrini saxlaya bilmək üçün daha çox imkanlar, daha çox şans və xidmətlərə çıxış əldə etmək imkanı yaratmağa çalışırıq.

Biz Azərbaycanda yaşayan qaçqınların cəmiyyətin məhsuldar elementləri olma ehtimalını artırmağa çalışdıq ki, onlara ölkə üçün əlavə yük kimi baxılmasın.

Əslində, əgər onlara işləməyə icazə verilərsə, qaçqınlar öz vəsaitlərini və bacarıqlarını istifadə edərək daha çox töhvə verə biləcəklər, amma ən başlıcası, onlar istədikləri cəmiyyətdə yaşamağa hazır olduqlarını göstərir və onun inkişafında yardımçı olmaq istəyirlər.

Cəmiyyət inkişaf edərsə, qaçqınlar yalnız özləri üçün deyil, həm də cəmiyyət üçün də faydalı olacaq. Və mən, həqiqətən, hesab edirəm ki, dövlət departamenti ilə və ən əsası dövlət miqrasiya xidmətləri ilə yaxşı əməkdaşlıq sayəsində biz yəqin ki, bunu edəcəyik!  

Azərbaycana ən çox qaçqın uzun müddət davam edən münaqişənin olduğu Əfqanıstandan gəlir. Digər qaçqınlar Çeçenistan, İran, Şri Lanka və Pakistandan gəlir. Azərbaycana müəyyən səbəblərlə gələn çox sayda insan var. Bütün bu səbəblər yalnız qaçqın statusu ilə əlaqədar deyil, buna görə də Dövlət Miqrasiya Xidməti ilə birlikdə gördüyümüz iş sığınacaq üçün Azərbaycana gələn əcnəbiləri müəyyən etməkdir.

Eurasia Diary: Daha əvvəl dediyiniz kimi, BMT QAK dövlət strukturları və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, bəs QHT və vətəndaş cəmiyyəti sektoru ilə əməkdaşlıq varmı?

Furio De Angelis: Bu çox vacibdir, çünki BMT QAK-ın fəaliyyəti təklikdə mümkün deyil. İlk növbədə, biz hökumətlə sıx əməkdaşlıq edirik, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası BMT-nin agentliyidir, buna görə də, biz hökumətin fəaliyyətini dəstəkləyirik, lakin vətəndaş cəmiyyətilə əlaqə və dəstək olmadan QAK-ın işi təsirli olmayacaq. Biz bir sıra layihələrimizin olmasından və tələbələrə dünyadakı qaçqınlara dəstək verməyin vacibliyi barədə məlumat vermək məqsədilə ADA Universiteti, Bakı Dövlət Universiteti kimi akademik institutlarla əlaqə yaratmaqdan  çox məmnunuq.

Bildiyiniz kimi, qaçqın hərəkatı qlobal ünsürdür və bu zaman qaçqın hərəkatlarına reaksiya və cavab vermək üçün daha mütəşəkkil sistem yaratmaq məqsədi daşıyan mühüm proseslər gedir. Şübhəsiz ki, Azərbaycan bu prosesdə böyük rol oynayacaq, çünki Azərbaycan məskunlaşdırmanı bilən, qaçqınları qəbul edən, sığınacaq verən ölkədir - bütün şərtlər qaçqınlarla bağlı qlobal mübarizə prosesində mühüm faktor olmalıdır.

Eurasia Diary: Azərbaycanda işinizi müvəffəqiyyətlə başa vurduqdan sonra nə etməyi planlaşdırırsınız? Xahiş edirik oxucularımıza gələcəkdə atacağınız addımlar haqqında məlumat verərdiniz.

Furio De Angelis: Deməliyəm ki, mən 30 ildir BMT QAK-da çalışmışam, və indi faktiki olaraq, təqaüdə çıxıram. Mən BMT QAK-dan təqaüdə gedəcəyəm və vətənim İtaliyaya, Romaya gedəcəyəm.

Şübhəsiz ki, mən yenə aktiv olacam. Mənim bir sıra fikirlərim var, amma bir az istirahət etmək və ailəmlə birlikdə vaxt keçirmək istəyirəm. 30 il beynəlxalq dövlət qulluqçusu işləmiş şəxs asanlıqla unudula bilməz. Ümid edirəm ki, fəal olmaq və bu sahə ilə məşğul olmaq üçün yenə imkan tapacam.

Eurasia Diary: Belə maraqlı bir müsahibə üçün çox sağ olun. Sizə gələcəkdə uğurlar arzulayırıq, bir daha Eurasia Diary-ə diqqət ayırdığınız üçün təşəkkür edirik.

Furio De Angelis: Düşünürəm ki, Azərbaycana qayıdacağam, çünki artıq iki ildir ki, burada idim və hesab edirəm ki, çox maraqlı ölkədir. Mən bunu peşəkarlıq baxımından bilirəm, amma bunu turist kimi də hiss etmək istərdim.

Bu həqiqəti söyləmək məcburiyyətindəyəm; Azərbaycan öz xalqı üçün ən böyük dəyərə sahibdir. Onun şəhər və kəndlərində yaşayan insanları nəzakətli, qonaqpərvər və istiqanlıdır. Yəqin ki, bu Azərbaycanın malik olduğu ən vacib dəyərdir.

 

Natalya Quliyeva


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı