Putin güzəştə getməyə məcbur olacaq Ekspert

Müsahibələr 11:16 10.07.2018

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə müsahibəni təqdim edir.

- İyulun 16-da Helsinkidə Putin-Tramp görüşü keçiriləcək. Sizcə, bu görüşdə hansı məsələlər müzakirə ediləcək?

- Mənim fikrimcə, bu görüşdə əsasən, dünyada kəskin müharibə şəraitində olan regionların mövzusu müzakirə ediləcək. Söhbət ilk olaraq Orta Şərq regionu, Suriya və Ukrayna münaqişəsindən gedir. Əslində Amerika bir daha Rusiyanın apardığı siyasətin qəbuledilməz olduğunг onun diqqətinə çatdıracaq, ən azı ABŞ-ın iqtisadi sahədə Rusiya üçün problemlər yaratmağa qadir olduğunu nümayiş etdirəcək. Sanksiyaları aradan qaldırmaq üçün Rusiyaya öz siyasətində köklü dəyişikliklər etməsi mesajı veriləcək. Bu, əsas mövzu olacaq. Ancaq danışıqlarda ciddi irəliləyiş və kompromislərin mümkün olacağını gözləmirəm.

- Niyə hesab edirsiniz ki, görüşdə ciddi razılaşma və irəliləyiş ola bilməz?

- Əvvəla, ortada ciddi fikir ayrılığı var. Rusiya öz siyasətindən geri çəkilmək istəmir. Nə Ukrayna, nə Suriya məsələsində geri çəkilmir. ABŞ rəhbərliyi də hazırda ölkəsinin iqtisadi gücündən istifadə edərək, bir sıra ölkələrə özünün imkanlarını nümayiş etdirir. Bu vəziyyətdə ABŞ-ın Rusiyaya hansısa güzəştə getməsi mümkün deyil.

- Ancaq bir müddət əvvəl Donald Tramp bəyan etmişdi ki, hətta Krımı Moskvaya güzəştə gedə bilər...

- Bilirsinizmi, indi elə vəziyyət yaranıb ki, internetdə qeyri-dəqiq məlumatlar yayımlanır. Lakin bu məlumatlar sonda dəqiqləşdirilir və onların yalan olduğu ortaya çıxır.

- Tramp və Putinin hansı məsələlərdə razılaşmayacağını dediniz. Bəs bu iki super gücün təmsilçisi hansı məsələlərdə razılaşa bilər?

- Fikrimcə, Rusiya yeganə olaraq bir məsələdə Trampa güzəştə getməyə məcbur olacaq. Bu da İranın Suriyada hərbi bazaları ilə əlaqədardır. Nə ABŞ, nə də İsrail İrana belə bir imkan verməyəcək. Rusiya da hər dəfə olduğu kimi, yenə də öz maraqlarını qoruyaraq, müttəfiqlərini meydanda tək qoyub geri çəkilə bilər.

- Ancaq ötən həftə Bəşər Əsədə bağlı qüvvələr və Rusiya hərbçiləri Dera bölgəsinə nəzarəti ələ keçirdi. İrana bağlı hərbi qüvvələr isə Deradan 140 kilometr aralıya çəkildi...

- Suriyada nümayişkaranə şoular həyata keçirilə bilər. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, Suriyada quru əməliyyatlarında əsasən, İran və “Hizbullah” qüvvələri iştirak edir, Rusiya isə burada əsasən hərbi aviasiyasından istifadə edir.

- Siz Helsinki görüşündə əsasən, Yaxın Şərq və Ukrayna münaqişəsinin müzakirə mövzusu olacağını qeyd etdiniz. Bəs bu görüş digər regional münaqişələrin həlli baxımından nə vəd edir?

- Mən düşünmürəm ki, Helsinkidə başqa münaqişə bölgələrinin müzakirəsi üçün vaxt və imkan çatsın.

- Helsinki görüşündən sonra dünyada gərginləşmə davam edəcək?

- Mən hazırda müsbət dəyişiklik gözləmirəm.

- Aydındır ki, ABŞ və Avropanın mövqelərində ciddi parçalanma müşahidə olunur. Avropa faktiki olaraq, Trampın İran siyasətini dəstəkləmir, eləcə də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, belə böyük bazarı əlindən çıxarmaq istəmir. Bu prosesin sonu necə görünür?

- Hər zaman olduğu kimi Avropa öz siyasətini Amerikanın siyasətinə uyğunlaşdırmalıdır. Çünki ABŞ İrana qarşı sanksiyaları tətbiq edilməyə başlayanda bəzi Avropa ölkələri bu sanksiyalardan yan keçməyə çalışdı. Amma onların ticarəti ABŞ-la o qədər çoxdur ki, İranla bağlı sanksiyalara riayət etməyə məcburdurlar.

- ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison iddia edib ki, Rusiyanın məqsədi Türkiyəni NATO-dan çıxarmaqdır. Bu nə dərəcədə ciddi iddiadır?

- Mənə elə gəlir ki, NATO Türkiyə məsələsində öz siyasətinə ciddi baxmalıdır. NATO öz müttəfiqinə terrorla mübarizədə dəstək vermədi. Bu, NATO-nun buraxdığı ciddi səhv idi. Çünki Ankara hər zaman NATO-nun etibarlı müttəfiqi olub. Çox təəssüflər olsun ki, NATO PKK məsələsində Türkiyəyə dəstək vermədi və Ankaranı terrorla mücadilədə tək buraxdı. Buna baxmayaraq, Türkiyə terrorla təkbaşına uğurlu mübarizə apardı. Düzür, burada Amerika da Türkiyənin əməliyyatlarına müsbət yanaşdı. NATO-Türkiyə münasibətlərində mən günahı NATO-da görürəm. Hesab edirəm ki, NATO bu məsələdə haqsızdır.

- Rusiyalı politoloq Duqin İranda bəyan etdi etdi ki, Yaxın Şərqdə sülh üçün Rusiya, Türkiyə və İranın əməkdaşlığı əhəmiyyət kəsb edir, bu, ABŞ-ın bölgədə nüfuzunu aşağı salır. O dedi ki, yeni dünya düzənində bu üç ölkənin əməkdaşlığı ciddi faktor olacaq...

- Belə bəyanatları ciddi qəbul etmirəm. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin gücü onun iqtisadi gücündən ibarətdir. Rusiyanın dünya iqtisadiyyatında payı 10 faizdən azdır. Ona görə belə bəyanatlar şou xarakterlidir və ciddi faktlara söykənmir.

- Sizə görə, indi Suriyada Amerika güclü mövqelərə malikdir, yoxsa Rusiya?

- Mənə elə gəlir ki, hazırda Suriya dağılan döyüş meydanını xatırladır. Və bütün güclər orada müasir silahlarını sınaqdan keçirir.

- Putin-Tramp görüşü Azərbaycan üçün yaxşı və pis mənada nələr vəd edir?

- Azərbaycanın siyasəti ilk növbədə tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Biz həm qonşularımızla əməkdaşlığa hazırıq, həm də Amerika ilə. ABŞ-ın Azərbaycanın strateji layihələrinə dəstək verməsindən də məmnunuq. Azərbaycan məsələsinin ABŞ-Rusiya arasında müzakirə mövzusu olmasını isə gözləmirik. (teleqraf)

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Hamısı