Kestutis Yankauskas Azərbaycanın müharibədən zərərçəkmiş bölgələrinə səfəri barədə danışdı FOTO

Müsahibələr 17:25 24.07.2018

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycanın Tərtər və Bərdə rayonlarının müharibədən zərərçəkmiş bölgələrini ziyarət edib. Bu səfərin məqsədi regionların iqtisadi inkişafı potensialı ilə yanaşı orada yaşayan qaçqın və məcburi köçkünlərin həyatı ilə tanış olmaq idi. Səfərin sonunda səfir təəssüratları barədə Eurasia Diary-ə özəl müsahibə verib.

Eurasia Diary: Xahiş edirik, Tərtər və Bərdə bölgələrinə səfərləriniz barədə təəssüratlarınızdan danışın. Bu sizin bu bölgələrə ilk səfərinizdirmi?

Kestutis Yankauskas: İlk növbədə, Sizə çox təşəkkür edirəm, bu təşəbbüsü irəli sürməsi və səfəri təşkil etdiyi üçün BAMF-a, cənab Umud Mirzayevə təşəkkür edirəm. Ötən ilin sentyabr ayında Azərbaycana gəldiyimizdən bəri mən hər zaman Azərbaycanın yalnız Bakıdan ibarət olmadığını və bölgələrə, müxtəlif şəhərlərə gedərək orada yaşayan əhalinin həyatı barədə onların özlərindən eşitməli olduğumuzu deyirəm.

Beləliklə, bu iki günlük səfər mənim bura ilk səfərim deyil, amma ilk dəfədir ki, insanlarla, sahibkarlarla, rəhbərliklə görüşmək və müxtəlif layihələrlə, yerli əhalinin ehtiyacları ilə tanış olmaq imkanım oldu. Bir neçə ay əvvəl ilk olaraq bütün diplomatik korpusların bura səfəri təşkil olunmuşdu, daha sonra biz məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış qəsəbəsini ziyarət etdik, ancaq bu yalnız bir günlük idi və hava soyuq idi. Biz o tərəflərdəki vəziyyətlə tanış olduq. Bu səfər indi bizim üçün gələcəyə yönəlik məsələlər, problemlər və imkanlarla tanış olmaq üçün daha çox imkanlar açmış oldu.

Eurasia Diary: Bu yaxında AB və Azərbaycan gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən çox vacib bir sənəd imzaladılar. Sizcə, bunu Azərbaycanın regionlarında yeni layihələrin həyata keçirilməsi və regionların kənd təsərrüfatının inkişafı üçün yaxşı bir başlanğıc hesab etmək olarmı?

Kestutis Yankauskas: Əlbəttə, haqlısınız. Keçən həftə Brüsseldə mətnin, belə desək, tərəfdaşlıq prioritetlərinin müzakirələrinin bitirilməsini qeyd etdiyimiz bir mərasim keçirildi. Bu Aİ və Azərbaycanın birgə əməkdaşlıq üçün prioritet sahələr üzrə 2020-ci ilə qədər tərəfdaşlığa dair razılığa gəldikləri bir sənəddir. Ötən həftə Brüsseldə baş verən hadisə olmasa idi əməkdaşlığımız bu ilin sonunda dayandırılacaqdı. İndi bu davam edə bilər və biz bu əməkdaşlığı yönəldəcəyimiz sahələri bilirik. Həqiqətən, bu prioritetlərdən bəziləri Şərq tərəfdaşlığına uyğundur amma mən bunun burada və bu iki regionda vacib olduğunu düşünürəm. Bu yaxşı idarəetmə, iqtisadi əlaqələrin inkişafı, Avropa Birliyi ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqə və insanlar arasında əməkdaşlıqdır.

Eurasia Diary: Bölgələrin iqtisadi inkişafı barədə danışarkən, sizin fikrinizcə bu AB üçün tam olaraq nə deməkdir?

Kestutis Yankauskas: İnanıram ki, tərəfdaşlığımız çox möhkəmdir, çünki qarşılıqlı maraqlar var. Aİ tərəfindən biz regionda koridor rolunu oynaya bilən, alternativ enerji mənbəyi olan, dünyəvi, multikultural Azərbaycanın olmasında maraqlıyıq.

Hesab edirəm ki, eyni zamanda, Azərbaycan da ticarət tərəfdaşı və müxtəlif məhsullar üçün bazar kimi Aİ-yə maraq göstərərək daha da inkişaf edir. Bu tərəfdaşlığı qurarkən, hökumətin əsas məqsədləri olan iqtisadi diversifikasiya və müasir cəmiyyətin qurulması olan bu işində əməkdaşlıq edir və köməklik göstəririk. Bunu etməklə və bu iki gün ərzində görmüş olduğum şeyləri nəzərə alsaq, bir daha təsdiq edə bilərəm ki, müasir cəmiyyəti vətəndaş cəmiyyəti olmadan qura bilməzsiniz. İnsanlara bu işdə kömək etməyə və töhfə verməyə imkan verməlisiniz. İkincisi, ən azından AB-də bildiyimiz kimi, iqtisadiyyatın uğuru kiçik və orta müəssisələrə əsaslanır.

Bu neçə gün ərzində burada gördüklərimizə əsasən deyə bilərəm ki, fermerlərin ideyaları, işləmək istəyi var, onlar özləri üçün pul qazanmaq və ailələrini dəstəkləmək istəyirlər. Bəzən mikrokreditlər ilə kömək etmək lazımdır, bəzən yetişdirdikləri məhsulda yeniliklər etmək, suyun nə qədər vacib olduğu barədə onlara məsləhət vermək lazımdır. Əslində, bu iki bölgədə, xüsusən də Tərtərdə münaqişədən zərər çəkmiş insanlar var. Hazırda da suyun çatışmaması ilə əlaqədar problemlərin olduğunu görürük. Amma biz bu problemin artezian quyuları ilə deyil, su anbarları tikərək suyun qənaət edilməsi və daha sonra suvarma üçün istifadə edilməsi kimi həlli yollarını da gördük.

Eurasia Diary: Qeyd etdiyiniz kimi, Bərdə və Tərtər müharibədən zərər çəkmiş bölgələrdir və aydındır ki, burada yaşayan qaçqın və məcburi köçkünləri dəstəkləmək məqsədi ilə bəzi layihələr olmalıdır. Aİ Azərbaycanda qaçqın və məcburi köçkünləri dəstəkləmək üçün hər hansı bir layihəni həyata keçirməyi planlaşdırırmı?

Kestutis Jankauskas: Bəli, biz Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri ilə görüşdük ki, Aİ-nin həyata keçirdiyi bütün layihələrdə biz məcburi köçkünlərlə işdə payımızın olması üçün əlimizdən gələni edəcəyik.

Hazırda Aİ Azərbaycanda bir neçə əsas istiqamətlərə diqqətini yönəldib. Onlardan biri yüksək təhsil və peşə təhsili üzrə təlimdir. Digəri kənd təsərrüfatıdır. Avropa İttifaqı kənd təsərrüfatında müasir idarəetmə, qida təhlükəsizliyi üçün əsaslar hazırlamağa çalışır. 

Biz kiçik və orta müəssisələrə və vətəndaş cəmiyyətinə diqqətimizi yönəldirik. Mən inanıram ki, bütün bu sahələrdə məcburi köçkünlər prosesin bir hissəsi ola bilərlər. Beləliklə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bu iki bölgədə nə etdiyini nəzərdən keçirərkən onları cəlb etmək üçün  əlimizdən gələni edəcəyik. Beləliklə, öyrənmək çox faydalı idi və ümid edirəm ki, bundan sonra gələcəkdə da layihələrimizdə bundan faydalanacağıq.

Müsahibəni götürdü: Anastasiya Lavrina


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı