Nikol meydan oxuyur: Putinin cavabı… Duqindən SENSASİYA

Müsahibələr 16:04 03.08.2018

Rusiya Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın İrəvanın hərəkətlərinə görə narahatlıq duyduğunu ifadə edib. Söhbət KTMT-nin Ermənistandakı baş katibi Yuri Xaçaturovun həbsindən gedir.

Ermənistan hakimiyyətinin son addımlarının arxasında nə dayanır?

Mövzu ilə bağlı fəlsəfə, siyasi elmlər doktoru Aleksandr Duqinin Federal Xəbər Agentliyinin hərbi müxbiri ilə söhbətini təqdim edirik:

– Ermənistanda "Paşinyan inqilabı" və indi baş verən hadisələrlə bağlı hər şey geosiyasi kontekstə yerləşdirilməlidir. Məsələ burasındadır ki, Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətlərini yaxşılaşdırmaq üçün ciddi razılıq əldə edilmişdi. Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması iki ölkə arasında gərginliyin və eskalasiyanın aradan qaldırılmasına imkan verəcəkdi. Öz növbəsində, bu, Cənubi Qafqazda güc balansının harmoniyasına əhəmiyyətli bir şəkildə təsir göstərəcəkdi.

– Amma bu baş vermədi.

– Serj Sərkisyanın baş nazir postuna əyləşməli olduğu bir vaxtda yaranan narahatlıqlar və Milli Məslisin deputatı Paşinyanın ölkə rəhbərliyinə gəlməsi ilə bütün istiqamətlər dəyişdi. Paşinyan Rusiyanın vasitəçiliyi ilə əldə olunan Azərbaycan – Ermənistan razılaşması üçün rəsmi İrəvanın verdiyi vədlərə əməl etməyəcək. Üstəlik, o, KTMT və Avrasiya İttifaqı daxilində Ermənistan və Rusiyanın qarşılıqlı münasibətlərini sual altına qoymaq üçün qərbli, avroatlantik yanaşmalarını ifadə etməyə başladı. Yəni, Paşinyan uzun müddət davam edən müttəfiq münasibətlərimizə qarşı dağıdıcı siyasət aparmağa başladı.

– Bu davranış sürpriz oldu. Çünki bundan əvvəl həm İrəvan, həm də Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olunduğu haqda məlumatlar yayılmışdı. Paşinyanın hərəkətləri Moskvadan necə görünür?

– Paşinyanın gəlməsi ilə Qarabağ problemində Rusiyanın mövqeyini möhkəmləndirəcək və bu ölkələr arasındakı münasibətləri normaya salacaq hər hansı bir addımdan söhbət belə getmədi. Əksinə, Paşinyanın hakimiyyətə gəlməsi bütün planları məhv etdi. Çünki Azərbaycanla Rusiya arasındakı yaxınlaşmaq məsələsi aktual idi və bu, hər kəsin güclənməsinə səbəb olacaqdı. Buna görə də Ermənistan-Azərbaycan münasibətlərində nəzərdə tutulan addımlar nəinki atılmadı, hətta bir addım geri çəkilməyə gətirib çıxardı.

– Və indi bu mühüm həbs hadisəsi…

– KTMT sədri Xaçaturovun həbsi əslində bizim strateji tərəfdaşlığımıza zərbədir. Robert Köçəryanın (Ermənistanın sabiq prezidenti) həbs olunması - daxili məsələdirsə, KTMT liderinin həbsi bizim hərbi-strateji münasibətlərimizə zərbədir.

– Ermənistanda bir çox insan üçün Sərkisyan və Köçəryan adları Rusiya ilə assosasiya olunurdu. Bəziləri onları Moskvanın namizədləri kimi qəbul edirdi ki, bu da etirazlara əlavə bir təkan verdi. Bu assosasiya nə dərəcədə adekvatdır?

– Məsələ burasındadır ki, nə Sərkisyan müdafiə olunacaq qədər idealdır, nə də Ermənistanın digər rəhbərliyi. Bu, müəyyən qədər Kiyev, Ukrayna məsələsini xatırladır. Rusiya daxili siyasətdə populyar olmayan müəyyən siyasi liderlərlə danışıqlara gedirdi. Amma bu, Rusiyanın bunu nəzərə almadığı demək deyil. Rusiya daha ümumi mənfəətlər uğrunda hərəkət edir, onların kim olduğuna və ictimai rəyə baxmır. Rusiya ölkəni idarə etmək hüququna sahib olan şəxslərlə anlaşır.

– Rusiya rəsmi İrəvanla olan münasibətlərdə də eyni taktikadan istifadə edib…

– Rusiya Ermənistanla olan münasibətlərini Köçəryana və ya Sərkisyana uyğunlaşdırmayıb, müttəfiqimiz Azərbaycanla olan münasibətləri də nəzərə alaraq, Rusiya ölkə maraqları mövqeyindən, İrəvan – Moskva müttəfiqliyi mövqeyindən çıxış edirdi. Paşinyan bu modeli məhv edir və meydan oxuyur.

Mən çox yaxşı başa düşürəm ki, ermənilər əvvəlki rəhbərliyə münasibətdə çox mənfi mövqe tuturlar. Bu normaldır. Əslində, biz də Yeltsin rəhbərliyinə, ukraynalılar isə Viktor Yanukoviçə eyni münasibət bəsləyirik. Ancaq bu, geosiyasi konstruksiyaları məhv etmək üçün bir bəhanə deyil. Bu çox təhlükəlidir.

– KİV yeni erməni hakimiyyətinin hərəkətlərinin Moskvanın "qıcıqlandırması" ilə bağlı çoxsaylı manşetlər tirajlayır…

– Hesab edirəm ki, Sergey Lavrov İrəvanda belə bir hərəkatın təhlükəsinin olduğunu dərk edir və sadəcə xəbərdarlıq edir: ermənilər, siz daxili problemlərinizi uyğun gördüyünüz kimi həll edəcəksiniz, ancaq geosiyasi kontekst mövcuddur, çünki müqavilələri pozaraq, həm dövlətçiliyinizi, həm də xalqınızı hücum təhlükəsi altında qoyursunuz. Hesab edirəm ki, bu, Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatının açıqlamasıdır. Bu, çox ciddi xəbərdarlıqdır.

– Aydındır ki, bu, yalnız Rusiya Xarici İşlər Nazirliyinin deyil, Kremlin mövqeyidir.

– Bir qayda olaraq Xarici İşlər Nazirliyi Kremlin reaksiyasını mümkün qədər yumşaldır. Və baş verənlərə Prezident Vladimir Putinin reaksiyasını təsəvvür edə bilirəm. Lavrovun çıxışı prezidentimizin reaksiyasının 100 dəfə yumşaldılmış versiyasıdır. Bu hamı üçün çox pis nəticələnə bilər.

– Belə demarş Dağlıq Qarabağda gedə bilər…

– Bu yaxınlarda mən azərbaycanlılar tərəfdən Qarabağda oldum və başa düşdüm ki, sülh nə qədər həssasdır, onu dəstəkləmək çox çətindir. Bu istiqamətdə atılacaq hər bir addım dəqiq hesablanmalıdır. Xaçaturovun həbsi qayda və sazişlərdən xilas olmaq üçün bir vasitədir. Bu, hərbi ittifaqın məhv edilməsi, məncə, görünməmiş bir hərəkətdir.

– Ermənistan hakimiyyətinin hansı variantları var?

– Belə davam edərsə, Rusiya erməni dövlətçiliyinin təminatçısı rolundan imtina edə bilər. Bütün situasiyanın dəyişməsi üçün Rusiya tərəfinin bunu dilə gətirməsi kifayətdir. Rusiya təkcə postsovet məkanında deyil, həm də ətrafında olan bir çox dövlətin ərazi bütövlüyünün təminatçısıdır. Hətta Türkiyədə baş verənlər də bunu sübuta yetirdi. Əlbəttə, biz şantajdan danışmırıq. Ancaq bir anlıq belə olsa, unutsaq ki, biz KTMT və Avrasiya İttifaqı müttəfiqlərini dəstəkləməliyik, düşünürəm ki, erməni ərazi bütövlüyünün, xüsusən də Qarabağın taleyi qeyri-müəyyən bir fazaya keçəcək. Rusiyanın yalnız göz qırpması kifayət edər.

– Ermənistan üçün kədərli perspektiv…

– Ruslar ayı kimidir. Ermənilərə onu əsəbləşdirməyi tövsiyə etmirəm. (axar)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı