"Müharibələri böyüklər başladır, lakin onlar uşaqlara daha məhvedici təsir göstərir" UNICEF-in Azərbaycandakı rəhbəri

Müsahibələr 18:10 07.08.2018

Bu günlərdə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin   rəhbəri Edvard Karvardinin ölkəmizə gəlməsindən iki il keçdi.

Eurasia Diary ölkədə iki illik səfərinin başa çatması və müharibələrin əhali arasında ən həssas təbəqəyə - uşaqlara zərərli təsiri barədə danışmaq üçün Edvard Karvardinlə görüşüb.

- UNICEF-in Azərbaycandakı nümayəndəliyin rəhbəri vəzifəsində olduğunuz iki illik müddəti necə təsvir edərdiniz?

- Bu mənim Azərbaycanda olduğum iki çox məhsuldar il idi. Mənim üçün ölkənin bu qədər enerji dolu, həyatda uğur əldə etmək istəyən çox sayda uşaq və gənclərilə tanış olmaq xüsusilə maraqlı oldu.

Əlbəttə ki, UNICEF cəmiyyətdəki daha həssas uşaqlarla - əlil uşaqlar, ailələri olmayan uşaqlar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqlar və gənclərlə işləmək kimi işləyir. Mən həqiqətən hiss edirəm ki, irəlidə Azərbaycanı böyük gələcək gözləyir, çünki bu gənclər cəmiyyətə fayda verməkdə qərarlıdırlar. Əlbəttə ki, bunun üçün bizim də iştirakımız tələb olunur. Biz onlara potensiallarını hərtərəfli üzə çıxarmağa imkan vermək üçün kömək etməli və dəstəkləməliyik. Və bunu mən nəaliyyət hesab edirəm. 

Müsbət dəyişikliklərdən danışarkən son illər həyata keçirilən çoxsaylı proqramları qeyd edə bilərəm. Uşaqlarla bağlı durum günü-gündən yaxşılaşır. Biz yoxsulluq səviyyəsində azalma, səhiyyənin yaxşılaşdığını müşahidə edirik.

Ancaq hələ də üzərində çalışmalı olduğumuz problemlər var. UNICEF üçün bu problemlərdən birinin təhsil almaq, öz evlərindən kənara çıxaraq icmalarındakı fəaliyyətlərdə iştirak etmək və s. imkanı olmamaqla hələ də cəmiyyətdə tarazlığa nail ola bilməyən əlilliyi olan uşaqlar olduğunu düşünürəm.

Mən bu problemi regionlarda görsəm də hesab edirəm ki, o bötövlükdə ölkənin və paytaxtın problemidir. Biz maddi cəhətdən mübarizə aparan, valideynlərdən birinin qaldığı və tez-tez ananın tərk etdiyi ailələrdə  çətin həyat yaşayan uşaqların ailələrini yalnız maliyyə baxımından deyil, həm də uşaqlara məktəbə getmələri və öz potensiallarını üzə çıxara bilmələri üçün yardım edirik. Bu bötüvlükdə ölkə üçün vacibdir çünki biz bu ailələrə dəstək olanda, bu uşaqlar üçün iş yeri yaradanda anlayırıq ki, onlar böyüdükdən sonra Azərbaycanın həyatında daha konstruktiv və müsbət rol oynaya biləcəklər və ölkə üçün sosial və iqtisadi inkişaf baxımından uzunmüddətli fayda verə biləcəklər.

- UNICEF ilə hökumət strukturları arasında, eləcə də QHT-lər və vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq haqqında daha geniş məlumat verə bilərsinizmi?

- Bütün ölkələrdə olduğu kimi burada da UNİCEF hökumətlə çox sıx əməkdaşlıq edir və biz layihələrimizi hökumətin əsas nazirlikləri ilə əməkdaşlıq edərək hazırlayırıq. Azərbaycandakı fəaliyyətimiz məhz bundan ibarətdir. Düşünürəm ki,  hökumətdəki tərəfdaşlarımızla yaxşı əlaqələr qurmuşuq. Hesab edirəm ki, uşaqlara, gənclərə sərmayə yatırmaq üçün bizim bu ölkənin insan qızılının olduğunu söyləyən prezidentlə baxışlarımız üst-üstə düşür. 

Və sizin də doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycanda qeyri-hökumət sektoru və Vətəndaş Cəmiyyəti bizim milli səviyyədə inkişaf etdirməyə çalışdığımız işimizlə əlaqələndirici həlqə rolunu oynamaqla bu prosesdə mühüm rol oynayırlar. Buna görə də biz Beynəlxalq Avrasiya Mətvuat Fondu (BAMF) ilə sıx şəkildə əməkdaşlıq edirik. Biz layihələrimizin həyata keçirilməsində həmçinin Azərbaycan Respublikası Gənclər Fondu kimi iri təşkilatlarla da birgə çalışırıq. Bu da bizə daha çox uşaqları əhatə etməyə imkan verir.

Sizcə nə üçün həyata keçirilən layihələrdə UNİCEF üçün gənclərin tamhüquqlu qərarverən şəxslər kimi layihəyə cəlb edilməsi vacibdir?

Azərbaycanda gənclər əhalinin təxminən üçdə birini təşkil edir. Onların ölkənin həyatına verə biləcəyi müsbət töhfələr inanılmazdır. Gənclər əlbəttə ki, gələcəkdə ailədə qərarverici şəxslər olacaq və ya yerli hökumət orqanlarında və özəl sektorda çalışaraq bu ölkənin inkişafında rol oynayacaq.

- Əla! UNICEF Azərbaycanda, xüsusən də gənclər arasında DİM-lərin inkişaf etdirilməsinə necə kömək edə bilər?

- Hazırda Davamlı İnkişaf Gündəliyi bütün ölkələr üçün qlobal xarakter daşıyır. Mən onun əhəmiyyətli bir sahə olduğunu düşünürəm, çünki biz hər zaman gələcək barədə düşünməliyik və gənclərin burada iştirakı zamanı onları dinləmək və problemlərini anlamaq onlara müsbət təsir edir.

Sizə bir misal gətirim. Azərbaycanda bir çox gənclər daha sağlam ölkədə, istər dənizin, istərsə də kəndin ətraf mühitinin daha yaxşı mühafizə olunduğu yerdə yaşamaq üçün daha sağlam məkan görməyə görə narahatdırlar.

Bu narahatlıqlara qulaq asaraq biz bu məsələlərlə bağlı qərarlar qəbul edirik. Lakin gənclər bu müzakirələrə cəlb olunmaqla onlarda məsuliyyət hissi artır və beləliklə onlar daha da böyüyəndə və valideyn, eləcə də müəllim və ya ölkənin növbəti siyasi lideri olanda bu məsələləri ciddiyə alacaqlar. Biz dayanıqlılığı bu cür nəsildən- nəsilə ötürülən davamlı faydalılıqda görürük.

- Bilirik ki, müharibələr və münaqişələr əksər hallarda uşaqlara təsir göstərir, çünki onlar cəmiyyətin həssas təbəqəsidir və ümumi götürdükdə, xüsusən Azərbaycanda bu sahədə necə fəaliyyət göstərirsiniz?

- Məni münaqişələrlə bağlı ən çox məyus edən şey onların böyüklər tərəfindən yaradılmasıdır, lakin bunun ən pis təsiri uşaqlara olur. Mən münaqişələrin olduğu bir çox ölkələrdə çalışmışam və dəfələrlə onların uşaqlara və onların təhsilinə, ailə həyatına təsirinin şahidi olmuşam. Həmçinin, biz bilirik ki, dünyada müharibələrin psixoloji təsirinə məruz qalan insanlar da var.

Buna görə də Azərbaycanın münaqişədən zərər çəkmiş zonlarında xüsusilə də, gənclərlə işləyərkən onlara öz icmalarında fəal olmaları üçün daha müsbət, konstruktiv yollar yaradırıq. BAMF-ın daxil olduğu və bu rayonlarda yerli icra hakimiyyəti ilə müzakirə ediləcək fəaliyyətləri və fəaliyyət planını müəyyənləşdirmək üçün gəncləri bir araya gətirən Azərbaycan Gənclər Təşəbbüsü Layihəsi mövcuddur. Bundan başqa bir çox maraqlı layihələrin şahidi olduq.

Mən bu yaxınlarda Tərtərdəki yeni 3D Kinoteatrda və Bərdədə bir kitab klubunda oldum. Burada gənclər məktəbdən sonra bir araya gələrək birlikdə müzakirələr aparır.

Goranboyda isə yeni idman qurğusu kimi təhlükəsiz bir yerdə gənclər toplaşa və idman tədbirlərində iştirak edə bilərlər. Düşünürəm ki, bu onlara çətin şərtlərdə öz enerjilərini müsbət formada çıxarmaqla müsbət psixoloji təsir edir və onlara həyatda imkanlar qazandırır. Lakin böyüklər münaqişələri dayandırmalı və dünyanın istənilən yerində baş verən münaqişələr dinc yolla həll edilməlidir. 

Mən müsahibəmizi müsbət əhval-ruhiyyə ilə başa vurmaq istəyirəm və sonuncu sualım UNİCEF-in təşəbbüsü ilə qeyd olunan ümumdünya ana südü ilə qidalandırma həftəsi barədə olacaq.

Hər il avqustun ilk həftəsi UNICEF-in təşəbbüsü ilə dünyada ana südü ilə qidalanma həftəsi qeyd olunur. Burada UNİCEF, Ümumudünya Səhiyyə Təşkilatı iştirak edir. Biz ana südü ilə qidalanmanın vacibliyini təşviq edirik. Belə ki, ana südü yaxşı bir başlanğıca xidmət edir, yeni doğulmuş körpə üçün altı ay ana südü ilə qidalanmadan sonar sağlamlığında üstünlüyə malik olur. Ana südü uşağın fiziki inkişafına kömək edir həmçinin, ananın sağlamlığına müsbət təsir göstərir.

Biz istəyirik ki, Azərbaycanda daha çox qadın özlərini təhlükəsiz hiss etdikləri istənilən yerdə, istər ticarət mərkəzi olsun, istərsə də restoran, iş yerində və ya evdə olmalarından asılı olmayaraq ana südü ilə qidalanmanı seçsinlər. Bizim bu həftəni əhatə edən kampaniyamız çərçivəsində qadınların özləri tərəfindən söylənilən fikirlər eləcə də, ana südü ilə qidalanmanın uşaqlara müsbət təsiri olduğunu deyən ataların hekayələri təbliğ olunur. Və mən düşünürəm ki, bu şəxsi hekayələri eşidəndə və valideynlərin sevincini və xoşbəxtliklərini, orada sağlam uşağın oturduğunu görəndə ana südünün ən yaxşı olduğunu düşünürsən və biz hamı üçün yaxşı olması üçün analara kömək etməli, bunu daha çox təbliğ etməliyik.

- Əla! Mən şadam ki, Azərbaycanda bu qədər çox müsbət dəyişikliklər var, müsahibəyə görə təşəkkür edirəm, biz hələ çox görüşəcəyik.

- Buyrun

Natalya Quliyeva


Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Hamısı