ABŞ-Türkiyə siyasi böhranının əsl SƏBƏBİ - rahib deyil...

Müsahibələr 13:15 16.08.2018

ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi məhdudiyyət iki müttəfiq dövlət arasında son illərdə yaranmış gərginliyi ən pik həddə çatdırıb. Məsələ ilə bağlı ekspert Yadigar Nağıyev Eurasia Diary-nin suallarını cavablandırıb.

- Nə üçün amerikalı rahiblə bağlı 2016-cı ildə yaranmış problem məhz indi qabardıldı?

- Düşünürəm ki, bunun bir neçə səbəbi var. İlk olaraq, Türkiyə 2 yunan əsgərini, daha sonra bəzi ABŞ yönümlü şəxsləri FETÖ ilə əlaqəsi olduğuna görə həbs edib. Və Türkiyə əlində bunları saxlayaraq FETÖ-nu Türkiyəyə istəyir. Bunu biz əks hücum kimi də görə bilərik. Ancaq burda əsas məsələ odur ki, 2 əsgər sərhəddi keçdiyinə, digərləri isə FETÖ ilə əlaqəsi olduğuna görə həbs olunub və ya saxlanılıb. Hal-hazırda bunların daha gurultulu səsləndirilməsi ABŞ-ın Türkiyəyə FETÖ iddiasından ABŞ-ı uzaq tutmasını istəməsidir. Bunun əksini etdikdə ABŞ iqtisadi, siyasi addımlar ataraq Turkiyəni məcbur etməyə çalışır. Yəni rahib və ya digərləri sadəcə fiqur aktor olaraq bu plana xidmət edir.
 
- Əvvəlcə rus casusu Skripalla bağlı Rusiyanın üzərinə gedildi, indi isə amerikalı casusla bağlı məsələ Türkiyəyə qarşı istifadə olunur. Bu təsadüfdür ya necə?
 
- Xeyr təsadüf deyil. Bu ABŞ-ın orijinal xarici siyasətində əsas strategiyasıdır. Yəni ‘Əgər mən güclüyəmsə sən də mənim yardımımla güclənirsənsə mən deyəni etməlisən’ - bu ABŞ-ın oturuşmuş strategiyasıdır. Bununla eyni nəticəni almaq istəyir. Ancaq unutduğu tək şey Türkiyənin regionda Rusiyadan daha çox söz sahibi olmasıdır. Türkiyə Yaxın Şərq xalqı üçün ümid yeridir. Xüsusilə də, xalq daha çox siyasətlə məşğul olur və siyasi prosesləri anlayaraq dövlətin yanında olur.
 
- Avropadan Türkiyəyə dəstək gəlməsinin əsas səbəbi sizcə nədir?
 
- Mən bu dəstəyin daha çox planlı olduğunu düşünürəm. Çünki ABŞ və Avropa Birliyi hər zaman bərabər addımlar atdı. Biz bunu ən çox Skripal məsələsində gördük ki, ABŞ İngiltərə üçün çox addımlar atdı. İndi bu yaranan yaxınlıq biraz vergi narazılığından qaynaqlansa da əsasən maraqlar və nüfuzetmə üçündür. Məhz bu yaxınlıqla AB Türkiyədən ona lazım olan məsələləri həll etməsini istəyə və süni avro yardımları edə bilər. Bununla yanaşı, real olaraq xəritəyə baxsaq, Türkiyə Avropa ilə Asiya arasında körpüdür və tranzit yol bu ölkədən keçir. AB əgər bu çətin zamanda dəstək olmazsa Türkiyəni bir dəfəlik BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) xeyrinə itirə bilər.
 
- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, qərb Rusiya, Türkiyə və İrana qarşı sanksiyalar tətbiq etməklə Suriya üzrə Astana formatına təsir göstərməyə çalışır. Buna munasibətiniz?
 
- Lavrovun bu çıxışları əvvəlcədən Putinlə danışıqlara uyğun hərəkət edir. Əvvəla bilmək lazımdır ki, Suriyada Rusiya marağı yüksəkdir. Səbəbi? Aralıq dənizinə çıxış və ABŞ müttəfiqi İsrailə daha çox nüfuz etmə. Rusiya burada olan bazalarını və maraqlarını itirmək istəmir. Ancaq bununla yanaşı, ərazidə yerləşən kürdlərlə də əlaqələri kəsmək istəmir. Biz bunun dəfələrlə şahidi olmuşuq ki, Rusiya hər dəfə İranla birgə YPG-ə ABŞ-dan yaxşı böyük qardaş olmağa çalışıb, ancaq Türkiyənin yeritdiyi xarici siyasət görün necə tutarlıdır ki, Rusiya bu dəstəyi gizlinləşdirib. Və Rusiya istəmir ABŞ bu regionda güclənsin. Hətta Türkiyənin belə Suriyaya müdaxiləsində maraqlı deyil. Bunu İran tərəfdən də görə bilirik ki, əməliyyatlar zamanı iranlı generallar dəfələrlə bunun qanunsuz olduğunu qeyd edib. Yəni Türkiyə-İran-Rusiya oxu sadəcə ABŞ-ı qısqandırmaq roluna malikdir. Burdan ən çox qazanclı çıxansa Türkiyədir. Mərkəzdə duraraq hər 3 qanadın ona gəlməsinə şərait yaradaraq regionda güclənir.
 
- Amerikalı generallar hesabat üzərində işləyir. Hətta KİV-də Türkiyənin ilin sonuna kimi NATO-dan çıxacağına dair ehtimal da səsləndirildi. Türkiyə NATO-dan çıxdığı halda nə itirəcək?
 
- Türkiyənin NATO-dan çıxması real proseslərlə uyğunlaşmır. Əgər Türkiyə NATO-dan çıxarsa dövlətlərlə müttəfiqliyini bitirəcək. Xüsusilə də qonsu Yunanıstanla müharibə başlayacağı riskini bilir. İlk olaraq anlamaq lazımdır ki, Türkiyə NATO-dan çıxmaz, çünki Türkiyə NATO ölkəsi olduğu üçün Rusiya, İran və digər BRİCS ölkələri, hətta AB ölkələri də onu dəstəkləyirlər. Türkiyənin NATO-da qalması onun regionda gücünü daha da artırır. Əgər Türkiyə NATO-dan çıxarsa bütün gücünü itirmiş olar. Bu baş verdiyi zaman nə AB, nə də BRİCS ölkələri üçün maraqlı aktor olmaz. Daha doğrusu, indiki vəziyyəti itirərək Atatürk zamanında olan Türkiyənin vəziyyətinə, yəni neytral ölkəyə çevrilər ki, bu da Turkiyənin 2023 hədəflərinə uyğun deyil.
 
- Rusiyanın Turkiyəyə maraq göstərdiyi, Ermənistanın isə ABŞ-a yaxınlaşması fonunda həm regionda və daha sonra isə Qarabağ konflikti ilə bağlı dəyişən nəsə ola bilərmi?
 
- Türkiyənin Rusiyadan çox ABŞ-a bələd olmasının səbəbi istər ordu, istərsə də ideoloji cəhətdən yaxınlığıdır. Bu halın olması Rusiya üçün Türkiyə zəruriliyidir. Ermənistanın ABŞ və AB siyasəti isə təmamilə qurulmuş bir plandır. İlk olaraq, hər kəs bilir ki, yarandığı gündən etibarən Ermənistan himayə edilən ölkədir. Bu Rusiya hesabına baş tutur. Paşinyanın hakimiyyətə gəlməsi belə bəlkə Rusiya tərəfdən Ermənistanın azad, demokratik və heç bir dövlətdən asılı olmamasını göstərmək istəməsidir. Bu zaman AB Ermənistanın demokratik və azad ölkə olduğunu bilərək onu özünə cəlb edəcək. Məncə bu halın olması Rusiyanın AB-də lobbisinin və əlaltı dövlətinin olmasını istəməsi ilə əlaqadardır. Yəni hər şey Ermənistan üçün planlı baş verir. Xəzərin statusunun təsdiqindən sonra Qarabağ konfliktinin həlli yolunda da addımlar atıla bilər. Burda Türkiyə-AB və BRİCS yaxınlaşması ilə əgər Türkiyə ağıllı davrana bilərsə bu konflikti həll edə bilər.
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Hamısı