Ermənilərin Türkiyəni içəridən işğal etmə PLANI

Müsahibələr 17:04 15.08.2018

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışır. Türkiyədə də Azərbaycan amilini kənara qoyaraq, Ermənistanla münasibətlərin qurulmasını istəyən qüvvələr aktivləşib. Hərçənd, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının olduğu və 1915-ci il hadisələrini qondarma erməni soyqırımı adı altında təqdim edərək, Ankaradan təzminat almaq istədikləri məlumdur.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Publika.az-a müsahibəsində ermənilərin Türkiyə üzərində qurduqları xain planları açıqlayıb.



- Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu gün də davam edir. Siz zaman-zaman Türkiyə daxilində erməni diasporunun qurduqları oyunlar haqqında məlumatlar yayırsınız.

- Ermənilər tarix boyu türklərə qarşı xain hücumlar ediblər. Azərbaycan torpaqlarını işğal edən Ermənistan Türkiyəyə qarşı da ərazi iddialarını gizlətmir. Bu gün Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir. 1915-ci ildə Osmanlıya qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü. Həmin vaxt getmək istəməyənlər türk adı altında gizləndilər. Türkiyə erməni camaatının vəkili Aram Ateşyan bir verilişdə Tunceli əhalisinin 90 faizinin erməni olduğunu etiraf edib. Türkiyənin müxtəlif bölgələrində 37,055 erməni ailəsi türk, kürd və ələvi adı altında gizlənərək yaşayırlar. Bunların siyahısı da var: Diyarbəkirdə 1000 ailə kürd, süryani və ələvi, Malatyada 3,655 ailə kürd, ələvi, Kayseridə 5000 ailə türk, Elazığda 1000 ailə kürd, ələvi, Vanda 4000 ailə kürd, Tuncelidə 2000 ailə kürd, ələvi, Şanlıurfada 3500 ailə kürd, ərəb, Siirtdə 1200 ailə kürd, ələvi, türk, Erzincanda 1300 ailə kürd, ələvi, Sivasda 2000 ailə kürd, ələvi, Mardində 1500 ailə ərəb, Kahramanmaraşda 3000 ailə kürd, ələvi, Adıyamanda 1600 ailə kürd, Adana 2000 ailə kürd, ərəb və ələvi adı altında gizlənən kripto ermənilərdir.

Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin Kayseri millət vəkili Yusuf Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK üzvlərinin adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir gizlənən ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və erməni lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən bu erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki İspaniyada və Şimali İraqda mərkəzi hökumətləri saymayaraq, müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər. Onların “Qərbi Ermənistan” iddiaları da bunu deməyə əsas verir.

- Ermənilər Türkiyədə yaşayan həmşinlərin olduğunu iddia edirlər. Bu gün Həmşin bölgəsində hansı planlar qurulur?

- Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyətin hədəfi Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsidir. Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar. Erməni lobbisi Türkiyədə 200 min olan həmşinlilərin erməni olduğunu iddia edir. Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar, dərnəklər və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək, onları aldadır. Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu işdə erməni lobbisinə HDP və DBP üzvləri, həmçinin, onların bələdiyyə sədrləri dəstək verir. Onlar gizli planla Qərbi Ermənistan xəyallarını həyata keçirmək niyyətindədirlər. Buna görə də Qara dənizin Həmşin bölgəsində (Rize, Artvin) yaşayan həmşinliləri uydurma tarix və coğrafi yaxınlıq məsələsini irəli sürərək aldadır, onların erməni olduğunu sübut etmək üçün gizli şəkildə fəaliyyət göstərirlər.

Bu plan Ermənistanda rəsmi dairələr və bölgədəki bəzi şəxslər tərəfindən birgə həyata keçirilir. Beynəlxalq fondların dəstəklədiyi müəyyən təşkilatlar həm Ermənistanda, həm də Türkiyədə simpoziumlar, konfranslar keçirirlər. Məqsəd “həmşinlilər ermənidir” rəyini formalaşdırmaq və ərazi iddialarının ilkin bazasını qurmaqdır.

- Ermənistan Türkiyəyə qarşı terror hücumları həyata keçirən PKK-ya da dəstək verir.

- Doğrudur, bu haqda kifayət qədər məlumat var. Misal üçün, PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə ağır yaralanan terrorçular müalicə olunur, yüngül yaralananlar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar. Ermənistanla PKK arasında gizli anlaşma var. Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərirlər və oradan istədikləri ölkəyə gedirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir. PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.

Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər. Qarabağdakı təlimləri I Qarabağ müharibəsinin döyüşçüləri həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Hamısı