Paşinyan ən ciddi rəqiblərini sıradan çıxarır Ekspert

Müsahibələr 20:06 20.08.2018

Eurasia Diary oxuculara son günlər Ermənistanda baş verən proseslərlə bağlı politoloq, Qərbi-Kaspi Universitetinin dekanı Ramiyə Məmmədovanın müsahibəsini təqdim edir:

- Hazırda Dağlıq Qarabağla bağlı danışıqlar prosesi nə vəd edir?

- Bildiyiniz kimi ATƏT-in Minsk qrupu həmsədrləri vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi uzun illərdir davam edir. Əlbətdə ki, Minsk qrupu öz fəaliyyətini beynəlxalq hüququn normaları və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəalarını rəhbər tutaraq fəaliyyət göstərir. Lakin, bu illər ərzində göründüyü kimi nə qədər “qızğın” iş getsə də, nəticə əldə olunmayıb. Dağlıq Qarabağ məsələsi hələ də həll olunmamış qalmaqdadır. Göründüyü kimi də Minsk qrupu bu formatda işini davam etdirsə, bu məsələ bunan sonrakı illərdə də acıq qalacaq və Dağlıq Qarabağa həsrətlə baxacayıq. Deməli, Azərbaycanın öz torpaqlarını azad etməyə yönəlik siyasəti davam etdirməli və doğru bildiyi yolla bu məsələni köklü şəkildə həll etməlidir. 

- Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir göstərəcək?

Bu gün Ermənistan hakimiyyəti böhran yaşayır. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi və hakimiyyəti devirən yeni baş nazir Nikol Paşinyan onsuz da acınacaqlı olan Ermənistanı biraz da uçuruma aparır desək, yanılmarıq. Ard-arda baş vermiş hadisələr Paşinyanın hakimiyyətə gəldikdən sonra istər dünya arenasında olsun, istərsə də daxili siyasətdə atdığı addımlar, verdiyi bəyanatlar elə bunun bariz nümünəsidir. Ermınistan hüquqi dövlət olmadığından və Rusiya forpostu olaraq müstəqil konstitusiya ilə idarə olunmur. Ona görə də, onlar azad qərar qəbul etdiklərini və sərbəst şəkildə dövləti idarə edə biləcəklərini nə qədər göstərməyə çalışsalar da, bu mümkün olmur. Bütün bu yaşanan hadisələrin nəticəsi olaraq, çox güman ki, yaxın zamanlarda Ermənistanda siyasi böhran üzə cıxacaq. Əlbətdə ki, bu vəziyyət də Qağlıq Qarabağ məsəsləsinin həllini uzada bilər.    

- Robert Köçəryanın həbsi məsələsini necə şərh edərdiniz?

Ermənistan baş prokurorluğunun təqdimatı əsasında iyulun 26-da barəsində həbs-qətimkan tədbiri seçilən eks prezidenti Robert Köçəryan ölkənin konstitusiya quruluşunu dəyişdirməyə cəhddə ittiham olunur. İttiham sübut olunarsa, eks-prezidenti maksimum 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Köçeryan da Paşinyan kimi Levon Ter-Petrosyanın məcburi istefaya göndərilməsindən sonra ölkənin rəhbərliyini ələ aldı və Ermənistanda Qarabağ klan rejiminin yaratdı, yəni vəzifələrin başına yalnız Qarabağ ermənilərini gətirdi. Ozü prezidentlik vəzifəsindən getdikdən sonra belə, hakimiyyəti başqa klanın üzvü olan Serj Sarkisyana təhvil verdi. Əlbətdə ki, buda Ermənistan özündə cəmləşən ermənilərin xoşuna gəlmirdi. Sarkisyanı devirdikdən sonra Nikol Paşinyan  ona rəqib ola biləcək Qarabağ klanını zəiflətmək xəttini götürdü. Lakin bunu sona çatdıra bilmədi. Belə ki, öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibini dəyişmək istəyi Moskvanın xoşuna gəlmədi və ona sərt reaksiyalar verdi, sonra isə məhkəmə eks-prezident Robert Köçəryanı da azad etdi. Robert Köçəryanın həbsdən azad edilməsi, bir başa Moskvanın təzyiqi ilə əlaqədardır. Yəni, Moskva öz kadrlarına arxa durmaq  və Ermənistanın yeni hakimiyyətinə Rusiyaya qarşı siyasətini yenidən gözdən kecirməsi ismarıcını verməkdədir.         

- Rusiya Köçəryanın həbsi ilə bağlı hansı siyasəti yürüdəcək?

- Ermənistan tarixən Rusiyanın Qafqaz regionunda onun ən yaxın tərəfdaşı olmuş bir ölkədir. Ermənistan bütün rəhbərləri Moskva tərəfindən təyin olunmuş və hər zaman onların əməllərini yerinə yetirən kadrlar olub.  Ermənistanda baş vermiş inqlab və Moskvanın kadrını devirib vəzifəyə gələn Paşinyan və əlaxsus da onun Qərb yönümlü olması Kremlin marağına ziddir. Rusiya bir müddət Paşinyanın elədiklərinə seyirci qaldı. Lakin son günlərdə Kremlin kadrlarına yönəlmış perpesiyalardan sonra bu mövqeyindən cıxaraq artıq mövcud hakimiyyətə qarşı tədbir görəcəyini ehtimal etmək olar. Bu tədbirlərin də başında yenidən Qarabağ klanına üstünlük veriləcəyi ehtimalı da var. Yəni, Köçəryan-Sarkisyan və digərləri Paşinyana qarşı çıxaraq, yenidən devirmə planı həyata keçirilə bilər.  

- Paşinyan hakimiyyətinin siyasi kursu barədə nə demək olar?

Paşinyan Ermənistanı daha sivil və dünya arenasına çıxarmaq Qərbə yönəlməsi mövqeyini irəli sürür. Bununla da, Rusiyanın əsarətindən çıxararaq daha geniş və azad siyasətə can atır. Buna görə də Qərb dövlətlərinin və Amerika rəhbərləri ilə ünsiyyət qurmağa calışır. Bunu Paşinyanın NATO sammitində də göstərməyə çalışdı. Lakin Paşinyan bir növ odla su arasında qalmaqdadır. Bir tərəfdən Ermənistana havadarlıq və dəstək duran Rusiya, digər tərəfdən Rusiyaya qarşı olan Qərb, bir tərəfdən də daxili təlatumları icində olan ölkə. Paşinyan çox çətin dillema qarşısındadır. Lakin onun daxildəki problemləri həll etmədən xarici problemləri həll edə bilməsi mümkünsüz kimi görünür.

- Həmsədrlərin fəaliyyətini necə dəyərləndirirsiniz?

Bəli, bu gün dediyimiz kimi Həmsədrlik insitutunun fəaliyyəti ancaq illərdi bu ölkələrə gəlib qetməkdən, hansısa qərarları qəbul etməkdən və bəyanatlar verməkdən ibarətdədir. Və nəticə etibarı ilə onların gördüyü işlər göz qabağındadır, yəni Qarabağ məsəsləsində hecbir irəlləyiş əldə olunmamış qalmaqdadır. Sadəcə zaman, maliyyə və insanların bu qrupun işinə artıq inamsızlıq itkisindən başqa bir şey deyil. Əlbətdə ki, bu qrupa ABŞ, Fransa və Rusiyadan başqa dövlət nümayəndələri daxil olsa daha yaxşı olardi. Məsələn-Türkiyə. Tükiyə qardaş dövlət kimi həmdə adekvat qiymət verməyi bacaran və bu münaqişənin həlli məsəsləsində daha maraqlı olması bu qrupun fəaliyyətində bir dönüş yarada bilər. Əks təqdirdə, bu qrupun fəaliyyətindən hansısa bir müsbət nəticə alınması inam doğurmur.            

- Regionda lokal müharibə baş verə bilərmi?

- Müharibə başlanması faktoru indiki zamanda mümkünsüzdür. Azərbaycan hər zaman öz torpaqlarını azad etmək istəyi ilə bərabər, buna nə qədər qadir olduğunu da 16 aprel savaşında bütün dünya və Ermənistana göstərdi. Bu gün bir cox erməni saytlarında Azərbaycanın tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulması, müharibə cinayətkarlarının qəhrəmanlığı,  hərbi əməliyyatların hər an bərpası ehtimalı, xüsusilə də militarist ritorika və Azərbaycanda ermənilərə qarşı  nifrət təbliğatı barədə yazılar gedir. Lakin Azərbaycan yenə də münaqişənin sivil yolu ilə, yəni danışıqlar yolu ilə qan tökülməməsi, şəhid verilməməsi yolu ilə həllinin tərəfdarıdır və bunuda hər zaman göstərməkdə davam edir. Ona görə də, bu gün Azərbaycanda Ermənistanda gedən prosesləri seçkiləri gözləyir, yəni bir növ Ermənistana və onun hakimiyyətinə zaman verir ki, bu münaqişəni sülh və danışıq yolu ilə həll etsinlər.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı