"Mən Azərbaycanı tərk edirəm, amma ürəyim burda qalacaq" Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı

Müsahibələr 12:02 28.08.2018

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə şöbəsinin müdiri Jeroen Vilyams Azərbaycanda diplomatik missiyasını başa vurub. Son dörd il ərzində o iqtisadi idarəetmə ilə bağlı məsələlər üzərində işləyib və ölkə üçün böyük əhəmiyyət kəsb edən bir sıra layihələrin təşəbbüskarı olmuşdur. 2017-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Yeroen Vilyems Azərbaycanın müharibədən əziyyət çəkən bölgələrini ziyarət edib. Səfərin məqsədi Azərbaycanın Tərtər və Bərdə bölgələrinin geniş sosial-iqtisadi inkişafı ilə tanış olmaq idi.

Jeroen Vilyams getməzdən əvvəl Eurasia Diary ilə Aİ ilə Azərbaycan arasındakı mövcud münasibətlərin, həmçinin Azərbaycanla bağlı gələcək planlarını bölüşüb.

"Hesab edirəm ki, hazırda Aİ ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İndi yeni hərtərəfli saziş üçün uyğun bir zamandır. 1996-cı ildən etibarən tərəfdaşlıq və əməkdaşlıq haqqında köhnə saziş qüvvədədir və əlbəttə ki, həm Aİ, həm də Azərbaycan son 22 ildə dəyişmiş və inkişaf etmişdir.

İnsanlar AB ilə Azərbaycan arasındakı əlaqələrdən danışdıqda, onlar bunun əsasən enerji sahəsində əməkdaşlıq olduğunu düşünürlər. Doğrudur, Azərbaycanla strateji enerji tərəfdaşlığımız var; ancaq Aİ üçün Azərbaycan enerji tərəfdaşından daha çox əhəmiyyət kəsb edir. Aİ həm neft, həm də qeyri-neft sektorunda mühüm ticarət tərəfdaşı və investorudur. Bizim çox güclü mədəni əlaqələrimiz var; Bundan əlavə, təhlükəsizlik və əməkdaşlıq kimi məsələlərdə çox müzakirələr və mübadilələrimiz mövcuddur, çünki Azərbaycan Aİ təcrübəsini ölkəyə gətirən Tvinninq layihələrinin aparıcı nümunəsidir. Azərbaycanın TAIEX layihələrində lider ölkə olması barədə isə məlumat azdır. 2018-2020-ci illərdə əməkdaşlığa dair yeni strateji istiqamətləri müəyyən edən yeni bir tərəfdaşlıq prioritetlərinin imzalanması və daha sonra prezident İlham Əliyevin səfərində olduğu kimi, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli görüşlər keçirilmişdir. Əminəm ki, bu çox etibarlı bir əlaqədir", - Jeroen Vilyams deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin işlərindən danışan Jeroen Vilyams AB-nin hökumət və vətəndaş cəmiyyəti üçün ən böyük qrant təchizatçısı olduğunu qeyd edir.

"Mən indicə Twinings və TAIEX layihələrini xatırlatdım və hesab edirəm ki, bu Aİ və Azərbaycan arasında olan əlaqələri çox yaxşı təsvir edir. Azərbaycan bu imkandan Avropa standartlarının real həyatda necə göründüyünü və Bakıda necə tətbiq edilə biləcəyini öyrənmək üçün Aİ-yə üzv olan dövlətlərdən dövlət qulluqçularını cəlb etmək üçün faydalana bilər.

2014-cü ildə mən gələndə bizim vətəndaş cəmiyyətilə bağlı layihələrdən ibarət portfelimiz var idi, lakin biz layihələrin sayının azaldığını, köhnə layihələrin yavaş-yavaş başa çatdığını və yenilərin olmadığını gördük. Yeni qanunvericilik bazası vətəndaş cəmiyyəti ilə iş də daxil olmaqla işi çətinləşdirdi. 2016-cı ilin sonundan etibarən hər şey daha yaxşıya doğru dəyişdi.

Əgər bu gün layihələr portfelinə baxsaq, onların sayının arzuolunan qədər olmadığını görərik, ancaq Aİ tərəfindən vətəndaş cəmiyyətinə dəstək vermək və təhsil, regional və kənd təsərrüfatının inkişafı kimi mühüm sahələri inkişaf etdirmək məqsədilə maliyyələşdirilən yeni layihələr var. Ümid edirəm ki, bu layihələr bizi vətəndaş cəmiyyətinin öz rolunu oynayacağına inandırmağa imkan verəcək. Layihələr əhalinin müəyyən təbəqələrinə, müdafiəyə daha çox ehtiyac duyan qruplara kömək etməlidir. Mən doğrudan da ümid edirəm ki, bu layihələrin nəticələri portfelimizin daha da genişlənməsinə səbəb ola bilər ", - Jeroen Vilyams bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlıqdan, bəlkə də maliyyə baxımından çox texniki baxımdan faydalanıb və Aİ-nin təklif edə biləcəyi çox şey var.

"Azərbaycana gəldiyim zaman, əlbəttə ki, mənim ilk təəssüratım WOW nidası oldu, nə gözəl ölkədir, nə gözəl bir şəhərdir, nə üçün Avropa Birliyi heyəti olaraq bu ölkəyə yardım göstərməyə davam edirik. Bu, neft ehtiyatları baxımından və bir çox başqa cəhətdən zəngin bir ölkədir. Və biz hələ də onun inkişafında müəyyən rol oynamalıyıq? Qeyd edim ki, dörd il sonra mənim cavabım BƏLİ-dir, çünki burada AB-nin təcrübəsini və standartlarını qəbul etməyə ehtiyac var. Eyni şey vətəndaş cəmiyyətindən daha çox inkişafa dair ideyaları cəlb etmək üçün mədəni və təhsil mübadiləsinə aiddir. Bura müsbət rol oynamalı olduğumuz bütün sahələr aiddir" deyə o əlavə etdi.

Jeroen Vilyams Azərbaycandakı missiyası zamanı başladılan layihələrdən danışarkən, Aİ-Azərbaycan Biznes Forumunun yaradılmasını qeyd etdi.

"Bu Azərbaycan və Avropa hökumətlərindən, iş adamlarından, artıq Azərbaycanda işləyənlər və burada işləməyin nə demək olduğunu daha yaxşı başa düşmək istəyənləri birləşdirir. İnanıram ki, gözəl işlər görülmüşdür və mən bunu edə bildiyimizə görə çox şadam".

Diplomatik missiya sona çatır, lakin Jeroen Vilyams Azərbaycanda işini davam etdirməyi planlaşdırır.

"Mən Azərbaycanı tərk edirəm, amma ürəyim həmişə bu ölkədə olacaq. Mən sentyabrın əvvəlində Brüsseldə yeni bir işə başlayıram, amma bu gözəl ölkə, eləcə də, bir sıra digər Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq etməyə davam edəcəyəm, ikitərəfli dəstək və regional proqramları inkişaf etdirməklə məşğul olacam. Mən bu ölkəyə yenidən gəlib onun necə dəyişdiyini görməyi və hər şeyə başqa tərəfdən baxmağı gözləyirəm. Ümid edirəm ki, burada yaşayan gözəl insanlarla yenidən görüşəcəyəm.

Azərbaycanın xalqına, ilk növbədə, sizin ölkənizdə özümü çox yaxşı hiss etdiyim üçün çox təşəkkür edirəm. Burada nə qədər qalmağımdan asılı olmayaraq, ümid edirəm ki, bu ölkə bir gün Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın tam inkişafına mane olan əsas problemini həll edə biləcək. Və bu vəziyyət hər kəsin qazanacağı şəkildə həll olunmalıdır ", - Jeroen Vilyams sonda deyib.

Müsahibəni götürdü: Anastasia Lavrina

Eurasia Diary-nin müxbiri

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı