«Zaqafqaziyanın problemlərini orada yaşayan insanlar həll etməlidir» Dmitri Kosırev - ÖZƏL

Müsahibələr 14:28 06.09.2018

5-6 sentyabrda Tbilisidə keçirilən "Regionda etimadın möhkəmlənməsində KİV-in rolu" beynəlxalq Cənubi Qafqaz media forumunun iştirakçısı siyasi ekspert, şəqrşünas Dmitri Kosırev Eurasia Diary-nin müxbirinə ABŞ-ın iqtisadi sanksiyaları fonunda Çinin artan rolu və Zaqafqaziya daxil olmaqla iri dövlətlərin kiçik ölkələrlə işbirliyində hansı rolu oynadığı barədə danışıb.

Şərqşünas vurğulayaraq bildirib ki, Çin - dünyanın ən güclü iqtisadiyyatına malik dövlətdir və Trampın uğurlu siyasəti müvəqqəti olaraq Amerikanı ilk sıraya gətirə bilər, ancaq istəniilən halda Çin və ABŞ bəzən yerlərini dəyişəcək.

"Bu vəziyyətin rəqabətə gətirib çıxaracağı fikrinin özü belə Amerikanın Çinə qarşı başladığı ticarət müharibəsinin səbəbidir. Belə çıxır ki, bu hər iki iştirakçını məhv edən təmamilə axmaq fikirdir. Bundan əlavə, bəlkə də, bu fikir tamamilə işə yaramır və biz dünya iqtisadiyyatının tam inteqrasiyası vəziyyətinə geri dönə bilərik, artıq bir-birlərini qanuni və ya başqa üsullarla sıxışdırmaq alınmayacaq və bu dünya iqtisadiyyatında Çin birinci yerdə, ikinci yerdə - Hindistan, sonra isə ABŞ və digər qərb dövlətləri duracaq", deyə ekspert bildirib.

Dmitri Kosırev qeyd edib ki, Çin Xalq Respublikası tərəfindən 2010-cu ildə "Bir kəmər və bir yol" adı altında irəli sürülən layihə Çin xaricində Çinin etdiyi hər bir şeyin parlaq mücəssəməsidir.

"1990-cı illərdə Çinin yürütdüyü minimalist siyasət gələcəkdə işləyəcək bir şeyə yollar açmağa istiqamətlənib. Təəccüblü haldır ki, burada ən maraqlı nümunə qərbin heç nə edə bilmədiyi və təmamilə uğursuz və qara dəlik hesab etdiyi Afrikadır. Çin isə bütün bunlara fərqli yanaşır. Afrikada onların çox sayda məhsulu işləyir. Çindən ora logistika olaraq yol çəkirlər və Afrika dünyanın Çindən sonra növbəti emalatxanası ola bilər.

Əgər bu baş verərsə, Çin dünyanın ona meyllənməsi üçün kifayət qədər mənəvi nüfuza sahib olacaq. Bunun nəyə bənzəyəcəyini biz təsəvvür edə bilmirik, çünki Çin öz müttəfiqlərinə hər hansı təsir göstərməyə çalışmır və biz də Çindən problemlərimizi həll etməsini istəmirik”, deyə ekspert bildirib.

Dmitri Kosırev Çin nümunəsində Zaqafqaziya problemlərini araşdırmaqla bərabər, kiçik ölkələrlə işbirliyinin necə zəruri olduğunu izah etməyə çalışıb.

"Zaqafqaziya problemlərinə qayıtsaq, hesab edirəm ki, problemləri orada yaşayan insanlar həll etməlidirlər. Əgər hər hansı bir yardıma ehtiyacınız varsa, o zaman variantlar təklif edilə bilər və kiminlə iş gördüyünə diqqətlə baxmaq olar. 1980-ci illərdə, Səddam Hüseynin Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının ən yaxşı dostu olduğunu xatırlayıram. ABŞ inqilabın baş verdiyi İranla mübarizə aparırdı və İrana qarşı döyüşmək üçün Səddama silah ötürürdü. Reyqanın hakimiyyətinin sonunda ABŞ-ın İrana da silah satdığı və onunla nəsə barədə danışıqlar apardığı məlum oldu. Bundan sonra Səddam Amerika səfiri ilə görüşür və İranla döyüşməyi dayandırrmaq niyyətində olduğunu deyir və Küveytin yardımı ilə neft problemini həll etməyi planlaşdırdığı haqda məlumat verir. "Siz etiraz etmirsiz ki?", o soruşur. Cavab olaraq ABŞ-ın İraq və Küveytin qarşılıqlı əlaqələri ilə maraqlandığına dair fikir səslənir. Səddam Küveytə hücum edir və bu zaman ABŞ gəlir və İraqla müharibəni başlayır. Regiondakı vəziyyətin bu cür tənzimlənməsi təcrübəsi kədərli təcrübədir və istənilən dövlət istər Çin, Rusiya, Türkiyə, İran istərsə də başqası yardım və dəstək istəyən kiçik dövlətlərlə işbirliyini necə qurmalı olduqlarını sadəcə nəzərə almalıdırlar", sonda ekspert deyib.

Şərqşünas və yazıçı Dmitri Kosırev «Первый», «Царьград», «ОТР», siyasi icmalçı МИА «Россия сегодня» televiziya kanallarının bir sıra məşhur siyasi proqramlarında iştirak edir.

Xatırladaq ki, "Bölgədə etimadın möhkəmlənməsində medianın rolu" beynəlxalq Cənubi Qafqaz media forumu Tbilisidə cümə günü də daxil olmaqla davam edəcək.

Əsas müzakirə mövzusu regional siyasi mədəniyyət, Cənubi Qafqaz ölkələrinin KİV-də ənənələr və hazırkı trendlər, onların statusu siyasi və hüquqi əsasları, eləcə də media cəmiyyətlərinin münaqişənin aradan qaldırılması və regionda sabitliyin təşviq olunmasında potensialının xüsusiyyətləri olacaq.

Tədbir çərçivəsində gənc jurnalistlər və müşahidəçilər üçün məşhur jurnalistlər və siyasi alimlərin müzakirə panelləri, məruzələri keçiriləcək.

Forumda Gürcüstan nümayəndələrilə yanaşı, Rusiya, Azərbaycan və Ermənistanın media sənayesi sahəsində aparıcı mütəxəssisləri, jurnalistlər, hökumət rəsmiləri və bloqerləri iştirak edir. Forumun təşkilatçıları Rusiya "Şimal-Cənub" Siyasi mərkəzi, "Birlik" Mətbuat Klubu və "Gürcüstan və dünya" qəzetidir.

Müsahibəni götürdü: Anastasia Lavrina 
 
Eurasia Diary-nin müxbiri
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı