Türkiyə Rusiya ilə əməkdaşlığa məcburdur ÖZƏL

Müsahibələr 18:39 07.09.2018

Xəbər verdiyimiz kimi, bugün Rusiya, Türkiyə və İran prezidentləri arasında Tehranda zirvə görüşü keçirilib. Görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyət müzakirə olunub. Məsələ ilə bağlı politoloq, UNESCO-dakı Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Mədəni Diplomatiya bölməsinin müdiri, professor Naciyə Selin Şenocak Eurasia Diary-nin suallarını cavablandırıb.

- Tehrandakı Zirvə görüşündən hansı nəticələrin çıxacağını gözləyirsiniz?

- Tehran Zirvəsi Astana görüşlərinin məntiqi davamıdır. Bu görüşün baş tutmasının özü belə diplomatik qələbə kimi dəyərləndirilə bilər. Çünki ABŞ bu görüşü və Astanada başlayan Türk-Rus strateji ortaqlığını baltalamaq üçün əlindən gələni edirdi. Həmçinin, bugünkü görüş Suriya problemində tərəflərin ortaq bir razılığa gəlməsini ifadə edir. Fikrimcə, bugünkü zirvə görüşünün nəticəsi kimi tərəflərin İdlibdə və bütünlükdə Suriya məsələsində ortaq bir siyasət yürüdəcəkləri proqnozunu qeyd etmək olar.

- Türkiyənin Xarici İşlər Naziri Çavuşoğlu ilə ABŞ Xarici İşlər Naziri Pompeo ötən günlərdə görüşdülər və Pompeo Türkiyənin İdlib məsələsində ABŞ-la ortaq fikirlərə sahib olduğunu qeyd edib. Sizcə Tehran görüşlərində Türkiyə hansı mövqedə olacaq?

- Bəli, Pompeonun açıqlamalarında belə bir ifadə işlətdi, ancaq o konkret hansı məsələlərdə tərəflərin ortaq düşüncədə olduğunu qeyd etmədi. Məncə, İdlibdəki humanitar məsələdə tərəflər ortaq görüşə sahibdir, lakin bütövlükdə İdlib məsələsində Türkiyənin mövqeyi qətiyyən ABŞ ilə üst-üstə düşə bilməz. Türkiyənin mövqeyi İdlibin neytral ərazi elan edilməsi və terrordan təmizlənməsi istiqamətindədir.

- Hal-hazırda görüş davam etsə belə, gələn xəbərlərə görə Rusiya İdlibi bombalamağa davam edir. İdlibin Əsəd qüvvələrinin əlinə keçməsi halında Türkiyə hansı siyasəti yürütməlidir?

- Əvvəlcə onu deyim ki, Rusiya dərhal hücumu dayandırmalıdır. Böyük bir ehtimalla bu gün hər şeyə aydınlıq gələcək. Lakin Rusiyanın İdlibdə və bütövlükdə Suriyada hərbi fəallıq göstərməsi bir müddət əvvəl ABŞ qüvvələrinin rus hərbi bazalarını vurması ilə bağlıdır. Yəni Rusiya bölgədə öz nüfuzunu bərpa etməyə çalışır. İdlibin Əsəd rejimi tərəfindən ələ keçirilməsi isə Astanadan bu yana davam edən görüşlərin üstündən bir xətt çəkmiş olardı.

- Türkiyənin İdlib məsələsində Rusiya və İranla əməkdaşlıq edəcəyini bildirdiniz. Bəs bu əməkdaşlığın Türkiyənin NATO-dakı gələcəyi və ABŞ-la əlaqələrinə təsirinin necə olacağı barədə nə düşünürsünüz?

- Fikrimcə, Türkiyənin nə ABŞ-ın müttəfiqliyinə, nə də  NATO-ya ehtiyacı yoxdur. Türkiyənin NATO-dakı müttəfiqi ABŞ, PYD və PKK kimi anti-türk ideoloji görüşlü silahlı qrupları silahlandırır. NATO hərbi bazalarında kürd peşmərgələrə təlimlər keçilir. Belə olan halda Türkiyə nə üçün öz mənafelərinə hörmətlə yanaşmayan müttəfiqlərlə əməkdaşlıq etməlidir? Türkiyə artıq Çin və Rusiya kimi yeni supergüclərlə sıx əlaqələr qurur. “S 400” raketlərinin məhz Rusiyadan alınması artıq Türkiyənin xarici siyasətdə öz qütbünü dəyişdiyinin əyani sübutudur. Hesab edirəm ki, bu doğru addımdır və hətta Türkiyə regional təhlükəsizlik və Qara dəniz kimi strateji məsələlərdə Rusiya ilə əməkdaşlığa məcburdur.

- Regionda Türkiyənin İranla daimi əməkdaşlığı mümkündürmü?

- Düşünürəm ki, xeyir, İran daimi bir müttəfiq deyil və bu İranin demoqrafik, tarixi və ideoloji məsələlərindən irəli gəlir. Amma regional təhlükəsizlik naminə hər iki dövlət sıx əlaqələr qurmağa məcburdur. Türkiyə də mövcud əlaqələri inkişaf etdirməli, lakin ehtiyatı əldən buraxmamalıdır.

- Suriyadakı daxili münaqişənin getdikcə Bəşər Əsədin xeyrinə döndüyünü müşahidə edirik. Əgər İdlib də Əsədin əlinə keçərsə Suriyada yenidən tam şəkildə Əsədin hakimiyyəti bərqərar olacaq. Belə olan halda Türkiyə Suriya siyasətini dəyişə bilərmi?

- Əlbəttə, hal-hazırda Əsəd yenidən Suriyanı birləşdirməyə yaxındır. Türkiyə Suriya siyasətini dəyişdirməlidir və dəyişəcəkdir. Biz artıq bunun ilk addımlarını görürük. Lakin buna zaman lazımdır.

Müsahibəni götürdü: Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Hamısı