ABŞ sanksiyaları dünya və Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? ÖZƏL

Müsahibələr 15:55 11.09.2018

Eurasia Diary BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti Dr. Elçin Süleymanovdan ABŞ iqtisadi sanksiyalarının təhlilinə dair müsahibə alıb.

ABŞ-ın Çinə və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların arxasında nə dayanır?

ABŞ-ın tətbiq etdiyi sanksiyaların iqtisadi tərəfləri olsa da, siyasi motivləri də mövcuddur. İlk növbədə, Çin iqtisadiyyatının güclənməsi əsas səbəb sayılır. Rusiya ilə bağlı isə daha çox siyasi faktor üstünlük təşkil edir. Rusiyanın siyasi və hərbi təsirinin artması ABŞ-ı narahat edir.

Rusiyaya tətbiq edilən sanksiya siyasətində ABŞ istəyinə tam nail ola bilmədi. Sanksiyalar sürətlə deyil, tədric təsir göstərməyə başladı və Putinin də geri addım atmaq istəməməsi ABŞ-ın istəklərini tam təmin etmədi. Lakin, uzun müddətli zaman kəsiyi üçün nəzərdə tutsaq, bu sanksiyaların təsiri daha çox hiss olunacaq.

Çinə münasibətdə vəziyyət fərqlidir. ABŞ dünya ticarətində çox önəmli təsirə malikdir. ABŞ dünyanın ən böyük şirkətlərinə sahibdir və onların dəyəri G-20 ölkələrini çıxsaq, geridə qalan dünya ölkələrinin şirkətlərinin dəyərindən çoxdur. Bu ABŞ iqtisadiyyatının gücünün göstəricisi hesab edilə bilər. ABŞ-ın tətbiq etdiyi sanksiyalar isə Çinin iqtisadi inkişafını zəiflədəcək. Çində böhran olacağını gözləmirəm, lakin sanksiyalar Çinin dünyada birinci iqtisadi güc olma proqnozunun vaxtını gecikdirdi.

Dünya ölkələrinin dollardan imtinası və milli valyutaya keçidi nə dərəcədə realdır və bu beynəlxalq ticarətdə dolların mövqeyinə necə təsir göstərəcək?

Hal-hazırda dollardan imtina çox çətindir. Dollardan imtinaya cəhd edən dövlətlər ticarəti öz aralarında müəyyən qədər milli valyuta ilə həyata keçirə bilərlər, lakin bu ümumi ticarət dövriyyəsinə az təsir edəcək. Dünyada bank sistemində Visa və Master kimi əhəmiyyətli bank köçürmələrində əsas valyuta dollardır. Milli valyutaya keçidlərin qısa müddətdə reallaşacağını düşünmürəm. Bu proses uzun müddətli zaman kəsiyində dollardan asılılığı müəyyən qədər azalda və önləyici tədbirləri inkişaf etdirə bilər.

Yeni maliyyə böhranı gözləyirsinizmi və bu hadisələr Azərbaycana necə təsir göstərəcək?

ABŞ-ın sanksiyalarının dünyada maliyyə böhranı yaradacağını gözləmirəm. Azərbaycan haqqında isə qeyd etmək lazımdır ki, birinci devalvasiyada Mərkəzi Bankın rezervləri azaldı. Hal-hazırda keçən ilə nisbətən çox cüzi azalma var. Xarici ticarətdə müsbət saldo mövcuddur və bu çox əhəmiyyətlidir.

Qısa dönəmdə Azərbaycan üçün ciddi bir təhdid görmürəm. Lakin, yaxın ətrafımızdakı ölkələrdə maliyyə sıxıntıları bizdə qeyri-neft sektoruna təsir edəcək. Azərbaycan iqtisadiyyatının əsası neft sektorudur və buraya təsir mövcud deyil. Lakin, 10 faizlik qeyri-neft sektorunda kənd təsərrüfatı mallarına mənfi təsir edəcək.

Manatın lirə və rubla görə dəyərinin artması zamanı bizim mallar dünya bazarına qonşu ölkələrin məhsullarına nisbətən baha çıxacaq. Avropa bazarında əvvəl Azərbaycan malları ucuz idisə, lirə düşəndən sonra türk malları daha çox cəlbedici olacaq. Avro-manat kursu son illərdə sabit oluğu üçün bizim mallarda qiymət fərqi olacağı gözlənilmir.

Lakin ümumi olaraq, bunun bizim iqtisadiyyata güclü təsir göstərəcəyinə inanmıram. Türkiyədəki vəziyyəti Rusiyadakına nisbətən daha riskli görürəm. Bu hadisələrin yaxın coğrafiyaya, İran, Qazaxıstan, Türkmənistan və s. da daxil olmaqla təsiri müşahidə olunacaq. Bunu neft qiymətlərinə və xarici ticarət saldosuna əsasən deyirəm. Gürcüstanda isə vəziyyət tamam fərqlidir. Bu ölkənin iqtisadiyyatında mənfiyə doğru irəliləyişlər gözləmirəm.

Azərbaycan iqtisadiyyatı region ölkələrinə nisbətən daha dayanıqlı görünür. Lakin Mərkəzi Bank tam üzən məzənnəyə keçdiyi zaman manatın dəyərində dəyişikliklər gözlənilə bilər.

Ülvi Əhmədli

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Hamısı