Beynəlxalq ticarətdə baş verənlər MANATA necə təsir edəcək ? ÖZƏL

Müsahibələr 13:03 14.09.2018

Eurasia Diary beynəlxalq ticarətdə baş verən son hadisələrin Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyinə dair iqtisadçı ekspert Vüqar Bayramovdan müsahibə götürüb.

Dünya ticarət savaşları nəticəsində lirə və rublun ucuzlaşması Azərbaycanın qeyri neft sektoruna necə təsir edəcək?

ABŞ-ın Rusiya və Türkiyə ilə münasibətləri bu ölkələrə və həmçinin, qonşu ölkələrin valyutalarına mənfi təsir göstərir. Neft sektorunda stabillik rublun məzənnəsində müəyyən artımlar etsə də, son 2 ayda rublun dollara nisbətən 8 % dəyər itirməsi müşahidə olunub.

Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qeyri neft sektoru üçün çox önəmli ölkələrdir. Qeyd edək ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracında bu iki ölkə 60% paya sahibdir. Lakin, Türkiyəyə ixrac olunan məhsulların bir qismi digər ölkələrə satılır. Kənd təssərrüfatı məhsullarının 90%-i isə Rusiya bazarına çıxarılır. Hər iki nüansı nəzərə alsaq, Rusiya Türkiyəyə nisbətdə daha vacib ölkə hesab edilir. Rublun dəyərdən düşməsi bizim mallarımızın baha qiymətə bazara çıxarılmasına səbəb olur ki, bu da qeyri-neft sektoru üçün arzu olunan deyil.

Gələcəkdə də rublun kəskin ucuzlaşması baş verərsə bu qeyri-neft sektoruna mənfi təsir göstərə bilər.

Beynəlxalq ticarətdə dollara alternativ valyuta yarana bilərmi?

Hələlik ki, qlobal yığımlarda dollar öz aparıcı mövqeyini qoruyub saxlayır. Beynəlxalq ticarət dövriyyəsinin 60%-i, dolların 25%-i isə avronun payına düşür, daha sonra isə funt sterlinq və yapon yeni gəlir. Bütün bu göstəriciləri nəzərə alsaq, dollara alternativ avro sayıla bilər. Lakin, yığımların fərqinə baxsaq, dollarla avro arasında böyük fərq mövcuddur.

Gələcəkdə avro dollara alternativ ola bilər. Bu təbii ki, zaman tələb edir. Əgər Avropa iqtisadiyyatı güclənərsə və ittifaq sistemli fəaliyyət göstərərsə o zaman avronun dünya ticarətində payı arta bilər. Lakin, yaxın illərdə dolların mövqeyinin kəskindəyişəcəyinə inanmıram.

Azərbaycan baş verən hadisələrin fonunda öz valyuta ehtiyatlarını necə qorumalıdır ?

Azərbaycan üçün valyuta ehtiyatlarının diversifikasiyasını daha vacib hesab edirəm. Səmərəli investisiya siyasəti aparılmalıdır ki, dünya ticarətində baş verənlər Azərbaycan iqtisadiyyatına təsir göstərməsin. Hələlik, dollarda yığımların saxlanılması məqsədəuyğundur.

Amma eyni zamanda dövlət reservləri yalnız valyuta formasında saxlanmamalıdır və digər istiqamətlərə yönlənmək vacibdir. Biznes sahələrinin maliyyələşdirilməsi, daşınmaz əmlaklara sərmayə yatırılması kimi sahələr daha uyğun hesab edilir. Daşınmaz əmlaka investisiya qoyulduqda düzgün ölkə və düzgün əmlak formasının seçilməsi önəmlidir.

Bütün hallarda çevik sərmayə sisteminin olmasını çox vacib görürəm. Bununla da qlobal valyuta bazarında baş verənlər ölkə iqtisadiyyatına xüsusilə, maliyyə sisteminə daha az təsir göstərəcək.

Mərkəzi Bankın tam üzən məzənnəyə keçid planı həyata keçərsə bu manata necə təsir göstərəcək?

Mərkəzi Bankın tam üzən məzənnəyə keçidi hələlik inandırıcı deyil. Tam üzən məzənnəyə keçmək üçün praktik olaraq ilkin bazanın formalaşdırılmasına ehtiyac var. Bundan əlavə müəyyən interval daxilində manatın məzənnəsi müəyyən edilməlidir.

Ümumilikdə, tam üzən məzənnəyə keçid 2020-ci ildə mümkün olmayacaq. Təbii ki, bu, Mərkəzi Bankın hansı formada hazırlaşmasından asılıdır. Üzən məzənnəyə birbaşa keçid arzuolunan deyil. Tənzimlənən interval məzənnəyə keçid daha uyğundur. Bununla da, həm biznesmenlər həm də vətəndaşlar vəziyyətə hazırlaşacaq. İndiki halda isə bu keçidi inandırıcı hesab etmirəm.

Müsahibəni götürdü: Ülvi Əhmədli

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Hamısı