"Azərbaycan UNRWA təşkilatına 200 min dollar məbləğində yardım ayırıb" Fələstin səfiri

Müsahibələr 17:46 12.10.2018

Eurasia Diary dünən BAMF qərargahında Fondun sədri Umud Mirzəyevlə görüşən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Nasir Əbdülkərimdən müsahibə alıb. Müsahibənin mətnini oxuculara təqdim edirik:

Cənab Səfir, Azərbaycanla Fələstin Dövləti arasındakı əlaqələr barədə qısa məlumat almaq istərdik:

- Suala görə təşəkkür edirəm. Azərbaycanla Fələstin Dövləti arasındakı siyasi əlaqələr barədə deyə bilərəm ki, çox yaxşıdır və bu əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın və Fələstinin rəsmi şəxsləri arasında əlaqələr davam edir, çoxsaylı görüşlər keçirilir. Azərbaycan Fələstin problemi ilə bağlı çoxsaylı konfranslara ev sahibliyi etmişdir.  Gələcəkdə də  Azərbaycanla Fələstin arasında bu sahədə birgə fəaliyyət davam edəcəkdir. Bu gün konkret olaraq  Azərbaycan,  BMT-nin Fələstin qaçqınlarına yardım üzrə agentliyi olan UNRWA təşkilatına 200 min dollar məbləğində yardım ayırıbAzərbaycanın  ayırdığı bu 200 min dollar məbləğində yardım iki xalq və hökümətlər arasındakı əlaqələrin dərinliyini və gücünü nümayiş etdirir.  Bu əlaqələr çox güclüdür və tarixidir. Onların tarixi iki ölkənin rəhbərləri, mərhum prezident Heydər Əliyevlə mərhum prezident Yasər Ərəfat görüşlərindən başlayır. Azərbaycanla Fələstin arasındakı əlaqələri sizin üçün belə xarakterizə edə bilərəm ki, onlar əla  tarixi qardaşlıq əlaqələri olub yüksələn xətlə inkişaf etməkdədirlər.

- Azərbaycanla Fələstinin oxşar problemləri var: milyonlarla qaçqın, nəticəsiz qərar və qətnamələr və xüsusilə, bu problemlərə münasibətdə beynəlxalq səviyyədə biganəlik və ikili standartlar. Bu sahədə dövlətlərimiz öz siyasətini koordinasiya edirlərmi?

Artıq qeyd etdiyim kimi, Azərbaycanla Fələstin arasında beynəlxalq səviyyələrdə, bütün beynəlxalq təşkilatlarda daimi əlaqələr, işbirliyi mövcuddur. Bu əlaqələr çərçivəsində Azərbaycan beynəlxalq səviyyədə və təşkilatlarda Fələstin problemi ilə bağlı mövqeyini koordinasiya edib Fələstini müdafiə edir. Həmçinin, Fələstin də belə edir. Bu çox önəmli məsələdir. Biz bilirik ki, istər BMT-nin, istərsə də başqa beynəlxalq təşkilatların artıq mürəkkəbi qurumuş və kağız üzərində qalmış qərarları vardır. Bu qərarlarının bəzilərinin ömrü on illərlə ölçülür, amma heç nə baş vermir. Təəssüf ki, bu yaşadığımız dünyanın reallığıdır. Buna görə də biz həmişə səbirli və dözümlü olmalıyıq, öz əsas hədəfimizə doğru inamla getməliyik, heç bir təsirə uymamalıyıq. Çünki bu növ problemlər bir günə və ya gecəyə həll olunmur. Bu problemlərin həlli dözüm və səbr tələb edir, biz səbirli olub mövcud neqativ halların təsirinə qapılmamalıyıq ki, özümüz də neqativ olmayaq.  

- Biz öz balansımızı qorumalı, gözümüzü  çatmalı olduğumuz hədəfimizdən çəkməməliyik. Bu hədəf də, gec-tez, beynəlxalq hüquqa əsalanan  qanun və qərarların tətbiqi deməkdir. 

- Bu ağrılı problemlərimizin həll imkanını və ümumiyyətlə,  Azərbaycanla Fələstin arasındakı əlaqələrin gələcəyini necə görürsünüz?

- Artıq dediyim kimi, Azərbaycanla Fələstin arasındakı əlaqələr güclüdür. Biz bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi əməkdaşlıq sahəsində koordinasiya və qarşılıqlı şəkildə razılaşdırılması da daxil olmaqla daha da inkişaf etdirilməsini istərdik. Azərbaycanla Fələstin arasındakı bu əlaqələr  əlavə olaraq, həmçinin iqtisadiyyat, ticarət, təhsil və başqa sahələri də əhatə edə bilər. Çoxlu fələstinli tələbə Azərbaycanda təhsil alır. Biz də Fələstində mövcud şəraiti nəzərə almaqla bilirik ki, Azərbaycan müstəqil və günü-gündən möhkəmlənən bir ölkədir. Amma Fələstinsə, onun həyatının bütün sahələrinə təsir edən işğala məruz qalmış bir ölkədir. Bu da öz növbəsində iqtisadi və ticarət sahələrində əməkdaşlığımız və işbirliyimiz üçün bir çox problemlər yaradır. Lakin istər Fələstin, istərsə də Azərbaycan rəhbərliyində bu əlaqələri daha da gücləndirmək və genişləndirmək əzmi mövcuddur.

Müsahibəni hazırlayanlar: Zakir Qasımov və Həşim Məmmədov

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
Hamısı