"Türk dünyasının vahid ideologiyaya ehtiyacı var" Şuhrat Barlas

Müsahibələr 13:56 19.10.2018
Yaxud Türklərin tarixi niyə saxta Hind-Avropa cərəyanına qurban edilir?..
 
Eurasia Diary standtv.tk-a istinadən məşhur tarixçi-publisist Şuhrat Salamovla (Barlas) müsahibənin birinci hissəsini təqdim edir:
 
- Şuhrat bəy, qısaca Türk dünyası sizin üçün nə ifadə edir?
 
- Qısaca bu "Mənim Dünyam"dır.
 
- Sizcə, Türk diasporları birləşə bilib, deyilsə, səbəb? Bir də ki heç kəsə sirr deyil ki, hər kəsin ayrı-ayrılıqda öz problemi var. Bu mənada diasporalararası qarşılıqlı anlaşma varmı?
 
- Təbii ki, təhsil, iqtisadiyyat və məişət problemləri var. Regional qarşıdurmalar da mövcuddur. Bu baxımdan, türklər bir-birinin problemlərini başa düşməyə və onların həllinə kömək etməyə çalışır. Bir-birimizin nailiyyətlərinə də sevinirik. Ancaq təəssüf ki, bu işlər sistematik olmur.Sistemli olaraq, vahid gücdə birləşə bilmirik. Bədxahlarımıza qarşı vahid ideologiya əsasında hərəkət edə bilmirik. Bir sözlə, dünya siyasətində, iqtisadiyyatda və humanitar sahədə konsolidasiyamız yoxdur. Hesab edirəm ki, bu, dünya türklərinin vahid konglomeratının olmamasından irəli gəlir. Yəni ideoloji birliyimiz yoxdur. Ona görə bizi birləşdirən bir ideologiyaya ehtiyacımız vardır.
 
- Vahid ideologiya deyərkən, nəyi nəzərdə tutursunuz?
 
- Turan ...
 
Niyə olmasın? Məsələn, ən azından idmanla başlaya bilərdik. Beynəlxalq müsabiqələrdə niyə eyni komanda ilə və tək bayraq altında iştirak etməyək. Anlayıram ki, böyük maneələr olub və olacaq. Ancaq nə olursa olsun, bu istiqamətdə israrla irəliləməliyik.
 
Düşünürəm ki, Türkün başı üzərində yalnız müqəddəs Göyüzü, ayaqları altında isə ana Torpaq olmalıdır, başqa bir millət və xalq deyil. Gördüyünüz kimi baxışımız da irqçilikdən çox uzaqdır. Yeri gəlmişkən, bədxahlara xatırlatmaq istərdim ki, irqçilik Türk düşüncəsinə tamamən yaddır.
 
- Türk dünyasının birləşməsində siyasətçilərin mənfi rolu varmı? Bəlkə insanlar ümumi mədəniyyət və tarix barədə kifayət qədər məlumata sahibi deyillər?
 
- Mənfi rol deyil də, öz tarixinə və mədəniyyətinə diqqətsizlik və laqeyidlik deyək. Amma istənilən halda, nəticə olaraq, dünya Türklərinin mədəni, siyasi və iqtisadi birliyi üçün maneələr formalaşmış olur.
Bəzi insanlar üçün milli özünüdərk, sadəcə, keçmişdən qalma bir yansımadır.
 
Səbəb olduqca sadədir. Məlumdur ki, müstəmləkiçələr öz işğalına insanları əvvəlcə elmi postulatlar icad etməklə inandırmağa çalışırlar. Daha sonra isə silah gücüylə əldə etdikləri ərazinin insanları arasında nifaq toxumu səpir, dissonans yaradırlar. Nəticədə həmin ərazididə bir-birinə düşmən qruplar formalaşar. Həlli süni şəkildə çətinləşdirilən problemlər ətrafında ehtiraslar qızışır. Başqa sözlə, qədim romalıların məşhur ifadəsində deyildiyi kimi parçalayıb hökm edərlər. Bütün bunlar insan ağlını manipulyasiya etməklə, aldatmaqla, toplumun önəmli şəxslərini  rüşvət yolu ilə ələ almaqla baş verir. Bununla da müstəmləkə siyasətinin əsl mahiyyəti gizlədilər, insanlarda yanlış təsəvvür yaradılar. Hələ mürəkkəb metodlarla yerli ziyalılarda milli məfkurə eroziyaya uğradılarsa, o zaman köləliyin şiddəti daha qorxunc bir vəziyyətə sürüklənmiş olur. Bax, müstəmləkə siyasətinin mahiyyəti elə məhz bundan ibarətdir.
 
- Əgər konkretləşdirsək, Türk tarixinin aktual problemləri nədir?
 
- Bir çox ölkələrin təhsil müəssisələrində tədris olunan rəsmi türk tarixi əslində saxta bir tarixdir. Bir çox tarixi faktlar ümumi Türk tarixi kontekstindən çıxarılaraq təqdim olunur. Uzun illərdir ki,dünyanın əksər ölkələrinin akademik kürsülərindən türk tarixi köhnə dəbli hind-avropa tezisinə qurban verilir.
 
Müstəmləkə siyasətinin ilk anlarından avropalı alimlər özlərinin Asiyadakı və Afrikadakı işğallarını legitimləşdirmək, ona haqq qazandırmaq üçün çeşid-çeşid hipotezlər, nəzəriyyələr, terminlər, postulatlar uydurmağa başladılar. Xüsusilə türk tarixi əleyhinə "Ari nəzəriyyəsi", "Ari xalqları", "Hind-Avropa dilləri", "Hind-ari xalqları", "Avrosentrizm" kimi uydurma anlayışlardan geniş istifadə olundu. Bir sözlə,  "Ari nəzəriyyəsi" o dövr alimlərinin ən dəbli hobbisinə çevrildi.
Tarixi hadisələrin saxtalaşdırılması və “Hind-Avropa nəzəriyyəsi”nə qurban edilməsi türk xalqlarının düçüncəsini xeyli yozlaşdırdı.Yəni “Ari postulatı” türklərin manqurtlaşması üçün bir vasitə, sistemli bir mexanizm kimi istifadə olundu. Acınacaqlısı budur ki, bu proses, hələ də davam edir.
 
- Gəlin, Türk dünyasının ictimai-siyasi vəziyyətindən danışaq. Tarixçilərin Türk dünyası xalqları arasındakı əlaqələrdə mühüm koordinasiya rolunu oynaya biləcəyinə inanırıq. Ancaq bu da sirr deyil ki, tarixçilərimiz bu məsuliyyəti bölüşməkdə hələ də çətinlik çəkirlər. Belə deyil?
 
Davamı növbəti yayınımızda...
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı