"İraq da Azərbaycan kimi, əmin-aman bir ölkə olacaq" İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fədhil Avad Əl-Şüvaili

Müsahibələr 17:57 01.11.2018

Eurasia Diary İraqın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Fədhil Avad Əl-Şüvailidən müsahibə alıb. Müsahibənin mətnini oxuculara təqdim edirik:

- Cənab Səfir, ilk sualımız ənənəvi sual olub Azərbaycan Respublikası ilə İraq Respublikası arasında ikitərəfli əlaqələrin indiki vəziyyəti və gələcək prespektivləri barəsindədir. Bizim əməkdaşlığımız daha çox hansı sahələri əhatə edir və siz bu əlaqələri necə qiymətləndirirsiniz?

- Rəhmli və mərhəmətli Allahın adı ilə. Şübhəsiz ki, İraq-Azərbaycan əlaqələri tarixi, sıx və mehriban əlaqələrdir. Azərbaycan dost ölkədir, xalqı da dost xalqdır. Biz bu əlaqələrdə maraqlıyıq. Son vaxtlar bu əlaqələr daha da inkişaf etmişdir. Məsələn, dörd il bundan qabaq İraqdan Azərbaycana gələnlərin sayı yüzü keçmirdi. İndi, Allahın köməyilə, biz bu vəzifəyə təyin olunandan sonrakı dövr ərzində iraqlı turistlərin sayı təqribən 170 min nəfərə çatmışdır. Allaha şükür ki, problem yoxdur. Hərçənd, xırda məsələlər olur. Həmçinin, ölkələrimiz arasında dini ziyarət əlaqələri də vardır. Azərbaycan vətəndaşları dini ziyarət məqsədi ilə İraqa gəlirlər. Onların da sayı 35-40 min nəfərə çatır. Bu, hər iki xalq arasında geniş əməkdaşlığın olduğunu göstərir və İnşaallah bu əməkdaşlıq davamlı olacaqdır.

- Azərbaycan və İraq zəngin neft və qaz ehtiyatlarına malik ölkələrdir. İraq energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırmı, ümumiyyətlə, bu sahədə hansı işlər görülür?

- Təbii ki, İraq terror üzərində qələbə çaldıqdan sonra, indi də dinc quruculuqla məşğuldur. Biz təcrübəli və yaxşı iş qabiliyyətli şirkətlər axtarışındayıq. Bu sahədə Azərbaycan şirkətlərinin də iştirakı yaxşı olardı. Təbii ki, biz istərdik ki, bu şirkətlər öz iş təcrübəsi barədə qovluğu bizə təqdim etsinlər. İraq bütün şirkətlərlə işi alqışlayır, bu həm neft sektorunda, həm elektrik enerjisi sahəsində və ümumiyyətlə müxtəlif xidmət sahələrində çalışan şirkətlərə aiddir.  Biz hamını salamlayırıq. Düşünürəm ki, Azərbaycanda da böyük iş təcrübəsinə və məharətinə malik şirkətlər vardır. Bu şirkətləri qarşılamağa hazırıq və burada hər hansı bir maneə görmürük. Xüsusilə, enerji sahəsilə bağlı olanlar nəzərdə tutulur. Bizim İraqda bu sahədəki şirkətlərə ehtiyacımız vardır. Təbii ki, onların iş təcrübəsini və məharətini ön plana çəkirik. Biz onlara aid qovluğu əldə etsək, onu hökumətdə əlaqədar təşkilata, daha doğrusu nazirliyin aparatına göndərəcəyik, ordan da qovluq hökümətə təqdim olunacaqdır ki, bu şirkət rəsmi şəkildə qəbul edilsin və mövcud qanunlara uyğun olaraq onunla kontrakt bağlanması mexanizmi işə düşsün.

 - İraq bir çox cəhətdən Ərəb dünyasının bizə ən yaxın ölkəsidir. Xüsusilə, mədəniyyət sahəsində bir-birinə bağlılığımız çoxdur. Azərbaycanla İraq arasında ortaq mədəni tədbirlər keçirilir və ya keçirilməsi nəzərdə tutulurmu?

- İraq və Azəri xalqları arasında ümumi cəhətlər çoxdur. Açığını desək, Azərbaycan xalqı ilə oxşar cəhətlərimiz 80% -ə çatır. Eyni adət və ənənələr. Altı-yeddi ay bundan qabaq bir azəri gənc jurnalistin nişan mərasimində xanımımla birgə iştirak etdim. Bu mərasim İraqdakından çox az fərqlənirdi. Eyni adət, eyni ənənələr. Bu həmçinin, iki xalqın yaxınlığını və oxşarlığını göstərir. Xalqlarımız arasında eləcə də geniş mədəni və qardaşlıq əlaqələri də vardır. İraq bir müddət bundan qabaq muğam sənətilə bağlı tədbirlərdə iştirak etmişdir. İraq tərəfi həmçinin mədəniyyətlər və sivilizasiyalararası dialoqların daimi iştirakçısıdır. İraq gəncləri müsəlman cəmiyyətlərinin toplantılarında fəal iştirak etmişlər.  Bütün bunlar iki dost xalq arasında mədəniyyət sahəsində, bir çox adət və ənənələrimizdəki çoxsaylı oxşarlığa parlaq sübutdur.

- Son illərdə İraqın infrastrukturunun bərpa edilməsində böyük işlər görülür. Bu sahədə İraq xalqına dost və qardaş ölkələr də yardım əli uzadırlarmı? Bu işdə Azərbaycan iştirak edirmi?

Azərbaycan bizə çox yaxın dost və mehriban bir ölkədir. İraqda zəlzələ baş verəndə Azərbaycan höküməti yardım təklifilə çıxış edib İraq hökümətinin xahişi əsasında ora xilasedicilər və inşaatçılardan ibarət briqadalar göndərməyə hazır olduğunu bildirdi. Azərbaycan həmişə İraqla münasibətdə, xüsusilə terrorla mübarizə sahəsində dəstək mövqeyində olmuşdur. Bizim həm də müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq əlaqələrimiz vardır. Bu əməkdaşlığın daha da fəallaşdırılması zəruridir və İnşaallah, gələcəkdə biz bunu həyata keçirəcəyik.

- Yuxarıda qeyd etdiyimiz kimi, İraq çox cəhətdən bizə ən yaxın ərəb ölkəsidir. Bu baxımdan Azərbaycan xalqının İraqın daxili vəziyyətinə marağı da böyükdür. Son seçkilərdən sonra vəziyyət necədir? Bir də  bildiyimiz  kimi, İraq da Azərbaycan kimi  daxili qaçqın problemilə üzləşmişdir. İraq hökuməti bu problemi necə həll edir?

- Allaha şükür ki, 15 gün bundan qabaq doktor Aldil Əbdülmehdiyə etimad göstərilidi və texnokratlardan ibarət Nazirlər Kabineti təşkil olundu. Bunu peşəkarlıq əsasında formalaşdırılan bir hökümətin təşkilinə aparan uzun yolda atılan ilk addım hesab edirik. Bizim  infrastrukturun yenidən qurulması və bərpasına, həm də daxili işlərimizlə bağlı problemlərin həllinə ehtiyacımız var. Qaçqın düşərgələri barədə  deyə bilərəm ki, bu bizim üçün prioritet təşkil edir və onu hər şeydən üstün tuturuq. Arzumuz budur ki, bütün qaçqınlar Allahın köməyilə öz yurdlarına dönsünlər. Terrorçu İŞİD-in dağıtdığı hər şey yenidən bərpa olunacaqdır. İraq da Azərbaycan kimi, əmin-aman bir ölkə olacaqdır. Bunlar müvəqqəti çətinliklərdir və İnşallah Azərbaycanda olduğu kimi, biz də onlara üstün gələcəyik.

- İraq kimi Azərbaycan da işğal və terror təhlükəsi ilə üzləşmiş bir ölkədir. Bidiyiniz kimi, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib və tarixi-mədəni irsimizi məhv edir. İraq hökümətinin bu işğal faktına münasibəti necədir? Bu sahədə ölkələrimiz arasına beynəlxalq səviyyədə, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Qarabağ mövzusu ilə bağlı deməliyəm ki, bu barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. İraq həmişə BMT TŞ-nın qərarlarını dəstəkləyir. Bu qərarlarla bağlı mövqeyindən geri çəkilmir. Əksinə, biz Azərbaycanın yanındayıq, Azərbaycan bizə dost ölkədir. Amma müharibələr həmişə dağıntı və itkilər gətirir. Hətta müharibədə qalib tərəf də itkilərə məruz qalır. Azərbaycan hökuməti sağlam ağıl və hikmətlə yanaşı dərin siyasi düşüncə, qabiliyyət və diplomatik məharət sahibi olan bir hökumətdir. O, xalqını müharibədən uzaq tutmağı bacarır. Bu hökumət daima diplomatik danışıqlar yolunu tutur və münaqişənin dialoq vasitəsilə həllinə üstünlük verir. Dialoq daha gözəl və daha səmərəli bir yoldur. Qarabağ barədə BMT qərarları Azərbaycanın xeyrinə olarsa, çox işlər qaydasına düşər və problemin sülh və qarşılıqlı anlaşma ilə həlli tapılar.

Müsahibəni götürdü: Həşim Məmmədov

Ərəb dilindən tərcümə edən: Fəlsəfə doktoru Zakir Qasımov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı