"Kipr türkləri etnik azlıq deyil, onların bir dövləti var" Kipr Türk Media Komissiyasının İdarə Heyətinin üzvü Gökhan Güler

Müsahibələr 11:10 15.11.2018

Kipr Türk Media Komissiyasının İdarə Heyətinin üzvü Gökhan Güler Eurasia Diary-ə KKTC-nin yaradılmasının 35-ci il dönümü ilə bağlı müsahibə verib. Müsahibənin mətnini oxuyuculara təqdim edirik:

- Birinci sualım KKTC-nin müstəqilliyinin elan edilməsi ilə nəticələnən proseslərlə əlaqəlidir. 1960-cı ildən 1974-cü ilə qədər uzanan, keşməkeşli və ziddiyətli bir dövrdən sonra “Kipr Sülh Hərəkatı” həyata keçirildi. Hərəkatın məqsədi nə idi və nəticələri nələr oldu?

- 1973-cü ilin noyabrında Afinada General-Mayor Dimitrios Loannidesin rəhbərliyində hərbi çevriliş həyata keçirildi. 1974-cü ilin baharında EOKA-B-nin Kiprdə (yunan millətçilərinin qurduğu qeyri-qanuni silahlı təşkilatı) Afinadakı hökumət tərəfindən dəstəklənən, maliyyələşdirilə hərbi çevriliş həyata keçirəcəyinə dair faktlar aşkarlandı. Makarios (Kiprin ilk prezidenti) 25 aprel 1974-cü ildə  bəyannamə imzalayaraq EOKA-B’ni qeyri-qanuni təşkilat olaraq elan etdi və bu bəyənnamədən sonra 2000-ə yaxın EOKA-B üzvü həbs edildi, lakin təşkilatın gizlin fəaliyyətləri davam edirdi. NATO Nazirlər Şurasının Ottavadakı iclasından dərhal sonra Yunanıstandakı hərbi rejim Kiprdəki nümayəndələr vasitəsilə qatı “Enosis” (Kiprin Yunanıstana birləşdirilməsi ideyası belə adlandırılırdı) tərəfdarı olan Nikos Sampsonun rəhbərliyi ilə Makariosu devirib, Kipr türklərinə qarşı təzyiq və təqiblərə başladılar. Makaryos 1974-cü il, iyun ayının 2-də Yunanıstan Prezidenti General Gizikisə bir məktub göndərdi və bu məktub yerli mətbuatda yayımlandı. Makaryos məktubunda Yunanıstan prezidentindən Kipr Milli Müdafiə Təşkilatında çalışan 650 yunan zabitini geri çağırmasını istədi və Yunanıstandakı hərbi xuntanı özünə qarşı sui-qəsd planı hazırlamaqla günahlandırdı. Bundan sonra ölkədə polis və hərbçilər arasında baş tutan qarşıdurmadan sonra Makaryos Yunanıstandakı hərbi xuntanın EOKA B-ni dəstəklədiyini bildirdi. Daha sonra 15 iyun 1974-cü ildə rəsmi Afina Kipr Milli Müdafiə Təşkilatının rəhbərini işdən azad etdi və yeni təyin etdiyi rəhbərə bütün adada nəzarəti öz əlində saxlaması əmrini verdi. Makaryos Müdafiə Təşkilatının həyata keçirdiyi hücumdan Londona qaçaraq xilas oldu. Kiprdə hərbi çevrilişdən sonra məşhur EOKA terroristi Nikos Sampson yeni hökumətin baş naziri təyin edildi və o, qondarma “Kipr Helen Respublikasını”-nın yarandığını elan etdi. Rəsmi Ankara bu çevrilişi Yunanıstanın təşkil etdiyini bilirdi və Türk Silahlı Qüvvələrində (TSK) həyəcan siqnalı verildi. Kipr türklərinin yunan hücumları nəticəsində vəziyyətlərinin getdikcə ağırlaşması və zamin dövlətlər olan İngiltərə və Yunanıstanın heç bir tədbir görməməsindən sonra Türkiyə 16 iyunda İngiltərəyə nota verdi. Eyni zamanda, rəsmi Ankara məsələni NATO və BMT-də qaldırdı və beynəlxalq qurumları hərəkətə keçməyə səslədi. Ardınca baş nazir Əcəvit Londona dəvət edildi. 19 iyunda BMT Təhlükəsizlik Şurasının iclasında Makaryos Kiprin yunanlar tərəfindən işğal olunduğunu, Kiprin müstəqilliyinə son qoyulduğunu və Kipr xalqının təhlükəsizliyi üçün ciddi təhlükənin meydana gəldiyini bəyan etdi. Türk əsgəri adaya bu şəkildə hər iki tərəfə sülh və əminamanlıq gətirmək üçün daxil olmuşdur. Türkiyə Cumhuriyyəti 1960-cı ildə qəbul edilən Kipr Konstitusiyasının I fəslinin 4-cü maddəsində qeyd olunur ki, Türkiyə zamin dövlətlərlə birlikdə və ya təkbaşına Kiprə müdaxilə edib, adanın təhlükəsizliyi və müstəqilliyini qorumaq hüququna sahibdir və 1974-cü ilin 20 iyununda da Türkiyə məhz bu hüquqdan istifadə edərək adaya daxil olub, qondarma Kipr Helen Respublikasını ləğv etmişdir.

- KKTC-nin yaradılması və burada Rauf Denktaşın rolunu necə dəyənləndirirsiniz?

- BMT Təhlükəsizlik Şurasının 1974-cü il, 20 iyun tarixli 353 saylı qərarında qeyd olunur ki, “Bütün dövlətlər Kiprin ərazi bütövlüyünə  hörmətlə yanaşmalıdır. Xarici hərbi müdaxiləyə dərhal son qoyulmalıdır”. Bu bəyannamə ilə BMT hərəkatın əlehinə olduğunu bildirdi və tərəfləri atəşkəsə çağırdı. 11 may, 1984-cü ildə isə BMT Kipr hərəkatını işğal olaraq dəyərləndirdi. Baxmayaraq ki, bundan əvvəl Avropa Komisyası və Beynəlxalq Apelyasiya məhkəməsi türkiyənin hərbi müdaxiləsinə haqq qazandıran qətnamələr qəbul etmişdi. Kipr türkləri 1974-cü ildəki sülh hərəkatı ilə azadlıqlarına qovuşmuş, ABŞ təzyiqlərinə rəğmən, 1975-vi ildə Kipr Türk Federativ Dövləti yaradılmışdı. 1975-ci ildə Vyanada Kipr problemi ilə əlaqədar tərəflər 6 tur ardıcıl görüşlər həyata keçirdilər. Bu dövürlərdə problemin sülh yolu ilə həll edilməsi üçün KKTC Prezidenti Rauf Denktaş Makaryosla görüşmək üçün ilk addımları atdı.Bu gün bəziləri Denktaşı problemi daha da dərinləşdirməkdə və həll edə bilməməkdə günahlandırır. Lakin Rauf bəy problemin həlli üçün dialoqun kəsilməməsi naminə əlindən gələn hər şeyi edir, rum tərəfini danışıqlara cəlb etməyə səy göstərirdi. Denktaşın cəhdlərinin nəticəsi olaraq 12 fevral, 1977-ci ildə Makaryosla görüş baş tutdu. BMT nümayəndəsinin də iştirak etdiyi danışıqlarda ilk razılaşma əldə edildi. Makaryosun dünyasını dəyişməsindən sonra yenə də Rauf bəyin cəhdləri ilə ikili görüşlər keçirilmiş və problemin həlli üçün yeni lauihələr müzakirə edilmişdi. 1983-cü ilədək görüşlər uğurla həyata keçirilirdi, lakin 1983-cü ildə rum tərəfi məsələni təktərəfli olaraq BMT-yə daşıdı. 13 may 1989-cu ildə BMT tamamilə anti-türk xarakterli bir qətnamə qəbul etdi. Qətnamədə Kiprdəki türk varlığı yox hesab edilir, “Kipr Cumhuriyyəti Xalqı” terminindən istifadə edilirdi. Rum tərəfi hələ də leqal bir hökumət olaraq hesab edilirdi. Həmçinin adadan bütün türk ordusunun çıxarılması tələb edilirdi. Bu qətnamədə öldürülən yüzlərlə günahsız türkün haqqı yerdə qalırdı. Bundan sonra 15 noyabr, 1983-cü ildə Kipr türk xalqı KKTC-nin yarandığını bütün dünyaya elan etdi. Türkiyə KKTC-ni tanıyan ilk dövlət oldu. Rauf Denktaş bəy həm KKTC-nin qurulmasında, həm də onun daxili və xarici problemlərinin həllində əvəzsiz rolu olan tarixi şəxsiyyətdir. O, bütün ömrünü Kiprin müstəqilliyi və inkişafına həsr etmişdir. Kipr türk xalqı Denktaşı daim hörmət, sevgi və rəhmətlə anmaqdadır.

- KKTC yaradıldı, amma Kipr problemi hələ də öz həllini tapmayıb. Problemin həllini əngəlləyən amillər hansılardır?

- Heç uzağa getməyək. Rum lideri nikos Anastasiades geçən həftə tərtib etdiyi mətbuat konfransında bu məsələ haqqında çox ciddi etiraflar etdi. 50 ildən çoxdur dəvam edən bu problemin həllinin bu qədər uzanması və müzakirələrdən vahid bir nəticə çıxmamasının əsas səbəbi məhz, Anastasiadesin də etiraf etdiyi kimi yunan hökuməti tərəfindən danışıqların sabotaj edilməsi və çökərtilməsi ilə bağlıdır. KKTC-nin qurulmasının 35-ci ili ərəfəsində rum liderin mətbuat qarşısına çıxaraq “Kipr türklərinin hakimiyyətə tam yiyələnməsini qəbul etmirik. Türkiyənin zamin dövlət rolu bitməli və türk əsgəri adadan çıxmalıdır. Təbii qaz məsələsini danışıqlar masasına daşımamalıyıq, bu problem federal dövlətin məsələsidir.” kimi açıqlamalar verməsi bir daha rumların əsas mövqeyinin Kipr probleminin həllində “ federativ sistemdə sadəcə rum hakimiyyətini qəbul etdirmək”dən ibarət olmasını sübut edir və bu mövqey problemin bərabərhüquqlu prinsiplər üzrə həllinə mane olur. Beləliklə, problemin həllinə mane olan əsas amil rumların türkləri Kiprdə sadəcə “etnik azlıq” kimi görməsidir. Rumlar federal dövlətdə sadəcə öz hakimiyyətlərini qurmaq istəyir, adadakı türklərə isə kiçik bir etnik azlıq kimi baxırlar. Rumların yaxın zamanlarda da öz məkrli mövqeylərini dəyişdirəcəklərini gözləmək olmaz. Rumlar 50 ildən çoxdur danışıqlarda dezkonstruktiv mövqey tutur, BMT-nın problem ilə bağlı sonuncu qətnamələrinə əməl etmir. Rumların danışıqların 50 illik tarixində problemə baxış bucağı zərrə qədər dəyişməyib. Kipr türklərinin xoşməramlı cəhdləri hər zaman nəticəsiz qalmış və bununla birlikdə KKTC əhalisi illərdir təzyiq və embarqolar altında saxlanılmışdır. Bu haksızlıq nə vaxta qədər dəvam edəcəkdir?!

 - KKTC-nin yaxın gələcəkdə BMT və Avropa İttifaqı tərəfindən bir dövlət olaraq tanınması mümkündürmü?

 Biz Kipr türkləri Avropa İttifaqı və BMT-nin nə vaxt ədalətli və bərabərhüquqlu bir yanaşma nümayiş etdirəcəyini gözləyirik. Onlar nə vaxtadək Kipr türklərini bu şəkildə ədalətdən və bərabərlikdən uzaq tuta bilərlər?! Rum xalqı türk xalqını özünə bərabərhüquqlu bir tərəf kimi görmədiyi müddətcə problem dəvam edəcək. Kipr türkləri heçvaxt etnik azlıq olmağı qəbul edə biməz. Kipr türklərinin bir dövləti var.

- Cənubi Kipr və Yunanıstanla münasibətlərin düzəlmə ehtimalı varmı?

Kipr türklərinin heç bir dövət və cəmiyyətlə problemi yoxdur. Bu məsələdə fikrimcə, Cənubi Kipr və Yunanıstanla gələcəkdə münasibətlər mülayimləşə bilər. Ancaq bunun baş tutması rum xalqı və Yunanıstanın xoşniyyətli və səmimi davranışlarından asılıdır.

Nicat İsmayılov

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Hamısı