İrəvanı qorxuya salan Azərbaycan və Pakistan faktoru Pərdəarxası məqamlar

Müsahibələr 10:56 23.11.2018

Bütün hərbi təşkilatlar kimi ümumi müdafiə prinsipi əsasında qurulan Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) son vaxtlar ən ağır dövrünü yaşayır. Prosesləri bizim üçün maraqlı edən amil isə təşkilat daxilində müşahidə olunan qarşıdurmanın bir tərəfində Ermənistanın yer almasıdır. Ermənistanın təşkilatda məhz təklənən tərəf olması isə prosesləri daha maraqlı hala gətirir.

Eurasia Diary xəbər verir ki, publika.az-a müsahibəsində politoloq İlqar Vəlizadə KTMT daxilində baş verən prosesləri və İrəvanın digər üzv dövlətlərlə qarşıdurmaya getməsinin səbəblərini şərh edib.

- Hazırda KTMT daxilində hansı proseslər baş verir, müşahidə olunan qarşıdurmanın səbəbləri hansılardır?

- Avqustda təşkilat daxilindəki ekspert qrupu bir təklif hazırladı. Təklif ondan ibarətdir ki, KTMT-də iki status yaradılsın: müşahidəçilik və partnyorlar. Bu statuslar KTMT-nin fəaliyyətini gücləndirməyə imkan yaradır. Digər tərəfdən isə təşkilata tərəfdaş ölkələri cəlb etməyə imkan verir. İndi dünyada qutbləşmə prosesi aktivləşib və müxtəlif hərbi-siyasi mərkəzlərin yaradılmasına başlanılıb və yeni formatlar əmələ gəlir. Bu proseslərə cavab olaraq KTMT-də də müəyyən dəyişikliklər baş verir. Struktur dəyişiklikləri təklifi ilə təşkilatın əsas üzvləri – Rusiya, Belarus və Qazaxıstan çıxış edir. Onlar başa düşürlər ki, digər hərbi-siyasi mərkəzlərlə rəqabət aparılması üçün təşkilatda bu dəyişikliklər vacibdir. Burada əsas məqsəd bu və ya digər şəkildə yeni üzvlərin, yaxud da müşahidəçilərin cəlb olunmasıdır.

- Belə çıxır ki, təşkilatda sözügedən dəyişikliklərə qarşı çıxan yeganə ölkə Ermənistandır...

- Partnyor və müşahidəçi statusuna bir neçə ölkə namizəd sayıla bilər. Bunlardan biri Özbəkistandır, həmçinin Pakistan və Azərbaycan istisna edilmir. Ermənistanı qıcıqlandıran məqam məhz budur. Burada maraqlı bir məsələ var. Hazırlanmış statuslar dövlət başçıları tərəfindən də təsdiq olunub. Yəni, belə statusları tətbiq etmək olar. Amma iş ondadır ki, Ermənistan veto hüququndan Azərbaycan, həmçinin Pakistana (Pakistan Ermənistanın müstəqilliyini tanımır –red.) qarşı istifadə edə bilər. KTMT-nin digər üzvləri prosedur qaydalarını dəyişmək, veto hüququnu aradan qaldırmaq istəyirlər. Pərdəarxasındakı mübahisələr elə bundan ibarətdir.

- Bu qarşıdurmanın perspektivini necə görürsünüz, böhranın hansı formada həll olunması gözlənilir?

- Məsələ ondan ibarətdir ki, Ermənistan KTMT üçün problemə çevrilib. Azərbaycanın adı hallansa, yaxud da KTMT-nin regional problemlərə qoşulmaqla bağlı fikirləri səslənsə, İrəvan dərhal reaksiya verir və bu da təşkilatın əl-qolunu bağlayır. Yaxud da əksinə, KTMT-ni təhlükəli məsələlərə qoşmaq istəyir. KTMT-nin Azərbaycan-Ermənistan müharibəsinə cəlb olunma cəhdləri artdıqca, bu, təşkilatın özü üçün, konkret olaraq Belarus, Qazaxıstan və Rusiyaya problemlər gətirir. Azərbaycan Xəzər dənizində Qazaxıstan və Rusiya ilə birgə təhlükəsizlik qaydalarının təmin olunmasında iştirak edir. Ermənistanın cəhdləri bu imkanları məhdudlaşdırır. Xüsusilə, Qazaxıstanın buna reaksiyası mənfidir.

 

- Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bir neçə gün əvvəl bildirdi ki, KTMT ilə bağlı bəyanatlarına görə Belarus və Qazaxıstan liderlərindən hesabat tələb edəcək. Bu bəyanat özü ilə hansı nəticələri gətirə bilər?

- Bu, siyasi savadsızlıqdan irəli gələn məsələdir. Paşinyan axı kimdir ki, kimdənsə nəsə hesabat tələb etsin. O, Ermənisanın müdafiə və xarici işlər nazirlərindən nəsə tələb edə bilər, yaxud da Yuriy Xaçaturovdan nəsə tələb edə bilərdi. Baxmayaraq ki, Xaçaturov KTMT-nin rəhbəri idi, amma o, Ermənistan vətəndaşı idi. Paşinyan bunu müstəqil ölkələrin başçıları ilə bağlı edə bilməz. Paşinyan dərk etmir ki, belə bəyanatlar bu ölkələrlə uzunmüddətli böhrana aparır. O, bu böhrandan asanlıqla çıxa bilməyəcək. Ya üzr istəməli, ya da hansısa vasitələrlə öz səhvini etiraf etməlidir. Hesab edirəm ki, bu cür bəyanatlar gələcəkdə Belarus və Qazaxıstanla “soyuq müharibə”yə gətirib çıxaracaq, bu ölkələr Ermənistanla heç bir münasibət qurmaq istəməyəcəklər, çalışacaqlar ki, kənarda dursunlar. Ermənistan üçün bu ölkələrlə yeganə vasitəçi Rusiyadır. Rusiya da istəyir ki, Ermənistanın xarici siyasətində öz rolunu oynasın. Rusiya Ermənistanda ciddi sual altında olan nüfuzunu artırmaq üçün bu konfliktlərdən istifadə etməyə çalışacaq, çox güman ki, artıq çalışır.

- Yəni, Rusiyanın hazırda KTMT daxilində müşahidə olunan qarşıdurmaya münasibətdə susqunluq nümayiş etdirməsi konkret hədəfdən irəli gəlir?

- Əlbəttə, Rusiyada gözləyirlər ki, bu böhran daha da dərinləşsin. Məlumdur ki, Ermənistan böhranın həlli üçün sonda Rusiyaya müraciət edəcək. Axı iş KTMT ilə bitmir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ermənistana kreditlərin ayrılması məsələsi ittifaq çərçivəsində qalxsa, Belarus və Qazaxıstan buna veto qoya bilər. İrəvan məcbur olub Rusiyaya üz tutacaq ki, ona kömək etsin. Bu da Ermənistanın xarici siyasətində Rusiyanın nüfuzunu artıra bilər. Ermənistan onsuz da dalandadır və bu cür bəyanatla Ermənistanı daha çıxılmaz vəziyyətə salır.

- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər etdi. Səfər zamanı imzalanan sənədlərdən biri də “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu” oldu. Sənədə İrəvanın reaksiyasını necə qiymətləndirirsiniz?

- Bu məsələdə Ermənistan rəhbərliyinin savadsız mövqeyini bir daha görürük. Azərbaycan-Belarus hərbi əməkdaşlığı ən azı 2000-ci illərin əvvəllərində başlayıb və təxminən 15 ildən çoxdur davam edir. Bu müddət ərzində Belarusdan tanklar, atıcı silahlar və raket sistemləri almışıq. Ermənistan təxminən 10-12 il bu məsələyə dinc yanaşırdı. Azərbaycan "Polonez" raket sistemi alandan sonra Ermənistan narahat olmağa başladı. Bizim Belarusdan “Polonez” almağımız bu ölkə ilə 12 illik hərbi əməkdaşlığımızın nəticəsidir. Ermənistan da daxil olmaqla, kim olursa-olsun, başqalarına görə öz siyasətimizdə korrektələr aparmaq fikrində deyilik. Belarusla uzunmüddətli əməkdaşlıq ona gətirib çıxarıb ki, tərəflər o məsələnin astanasındadırlar ki, vahid texnologiyalar üzərində birgə müəssisələr yaradılsın. Bu barədə konkret danışıqlar gedir və planlar var. Bu planlar sırf Ermənistanla bağlı deyil. Başqa məsələlər var. Azərbaycan silah istehsalçılarından biridir və eyni zamanda öz silahlarını satmaq niyyətindədir. Burada Belarusla Azərbaycanın maraqları üst-üstə düşür. Azərbaycanın öz bazarı formalaşır, Belarusun öz bazarı var. Düşünürəm ki, hərbi-texniki əməkdaşlıq bu müstəviyə gəlib çıxıb, təkcə Dağlıq Qarabağ münaqişəsini deyil, digər məsələləri də həll etməyə yönəlib. Fikrimcə, gələcəkdə də ikitərəfli münasibətlərdə bu istiqamət ən perspektivli istiqamətlərdən biri olacaq.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Hamısı