"Media həqiqətin gözüdür, onun dili və qələmidir" “Fələstindən dünyaya müraciət” konfransının direktoru Həbib Omran

Müsahibələr 22:45 23.11.2018

Fələstin üzrə beynəlxalq informasiya və media forumunun beynəlxalq münasibətlər üzrə əlaqələndiricisi və “Fələstindən dünyaya müraciət” (Təvasül -3) konfransının direktoru Həbib Omran Eurasia Diary portalına müsahibə vermişdir.

Müsahibənin mətnini oxuculara təqdim edirik:

- İlk olaraq yaratdığınız bu xoş imkana görə sizə təşəkkürümü bildirirəm. Mən, Həbib Omran, Fələstin üzrə beynəlxalq informasiya və media forumunun beynəlxalq münasibətlər  üzrə əlaqələndiricisi və “Fələstindən dünyaya müraciət” (Təvasül-3) konfransının direktoruyam. Fələstinlə bağlı sosial-siyasi mövzuda məqalələr də yazıram.

- Cənab Həbib Omran,  siz bir çox informasiya vasitələrində müsəlman xalqlarının, birinci növbədə Fələstin xalqının problemlərinə ikili standartla yanaşılması barədə nə deyə bilərsiniz? Bu məsələ həm də ona görə bizim üçün önəmlidir ki, eyni yanaşma ilə biz Dağlıq Qarabağla bağlı da üzləşirik.

- Bir qayda olaraq siyasətdə həm ümumi və həm də xüsusi maraqlar hakimdir. Bununla bir çox məsələ və problemlərə münasibətdə ikili standartları qismən də olsa, izah etmək olar. Amma söhbət informasiya vasitələrindən və bu sahədə çalışanlardan gedəndə baş verən hadisələrin maraq və mənafedən çıxış edərək işıqlqndırılması nə ağlabatandır, nə də ki, qəbul ediləndir. Media həqiqətin gözüdür, onun dili və qələmidir. Buna görə də bütün problemlərin KİV tərəfindən işıqlandırılması obyektiv olmalı, həqiqətə əsaslanmalıdır. Bu növ ədalətli yanaşma, xüsusilə milli problemlərə aiddir.

- Türkiyə tərəfinin konfransın təşkilində və uğurla həyata keçirilməsində rolunu necə qiymətləndirirsiniz?

Dünyanın mərkəzində yerləşən Türkiyə həm bölgədə və dünyada spesifik strateji mövqeyi, həm də zəngin tarixə və bölgənin əksər xalqları ilə müştərək mədəniyyətə malik olması ilə seçilir. Son illərdə elmi-texniki sahələrdə, infrastrukturda və kommunikasiya vasitələrində həyata keçən inkişaf və yeniləşmə beynəlxalq forum və konfransların təşkili üçün əlverişli şərait yaradır. Xüsusilə, ölkənin siyasi həyatının və cəmiyyətin inkişaf səviyyəsi dünyanın hər yerindən iştirakçıların dəvəti işini asanlaşdırır. Bu səbəblər də bizi konfransın keçirilməsi üçün məhz Türkiyəni və daha dəqiq İstanbulu seçməyə sövq etdi.

- Konfransda iştirak edən Azərbaycan təmsilçisi cənab Umud Mirzəyev Fələstin problemini həm İsrailin, həm bizim hamımızın və həm də bütün insanlığın problemi olduğunu bidirdi. Sizin bu fikrə münasibətiniz necədir?

Həqiqətən də İsrailin fələstinlilərə, onların torpağına, mülkiyyətinə qarşı  fasiləsiz davam edən hücumları, təcavüzkar əməlləri beynəlxalq aləmin sükutu və dünya güclərinin bu ədalətsizliyin qarşısını almaqdan imtina etməsi olmasaydı baş verə bilməzdi. Bu vəziyyət işğalçı İsrail dövlətinə ədalətsizliyi və beynəlxalq qanunları pozmasını davam etdirməyə imkan yaradır, bununla da başqalarını da eyni yolla hərəkət etməyə, zəiflərə, milli azlıqlara qarşı təcavüzə, beynəlxalq qanunları davamlı şəkildə pozmağa ruhlandırır.

Burdan da aydın olur ki, İsraili beynəlxalq qanunlara və sazişlərə hörmətlə yanaşmağa məcbur etmək, ona qarşı sanksiyaların tətbiqi, fələstinlilərin hüquqlarını davamlı şəkildə pozmasına imkan verməmək, dünyanın hər yerində olan və xüsusilə, islam ölkələrində təcavüzə məruz qalan başqa xalqların da hüqüqlarının pozulmasına, onlara qarşı təcavüzkar əməllərin törədilməsinə bilavasitə mane olmaq deməkdir.   

- Konfransda bir neçə işçi qruplarında bir çox önəmli problemlər müzakirə edilmişdir. Onlar barədə qısaca nə deyə bilərsiniz?

Konfransın əsas ideyası Fələstinə aid beynəlxalq media çağırış sədasını dünyaya çatdırmaq, əlavə olaraq baş verən hadisələrin Fələstinin mövqeyi baxımından şərhinin beynəlxalq kütləvi informasiya vasitələrində, agentliklərdə dünyada yayılmasına yönəlmişdi.

- Son olaraq, konfransın nəticələrini, qəbul edilmiş qərarların reallaşdırılması imkanlarını necə qiymətləndirirsiniz?

Təvasül-3 konfransı dünyanın 65 ölkəsindən çoxsaylı nümayəndənin iştirakı ilə diqqəti cəlb etdi. Xüsusilə, konfransda Cənubi Qafqaz ölkələri, Türkiyə və Balkan dövlətlərindən nümayəndələrin ilk dəfə iştirak etməsini qeyd etməliyik. Bu şübhəsiz ki, konfransın yeni keyfiyyət kəsb etdiyini göstərir, həm də hadisələrin ədalətli, daha çox obyektiv və insaflı işıqlandırılması sahəsində dünyanın müxtəlif ölkələrindən olan media işçilərinin birgə fəaliyyətinin möhkəmləndirilməsi deməkdir. Lakin biz əlaqələrimizi və əməkdaşlığımıza daha da gücləndirmək əzmindəyik.

Müsahibəni hazırladılar: Zakir Qasımov və Həşım Məmmədov

Ərəb dilindən tərcümə edən: Zakir Qasımov

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Hamısı