“Köçəryan Heydər Əliyevin avtomobilini itələyirdi” Rasim Ağayev

Müsahibələr 13:35 11.12.2018

Eurasia Diary Teleqraf.com-a istinadla politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:

- Rasim müəllim, Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiz?

- Ermənistandakı seçkilərlə bağlı rəylər müxtəlifdir. Müxalifətə aidiyyəti olmayan mütəxəssislər hesab edirlər ki, seçkilər ciddi formada saxtalaşdırılıb. Bunu bir yox, çoxlu sayda mütəxəssislər deyir. Hesab edirəm ki, onlara inanmaq olar. Çünki bu mütəxəssislərin siyasi maraqları yoxdur və müxalifəti təmsil etmirlər. Ümumən Ermənisatnda seçkilərin saxtalaşdırılması milli adət-ənənə halını alıb. Bu, reallıqdır. Müstəqillik qazandıqdan sonra orada demokratik inkişafa ciddi zərbələr vurulub. Odur ki, bu haqda geniş danışmağa dəyməz.

İkincisi, ermənilər SSRİ-də hamıdan qabaq demokratiya və müstəqillik ideyalarına müraciət etdilər. Ancaq bunun nəticəsi çox faciəvi oldu. Bəli, SSRİ-nin dağılmasından sonra ermənilər ərazilərini genişləndirdi, ərazilərimizi işğal etdilər. Yəni məqsədlərinə çatdılar. Ancaq bu, Ermənistana iqtisadi və sosial yaşam baxımından heç nə vermədi. Ermənilər nə qədər ərazi aldısa, bir o qədər çox erməni Ermənistanı tərk edib, qaçdı. Bu proses davam edir. Ermənistan üçün əsas nəticə budur. Ancaq bu məqama heç kim fikir vermir. Əvəzində deyilir ki, əhalinin 70 faizindən çoxu Paşinyana səs verib, digər 30 faiz Sərkisyanı istəyir və s. Əslində isə bir müddətdən sonra daha çox adam Ermənistanı tərk edəcək və seçkilərdə iştirak faizi daha az olacaq.

Mənim fikrimcə, hazırda Ermənistanda ciddi ictimai narazılıq var. Hakimiyyətdə Paşinyanın qalması çox adamı heç düşündürmür. Onsuz da indi Ermənistanda seçkilərə o qədər əhəmiyyət verən yoxdur. Hamı bilir ki, saxtakarlıq, əyrilik olub və bunun ölkəyə bir xeyri yoxdur.

Yalnız çox ciddi və yeni dünyagörüşlü insanlar Ermənistanda hakimiyyətə gəlsə, bu halda qonşularla dil tapa bilərlər, fərqli siyasət yürüdülər. Bunun da nəticəsində Ermənistan irəli gedə bilər. İndiki halda Ermənistan izolyasiyada qalıb və bu, davam edəcək. Yeganə ölkədir ki, İranla normal münasibətləri var. İran da yaxşı bilir ki, Ermənistan beynəlxalq vəziyyətdən asılı olaraq,Rusiya və ya ABŞ-ın agenti rolunda çıxış edir. Doğurdan da Ermənistanın vəziyyəti çox pisdir və pisləşməkdə davam edir. Normalda Ermənistan zamanında Qarabağ münaqişəsinə başlamasaydı, beynəlxalq konyunkturanı nəzərə alsaq, Bakıda yaşayan ermənilər burada oturub gül kimi işləyəcək və bizdən çox qazanacaqdı. Amma özləri öz evlərini yıxdılar.

- Seçkinin nəticəsində Respublikaçılar Partiyası ilə "Daşnaksütyun" parlamentə düşmədi. Bu nədən xəbər verir?

- Əslində bu, gözlənilən idi. Ermənistan əhalisi Respublikaçılar Partiyasından bezmişdi. Bu partiya təxminən 20 il Ermənistanda hakimiyyətdə oldu, amma onun siyasəti erməni xalqına heç bir uğur gətirmədi. Əksinə, ermənilər ölkədən qaçıb getdilər. Ermənistanda hər şey qaydasında olsaydı, niyə ermənilər Sibirdən tutmuş Moskvaya qədər hər yerdə küçələrdə sülənir, iş axtarır və yaşayırlar? Ermənilər bütün bunları yaxşı başa düşür. Odur ki, Sərisyanın partiyasının parlamentə düşməməsi təbiidir. Ancaq bu onu deməyə əsas vermir ki, Ermənistanda daha ciddi, müasir və xeyir gətirən qüvvələr hakimiyyəti götürüb. Bu gün Ermənistanda olan partiyalar adlarını nə qoymaqdan asılı olmayaraq, millətçi xəstəliyinə tutulub. Biz erməni kommunistlərini belə gördük. Orada kommunist partiyası yaranandan millətçiliklə məşğul idi və sonda bu vəziyyəti yaratdılar.

- Bu seçkilərdən sonra Ermənistanın xarici siyasətində dəyişikliklər baş verə bilərmi?

- Ermənistanın nə daxili, nə də xarici siyasətində dəyişiklik baş verməyəcək. Bu, mümkün deyil. Paşinyan nə dəyişiklik edə bilər? Dəyişiklik üçün tam yeni qüvvələr hakimiyyətə gəlməlidir. İndi Ermənistan millətçi ideologiya əsasında yaşayır. Bu, xəstəlikdir. Bu xəstəliyi sıradan çıxarmaq üçün yeni qüvvələr ortaya çıxmalıdır. İndilikdə bu ideologiyaya qarşı çıxanlar darmadağın olacaq.

Bəli, Paşinyan Amerikanın adamıdır, Qərb meylli siyasətçidir. Ancaq Paşinyan Moskvaya səfər etdikdən sonra, ona çox şeyləri başa saldılar. Guya Rusiyadan dönməyə çalışırlar. Axı sən necə Rusiyadan dönə bilərsən ki, bu ölkənin ordusu sənin ərazindədir. Sözsüz ki, Paşinyan Qərbə yaxın adamdır. Lakin siyasətçi ərazisinə, coğrafi duruma və imkanlarına baxmalıdır. Paşinyan oturub Azərbaycanla Türkiyənin arasında, bilir ki, dənizlərə çıxış yolu yoxdur. Sən yalnız İran, Türkiyə və Azərbaycan vasitəsilə nəsə edə bilərsən. Ermənistanı obrazlı desək, Rusiya yaradıb, ancaq indi ruslara təpik atmaq istəyir. Bundan əvvəl türklərlə birlikdə idin, Osmanlı dövründə şad-xürrəm yaşayırdın, anidən keçdin türklərin düşmənlərinin tərəfinə. İndi də Rusiyaya münasibətdə eyni addımı atmaq istəyirsən. Bəyəm İran bunu görmür? Yəni kənardan ağıllı adamlar bütün bunları görür. Odur ki, Ermənistan üçün bu vəziyyətin nəticəsi heç cür yaxşı ola bilməz. Bir neçə ay əvvəl Amerikada yaşayan erməni ilə danışırdım. Gedib oturub ABŞ-da və başlayıb Ermənistanı pisləməyə. Deyirəm axı, sən Ermənistanda olanda bunları demirdin. Bakıdan qaçıb getmişdin Ermənistana və orada başqa cür danışırdın. Bildirdi ki, ayrı cür danışa bilməzdim, danışsaydım ailə üzvlərimioğurlanardı. Bu mənada ermənilərin pafoslu danışmağına baxmayın. Paşinyan özü savadsızın biridir. Ondan qabaq prezident olan Sərksyan nə idi ki? Xankəndində işləyirdi. Onu da, Köçəryanı da görmüşdük və tanıyırdıq. Yadıma gəlir, Heydər Əliyev Xankəndinə gedəndə, onun xidməti avtomobilini itələyənlərdən biri Köçəryan idi. O zaman Heydər Əliyev Şuşaya gedirdi. Möhkəm qar yağdığı üçün avtomobil çətin hərəkət edirdi. Köçəryan başda olmaqla bir qrup tökülüb Heydər Əliyevin avtomobilini itələyirdi. Demək istəyirəm ki, bu adamları tanıyırıq. İndi belə təəssürat yaradıblar ki, bunlar erməni xalqının qəhrəmanları, böyük adamlar və uzaqgörəndirlər. Əslində belə deyil. Ermənilərin içərisində müdrik və ağılıları var. Adam sadəcə baxanda düşünür ki, necə oldu Sərkisyan və Köçəryan kimi dılğırlar gəlib respublikanın başında oturdular. Onlar heç kimdir. Xankəndində yaşayan adi adamlar idilər. İndi olublar "böyük siyasətçilər".

- Düşünürsünüz ki, Paşinyan da erməni xalqını inkişafa doğru apara bilməyəcək?

- Yox. Nəzərə alın ki, bunlar yeni siyasətçilər deyil. Neçə illərdir ki, Ermənistan siyasətində iştirak edirlər. Bu saat Ermənistanda Qarabağdan gələn ermənilərə pis münasibət var. Ümumiyyətlə, Qarabağ erməniləri ilə Yerevan erməniləri arasında hər zaman kəskin münasibətlər olub. Sonra dostlaşma oldu, ancaq indi kəskin narazılıq var. Sən Qarabağdan gəlib Yerevanda ağalıq edəcəksən, hər şeyə sahib olacaqsan? Şəhər erməniləri bundan ciddi narazıdır və indi qarşıdurmanın növbəti mərhələsi başlanır.

Ümumiyyətlə, yaxın illərdə Ermənistanda narazılıq güclənəcək. Çox güman ki, hakimiyyətdə olan qüvvə ilə Qarabağ erməniləri arasında ciddi problem yaranacaq. Məncə, indi alt qatlarda müşahidə edilən çaxnaşma daha qabarıq formada üzə çıxacaq. Qarabağ klanını mümkün qədər dağıdıb zərərsizləşdirəcəklər.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Hamısı