"Bakıda insanlar tarixi qəlblərində qoruyur və gələcək üçün açıqdırlar" "Əl-Cəzirə" telekanalının jurnalisti

Müsahibələr 17:36 30.12.2018

Fələstin və İordaniya mənşəli jurnalist və sənədli filmlərin rejissoru, Qətərdəki Əl-Cəzirə beynəlxalq telekanalında Media Məsləhət Şurasının rəhbəri Müntəsir Marai Azərbaycana turist kimi səfər edib. O, şəhərin görməli yerlərilə yanaşı, Əl Cəzirə ilə iş sahəsində uzun illər təcrübəsi olan qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub.

BAMF-ın prezidenti Umud Mirzəyevlə görüş zamanı Müntəsir Maraiyə Fondun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib. Sənədli filmlərin peşəkar rejissoru olaraq, o Azərbaycanın cəbhə bölgələrindəki uşaqların həyatından bəhs edən "Uşaqlar və münaqişələr" adlı qısametrajlı filmə xüsusi diqqət yetirmişdir. Film daha öncə təşkilata aid studioda ərsəyə gəlmiş və Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki qərargahında təqdim olunmuşdur. Tərəflər həmçinin, yaxın gələcəkdə qurumlar arasındakı əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
 
Görüşün sonunda Müntəsir Marai Azərbaycana səfəri barədə Eurasia Diary-nin müxbiri ilə öz təəssüratlarını bölüşüb.
 
"Bu, Azərbaycana ilk səfərimdir. Həmişə olduğu kimi əvvəlcədən heç nə planlamadım və gəlməmişdən əvvəl bu ölkə haqqında məlumatım yox idi. Bir şey haqqında ilk dəfə eşidərkən və ya bir şeyi ilk dəfə görərkən keçirilən hissləri sevirəm. 
 
Bura turist kimi gəldim və çox xoşuma gəldi. Hesab edirəm ki, Bakının hər bir binası və küçəsinin öz tarixi var. Şəhər ətrafında gəzməyi və keçmişlə gələcək arasındakı kontrastı görməyi sevirəm. Burada çox sayda yeni binalar və qədim memarlıq nümunələri var. Bakıda insanlar çox qonaqpərvərdir. Onlar hələ də qəlblərində öz tarixini qoruyur, eyni zamanda, gələcək və onunla bağlı hər bir şey üçün açıqdırlar. Yəni bu, bir növ harmoniyadır".
 
İçərişəhərdə müxtəlif insanlarla ünsiyyət qurmaq Maraiyə xüsusilə maraqlı gəlmişdi.
 
"Müxtəlif insanlar haqqında ədəbi hekayələr yazan bir insan üçün qədim əşyalar satılan mağazalara baş çəkmək, xüsusilə də İçərişəhərdə insanlarla söhbət etmək çox maraqlıdır, çünki bu insanlar tarixlə əhatə olunmuşdur. Satıcıları yalnız əşyaların və əntiq malların satılması maraqlandırmır, müştərilərlə danışmaq da istəyirlər. Söhbət zamanı onlar sizi tarixə səyahət etməyə dəvət edir.
 
Bir hadisəni danışım. Mal aldığım satıcılardan biri ertəsi gün məni küçədə tanıdı. Mən ətrafıma fikir vermədən gedirdim və o məni tanıdı. Mən ölkəni tərk etməzdən əvvəl onunla görüşməyə söz verdim. Maraqlıdır ki, burada insanlar çox sadədir və ünsiyyətə çox açıqdırlar".
 
Müntəsir Marainin sözlərinə görə, insanlar arasında ünsiyyət Azərbaycanın ərəb dünyasında inkişafını təşviq edəcək və bu, onun bura yenidən gəlməsi üçün yaxşı bir səbəbdir.

"Əlbəttə ki, bir neçə gün Bakı şəhərini özün üçün kəşf etməyə kifayət etmir və bu bura bir daha gəlmək üçün yaxşı bir səbəbdir. İndi hiss edirəm ki, ərəb dünyasında regionun bu hissəsi barədə çox az şey bilirik və bir-birimizi daha yaxşı tanımaq üçün daha çox səy göstərməliyik, çünki biz bir çox ümumi dəyərlərə sahibik. Bölgələrimiz çox yaxındır, amma bura gəlməzdən əvvəl mən Azərbaycana nə qədər yaxın olduğumu təsəvvür belə etmirdim. Hesab edirəm ki, xalqlar və hökumətlər Azərbaycanı tanıtmaq üçün çox işlər görməlidir və fikrimcə, aramızda yaranan daha sıx ünsiyyət bu prosesə töhfə verəcək".

Müsahibəni götürdü: Anastasiya Lavrina

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı