“Azərbaycanda heyrətə gəldim...” Əl-Cəzirə” təmsilçisi

Müsahibələr 16:23 07.01.2019

Dünyanın media nəhənglərindən olan “Əl-Cəzirə” Media Şəbəkəsinin xəbər prodüseri Funqi Nquyan bu günlərdə Azərbaycanda olub. Paytaxt Bakıda və bölgələrdə qonaq olan xanım jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda da olub və fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Görüşdən sonra o, səfər təəssüratlarını “Eurasia Diary” ilə bölüşüb.

- CNN və “Əl-Cəzirə” kimi böyük media qurumlarında təcrübəniz var. Dünyanın çox ölkələrini gəzmisiniz. Azərbaycanla bağlı gözləntilərinizdən razı qaldınızmı?

- Media təmsilçisi olaraq ölkənizin siyasəti haqqında az məlumatımız var. Bu ölkənin dünyaya necə açılması və investisiyaların necə cəlb edilməsi çox maraqlıdır. Ölkənin tarixi haqqında az məlumatım var, lakin müstəqillik uğrunda mübarizə və digər hadisələr barəsində öyrənmək istərdim. Biz Azərbaycanı Xəzər dənizi sahilində sakit bir ölkə olaraq görürük.

Mənim üçün inkişaf etmiş turizm quruluşu olan ölkələri görmək maraqlıdır. Bu xüsusiyyətləri burda görmək məni çox məmnun etdi. Yalnız paytaxt deyil, ətraf ərazilərin də inkişafını müşahidə etdik. Məsələn, biz bu günlərdə Şahdağda olmuşuq.

Şəhərdən kənara çıxanda fərqli millətləri görmək çox xoşdur. Məsələn, biz şimal zonasına səyahət edəndə ləzgiləri gördük.  Müxtəlif etniklərin birgə yaşaması və fəaliyyətdə olmasını görmək məni çox məmnun etdi.

Buraya gəlməzdən qabaq Bakının Dubay kimi olduğunu düşünürdüm. Biz borcu az olan, iqtisadi cəhətdən güclü dövlət görmək istəyirdik. Ancaq Azərbaycanda olarkən heyrətə gəldim. Burada daha çox maraqlı şeylərlə qarşılaşdım. Məscidlər görürsünüz, ancaq tipik müsəlman ölkəsi deyil. Bakıda bir küçədə barlar və restoranlar var. Burada Avropa təsirini görə bilərsiniz. Burada çox müxtəlif mədəniyyətlərin və dinlərin qarışığı müşahidə olunur. Müxtəlif növ memarlıq abidələrini görə bilərsiniz.

- Bir media nümayəndəsi olaraq necə düşünürsünüz, insanlar medianın yaydığı xəbərləri nə dərəcədə ciddi qəbul edir?

- Mən Qərb mərkəzli CNN-də fəaliyyət göstərmişəm və hazırda “Əl-Cəzirə”də işləyirəm. “Əl-Cəzirə” əsasən qərb mənbələrinin dərc etmədiyi bir çox informasiyaları yayır. Ona görə orada çalışmaqdan qürur duyuram.

Hesab edirəm ki, qərb şəbəkəsi işgüzar müstəvidə Azərbaycana diqqət yetirir. Böyük ehtiyatlara sahib olan ölkə kimi investisiyaları necə cəlb edir, müstəqillik qazandıqdan sonra ölkədəki siyasi sabitliyin kökündə nə dayanır və s...

Nəhəng qurumların məhsulları da həqiqət kimi qəbul edilir. Misal üçün CNN, “Röyters” və s. Onların verdiyi informasiya insanlara daha inandırıcı gəlir. Ancaq mən “Röyters”-də bir yazı oxuyuramsa, həmişə bunu yoxlayıram, dəqiqləşdirmək üçün digər mənbələri oxuyuram. Həqiqət CNN, “Əl-Cəzirə” və ya “Röyters”də deyil, həqiqəti yazıların arasında tapmaq mümkündür.

-  “İnformasiya müharibəsi” anlayışını qəbul edirsinizmi və blədirsə, özünüzü bu müharibənin əsgəri kimi görürsünüzmü?

- Bir jurnalist olaraq, ümid edirəm ki, yox. Hər bir media şəbəkəsinin, hətta “Əl-Cəzirə”nin də mövqeyi var. Hesab edirəm ki, xəbəri, məqaləni yazanda əsas məsələ hadisəni bütün tərəflərin mövqeyini qeyd etməklə işıqlandırmaqdır. Vəziyyəti təhlil etmək mənim işimə daxil deyil, bunu analitiklərə, professorlara həvalə etmək daha məsləhətlidir.

Heç vaxt informasiya müharibəsinin iştirakçısı olmamışam. Vacib hesab edilən və çoxlarının kifayət qədər diqqət yetirmədiyi problemləri işiqlandırmağa çalışırıq. Məsələn, Yəmən böhranı... Olduqca vacibdir və biz bu barədə yazmağa davam edəcəyik . Biz daha çox münaqişələrə toxunmağa çalışırıq.

- Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə yazmaq niyyətiniz varmı?

- Bu, mənim üçün həqiqətən maraqlıdır. Orada nə baş verdiyi ilə bağlı məlumatımız məhduddur. KİV-lərdə kifayət qədər məlumat yoxdur. Məsələn, “Neşnl Ceoqrafik”in münaqişəyə dair yalnız bir fotosuna rast gəlmişəm. Münaqişə haqqında daha çox öyrənməyimə ehtiyac var.

- Saxta xəbərlər, təxribat, onun cəmiyyətə və siyasətə təsiri barədə nə deyə bilərsiniz?

- Bu halların qarşısını almaq üçün balansı tapmaq lazımdır, digər tərəfin nə dediyini bilmək lazımdır. Burada - Bakıda belə fərqli perspektivlər var. Yalnız tək bir mənbədən istifadə edərək ölkəni təhlil etmək mümkün deyil.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı