“Azərbaycan-Misir əlaqələri yüksək səviyyədə inkişaf edir” Misirin Azərbaycandakı səfiri - ÖZƏL

Müsahibələr 16:47 14.01.2019

   Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli    səfiri Adil İbrahim Əhməd İbrahim Eurasia Diary-yə müsahibə verib.       Müsahibədə iki ölkə arasındakı çoxtərəfli əlaqələrin durumu və qarşıdakı planlar barədə danışıb.

 

- Cənab Səfir, hər şeydən əvvəl Sizə, bu görüşə razılıq verdiyinizə görə təşəkkürümü bildirəm. Tarixi qədim dövrlərə söykənən Azərbaycan-Misir əlaqələrinin indiki səviyyəsi barədə nə deyə bilərsiniz?

 

- Əslində mən sizə bu görüşün təşkili ilə bağlı təşəbbünüz üçün təşəkkür edirəm. Azərbaycanda işləmək mənə çox xoşdur. Mən burada on ay bundan qabaq işə başlamışam. İlk iş günümdən böyük səmimiyyət və hərarətlə əhatə edildiyimdən özümü çox rahat hiss edirəm, elə bil ikinci vətənimdəyəm. Təbii ki, bu hərarət iki ölkə arasında qədim tarixə malik əlaqələrin və münasibətlərin gücünü sübut edir, həm də öz səmimiyyətilə seçilən əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu göstərir.

Azərbaycana gələn gündən bu hədəfin həyata keçirilməsinə çalışmışam, həm də ölkəyə gələndən  cəmi 48 saat ərzində  etimadnaməmi  Zati-aliləri Prezident İlham Əliyevə təqdim etməyim də dövlətlərimiz arasında isti münasibətlərin göstəricisisdir.  Təqdimat mərasimində Prezident Əbdülfəttah əl-Sisinin salamlarını Zati-alilərinə çatdırıb bildirdim ki, bizim prezident şəxsən məni iki dövlət və xalq arasında əlaqələrin möhrəmləndirməsi üzərində işləməklə vəzifələndirib. Mən hiss etdim ki, Zati-aliləri Prezident İlham Əliyev də bu fikri bəyənir və biz iki dövlət arasında əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinə yardım göstərilməsi zəruriliyi barədə ümumi fikrə gəldik. Zati-aliləri mənim iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsinə yönələn səylərimi dəstəklədiyini bildirdi, Cənab Prezident Əbdülfəttah əl-Sisinin ən yaxın vaxtda Azərbaycan Respublikasına səfərə dəvət edildiyini bir daha vurğuladı. Doğrusu, bu səfərin ən yaxşı bir formada və ondan güdülən məqsədlərin uğurla həyata keçirilməsilə təşkili qarşımızda duran ən önəmli vəzifələrdən biridir. Bu səfər sadəcə şəkil çəkdirmə mərasimi olmamalıdır. Buna görə də bu vəzifəyə təyin olunduğumdan sonra keçən on ay ərzində iqtisadiyyat, siyasət, investisiya, təhsil, parlamentlərarası münasibətlərdən əlavə müdafiə nazirliklərinin qarşılıqlı işbirliyi və terrorizmlə mübarizədə tərəfdaşlıq və koordinasiyanı əhatə edən ən müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi üzərində işləmişəm.

Bu keçən dövr ərzində həmçinin, bir neçə yüksək səviyyəli səfər də baş tutub. Misir Nümayəndələr Məclisi sədrinin birinci müavini iki dəfə Azərbaycanda olub. Mətbuat və informasiya işçilərimizdən ibarət nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin işıqlandırılmasında iştirak edib. Bundan əlavə, idman, incəsənət və mədəniyyət sahələrində nəzərə çarpan inkişaf da qeyd edilməlidir. Azərbaycanda Misir mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, cənab xarici işlər nazirinin növbəti Nizami Gəncəvi forumunda iştirakı gözlənilir. Bu, nazirimizin bir neçə illik fasilədən sonra ilk səfəridir, bu da iki ölkə arasında əlaqələrdə yeni bir tərəqqinin göstəricisi sayıla bilər.

 

- Məlum olduğu kimi, Azərbaycanla Misir beynəlxalq təşkilatlar çərçivəsində sıx şəkildə əməkdaşlıq edirlər. Bu əlaqələr barədə nə deyə bilərsiniz və bu əlaqələr fonunda Misir Ərəb Respublikasının Dağlıq Qarabağ problemilə bağlı mövqeyi necədir?

 

- Beynəlxalq təşkilatlar çərçiçivəsində Misirlə Azərbaycan arasında əlaqələr nümunəvidir, bu çərçivədə, xüsusilə Misir və Azərbaycanın birgə mənafeyilə bağlı əsas məsələlərdə həmişə qarşılıqlı dəstək və koordinasiya olub. Hər iki dövlət İslam Əməkdaşlığı Təşkilatına üzvdürlər, deməli, burada tərəflər arasında qarşılıqlı anlaşma və ahəngdarlıq vardır. Həmçinin, Misir həmişə bütün sahələrdə və hər hansı bir formada fərq qoymadan beynəlxalq qanunlara hörmət bəsləyib və onları dəstəkləyib. Bu mövqeyimizdən çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü məsələsində haqlı mövqeyini dəstəkləyirik. Bundan əlavə, Misir həmişə beynəlxalq sülh və əmin-amanlığın möhkəmləndirilməsinə, münaqişələrin dinc yolla, masa arxasında dialoqla həllinə çağırıb. Çünki, biz Yaxın Şərq bölgəsində müharibələrin ağrılarından əziyyət çəkmişik, onların nə qədər baha başa gəldiyini, necə ağrılı olmasını, terrorizmin, ekstremizmin və bütün sahələrdə problemlərin geniş şəkildə yayılmasına gətirib çıxardığını da yaxşı bilirik.

 

- Göründüyü kimi, iki tərəf arasındakı iqtisadi əlaqələrin indiki səviyyəsi onların iqtisadi imkanlarını ifadə etmir. Ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını necə qiymətləndirirsiniz? Xüsusilə, nəzərə alsaq ki, Azərbaycan Respublikasına məxsus SOCAR şirkəti Misir iqtisadiyyatına investisiya yatırmaq istəyindədir. Bu barədə danışıqlar davam edirmi?

 

- Bura gələndən sonra SOCAR rəhbərliyi və energetika naziri ilə bir neçə dəfə əlaqə saxladım. Biz Misir iqtisadiyyatının, Afrika qitəsi iqtisadiyyatına açılan bir qapı, energetika və iqtisadiyyatın başqa sahələrində yatırım baxımından ən münasib bazarlardan biri olması barədə danışdıq. Misir bazarında investisiya qoyuluşu üçün geniş imkanlarının olmasını müzakirə etdik. Doğrusu, əməkdaşlığa tam hazır olduğunu bildirən çoxsaylı şirkətlər var. Məlum olduğu kimi, SOCAR-ın Misirdə fəaliyyət sahəsi də var. Lakin bu, arzuolunan səviyyədə deyil. Biz yaxın gələcəkdə neft və təbii qaz sahəsində SOCAR-dan da investisiya axınının şahidi olmaq ümidindəyik. Bu barədə söhbətlər gedir. Bu sahədə qarşıya qoyulan vəzifələr barədə müzakirələr aparmaq üçün qarşılıqlı səfərlərin baş tutması gözlənilir.

Azərbaycan Dövlət Neft Fonduna gəlincə, deməliyik ki, investisiya ilə bağlı onun mövqeyi bir qədər fərqlidir. O, investisiya, gəlirlər və risklər sahəsində beynəlxalq bazarların qiymətləndirilməsilə əlaqəlidir. Misir bazarı bu baxımdan tələb olunan şərtləri ödəmədiyindən Fond üçün münasib deyil. Onun malik olduğu məbləğlər gələcək nəsillər üçün nəzərdə tutulduğundan, daha çox təhlükəsiz bazarlara üstünlük verilir. Bunlar iqtisadi problemlərdir, maliyyə meyarlarıdır. Biz Fondun İdarə Heyətinin bu meyarlarla bağlı mövqeyinə hörmətlə yanaşırıq. Lakin mən güman edirəm ki, hətta başqa inkişaf fondları vasitəsilə həyata keçirilə bilən birbaşa olmayan investisiya imkanları da olmalıdır.

Ticarət mübadiləsinin artması üçün özəl sektorlar arasında əməkdaşlığın möhkəmləndirilməsi tələb olunur. Keçən müddət ərzində hər iki tərəfdən belə bir əməkdaşlığa hazırlıq hiss olunurdu. Mən iş adamları ilə görüşdüm, onlar əməkdaşlıq istəyində olduqlarını bildirdilər. Hazırda biz Misir və Azərbaycan iş adamları arasında birbaşa təmasların qurulması üzərində işləyirik. Həmçinin, qeyd etməliyik ki, 2018-ci ilin fevralında Qahirədə Hökumətlərarası Birgə Komissiyanın iclasları keçirilib. Misir-Azərbaycan İş adamları şurasının təşkili də müzakirə olunub. İndi biz Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Səhər Nasrın səfərinin təşkili üzərində işləyirik. Bu səfərdə məqsəd iki ölkə arasındakı ticarət əlaqələrinin möhkəmləndirilməsinin əsas vasitəsi olan Misir-Azərbaycan İş adamları şurasının təşkililə bağlı gerçək əməli addımların müzakirəsidir. İki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsinə mane olan bir sıra amillər də var ki, bunlardan ən əsası ölkələrimiz arasında birbaşa hava xəttinin olmamasıdır.

 

- İki ölkə arasında birbaşa hava xəttinin yaradılması barədə danışıqlar gedirmi? Turizm sahəsində əlaqələri möhkəmlətmək üçün hansı tədbirlər görülür?

 

- Bakı ilə Şarm əl-Şeyx şəhəri arasında birbaşa reyslər keçən ilin noyabr ayından başlayaraq uğurla həyata keçirilirdi. Lakin gözlənilmədən uçuşlar dayandırıldı. Turistləri Ukrayna, Türkiyə və ya Gürcüstan yolu ilə göndərməyə başladılar. Doğrusu, mən bu xətdə işləyən şirkətlə uçuşların cəmi iki reysdən sonra dayandırılmasının səbəblərini öyrənmək üçün daimi əlaqədəyəm. Belə ki, bu iş üçün turizm mövsümünün başlanması ilə böyük hazırlıq və təchizat işləri həyata keçirilmişdi, hələ xətt açılana qədər hotellərdə çoxsaylı bronlar da edilmişdi. Buna görə, mən Bakı ilə Şarm əl-Şeyx arasında uçuşların müntəzəm şəkil almasına mane olan hər hansı bir texniki qüsurun olması fikrindəyəm. Bu məsələnin həlli yollarının tapılacağına ümid edirəm. Mən bu xəttin açılmasına çox sevindim, çünki biz bu xətti bütün sahələrdə əlaqələrimizin inkişafı üçün əsas amil hesab edirik. Bir neçə şirkət bu xətt vasitəsilə malların, dərmanların və başqa məhsulların daşınması imkanları barədə bizə müraciət etmişdilər. Lakin xətt birdən-birə bağlandı. Bu problemin həlli üçün əlaqədar şirkət və Azərbaycan Turizm Agentliyi ilə əlaqə saxlayırıq.

 

- Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiya  fəaliyyət göstərir. Bu komissiyanın işini necə qiymətləndirirsiniz, hansı sazişlər imzalanıb və hansıların imzalanması gözlənilir?

 

- 2018-ci il fevral ayının 22-də Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Səhər Nasrın sədrliyi ilə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası  Komissiyanın 4-cü iclası keçirildi.  

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA), həmçinin  Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında iki anlaşma memorandumu imzalandı. Həmçinin, bütün başqa sahələrdə də sazişlər imzalandı, bunlardan kənd təsərrüfatı, investisiya qoyuluşu, müştərək istehsal, idman və elm sahələrində əməkdaşlığı göstərmək olar. Tərəflər arasında 12-yə qədər sazişin, bəzi dəyişilkər və əlavələr edilməklə ən yaxın vaxtda imzalanması üçün hazırlanması nəzərdə tutulur.

 

- Rusiya Federasiyası ilə gündən-günə artan əməkdaşlıq Misirlə ABŞ arasındakı əlaqələrə necə təsir edir?

 

- Hazırda Misir balanslaşdırılmış xarici siyasət yeridir. Bir dövlətlə sıx əlaqələr o birisinin hesabına həyata keçirilməməlidir. Güman edirəm ki, Azərbaycan Respublikası da eyni siyasəti yeridir. Bunu burada olduğum müddətdə aydın şəkildə hiss etdim. Azərbaycan hökuməti bütün dövlətlərlə, hətta mənafeləri bir-birinə zidd, müxalif olanlarla da balanslaşdırılmış əlaqələr qurmağa müvəffəq olub. Biz bir çox sahələrdə bu siyasətin şahidi oluruq. Bununla da mən təkidlə bildirirəm ki, Misirin Rusiya ilə əlaqələri ilə onun Birləşmiş Ştatlar və ya Avropa İttifaqı, yaxud Afrika ölkələrilə münasibətləri arasında ziddiyyət yoxdur. Misir dünyada bütün fəal və söz sahibi olan tərəflərlə xarici əlaqələrini balans əsasında müəyyənləşdirir.  

- Azərbaycanla Misirin təhsil sahəsindəki əlaqələrinin indiki vəziyyəti və inkişaf prespektivləri barədə fikriniz necədir? 

 

- Azərbaycanın təhsil nazirilə görüşmüşəm.Təhsil sahəsində Azərbaycanla Misir arasında əlaqələrin möhkəmləndirilməsi barədə müzakirələr aparmışıq. Azərbaycan təhsil müəssisələrini və universitetlərini yeni administrativ paytaxtda filiallar açılması barədə düşünməyə çağırdım. Belə ki, dünyanın bir çox ali məktəbləri bu yeni administrativ paytaxtda öz filiallarını açmaq qərarına gəlmişlər. Cənab təhsil naziri ilə bu mövzuda danışmışam, çünki bu addım, tərəflər arasında, xüsusliə, təhsil sahəsində əlaqələri möhkəmləndirəcək. Hazırda Misirlə Azərbaycan arasında tələbə mübadiləsi barədə saziş qüvvədədir, onun yenidən aktivləşdirilməsi nəzərdə tutulur. Azərbaycanda çox sayda misirli tələbə təhsil alır, bunun müqabilində çoxsaylı Azərbaycanlı tələbə də Misirdə oxuyur. Şübhə yoxdur ki, Azərbaycan müstəqillik qazananda tələbələrin sayı daha çox idi. Biz istəyirik ki, Misirdə təhsil alan tələbələrin sayı əvvəlki səviyyəsinə qayıtsın. Buna görə də tələbə mübadiləsi məsələsi hər iki hökumətin prioritetlərinə daxil olacaq, bu sahədəki sazişə də yenidən baxılacaq.

 

Müsahibəni hazırladılar: Zakir Qasımov və Həşim Məmmədov

Ərəb dilindən tərcümə: Zakir Qasımov

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
Hamısı