Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə MÜSAHİBƏ

Müsahibələr 18:16 24.01.2019

Bu həftə Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkənin keçmiş Fiskal xidmətinin rəhbəri, etnik azərbaycanlı Roman Nəsirovun 31 mart 2019-cu il seçkilərində prezidentliyə namizədliyini rəsmi olaraq qeydiyyata alıb. Nəsirov müstəqil namizəd kimi sənədlərini yanvarın 16-da MSK-ya təqdim etmişdi.

Eurasia Diary xatırladır ki, 2017-ci ildə Roman Nəsirov korrupsiya ittihamı ilə saxlanılsa da, sonradan 100 milyon qriven (3,7 milyon dollar) girov müqabilində şərti azad edilib.

Roman Nəsirov başçılıq etdiyi xidmətdən kənarlaşdırılıb. Ancaq dekabrın 11-də (2018) Kiyev dairə məhkəməsinin qərarı ilə əvvəlki postuna qayıdıb.

Ukrayna prezidenti seçilməyə namizəd olan Roman Nəsirov Media.Az-ın suallarını cavablandırıb.

- Necə oldu ki, Ukrayna prezident seçkilərində namizəd olaraq iştirak etmək qərarına gəldiniz? Sizcə, prezident kreslosuna namizədlərin sayı həddən artıq deyil?

- Yox, hələlik bizdə namizədlər elə də çox deyil. MSK hələ 10 nəfəri qeydiyyata alıb. Hərçənd ki, namizədliyini irəli sürmək arzusunda olan və bunu bəyan etmiş insanların sayı daha çoxdur. Onların neçəsinin ərizə təqdim edəcəyi, neçəsinin qeydiyyata alınacağını zaman göstərəcək.

Ancaq ümumi götürdükdə, bu, Ukrayna üçün yaxşı bir haldır. Bu, real demokratiyanın təzahürüdür. Halbuki yaxşı anlayıram ki, bir çox post-sovet ölkələri üçün, hətta təkcə post-sovet yox, demokratiya səviyyəsi Ukraynadakı kimi olmayan ölkələr üçün namizədlərin çox sayda olması qəribə görünə bilər.

Soruşdunuz – namizədliyimi niyə irəli sürürəm? Bu sualınıza prezident seçkiləri iştirakçılarına nəzər salan və istədiyi namizədi görməyən, real iqtisadi islahatları təklif edən namizədə səs vermək istəyən bir seçici kimi cavab verəcəm.

Mənim də Ukraynanın iqtisadi inkişafı ilə bağlı təkliflərim var və bunun üçün namizədliyimi irəli sürmüşəm. İnsanlara ölkənin inkişafı, iş yerlərinin olması, bizneslə məşğul olmaq imkanlarının olması vacibdir.

Yalnız inkişaf etmiş iqtisadiyyat ölkəni müstəqil edə bilər, insanların rifahını və təhlükəsizliyini təmin edə bilər.

- Azərbaycana yad adam deyilsiniz. Roman Nəsirov Ukrayna siyasətində olan azərbaycanlıdır. Bu dəstəyi hiss edirsiniz?

- Əlbəttə! Ukraynada kifayət qədər böyük Azərbaycan diasporu var və onların dəstək göstərəcəyinə ümid edirəm.

- Azərbaycan diasporu adından sizin xeyrinizə hər hansı bəyanat olub?

- Hələ ki, yox. Ukraynanın Azərbaycan icmasının nümayəndələri ilə sıx əlaqələrim var. Dəstək dedikdə, təkcə seçkiləri nəzərdə tutmuram. Uzun illərin əlaqəsi var və bu məsələdə hər hansı şüarlara və ya populizmə ehtiyac yoxdur.

Mən uzun illər Ukrayna və Azərbaycanın yaxınlaşması üzərində çalışmışam. Həm iqtisadi sferada, həm də başqa sferalarda. Azərbaycanın Ukraynaya nə ixrac edə bilər, Ukrayna Azərbaycana nə ixrac edə bilər - bütün bu məsələləri təhlil etmişik.

Ukraynada yaşayan və həyatını Ukrayna ilə bağlamış azərbaycanlılara dəstəyin göstərilməsi vacib məsələdir.

- Qələbə şansı və ya ikinci tura adlama şansı nə dərəcədə yüksəkdir? İctimai rəy sorğularının nəticələrinə baxıram, ancaq ilk beşlikdə sizin adınızı görmürəm. Belə demək olar ki, siz prezident seçkilərinə payızda keçiriləcək parlament seçkiləri hədəfi ilə gedirsiniz?

- Ukraynada belə bir vəziyyət təşəkkül tapıb: mövcud reytinqlərə baxmayaraq, əksər siyasi texnoloqlar seçkilərin nəticəsini öncədən deməyin mümkünsüz olduğunu hesab edir.

Əhalinin 50 faizdən çoxu hələlik bir qərara gəlməyib. Bu, o deməkdir ki, real mənzərəni prezident seçkiləri günü görə biləcəyik. Əlbəttə ki, mən, mənimlə həmfikir olanlar və mənim komandam həm də parlament seçkilərinə hazırlaşırıq.

- Ukrayna hökumətində sizin kimi etnik azərbaycanlı var, etnik erməni olan Arsen Avakov var. Çoxlarını bu sual maraqlandırır: sizin aranızda hər hansı ədavət var?

- Baxın, Arsen Avakov ilk növbədə bakılıdır. Bakıda anadan olub. Bəlkə də, yaxşı oldu ki, mən Fiskal Xidmətin rəhbəri olanda, o isə daxili işlər naziri olanda, faktiki olaraq iki il birlikdə işlədik. 

Bizim aramızda milli zəmində hər hansı ədavətin yaşandığını demək olmaz. Ona görə də bu haqda söhbətlər, azərbaycanlı və ya ermənilərdən yox, üçüncü qüvvələrdən qaynaqlanan təxribatlardır. Yəqin ki, münaqişəyə təhrik etmək məqsədilə edirlər. Ancaq belə bir şey olmayıb, yoxdur və ola da bilməz.

- Cinayət işi ilə bağlı nə deyə bilərsiniz? Məhkəmə yolu ilə günahsızlığınızı sübuta yetirdiniz, sizi əvvəlki vəzifəyə qaytardılar. Bundan sonra nə olacaq?

- Cinayət işi tam siyasi xarakterli idi. Hər hansı real cinayət əməli ilə əlaqəsi yoxdur. Ancaq uydurulmuş bir fabula var. Məni nədə ittiham edirlər? Mən şirkətlərə kifayət qədər qısamüddətli möhlətlər verməkdə ittiham olunuram. Bu onların qanunda nəzərdə tutulan hüququ idi və Fiskal Xidmət müəyyən meyarlara əməl olunması şərtilə buna icazə verməyə borcludur.

Ona görə bir daha qeyd edirəm, bu, məni vəzifədən kənarlaşdırmaq cəhdi idi. Ancaq hazırda bir məhkəmə bu işə nöqtə qoyub. İki il əvvəl başqa bir iş açılıb. Ona hazırda başqa bir məhkəmə baxır və yaxın zamanda qərar çıxarılacaq.

- Belə bir fikir var ki, cinayət işinin açıqlmasında amerikalıların əli var, belə ki, Ukrayna Milli Korrupsiya ilə Mübarizə Bürosu ABŞ-ın maliyyə dəstəyi ilə yaradılmış strukturdur.

- Bu işdə amerikalıların əlinin olduğunu birbaşa demək olmaz. Bunun arxasında konkret adamlar, siyasi qüvvələr dayana bilər, bütün ölkəni günahlandırmaq olmaz. Bu suala dəqiq cavabım olmasa da, bəziləri, həqiqətən, bu hadisələri Mixail Saakaşvili ilə əlaqələndirirlər. Belə ki, o, böyük ehtimalla, ABŞ-ın Ukraynadakı səfirliyinin dəstəyini almışdı. Ancaq onunla münaqişədə olan biz deyildik. O özü əməkdaşlıqla bağlı yersiz təkliflər irəli sürmüşdü, mən isə bu təklifləri rədd etmişdim. Ona görə bir sıra faktorlar var. Mən bunu bizim “kölgə biznesi”nə qarşı amansız mübarizəmizlə əlaqələndirirəm.

Ancaq bu məsələ üzrə araşdırma olacaq, artıq bir neçə cinayət işi açılıb. Söhbət hüquq-mühafizə orqanlarında xidmət edən vəzifəli şəxslərin qanunazidd hərəkətləri və qanunsuz təqiblərindən gedir.

- Təklif edirəm, “Azərbaycan vətəndaşlığı” ilə bağlı söhbəti bağlayaq. Sizin saxlanılmağınızdan sonra sizdə Azərbaycan pasportunun olduğu ilə bağlı çox şayiələr dolandı. Bu, belədir?

- Mən Ukrayna vətəndaşıyam. Ancaq mənim Azərbaycan, hətta Britaniya, İsrail və digər dövlətlərin vətəndaşı olduğumu iddia edənlər var idi (gülümsəyir).

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı