“Erməni terrorçunun heykəlini bir rus biznesmen düzəltdirib...” Gürcüstanlı deputatdan şok açıqlamalar

Müsahibələr 14:24 29.01.2019

Son günlər Gürcüstanda baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir. Ciddi ixtilaf həddinə çatmış “heykəl qalmaqalı” iki ölkənin xalqları arasında nifaq sala biləcək həddə çatıb. Bu hadisənin siyasi pərdəarxası, əsl mahiyyəti, ona reaksiyalar, soydaşlarımızın üzləşdiyi durum barədə Eurasia Diary-nin suallarını Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov cavablandırır.

Deputatlardan Gürcüstana etiraz

 

- Qarabağda dinc azərbaycanlılara divan tutulmasında iştirak etmiş terrorçu və seperatçı Mixail Avakyana heykəl qoyulmasına Gürcüstan azərbaycanlılarının münasibəti necə oldu? Bu məsələylə bağlı hansı addımlar atıldı?

 

- Gürcüstan azərbaycanlıları adından deyə bilərəm ki, burada yaşayan həmvətənlərimiz bu məsələdən çox narahat oldular. Biz elə dünən Avakyana abidə ucaldılması və Nərimanov heykəlinin sökülməsi məsələsiylə bağlı etiraz aksiyaları keçirdik. Yanvarın 20-dən başlayaraq, həm parlamentdə, həm də mediada etirazlarımızı bildirmişik. Nəinki Gürcüstan mətbuatı, bu gün dünya mətbuatı bir seperatçı və terrorçuya qoyulan abidədən danışır. Xüsusilə, heykəlin məhz 20 yanvar günü açılması soydaşlarımızı çox hiddətləndirdi. Düşünün ki, biz 19 və 20 yanvarda 29 il öncə Bakıda sovet ordusunun cəlladları tərəfindən şəhid edilmiş soydaşlarımızı anırıq, Axalkalakidə, Buqaşen kəndində bir erməni terrorçuya abidə qoyulur. Bu, bütün dünya azərbaycanlılarına təhqirdir. Avakyana heykəl məsələsini öyrəndikdən dərhal sonra etirazlara başladıq. Bir çox dövlət idarələrinə, yerli bələdiyyələrə müraciət etdik. Ancaq təəssüf ki, hökümət bu məsələdən heç xəbərləri yoxmuş kimi davrandı və hadisəni unutdurmağa cəhd etdi. Hökümət nümayəndələri Avakyanın əslində kim olmasından, ona qoyulan abidədən xəbərləri olmadığını deyirlər. Çox maraqlıdır, necə olur ki, Gürcüstan təhlükəsizlik qüvvələri az qala azərbaycanlıların aldığı nəfəsdən xəbərdar olur, ancaq bir terrorçuya abidə qoyulmasından xəbəri olmur? Üstəlik, abidənin lentini şəxsən Ermənistanın ölkədəki səfiri kəsir və orada bir nitq də söyləyir. Fikrimcə, bütün bunlar düşünülmüş addımlardır. Biz yenə də bu məsələnin üstünə gedəcəyik. Apardığımız araşdırmalara görə, Avakyan həm də Abxaziyada döyüşüb. Təsəvvür edin ki, həm Azərbaycana, həm də Gürcüstana qarşı döyüşmüş bir cinayətkara heykəl ucaldırlar. Bu, ağlasığmaz bir hərəkətdir. Bu, Azərbayca və azərbaycanlılara arxadan vurulan zərbədir!

 

- Avakyana heykəl ucaldırlar, ancaq Nərimanovun heykəlini sökmək istəyirlər. Bu barədə də sizin və Gürcüstandakı həmvətənlərimizin fikirlərini öyrənmək istərdik.

 

- Çox təəssüf ki, saxta müraciətlər hazırlayıb, Nərimanovun heykəlini sökmək istəyirlər. Bunu anlamaq mümkün deyil. Dünənki mitinqdə və ondan da əvvəl bu məsələyə kəskin etirazımızı bildirmişik. Hökümət bu etirazlara cavab olaraq bildirir ki, 2011-ci ildə Gürcüstan parlamentinin qəbul etdiyi qərara görə, ölkədə kominizm dövründən qalan bütün abidə və adlar dəyişdirilməlidir. Ancaq onlar başa düşmürlər ki, Nərimanov sadəcə kominizmin yetişdirdiyi bir şəxsiyyət deyil. O, həm Azərbaycanın, həm də Gürcüstanın ortaq dəyəri olan bir tarixi şəxsiyyətdir. Nərimanov hələ sovet hakimiyyəti formalaşmazdan öncə, 1925-ci ildə vəfat edib. O, istedadlı həkim, görkəmli ziyalı idi, daim Gürcüstanın və Azərbaycanın inkişafına çalışırdı. Amma bu gün onun adına olan mədəniyyət evinin adını arxivdən silirlər. Erməni terrorçuya heykəl qoyurlar, Azərbaycan ziyalısının heykəlin sökmək istəyirlər. Belə hərəkətlər Azərbaycan kimi strateji müttəfiqi itirməklə nəticələnə bilər. O Azərbaycan ki, 2008-ci ildə Rusiya qazı kəsdiyi zaman Gürcüstanı qaz və enerjiylə təmin etmişdi. O Azərbaycan ki, bütün regional layihələrdə Gürcüstanın da iştirakını təmin etmişdi. Bu gün belə Azərbaycanın maddi və siyasi dəstəyi davam edir. 3 minə yaxın Gürcüstan azərbaycanlısı SOCAR-ın ayırdığı vəsaitlər hesabında burada müxtəlif universitetlərdə təhsil alır. SOCAR Gürcüstandakı bir çox sosial və humanitar layihələri maliyyələşdirir. Biz Gürcüstan azərbaycanlıları Azərbaycan dövlətindən, cənab İlham Əliyevdən hər zaman dəstək görmüşük. Sizin vasitənizlə bir daha həm orada yaşayan həmvətənlərimizə, həm də hər çətin anımızda bizə dəstək olan Azərbaycan Respublikasına təşəkkür edirik.

 

- İstər Avakyana abidə ucaldılması, istərsə də Nərimanovun heykəlinin sökülməsi məsələsinə Azərbaycanın Gürcüstandakı səfirinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Gürcüstandakı diplomatik nümayəndələrimizin bir reaksiyası olubmu?

 

- Mən heç bir reaksiyanın şahidi olmamışam. Bundan əvvəl də biz bəzi probemləlrə bağlı müraciət etmişdik, lakin reaksiya olmamışdı. Ancaq biz bilirik ki, bizim dövlətimiz Gürcüstandır. Biz Gürcüstan vətəndaşıyıq. Azərbaycandan da heç bir konkret münasibət və ya dəstək gözləmirik. Bizim özümüz bu məsələdə mübarizə aparmalı və hökümətlə yaranan problemləri həll etməliyik.

 

- Maraqlıdır ki, Gürcüstanda seçkilər zamanı Azərbaycanlıların əksəriyyəti Vaşadzeni dəstəkləmiş, Zurabişvilinin əlehinə səs vermişdilər. Zurabişvili prezident olduqdan sonraysa Gürcüstanda Azərbaycanlılara qarşı dəyişən mövqeyin şahidi oluruq. Sizcə bütün bu hadisələrdə Zurabişvili faktorunun bir rolu varmı?

 

- Əslində Zurabişvili cib prezidentidir. Onun bu məsələlərə təsir göstərməyə nə səlahiyyətləri var, nə də nüfuzu. Lakin onun da müəyyən qədər bu məsələlərdə rolu var. Yaxşı xatirimdədir ki, Zurabişvili seçkiqabağı çıxışlarının birində belə bir cümlə işlətdi: “Saakaşvili dövründə azərbaycanlılara geniş imtiyazlar verilib və erməni vətəndaşların hüquqları tapdalanıb. Biz bunu dəyişəcəyik”. İndi İvanişvili və Zurabişvili komandası seçkidə öz hüququndan istifadə etmiş azərbaycanlılardan intiqam alır. Bundan savayı, Gürcüstan parlamentar demokratik sistemlə idarə edilir. Bütün bu işlərin məsuliyyəti məhz İvanişvili iqtidarının üzərindədir. Gürcüstanda Azərbaycanlılara münasibət İvanaşvili iqtidara gəldikdən sonra dəyişdi. Saakaşvili dövründə həm hökumətin özündə, həm də regional idarələrdə azərbaycanlılar təmsil olunurdular. Azərbaycanlılar çox rahat şəkildə müxtəlif hökümət qurumlarında çalışırdılar. İvanişvili gəldikdən sonra azərbaycanılara qarşı təzyiqlər artdı. Ölkədə bircə nəfər azərbaycanlı icra hakimi idi, o da artıq həbsdədir. Mənim özümə qarşı heç bir əsası olmayan cinayət işi açıblar və mandatımı əlimdən almaq istəyirlər. Marneuli, Bolnisi kimi azərbaycanlıların çoxluq təşkil etdiyi əyalətlərdə yerli idarəetmə orqanlarında bir nəfər belə olsun azərbaycanlı işləmir. Artıq burada azərbaycanlılara ikinci dərəcəli vətəndaş kimi yanaşırlar. Halbuki Gürcüstanda gürcülərdən sonra ən böyük etnik biz azərbaycan türkləriyik. Azərbaycanlılar Gürcüstan-Rusiya mühabirəsində də iştirak edib, öz vətənlərini qorumuşdular. Ancaq bu gün onlara qarşı ikili standartla yanaşırlar. Ən çox evləri soyulan, heyvanları oğurlanan vətəndaşlar azərbaycanlılardır. Hər sahədə bizə qarşı təzyiqlər dəvam edir.

 

- Bütün bunları nəzərdən keçirdikdən sonra sizə elə gəlmir ki, həm Avakyana abidə qoyulması həm də digər məsələlərdə Rusiyanın əli var?

 

- Mən buna yüz faiz əminəm. Rusiya hökumətin əliylə burada çox mürəkkəb bir oyun oynayır. Düşünün ki, Avakyan heykəlinin hazırlanmasını bir rus biznesmen maliyyələşdirib. Avakyana heykəl qoyulduqdan dərhah sonra Rusiyada yaşayan və o ölkənin bəzi orqanlarına bağlı olan, əslən Gürcüstanlı Söyün Sadıxov Gürcüstan azərbaycanlılarına müraciət edərək, onları ayağa qalxmağa və avtonomiyaya səsləyir. Görünən odur ki, Rusiya Gürcüstanda aranı qarışdırmağa və Azərbaycanla münasibətlərini pozmağa var gücüylə çalışır. Təəssüf ki, İvanişvili rejimi bu siyasətə əngəl olmur, əksinə, onun hədəflərinə çatması üçün hər şeyi edir.

 

- Bu ərəfədə Saakaşvili sərt bəyanatla çıxış etdi. O, azərbaycanlılara dəstək nümayiş etdirdi və bildirdi ki, İvanişvili hökumətini yıxmaq üçün ona 72 saat vaxt kifayət edər. Bu bəyanata münasibətiniz necədir və ümumiyyətlə, Gürcüstanın gələcəyində Saakaşvilinin rolu ola bilərmi?

 

- Saakaşvili mənim 1999-cu ildən bəri dostumdur. Biz onunla dağılmış, büdcəsi boşaldılmış Gürcüstanı yenidən qurmuşuq. Onun sayəsində dağılmış Gürcüstan çiçəklənən Gürcüstana çevrildi. Pensiyalar 5 dolardan 100 dolaradək artdı. Maaşlar yüksəldi və vətəndaş rifahı təmin edildi. Bu gün Gürcüstan bariqa dövlətinə, kriminal mərkəzə çevrilib. Xalqın siyasi hüquqları və iqtisadi maraqları təmin edilmir. Yalnız Gürcüstan azərbaycanlıları deyil, bütün Gürcüstan xalqı bilir ki, son ümid yeri Saakaşvilidir. Saakaşvili gec, ya tez, yenidən Gürcüstana qayıdacaq və öz xalqının rifahı naminə çalışmağa davam edəcək.

Nicat İsmayılov

 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı