3 il 6 ay erməni əsirliyində qalan hərbçimiz “Kəşfiyyatçı olduğumu bilirdilər, ona görə daha çox işgəncə verirdilər”

Müsahibələr 13:57 02.02.2019
“3 il, 6 ay əsirlikdə olmuşam… Hərbi əsir kimi ilk günlər bizim gecəmiz-gündüzümüz yox idi. Gündüzlər daş daşıdıb, açıq sement yığdırırdılar. Yəni bildiyiniz ağır işləri gördürürdülər, həm də fasiləsiz. Ağlıma belə gəlməyən işgəncələr verirdilər. Ümumiyyətlə ilk 10 gün dəhşətli işgəncə verirdilər. Kəşfiyyatçı olduğumu bilirdilər ona görə daha çox əziyyət verirdilər. Onlar mənim qarşılarında diz çökməyimi istədilər. Buna nail ola bilmədilər. Buna görə də hər iki ayağımı sındırdılar. Yenə də bacarmadılar. Bundan sonra, qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar”.

Dəyərli izləyicilərimiz… Bu dəfəki müsahibəmizdə sizi düşmən əsirliyində olan keçmiş hərbçimizlə tanış edəcəyik. Müsahibim sizə bu illər ərzində düşmən tərəfindən göstərilən vəhşilikdən və əsirlikdən necə xilas olmağı barədə danışacaq. Ürək ağrısı ilə olsa da, həm də qürurverici müsahibəni sizə tədqim edirik. Əvvəlcə qəhrəmanımızı tanıyaq.

Həmidov İlham Oqtay oğlu, 1971-ci ildə noyabrın 7-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərin 1 saylı orta məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. Rusiyanın ən böyük adası olan Saxalində Hərbi Dəniz Qüvvələrində xidmət edib. Bundan sonra da burada yaşayan həmsöhbətim gəmidə işləməyə başlayıb. Sonradan cərəyan edən hadisələr isə onu qərarını dəyişməyə sövq edib.


- Salam, İlham bəy. Əvvəlcə müsahibə üçün razılıq verdiyiniz üçün təşəkkür edirəm. Necə oldu ki, Rusiyadan Azərbaycana gəldiniz?

- Salam,xoş gördük sizi. Siz sağ olun, bir şey deyil. Demək olar ki, 3-4 gün idi gəmidə işə düzəlmişdim. O vaxt axşamlar “Vremya” xəbərləri var idi. Bir axşam xəbərlərdə Şuşanın alınmasının birbaşa şahidi oldum. Həmin gün qanım çox qaraldı. Çox keçmədi ki, bir dost Krosnadardan olan rus zabiti mənə Xocalı hadisələrindən bəhs edən bir kaset izlətdi. Həmin gecəni yata bilmədim. Səhər erkəndən bilet alıb birbaşa Azərbaycana uçdum. Mən dərhal hərbi komissarlığa gəldim. Burada bir sıra çətinliklər yaşadım və nəhayət ordu sıralarına yazıldım. Bakıda təlim-məşq keçdikdən sonra xüsusi təyinatlı olaraq birbaşa Qarabağa göndərildik. Burada da ilk döyüşüm, Qalayçılar kəndi istiqamətində “Qazançı” əməliyyatı oldu. Buradan döyüşə-döyüşə Ağdamın Bağmanlar kəndinə getdik. 8 gün burada durmadan döyüşdükdən sonra geriyə, dislokasiya məntəqəsinə qayıtdıq.

- İlham bəy, hansı döyüşdə əsir düşdünüz? 

- 7 noyabrda mənim ad günüm idi. Düşmən arxasında tapşırıq yerinə yetirib, qayıtdıq. Bundan sonra postdan aşağı düşməli olduğumuzu dedilər. Həmin gün ad günüm idi. Qayıdanda qar möhkəm yağdığından bölüyə düşə bilmədik. Üç gün postda qalandan sonra noyabrın 10-da rəhmətlik komandirimiz "Kobra Elsevər" gəlib bizi aşağı düşürdü. Mənə də gülə-gülə dedi ki, İlham, ad günündə gedə bilmədin, barı indi hazırlaş, evə gedirsən. Elə yenicə düşüb yemək yeyirdik ki, döyüş başladı. Rabitəylə bizə əməliyyat tapşırığı verildi. Komandir razı olmasa da, israr elədim ki, mən də gedəcəm. Elə adət etmişdik ki, sanki gedib dükandan bir siqaret, bir şüşə su alıb qayıdırıq. Bizim üçün döyüş belə idi. İki saatlıq əməliyyata çıxıb, qayıdandan sonra evə gedəcəyimi fikirləşirdim. Elə oldu ki, yanımda mərmi partladı, kontuziya aldım. Həmin anda da şoka düşmüşəm. Ayılanda gördüm ki, əsir götürülmüşəm. Yoxsa onlar məni diri-diri, huşum özümdə olarkən apara bilməzdilər. Beləliklə, 1992-ci il noyabrın 10-da əsir düşdüm.


- Başa düşürəm ki, sizin üçün getdikcə danışmaq çətinləşir… Mümkündürsə əsirlik həyatından danışardınız… Harada saxlanırdınız? 

- Bilirsiniz, kəşfiyyatçı üçün “oriyentr” (istiqamət) müəyyən etmək elə də çətin deyil. Mənim uşaqlığım da Qarabağda keçib. Danışdıqlarından da dəqiqləşdirdim ki, mən Xankəndində Baş Qərargahdayam. Sonra bizi Serj Sarkisyanın yanına apardılar. Başımda torba olsa da, mən onu səsindən və otaqda mənə göstərilən rəftardan anladım… 

- Nə qədər əsirlikdə qaldınız. Bu qədər müddətdə sizə nə cür işgəncələr verdilər? 

- 3 il, 6 ay əsirlikdə olmuşam… Hərbi əsir kimi ilk günlər bizim gecəmiz-gündüzümüz yox idi. Gündüzlər daş daşıdıb, açıq sement yığdırırdılar. Yəni bildiyiniz ağır işləri gördürürdülər, həm də fasiləsiz. Ağlıma belə gəlməyən işgəncələr verirdilər. Ümumiyyətlə ilk 10 gün dəhşətli işgəncə verirdilər. Kəşfiyyatçı olduğumu bilirdilər ona görə daha çox işgəncə verirdilər. Onlar mənim qarşılarında diz çökməyimi istədilər. Buna nail ola bilmədilər. Buna görə də hər iki ayağımı sındırdılar. Yenə də bacarmadılar. Bundan sonra, qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar. Əsir düşəndə 97-98 kilo idim, həmin vaxt 46 kilo qalmışdım. Yıxılırdım, ayaq üstə dura bilmirdim. Fikirləşin… Mən ayaq üstə dura bilmirdim… 1 il 8 ay zirzəmidə, dar, ayaqlarımı tam uzada bilmədiyim yerdə saxlandım. Daha sonra Şuşa həbsxanasına, buradan da “Mısmına” kəndinə apardılar. Təsəvvür edin ki, işğal etdikləri Azərbaycan torpaqlarından sökülən evlərdən bu kəndi bizə, cəmi 40 əsirə ümumən bərpa etdirdilər. 3 ferma və 18 ev sıfırdan tikildi. Sonra da bütün yarımçıq tikililəri işıq sisteminə kimi bizə çəkdirdilər. Biz 40 nəfər 3 aya bir kəndi ərsəyə gətirdik… Həm də əl əməyi ilə... Bu işləri də döyülə-döyülə görürdük… Əsirlik həyatıyla bağlı çox kitablar oxumuşam, çox filmlər izləmişəm, alman filmlərində gördüklərim mənə cizgi-filmi kimi gəlirdi. Onların heç biri mənim gördüyüm dəhşətləri əks etdirmirdi. Artıq həyatdan əlimi üzmüşdüm, qayıtmağa ümidim yox idi. Allahin bir qismətiydi ki, mən ölməyib sağ qaldım".


- Bəs əsirlikdən necə azad olundunuz?

- Bizim kameraya Beynəlxalq Qırmızı Xaç Komitəsi radio verdi. Orada “Azadlıq” radiosunda qulaq asdım ki, ümumilli liderimizlə Ermənistan prezidenti Levon Ter Petrosyan Lüksemburqda görüşüb və əsirlərin dəyişməsi barədə razılığa gəliblər. Xəbəri radioda eşidəndən sonra azadlıq ümidlərimiz yarandı, sanki həyata yenidən gəldik. Onda 1996-cı ilin may ayının ya beşi idi, ya da altısı. Ayın 10-na kimi hərbi əsirlərin azad olunmasına dair razılıq əldə olunmuşdu. Nəysə… Bizi İrəvana gətirdilər və burada son dəfə möhkəm döydülər. Daha sonra bizə kağız verdilər ki, sizdən təyyarədə bu sualları soruşacaqlar. Cavablar da yazılmışdı. Mənə düşən sual belə idi: “Qarabağda döyüşməyimə peşmanammı və bir daha müharibə başlarsa, yenidən döyüşlərə qatılacağammı?”. Birinci suala “bəli peşmanam” dedim. Müxbir tələsik ikinci sualı verdi. Hələ təyyarəyə minməmişik müsahibə veririk. Dedi ki, "bir daha müharibə başlayarsa, döyüşlərdə iştirak edəcəksən?". Bu zaman ermənilər arxadan əllərilə, başlarıyla "yox" deməyimi istəyidilər. Mən də onsuz da gördüyümü görmüşdüm. Düşünmədən dedim ki, "Əgər Qarabağda yenidən müharibə olsa, əlimə iriçaplı pulemyot götürüb birbaşa ön cəbhədə vuruşacağam". Bunu dedikdən sonra birbaşa tələsik göyərtəyə qalxdım. Bu cavabdan sonra məni hər şey gözləyirdi. Ancaq Rusiya Xarici İşlər naziri Primakovun təyyarəsi orda idi deyə, cürət edib mənə heç bir şey etmədilər. Bundan qabaq da bolqarıstanlı müxbirə əsir düşərgəsində müsahibə vermişdim ki, bizi azad edəcəklər və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Onda da məni nəfəsim kəsilənə kimi döyürdülər.


- Bu gün özünüzü necə hiss edirsiniz ?

- O boyda işgəncələrdən sonra həyatdayamsa, buna çox sevinirəm. Əvvəl Allaha sonra da dövlətimizə təşəkkür edirəm ki, diqqət və qayğıdan kənar qalmıram. İndi iflicəm, ağır kəllə-beyin travması ilə xəstəxanadayam, ağır dərəcəli osteparozam. "Korset" olmadan dayana bilmirəm, həmin an sümüklərim sınır. Nəfəs ala bilmirəm, protez olmasa, ayaq üstə dura bilmirəm, sümüklərim, qabırğalarım qırılır. Əsir düşdüyüm gündən bəri 153 dəfə sümüklərim sınıb. Budur mənim vəziyyətim, budur onların mənə etdikləri vəhşiliklərdən geriyə qalan izlər… İlin 7-8 ayını bu xəstəxanada oluram. Bura artıq mənim ikinci evimdir. Evimdən çox burda oluram, buradakı həkimlərin, bahalı iynə-dərmanların hesabına həyatda qalıram. 

- İlham bəy, təşəkkür edirik ,müsahibə üçün. Allah sizi qorusun!

- Mən gördüyümü gördüm, qismətimdə olanı da yaşayıram birtəhər. Mənim də istəyim odur ki, ALLAH AZƏRBAYCANI QORUSUN!!!

Cümşüd Məmmədov
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Hamısı