“Bu, çox təhlükəli bəyanatdır, birbaşa ərazi iddiasıdır” Keçmiş nazir

Müsahibələr 11:16 06.02.2019

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar son dövürlər yenidən intensivləşib. Bir çox yerli və xarici ekspertlər həm xarici işlər nazirləri, həm də dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə yeni formulaların hazırlandığı, hətta Ermənistanın müəyyən güzəştə razı olduğunu bildirirlər.

 

Mövzu ilə bağlı sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

 

tofiq zülfüqarov ile ilgili görsel sonucu

 

- Bir çox siyasi ekspertlər, xüsusən də rusiyalı politoloqlar 2019-cu ilin Qarabağ münaqişəsinin həlli üçün kritik il olacağını qeyd edirlər. Xüsusən, güzəşt formulları barədə mülahizələr tez-tez səsləndirilir. Necə düşünürsünüz, münaqişəsinin həlli üçün bu il ciddi dəyişiklik gözləməyə dəyərmi və tərəflərin mövqeyində lazımı dəyişikliklər yaranıbmı?

 

- Real güzəşt və danışıqlardan söhbət gedə bilməz. Problemin həllinə dair illərdir müxtəlif plan və formullar hazırlanıb. Lakin son iki ildə, demək olar ki, Qarabağ münaqişəsinin həlliylə bağlı heç bir yeni plan hazıranmır. Əgər münaqişənin həlli üçün yeni yol tapılmayıbsa, heç bir həlldən və irəliləyişdən söhbət gedə bilməz.

 

- Ermənistanda hakimiyyət dəyişikliyi nizamlama prosesinə necə təsir edib?

 

- Mən deyərdim ki, Ermənistanın Qarabağ məsələsindəki mövqeyi daha da sərtləşib. Paşinyan hakimiyyətə gəldikdən bəri problemin həlli üçün heç bir güzəşt mesajı verməyib. Əksinə, dəfələrlə sərt bəyanatlar səsləndirib. Xüsusən rus və erməni mətbuatında Paşinyanın güzəştə gedəcəyi tez-tez dilə gətirilir. Lakin o fərqindədir ki, bu fikirlər əslində ona müxalif olan Qarabağ klanını gücləndirmək məqsədilə ortaya atılır. Ona görə də tez-tez mətbuat qarşısında heç bir güzəştin edilməyəcəyini vurğulayır. Xüsusən də Paşinyanın son bəyanatı onun bu məsələdəki mövqeyini və izlədiyi siyasəti ortaya qoyur. O, qeyd edir ki, Ermənistan ərazilərini sülhə dəyişməyəcək. Bu, çox təhlükəli bəyanatdır, birbaşa ərazi iddiasıdır. Qarabağ klanının hakimiyyəti dövründə Ermənistan rəhbərliyi daha çox Dağlıq Qarabağ mövzusuna toxunur, iddialarını bu məsələyə kökləyir və bu ərazidə yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi məsələlərini qabardırdı. Yəni, Qarabağ klanı əslində Dağlıq Qarabağın əhatə etdiyi 4 min kvadrat kilometr əraziyə iddia irəli sürürdü, Paşinyan isə son bəyanatıyla qalan 12 min kv.km. əraziyə də iddialı olduğunu bildirdi. Ona görə də, hesab edirəm ki, hakimiyyət dəyişikliyi Ermənistan mövqeyini daha da sərtləşdirib. Azərbaycan da bu mövqeyi ciddi analiz etməli və ona uyğun daha sərt və konkret siyasi xətt izləməlidir. Təəssüf ki, beynəlxalq ictimayət və BMT, ATƏT və digər beynəlxalq insitutlar Paşinyanın bu açıqlamalarına və ümumilikdə Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına reaksiya vermirlər.

 

- Son günlər Gürcüstan-Azərbaycan münasibətlərində də müəyyən gərginliklər müşahidə olunur. Xüsusən də Axalkalakidə erməni terrorçuya abidə ucaldması ölkəmiz tərəfdən narazılıqla qarşılanıb. Gürcüstan-Azərbaycan münasibətləri və ümumilikdə Gürcüstanın izlədiyi xarici siyasət xəttiylə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

 

- Əlbəttə, bu məsələ çox emosional, təsirli məsələdir. Həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan azərbaycanlılar bir erməni terrorçuya abidə ucaldılmasını normal qarşılaya bilməz və bu, etirazlarla səbəb olacaq. Ancaq fikrimcə, bu, sadəcə heykəl məsələsi deyil. Saakaşvilidən sonra Gürcüstanın bütövlükdə siyasi xətti dəyişib. İvanişvili hökuməti bir tərəfdən Qərblə əməkdaşlığı daha da intensivləşdirmək istəyir, bir tərəfdən də Rusiyayla təmaslar quraraq, mövcud problemlərin həllinə səy göstərir. Gürcüstan Abxaziya və Osetiya yollarının açılmasına səy göstərir və Rusiyayla yenidən iqtisadi əməkdaşlığa başlamaq istəyir. Azərbaycanlı bağlı yürüdülən siyasət də əslində bu strategiyadan doğur. Gürcüstan guya balansı qurmağa çalışır. Ancaq bu, çox təhlükəli siyasi oyundur. Bu, həm Azərbaycanın, həm də Qərbdəki tərəfdaşların qəzəbinə səbəb ola bilər. Qərb bu siyasəti yaxından izləyir. Gürcüstana qarşı Qərb də ciddi addımlar ata bilər və bu addımlar Gürcüstanda siyasi böhrana səbəb ola bilər. Azərbaycan məsəlsinə gəldikdə, enerji və iqtisadi cəhətdən həm Azərbaycan, həm də Türkiyə Gürcüstana təsir imkanlarına malikdir. İnanıram ki, qısa zamanda Azərbaycan lazımi diplomatik tədbirləri görüb, məsələləri yoluna qoyacaq və maraqlarını təmin edəcək.

 

- ABŞ-ın qoşunlarını Suriya və Əfqanıstandan çıxarmaq haqqında qərar qəbul etməsi, eyni zamanda, ABŞ neft şirkətləri olan Exxon Mobile və Chevronun Xəzərdəki paylarını satışa çıxarması, bir çox ekspertlərin fikrincə, ABŞ-ın Cənubi Qafqazdakı nüfuzunun azalmasına gətirib çıxaracaq. Hətta buna bənzər bir fikri amerikalı siyasi analitık Pol Qobl saytımıza ekskluziv müsahibəsində qeyd etmişdi. Siz bu məsələ haqda necə düşünürsünüz? Doğurdanmı Orta Şərq və Cənubi Qafqazda ABŞ və Qərbin nüfuzu azalacaq?

 

- Amerika qoşunları Yaxın Orta Şərqdən çıxmalıydı və təbii ki, çıxacaq. Ancaq bu, strategiya deyil, taktikadır. ABŞ burada öz maraqlarını yenə də başqa vasitələrin köməyilə qoruyacaq. Cənubi Qafqaz məsələsinə gəldikdə, bu regionda ABŞ-ın stabil maraqları var və onlar dəyişmir, dəyişən sadəcə onları təmin etmə metodları ola bilər. Exxon Mobile cə Chevronun Azərbaycandan çıxması əsasən iqtisadi arqumentlərlə bağlıdır. Sirr deyil ki, Azərbaycanın neft ehtiyatları getdikcə tükənir. Bunu Azərbaycan rəhbərliyi də görür və əgər diqqət yetirəniz görərsiniz ki, Azərbaycan son illərdə daha çox qaz sektoruna investisiya qoyur və qaz sektoruyla bağlı beynəlxalq və regional layihələrdə iştirak edir. Ona görə də bütün bunlar iqtisadi səbəblərlə bağlıdır və ABŞ-ın, eyni zamanda Qərbin Cənubi Qafqazda ciddi maraqları var və onlar öz nüfuz və maraqlarını maksimum səviyydə qorumağa çalışırlar.

 

 

Müsahibəni götürdü: Nicat İsmayılov

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı