“Azərbaycan bu dəyişiklikləri ciddi analiz etməlidir” İqtisadçı professordan xəbərdarlıq

Müsahibələr 17:05 08.02.2019

Dünya iqttisadiyyatında baş verən dəyişikliklər, xüsusən də neft birjasında müşahidə edilən kəskin ucuzlaşma Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycan iqtisadiyyatının hazırkı durumu və onun inkişaf perspektivlərilə bağlı iqtisadçı ekspert, professor Elşad Məmmədov Eurasia Diary-ə ekskluziv müsahibə verib.

 

- Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Təbii ki, bu, ən çox neft ixrac edən ölkələrdə narahatlıq doğurur. Neftin qiymətinin ucuzlaşması Azərbaycanda hansı iqtisadi proseslərə səbəb ola bilər?

 

- Bəli, doğurdan da bu gün neftin ucuzlaşması ən aktual və real iqtisadi təhlükələrdən biridir. 2014-cü ildən bu yana dünya birjalarında neftin qiymətində qeyri-sabitlik müşahidə edirik. Demək olar ki, dünya iqtisadiyyatında iqtisadi turbulentlik tendensiyası getdikcə genişlənir. Təbii ki, bu dalğalanma neft birjalarına da təsirsiz ötüşmür. Həmçinin ABŞ-ın neft hasilatını kəskin artırması və bir növ “şist inqilabı” başlatması neftin qiymətinin daha da düşməsinə gətirib çıxardı. Bununla birlikdə, bütün neft istehsal edən dövlətlər neftin qiymətindəki kəskin ucuzlaşmanın müqabilində böhrandan xilas olmaq üçün öz iqtisadiyyatlarını şaxələndirməlidirlər. Çünki neftin qiyməti daha da ucuzlaşacaq. Bu ucuzlaşma mövsumi deyil, dövri xarakter daşıyır. Artıq neftin bir enerji daşıyıcısı kimi rolu azalır. Buna səbəb yeni texnologiyaların meydana gəlməsi və alternativ enerji resursları üzrə araşdırmaların intensivləşməsidir. Ona görə də bu gün Çin nə az, nə çox - 400 milyard dollar məbləğində alternativ enerji resurslarına investisiya qoyub. Təbii ki, Azərbaycan da neft ixrac edən bir dövlət olaraq dünya iqtisadiyyatında gedən bu dəyişiklikləri ciddi analiz etməlidir. Təsadüfi deyil ki, ölkə rəhbərliyi artıq bir neçə ildir qeyri-neft sektorunun inkişafı üçün bir çox önəmli addımlar atır. Azərbaycan da artıq alternativ enerji və qeyri-neft sektorunun inkişaf etdirilməsinə istiqamətlənib.

 

- Qeyri-neft sektoruna dövlət dəstəyi mövcuddur. Dövlət sahibkarlığa dəstək məqsədilə sektorun inkişafı üçün kifayət qədər vəsaitlər ayırıb. Lakin hələ də qeyri-neft sektorunda gözlənilən sıçrayış və sürətli inkişafı görə bilmirik. Bunun səbəblərini nəylə izah edərdiz?

 

- Bunun bir çox səbəbləri var. Ən önəmlisi investisiya problemidir. Azərbaycanda, xüsusən də xarici investorların cəlb edilməsi və bu sahədə sərbəst rəqabətin formalaşdırlmasında ciddi problemlər var. Bizim iqtisadiyyatımızda ciddi investisiya çatışmazlığı mövcuddur. Biz xarici təcrübələrə baxsaq “Çin möcüzəsi”, “Alman möcüzəsi” və digər iqtisadi möcüzələrin kökündə məhz investisiya və daxili kredit faktoru durur. Ona görə də mən belə hesab edirəm ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı üçün daxili investisiya və daxili kreditləşməyə əsaslanan bir makro iqtisadi sistemin yaradılmalıdır. Bu problemlərin həlli üçün ən əsas maliyyə-kredit siyasətində  müəyyən dəyişikliklər edilməlidir.

Hazırda Azərbaycan iqtisadiyyatının ÜDM artımı 1,4 və ya 1,5 faiz arası dəyişir. Bu, çox aşağı göstəricidir. Arzu edilən iqtisadi inkişaf üçün bu göstərici ən azı 6-10 faizə qədər artmalıdır. İstər qeyri-neft sektorunun, istərsə də ümumilikdə ölkə iqtisadiyyatının inkişafı üçün başlıca şərt yeni texnologiyaların idxalıdır. Azərbaycan istehsal prosesində yavaş-yavaş öz istehsalı olan texnologiyalardan da istifadə etməyə başlamalıdır. Həmçinin bir faktı da qeyd etmək istərdim ki, Azərbaycan istehsal etdiyi xalis neftin 75-80%-dən çoxunu xammal şəklində dünya bazarına çıxarır. Neftin qiymətinin bu qədər ucuzlaşdığı bir zamanda Azərbaycan nefti xammal şəklində satmaqdansa neft məhsullarının istehsalı və ixracıyla daha çox məşğul olmalıdır. Bu dediklərimizə STAR layihəsi gözəl nümunədir. Ancaq bu tipli layihənin ölkə daxilində də gerçəkləşdirilməsinə də başlanılmalıdır. Bütün bunlar həm investisiya qoyuluşunu artıra, həm də neft və qeyri neft sektorunun inkişafını təmin edə bilər.

 

- Bir çox ekspertlərin fikrincə, Azərbaycanda istehsal edilən sənaye məhsulları həm keyfiyyət, həm də qiymət cəhətdən istehlakçı maraqlarıyla uyğun gəlmir və məhz bu səbəbdən yerli məhsullarımızın sayı artmır. Sizin bu fikirlərə münasibətiniz necədir?

 

- Bu məsələ əslində ölkəmizdəki mikroiqtisadi probemlərdən biridir. Burada əsas problem məhz marketinq problemidir. Müəssisələr istehsaldan sonra satış siyasətini düzgün həyata keçirmir. Təbii ki, alıcı məhsulun harada istehsal edilməsindən çox onun keyfiyyəti və qiymətiylə maraqlanır. Bundan savayı, yerli məhsullarımızda digər bir problem brendləşmə məsələsidir. İstər ölkə daxilində, istər xaricdə məhsullarımızın bir brend olaraq bazara çıxmasının nadir hallarda şahidi oluruq. Lakin brendləşmə hazırki iqtisadi münasibətlər sistemində çox önəmli yer tutur. Düşünün ki, brendləşmə məhsulun maya dəyərindən dəfələrlə baha qiymətə satılmasını təmin edir. Brendləşmə problemi isə ona görə yaranır ki, yerli məhsullarımızın piarı və təqdimatı lazımı səviyyədə həyata keçirilmir.

 

- Dünyada avtomobil sənayesi ən gəlirli və perspektivli sahələrdən biridir. Son dövürlər Azərbaycanda da bu sahədə müəyyən irəliləyişlər müşahidə edilməkdədir. Bir neçə il əvvəl “Azermaş” firmasının “Xəzər” avtomobilləri daha əvvəlsə “Nazlifan” avtomobilləri yerli bazara daxil oldu. Bu sektorun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

 

Əlbəttə ki, avtosənayenin inkişafı bu gün əsas prioritet istiqamətlərdən biridir. Bu sahənin gəlirliliyindən savayı, onun gətirdiyi prestij də dövlətlər üçün çox önəmlidir. Avtomobil sənayesində ən ciddi çatışmazlıq istehsal resurslarının, avtomobil detallarının xaricdən gətirilməsidir. Ona görə də düşünürəm ki, avtosənaye hazır məhsulların yığımı olmamalıdır. Ancaq bununla birlikdə ilkin mərhələdə bu tipli məhsulların istehsalı yaxşı başlanğıcdır və belə hesab edirəm ki, gələcəkdə bu sahədə daha böyük irəliləyişlər əldə ediləcək.

 

Müsahibəni götürdü: Nicat İsmayılov

Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO

Xəbər xətti

İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hamısı