"Jurnalistlərin Ermənistana səfəri müsbət haldır" Amaşov müzakirələrə son qoydu

Müsahibələr 11:30 15.02.2019

Son günlər yerli mətbuatda jurnalistlərin Ermənistana səfər etməsi mövzusu geniş müzakirələrə səbəb olub. Mövzunun aktuallaşmasına səbəb “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana səfər etməsi və burada bəzi siyasətçilərdən müsahibələr alması olub. Belə ki, bu səfər ictimai xadimlər və media işçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb.

Məsələylə bağlı Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşov Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

Ə. Amaşov qeyd edib ki, artıq 30 ildir Dağlıq Qarabağ münaqişəsi davam edir. Biz əlbəttə ki, bu münaqişədə haqlı tərəfik və bu haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışırıq. 20% torpaqlarımız hələ də işğal altındadır və bir dövlət, cəmiyyət olaraq əsas məqsədimiz vətənimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bu məqsədi reallaşdırmaq üçün hazırda bütün sahələrdə fəal iş aparılır. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi müstəvidə. Eyni zamanda da jurnalistika sahəsində görülən və görüləcək işlər sözügedən məqsədimizi reallaşdırmaq üçün həyati əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, müharibə bu gün yalnız cəbhədə deyil, eyni zamanda informasiya sahəsində gedir. Ona görə də belə hesab edirəm ki, jurnalistlərimizin bu sahədə Qarabağ və Ermənistana səfərlər etməsi, buradakı vətəndaşlar və siyasətçilərlə görüşməsi müsbət haldır və zəruridir.

Ə. Amaşov həmçinin bildirib ki, Ermənistan ictimaiyyəti Azərbaycanın bu münaqişədə haqlı tərəf olmasından, Xocalı və Qaradağ soyqırımlarındən, azərbaycanlılara qarşı törədilən cinayətkar əməllərdən, eyni zamanda bu gün inkişaf edən və hər sahədə öz gücü ilə Ermənistanı üstələyən Azərbaycan barədə məlumatlı olmalıdırlar.

Ə. Amaşov erməni jurnalistlərin də Azərbaycana gəlməsini müsbət qiymətləndirərək sözlərinə belə davam edib: “Erməni jurnalistlərin də Azərbaycana gəlməsi fikrimcə, müsbət qarşılanmalıdır. Onların Azərbaycanın regionlarındakı, Bakıdakı inkişafı gözləriylə görüb bu məlumatları erməni ictimaiyyətinə çatdırması bizim Qarabağ məsələsində gördüyümüz işlərə öz tövhəsini verəcək. 2018-ci ilin noyabr ayında mən İrəvanda oldum. İrəvandakı sosial-iqtisadi geriliyi və vətəndaş məmnuniyyətsizliyini öz gözlərimlə gördüm. Təsəvvür edin ki, şəhərdə hər sahədə gerilik nəzərə çarpacaq şəkildə müşayiət olunurdu. Mən bunları gördükdən sonra öz dövlətimlə qürur duydum və münaqişədə gec-tez qalib olacağımıza bir daha əmin oldum. İndi isə düşünək ki, bir erməni jurnalist İrəvandan Bakıya gəlir. O mənim keçirdiyim hislərin tam əksini keçirəcək. Öz dövlətinin geriliyi və gücsüzlüyüylə bir daha üzləşəcək və bunu erməni xalqına çatdıracaq”.

Sonda müsahibimiz qeyd etdi ki, mətbuatın əsas vəzifəsi məlumatı düzgün və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdır. Biz Azərbaycan-Ermənistan Dağlıq Qarabağ problemində haqlı tərəfik. Ona görə də erməni xalqının da bizim haqlı mövqeyimizi başa düşməsini təmin etməliyik.

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı