"Real Aykidonu Qafqazda da inkişaf etdirməyi düşünürük" Azərbaycan Real Aykido İdman Klubunun prezidenti

Müsahibələr 16:06 23.02.2019

"Ümid edirik ki, may ayında keçiriləcək “Real Aykido üzrə 7-ci beynəlxalq seminar və kəmər imtahanı”nda biz Azərbaycanı 4-cü dəfə birinci edə biləcəyik". Bu sözləri Real Aykido Federasiyasının prezidenti Fariz Abdullayev Eurasia Diary-ə verdiyi müsahibəsində deyib.  

- Real Aykido idman növünün yaranması və tarixi haqqında məlumat verə bilərsiniz ?

İlk növbədə onu qeyd edim ki, Aykidonun dünyada 30-dan çox istiqaməti vardır. Real Aykido da onlardan biridir. 1993-cü il 16 dekabr tarixində Serbiyanın Belqrad şəhərində Ümumdünya Real Aykido Mərkəzi yaranıb və bu sənətin yaradıcısı da əslən Serbiyalı olan general-polkovnik, akademik, 10-cu dan qara kəmər ustası Lyubomir Vraçareviç olub. Ümumiyyətlə, Real Aykido format olaraq sırf özünümüdafiə məqsədi daşıyır.

- Bu idman növünün digər idman növlərindən fərqi nədir ?

- Bu idman növünün digər Aykido istiqamətlərindən birinci fərqi ondadır ki, real vəziyyətlərdə, küçə şəraitində, hərbi situasiyalarda, ekstremal şəraitlərdə daha çox praktikliyi ilə seçilir. Bu döyüş növünü tətbiq etmək digər Aykido sistemlərini tətbiq etməkdən daha asandır. Digər idman növlərindən fərqi isə Real Aykidonun boğucu-qırıcı fəndlərlə zəngin olması və lazımi şəraitdə, lazımi texnikanı seçərək özümüzü xilas edə bilməyimizdir. Real Aykido zərərsizləşdirmə metodları ilə zəngin olan özünümüdafiə sistemidir. Yəni bu idman hüquq mühafizə işçiləri üçün də, güc strukturlarının əməkdaşları üçün də çox yararlıdır. Belə ki, Real Aykido öz formatı ilə dünyada 7 ölkə prezidentinin şəxsi cangüdənlərini hazırlayıb.

- Real Aykido ilə məşğul olmaq insana nə qazandırır ?

- Real Aykido ilə məşğul olmaq insana hər şeydən öncə sağlamlıq və çeviklik qazandırır. Ani zamanlarda, ekstremal şəraitdə (bu idmanda avtomatizm etapı adlanır) siz özünüzü düşünmədən, fikirləşmədən müdafiə edirsiniz. Öyrəndiyiniz texnika özünü sizin öz hərəkətiniz kimi biruzə verir və ona görə də avtomatik şəkildə özünüzü müdafiə edə bilirsiniz. Təbii ki, bu hal texnikaları dəfələrlə işlədikdə, fəndlərə vərdiş etdikdə yəni, texnikları öz hərəkətinizə çevirdikdə baş verir.

- Sizdə bu idman növünə maraq necə yaranıb ?

- Ümumiyyətlə uşaqlıqdan təbii olaraq filmlərlə böyümüşük. Bruce Lee, Jackie Chan, Vandam, Steven Seagal və s. filmlərinə baxaraq mən də idmanla məşğul olmağı düşündüm. Qohumum mənə Real Aykido ilə məşğul olmağı məsləhət bildi və atam məni idmana yazdırdı. Atam özü də dövlət orqanı, güc strukturunun əməkdaşı olub. Ona görə məlumatı var idi. Beləliklə mən Real Aykidoya başladım. Məni çox həvəsləndirdilər, çünki bu döyüş növü ilə məşğul olsam, uşaq olmağıma baxmayaraq özümdən yaşca böyük insanları məğlub edə biləcəyimi demişdilər. Bu da məndə motivasiya yaratdı və mən 11-12 yaşımdan məşq etməyə başladım.

- Federasiyanın tarixi və uğurları haqda məlumat verə bilərsiniz ?

- Biz 2013-cü il 20 iyun tarixində rəsmi olaraq qeydiyyata alınmışıq. Ancaq Real Aykido Azərbaycanda 90-cı illərdən var idi. Sadəcə olaraq mənim rəhbərliyim 2013-cü ildən rəsmi olaraq başladı. Beləliklə o vaxtdan rəsmən qeydiyyatdayıq.

Uğurlara gəldikdə isə klublarımızın sayının çoxalması, Azərbaycanı 5 dəfə Beynəlxalq arenada, 3 dəfə Serbiyada Beynəlxalq seminarda, 2 dəfə isə Fransada dünyanın ən mötəbər festivalı olan beynəlxalq döyüş növləri festivalında təmsil etmişik və hər birində də yüksək dərəcələr əldə etmişik. Beləliklə Azərbaycanı 5 dəfə xaricdə təmsil etmişik. Sosial şəbəkələrdə, həmçinin youtube portalında Real Aykido üzrə kanalların içində ən çox reytinq bizdədir. Yəni Azərbaycan birincilik əldə edir. Son yeniliklərdən onu demək olar ki, Azərbaycan dünyada 3 il ard-arda  beynəlxalq seminarların təşkilinə və idmançıların hazırlıq səviyyəsinə görə birincilik əldə edib. Ümid edirik ki, may ayında keçiriləcək “Real Aykido üzrə 7-ci beynəlxalq seminar və kəmər imtahanı”nda biz Azərbaycanı 4-cü dəfə birinci edə biləcəyik.

- Azərbaycanda bu idman növünə maraq hansı səviyyədədir ?

- Azərbaycanda bu idman növünə maraq ildən-ilə daha da artmaqdadır. Bunu sosial şəbəkələrdəki videolarımızdan, kollektiv şəkillərdən, televiziyada gedən verilişlərdən, süjetlərdən bilmək olur. Real Aykidonun təbliğatı şükürlər olsun ki, artan xətt üzrə davam edir və idmançılar da özünümüdafiəyə marağın olduğunu görürlər. Çoxları düşünürdü ki, bu idman növündə yarışın olmaması marağın da olmamasına gətirib çıxaracaq. Ancaq hal-hazırda yarışı olan mötəbər idman federasiyalarının rəhbərləri də bildirirlər ki, bu idman növünün qeyri-olimpiya sahəsi olmasına və yarışların olmamasına  baxmayaraq bu qədər kütlə yığıla bilir və daha çox insanın marağına səbəb olur. Qeyd etmək yerinə düşərdi ki, son zamanlar Real Aykido özünümüdafiə sənəti xanımların da xüsusi diqqət mərkəzindədir.

- Azərbaycanda Real Aykido idman növünün yayılması və inkişafı üçün gələcəkdə hansı planlar nəzərdə tutulur ?

- Ümumiyyətlə planımız dəyişmədən davam edir. Təbliğatla hər gün məşğul oluruq. Sağlam rəqabətlə yanaşı, digər idman federasiyaları ilə əməkdaşlıq edərək biz eyni zamanda idmançılarımızı peşəkar kimi yetişdirməyə çalışırıq. Peşəkar idmançıların çox olması gələcəkdə potensial məşqçilərin olmasına yol açır. Məşqçilərin çox olması isə eyni zamanda klublarımızın da artmasına yardımçı olur.  Biz düşünürük  ki, Bakıda olan 10 klubumuzla yanaşı Bakıdan kənarda da fəaliyyətimizə davam edək. Onu da qeyd edim ki, biz 6-cı beynəlxalq seminarda, yəni keçən ilin may ayında Qafqaz regionu üzrə baş nümayəndə təyin olunduq. Beləliklə Qafqazdakı Real Aykido idman növünün inkişafı da bizə tapşırıldı. Gələcək planlarımızda Real Aykidonu Qafqazda da inkişaf etdirməyi düşünürük. Son olaraq onu deyim ki, Türkiyə Cümhuriyyətinin Düzce şəhərində də artıq bizim klubumuz var.

Fariz Abdullayev Azərbaycan Real Aykido İdman Klubunun prezidenti və baş məşqçisi, Ümumdünya Real Aykido Mərkəzinin 1-ci yığmasının üzvü, Dünya federasiyasının Azərbaycanda yeganə rəsmi nümayəndəsi, 5 qat beynəlxalq seminar təmsilçisi və 4-cü Dan qara kəmər ustasıdır.

 

Müsahibəni götürdü: Həşim Məmmədov

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Hamısı