''Bu gün kəşfiyyatçılarımızın üzərinə çox işlər düşür'' Adıgözəl Məmmədov

Müsahibələr 12:34 23.02.2019

Slavyan-Türkdilli Xalqlar Birliyi Hərəkatının lideri, siyasi portretşünas Adıgözəl Məmmədov Türkiyənin Enter.News saytına müsahibə verib. Müsahibədə son günlər ölkədə, eləcə də, qonşu dövlətlərdə baş verən siyasi məsələlər, Rusiya-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinə, həm Rusiyadaki siyasi qüvvələrlə bağlı, həm də Azərbaycanda milli, dini məsələlərlə, həmçinin, məmurlarla bağlı fikirləri xüsusilə maraqlıdır.

- Adıgözəl müəllim, hazırda Rusiya-Ermənistan münasibətlərini necə xarakterizə edərdiniz ?

- Bu gün İrəvanda anti-Rusiya ritorikası ən pik həddədir. Ermənistanda "rədd olsun Rusiya", "rədd olsun Kreml", "rədd olsun Putin" və s. şüarlar səslənir. Bu istiqamətdə Ermənistanın Avropaya inteqrasiyası, hətta NATO perspektivlərindən danışmağa başladılar. Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu arada Rusiya-İran-Azərbaycan siyasi rəhbərlərinin mütamadi görüşləri Ermənistanda böyük narahatlıq doğurur. Paşinyanın atdığı addımları izləmək lazımdır. Bu proseslərin kimə xeyir verəcəyini analiz etməliyik və bu istiqamətdə bizim xüsusi xidmət orqanları aktivləşməlidirlər, çünki bu gün kəşfiyyatçılarımızın üzərinə çox işlər düşür. Gürcüstan QHT-lərini də bu proseslərə qoşmaq lazımdır və bu kəşfiyyat xarakterli məlumatlarlı hətta strateji tərəfdaş bildiyimiz heç bir tərəflə də bölüşməməliyik. Bu məqamda mükəmməl kəşfiyyat oyunları quraraq çox ciddi yararlanmaq imkanlarımız var. Tiflis üzərindən İrəvan QHT-ləri ilə işləmək lazımdır. Gecikirik.

- Aprel döyüşlərində Azərbaycan müəyyən üstünlük qazanmışdı. Həmin döyüşlərdən sonra Azərbaycan hadisələrdən öz xeyrinə, səmərəli istifadə edə bildimi?

- Ən azı nəzərə alaq ki, dar bir vaxtda bizim əldə etdiklərimiz maksimumdur. Bir məsələ də var. Həmin ərəfədə Moskva kanallarına müsahibələr verirdim və təxribatçı tərəfin də Ermənistan olduğunu deyirdim. Bunu İrəvan hakimiyyətinin növbəti təxribatı kimi qiymətləndirirdim. Azərbaycanın siyasi rəhbəri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi birbaşa Rusiya prezidentinin xahişindən sonra hərbi əməliyyatlar dayandırıldı. Bu həm Azərbaycan Silahlı Qüvvələrinin gücünün göstəricisi, həm də Azərbaycan xalqının vətənpərvər və torpağına bağlılığının göstəricisi oldu. Uzun illər idi mənfi azərbaycanlı obrazı yaratmağa çalışırdılar. Sanki azərbaycanlıların döyüş əzmkarlığı, torpağa bağlılığı yoxdur. Bu fikirlər xüsusən Türkiyədə və digər ölkələrdə yayılmışdı. Aprel döyüşləri bu fikirləri darmadağın etdi və Azərbaycan xalqının milli qeyrətinin yüksək olduğunu, şəhidlik zirvəsinə yüksəlmək qabiliyyətini göstərdi. Bu keyfiyyətlərimizi dostlarımız da, düşmənlərimiz də gördü.

- Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bildirib ki, PKK-nın erməni lobbisi və erməni dövləti ilə əməkdaşlığı bu gün də davam edir. O bildirib ki, aprel döyüşlərində 400 PKK-çı Suriyadan gəlib Ağrı bölgəsində Tendürek dağı üzərindən Ermənistana keçib və Azərbaycan ordusuna qarşı döyüşüb. Bu barədə nə düşünürsüz?

- Bu, 400 nəfərlik qrupun içində 120 nəfəri erməni əsilli Suriya vətəndaşı idi. PKK siyasi cəhətdən sol xətdir və bu xüsusən SSRİ KQB-si tərəfindən formalaşdırılan təşkilatlardan biri idi. Bu tipli təşkilatlar tək radikal sol düşüncəli kürdlər arasında formalaşdırılmamışdı. Ovaxtkı sosializm-kapitalizm çəkişməsinin təzahürlərindən biri də bu idi. Sovet KQB-si zaman-zaman ASALA və PKK terror təşkilatının da xidmətlərindən istifadə edib. Bu barədə yetərincə məlumatlar artıq ictimailəşdirilmişdir. SSRİ dağılandan sonra bu təşkilatlar, öz maliyyə qaynaqlarını digər mənbələrdən təmin etmək üçün Türkiyəyə qarşı xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, yeni şantaj üsullarını işə saldılar. Düşünmürəm ki, PKK ilə Ermənistanı birləşdirən hansısa ideoloji xətt olsun. Amma ola bilsin ki, müəyyən maddiyyat qarşılığında onlar bu döyüşlərdə iştirak edə bilərlər. Buna qədər də bir məsələni qeyd etmək istəyirəm. Erməni xüsusi xidmət orqanları Ermənistanda yaşayan kürd mənşəli Ermənistan vətəndaşlarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəziləri vardır ki, Ermənistan televiziyasında çıxışında kürdlərə müraciət edərək, onları Kəlbəcərə, Laçına, Qubadlıya və Qarabağın digər hissələrinə qaytımağa təşviq edirlər. Bu təşviqatçılardan heç kim, heç vaxt kürd xalqını təmsil etməyib. Sadəcə onlar Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək onların sifarişini yerinə yetirirlər. Onlar Əlikram Hümbətov kimi insanlardır. Məqsəd budur ki, bu insanlar vasitəsilə Azərbaycanda daxili iğtişaşlar yaratsınlar. Bəzi Kütləvi İnformasiya Vasitələrinin mənbələrinə istinadən deyirəm ki,bu gün ermənilər hətta PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və burada Azərbaycan əleyhinə təxribatçı qüvvələr hazırlamaq istəyirlər. Bu işlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir. Burada başqa strateji xətt də var. Orta Şərq içərisində iğtişaşların yaradılmasında, terror aktlarının tətbiqində irimiqyaslı "fəaliyyətlər" göstərsinlər. Zamanında Livanda vətəndaş müharibəsi zamanı bunlardan çox "səmərəli" istifadə edildi. Dünənə qədər KQB-nin nəzarətində olan PKK-nın fəaliyyət istiqaməti artıq bilinmir. PKK da artıq çeşidlənib. Onun Suriya "qanadı", İraq "qanadı" ilə razılaşmır. Bir sözlə, kim pulu verirsə, ona da işləyirlər. Eyni uğurlada erməni silahlı qüvvələri Suriyada da mövcuddur.

- Rusiya mətbuatında yayılıb ki, Putin hakimiyyəti növbəti hakimiyyətə Vyaçeslav Volodini hazırlayır. Putinin əvəzinə həmin siyasətçi prezident olacaq. Sizcə, bu nə dərəcədə realdır?! Bu baş verərsə, Azərbaycan nə qazanacaq?

- Rusiya siyasi hakimiyyətini anlamaq üçün müəyyən məqamları bilmək lazımdır. Putinin kimin üzərində dayanıb-dayanmamasından asılı olmayaraq, Rusiya reallığı da burada mühüm rol oynayır. Rusiya siyasi hakimiyyəti monoton deyil. Heç kim düşünməsin ki, bütün siyasi proseslər Putinin "iki dodağının arasından çıxan sözlər"lə idarə olunur. Rusiyada milli şüurun daşıyıcısı olan qüvvələr, imperialist düşüncəli insanlar, xüsusi xidmət orqanlarının xəttinin daşıyıcısı olan qüvvələr var. Rusiyada hərbi-sənaye kompleksinin maraqlarını ifadə edən qüvvələr daha aparıcı xəttdir. Bu gün Rusiyada Slavyan-Türkdilli xalqlar-müsəlman xəttinin maraqlarını qoruyan qüvvələr formalaşır. Bu balanslardan biri pozulsa, Putinin nə deməyindən və istəyindən asılı  olmayaraq, vəziyyət tamam dəyişə bilər.

- Mən güman etmirəm ki, Putin siyasi hakimiyyətini kiməsə verməyə hazırlaşır. Hətta hazırlaşsa belə, bu balansı qoruyan qüvvələr buna razı olacaqmı?

- Volodin sələfindən çox fərqli bir adamdır. Sergey Narışkin əgər siyasi cəhətdən strateq idi isə, Volodin texnokratdır. Əslində bunu bir varis kimi yox, başqa formada izah etmək olar. Putin Volodin kimi insanları önə çəkməklə siyasi hakimiyyətinin ömrünü uzadır. Əslində bu Kreml tarixində həmişə təbii proses sayılır. Biz Rusiya-Azərbaycan münasibətlərindən çox danışırıq. Amma bu balansı yaradan qüvvələrlə işləməyi də bacarmalıyıq. Liderlərlə işləmək öz yerində, digər qüvvələri də özümüzdən kənarlaşdırmamalıyıq. Yəni Rusiya liderləri bir məsələni fikirləşərkən sağa da baxır, sola da. Biz həm sağla, həm də solla işləməyi bacarmalıyıq.

- Ərdoğanla Putinin yeni görüşünü necə xarakterzə edərdiniz?

- Rusiya-Türkiyə münasibətlərinin, iki ölkə arasında əməkdaşlığın Ərdoğan və Putinin şəxsi istəklərinin sayəsində olduğunu düşünmürəm. Çünki əməkdaşlığın da bir həddi var. Hətta Ərdoğan bu həddi keçmək istəsə belə bu alınmayacaq. Çünki Türkiyənin reallıqları buna imkan vermir. Ona görə də münasibətlərə bu konteksdən baxmaq lazımdır. İnsanlar nə qədər bir-birinə yaxınlaşmağa çalışsalar da, mövcud reallıq tam başqadır. Ona görə ki, Türkiyə-Rusiya münasibətlərinin çərçivəsi var.

- Həmin çərçivədə Azərbaycan üçün mövqe nə yerdədir?

- Azərbaycanın işi yaxınlaşdırıcı bir xətdir. Azərbaycanın müstəsna xətti elə azərbaycançılıqdır. Mənim təmsil etdiyim Slavyan-Türk Birliyi kontekstində əslində həm də elə azərbaycançılıq xəttidir. Yəhudiləri necə birləşdirən dini xətt varsa, bizi də birləşdirən nöqtələr çoxdur. Moskvada namaz vaxtı məscidə gedəndə hər bir milləti görmək olur. Lakin Moskvada ermənilər "Olimpiski" yaxınlığında yeni bir möhtəşəm kilsə tikiblər. Orada ancaq ermənilər olur. Sinaqoqda isə yalnız yəhudiləri görmək mümkündür. Yəni bizim dinimiz azərbaycanlıları milli kimlik kimi yox, yalnız müsəlman kimi birləşdirir. Bu amil bizim milli məfkurəmizin bir hissəsi ola bilər, amma bizi birləşdirən milli şüur ola bilməz. Həmin milli şüur da bizim azərbaycançılığımız olmalıdır. Bəli, müəyyən strateji xətt üçün biz türk dilli xalqlara mənsub olduğumuzu deməliyik və bu istiqamətdə slavyan xalqları ilə istənilən inteqrasiyalarda iştirak etməliyik. Ona görə ki, biz Avrasiyanın bir parçasıyıq. Amma bütün Azərbaycanda məskunlaşan xalqları milli məfkürəmizin ətrafında birləşdirmək üçün azərbaycançılıq əsas xəttimiz olmalıdır. Özümüzü tanımaq üçün azərbaycançılığımızdan bərk yapışmalıyıq. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Fəxarət hissini yaratmaq üçün bəzi məmurlarımızın üzərinə də məsuliyyət düşür.Bizim cənab prezidentin sadə xalqla rahat danışmağı onun necə insan olduğunu göstərir. Sadə vətəndaş da İlham Əliyevlə rahat danışa bilir. Onun rahat aurası var. Xalqın adamıdır. Amma gəlin baxaq. Elə məmurlar var ki, qəbuluna düşmək çox müşkül məsələdir. Belə məqamlar həm ölkə rəhbərlərinə, həm də Azərbaycandakı müəyyən reallıqlara qarşı insanlarda küskünlük yaradır. Amma şükürlər olsun ki, Azərbaycan xalqında vətənpərvərlik hissləri var. Kənara çıxan kimi hər kəsdə azərbaycançılıq, vətənpərvərlik hissi yaranır.

- Azərbaycan uzun illər idi siyasi məsləhətləşmə baxımdan Moksva ilə hesablaşırdı. Son zamanlar prezidentin Ərdoğanla yaxınlaşması, iki qardaş ölkənin rəhbərlərinin səmimi və isti münasibətləri cəmiyyətə belə mesaj verdi ki, artıq Azərbaycan Kremllə yox, Ankara ilə hesablaşır. Yəni, sonuncu söz sahibi Ankaradır. Siz necə düşünürsüz?

- Azərbaycan yerləşdiyi geopolitik coğrafiyasına görə siyasi güc mərkəzlərinin varlığını tanıyır. Bu o demək deyil ki, Azərbaycan hansısa güc mərkəzinin əlində oyuncaqdır. Qətiyyən belə deyil! Mərhum prezident Heydər Əliyevin vaxtında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi "şirin ağzı"ndan şikarını götürmək kimi bir şey idi. Görün bunu Qazaxıstan, Türkmənistan edə bildimi? Hansı biri edə bildi? Həmişə Azərbaycan özünün müstəsna və milli maraqlarına söykənən siyasət yürüdüb. Bu siyasətin təməlini Böyük Öndər, rəhmətlik Heydər Əliyev qoyub. Vaxtı ilə Milyonerlər İttifaqı yaratmışdılar. Hətta heç kimin gözləmədiyi insanlar da orada təmsil olunmuşdu. Əslində bu kürəkdən sancılmış xəncər idi. Onlar Azərbaycanın siyasətinə, daxili siyasətə təsir göstərərək, Azərbaycanda hakimiyyətə iddia etmək həvəsinə düşdülər. Amma nəticə olaraq, bir daha sübut olundu ki, Azərbaycanda siyasi hakimiyyətin mənbəyi xalqdır və etimad göstərilən lider isə cənab prezident İlham Əliyevdir. Onun həyata keçirdiyi siyasət isə yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir.

Bu səbəbdən bəzi məmurlara səslənirəm: "İnsanları incitməyin, xalqı küskün salmayın".

Bu gün bizim milli hakimiyyətimiz, milli dövlətçiliyimiz var. Bəzən deyirlər ki, Sovet dövründə yaxşı idi. Bu fikri yaradan da vətəndaşlarımızı siyasi hakimiyyətdən küsdürən bəzi məmurlarımızdı. Belə məmurlarla həmişə mübarizə aparmalıyıq və onları ifşa etməkdə ölkə başçısına dəstək verməliyik!

- Türkiyədə yeni FETÖ-çülər siyahısı hazırlanır. Həmin siyahı əsasında bir çox tanınmışların, vəzifəli insanların həbs olunacağı deyilir. Siyahıda Azərbaycandan da məmurların, tanınmış şəxslərin, iş adamlarının adlarının olduğu bildirilir. Sizcə, bu siyahı açıqlanandan sonra nələr olacaq?

- Bu məsələlərə üç aspektdə yanaşıram. Birincisi, burada psixoloji məsələ var. İkincisi, burada siyasi təzyiq xətləri mövcuddur. Üçüncüsü də, qeyri–reallıq  var.

Bizim ideoloji xəttimiz azərbaycançılıqdır. Bu nə qonşu dövlətlərin maraqlarına xidmət edir, nə də yaxın bildiklərimizin maraqlarını əsas götürür. Yəni azərbaycançılığımız bizim milli identifikasiyamızdır. Bu milli identifikasiyanı qorumaq üçün çox çalışmalıyıq. Çünki biz hələ bir çox ziddiyyətli xətlərlə qarşılaşacağıq. Bu gün kimin kimdən xoşu gəlmir, onu FETÖ-çü adlandırır. Özü də, söylədiyi fikrə heç bir məsuliyyətlə yanaşmadan, insanın şərəf və ləyaqətini təhqir edərək. Tanımadığın birini, əlində ciddi sübut və sənədlər olmadan necə fəthullahçı adlandırmaq olar?

Bəzi insanlar da var ki, mövcud ab-havaya gəlir mənbəyi kimi baxır. Əlində bir qədər imkanı olan şəxsləri şantaj edərək, insanlardan pul qopartmağa çalışır. Müəyyən mətbu qurumlarda anons verir. Pul alandan sonra mövzudan uzaqlaşır. Bu fəthullahizim son dövrlər bir qrup insanların biznes marağına çevrilib. Bu biznesdə böyük miqdarda pul fırlanır. İndi bəzi KİV nümayəndələri də, heç bir məsuliyyət hiss etmədən istənilən adamı fəthullahçı adlandırırlar. Bəziləri isə təmiz insanları ləkələməklə sankı psixoloji rahatlıq tapırlar. Məsələnin digər tərəfinə nəzər salaq: Fəthullah Gülən, yəni “hizmət hərəkatı” əslində zərərli bir xətdir. Bu xətt bizim milli məfkurəyə uyğun deyil. Onlar sülh, sakitlik adı ilə milli ruhu sındıran ideoloji bir xətt qurublar.

Düzdür, elə insanlar var ki, FETÖ təşkilatının əlaqələrindən yararlanıblar. Bəziləri bizneslərini qurmaq üçün bu qrupa yaxınlaşıb. Məsələn, Asiya Bankının müəyyən payçıları azərbaycanlılardır. Hətta bu payçılar Bakıda Asiya Universiteti də təsis etmişdilər. Hətta onlar müəyyən dövrdə ABŞ-da lobbiçilik baxımından xidmətlərini də təklif ediblər".

Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO

Xəbər xətti

Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Hamısı