"Gözümün önündə bibimi və övladını qətlə yetirdilər" Xocalı faciəsinin canlı şahidi

Müsahibələr 18:15 23.02.2019

Zaur Zakir oğlu Ələkbərov Xocalı soyqırımının canlı şahidlərindəndir. Faciə onun yeniyetməlik dövrünə təsadüf edib. O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib. Gözlərinin qarşısında bibiləri və övladları qətlə yetirilib. Zaur Ələkbərovun “Report”a müsahibəsini təqdim edirik.

- Xocalı soyqırımı xatirələrinizdə necə qalıb?

- Mən 1979-cu ildə Xocalı şəhərində anadan olmuşam. Ermənilərlə münaqişə başlayandan, demək olar ki, hər gün atəş səsləri eşidirdik. Ermənilər rusların da köməyi ilə “Alazan” və “Kristal” raketləri ilə kəndi atəşə tuturdular. Şəhəri xocalılardan ibarət özünümüdafiə batalyonu qoruyurdu. Onların əlində də ağır silahlar yox idi. Xocalı hər tərəfdən mühasirəyə alınmış vəziyyətdə idi. Şuşaya gedən vertolyot vurulduqdan sonra isə Azərbaycanla əlaqəmiz tamamilə kəsilmişdi. Nəticədə buğdanı qaynadıb yemək məcburiyyətində qalırdıq. Uzun müddətdir ki, heç kəs öz evində yaşamırdı, daha etibarlı olan zirzəmilərdə gecələyirdilər. Qonşularımız və qohumlarımız da evimizin zirzəmisi böyük və etibarlı olduğundan bizə yığılmışdılar. Gecə saat 22:00-23:00 aralığında atəş səsləri daha da artmağa başladı. Bizə mərkəzdəki məktəbin zirzəmisinə tərəf getməyi və oranın daha etibarlı olduğunu bildirdilər. Biz qohum-qonşularımızla birlikdə evin zirzəmisindən çıxıb məktəbə tərəf qaçmağa başladıq. Anam balaca qardaşımı qucağına götürüb, mən də atamın əlindən tutub qaçırdıq. Həmin əraziyə çatanda insanlar Kətik dağı deyilən istiqamətə doğru üz tutduqlarını gördük. Hər tərəf qar idi. Buradan Ağdama doğru getməyə çalışırdıq. Beləcə atəş səsləri altında qarlı hava şəraitində dağa dırmaşaraq hərəkət edirdik. Bizdən əvvəl gedən qonşularımızın bəziləri isə ermənilər tərəfindən əsir alındığından onların fəryad səslərini eşidirdik. Dağın lap təpəsində çevrilib geriyə baxdım. Şəhər od içində yanırdı. Onların içində bizim evimiz də var idi. Bir də həmin yanan şəhərə qayıtmayacağımızı haradan biləydik.

- Yəqin həmin ağrılı günlər gözünüzün önündən heç zaman getməz...

- Sanki meyitlər qarın üzərinə səpələnmişdi. Uşaq olduğumdan indiki kimi fərqinə varmamışdım. Amma qıpqırmızı rəngə boyanmış ağ qar gözlərimin önündən hələ də getmir. Həmin günü anam ayağından yaralandı. Dəsmalı ilə ayağını bağlayıb yenə axsaya-axsaya yola davam etməyə başladı. İnsanlar qrup halında gedirdilər. Hər qrupda 2-3 nəfər özünümüdafiə batalyonunun döyüşçülərindən də var idi. Onların əksəriyyəti yenidən qayıdıb insanları çıxarmağa çalışırdılar. Arada atışma səsləri də gəlirdi. Ermənilərin irəlidə gedən qrupları əsir götürdüyünü eşitdik. Səsimizi eşitməmələri üçün sakitcə ağacların arasında gözləməyə başladıq. Səhərə yaxın yenidən Ağdama tərəf hərəkət etdik. Biz də əsir düşə bilərdik. Əsir düşməməyimizin səbəbi Ağdam istiqamətindən ermənilərin başlarını qatan hücum olmuşdu. Kiçik qardaşlarım çox qorxurdu. Mən qorxsam da, özümü cilovlayıb onlara ürək-dirək verirdim. Ən azından, böyük qardaş olduğumu unutmamışdım.

- Soyqırım qurbanları arasında ailə üzvlərinizdən varmı?

- Ailə üzvlərimizdən babam, nənəm, bibilərim və onların uşaqları olmaqla, ən yaxınlarımızdan, ümumilikdə, 71 nəfər şəhid oldu. Ümumiyyətlə, Xocalıda şəhid olanların əksəriyyəti qohum idilər.

- Xocalı faciəsinin ildönümündə hansı hissləri yaşayırsınız?

- İtki tək əlamətdar məqamlarda deyil, həmişə duyulan bir hissdir. Faciənin ildönümünün digər günlərdən fərqi bu günlərdə ziyarətimizə gələnlərin, təsəlli verənlərin sayının çox olmasındadır. Bu həm dostlar, yaxınlar, həm də dövlət rəsmiləri tərəfindən bizə göstərilən qayğının nəticəsidir. 

- Yaxınlarınız arasında əsir və itkin düşən olubmu?

- Əlbəttə var. Əsirlikdən azad olunan qohumlarım var. Bəzi yaxınlarımızın taleyindən isə indiyədək heç bir xəbər yoxdur. 

- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər ağrılı bir hissdir?

- Bunu ifadə etməkdə çətinlik çəkəcəyəm. Çünki hisslərimi sözə çevirməyə gücüm çatmır. Həyatda nə qədər uğur qazansan belə sənin uşaqlığının keçdiyi yerlərə əlin çatmırsa, qazandığın uğurlar birtərəflidir.

- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?

- Ümumiyyətlə, hər şeyə görə Allaha borcluyam. Xocalı faciəsindən xilas olmağımızda Ağdam döyüşçülərinin və Xocalı özünümüdafiə batalyonunun böyük rolu olub.

- Hazırda nə iş məşğulsunuz?

- Biz Xocalı faciəsindən sağ çıxandan sonra Cəlilabad rayonunun indiki Göytəpə şəhərində yerləşdik. Orta məktəbi də burada bitirdim. Hazırda Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoruyam. Şəhərin fəxri sakiniyəm. Prezident İlham Əliyevin imzaladığı sərəncamla “İlin müəllimi” adına layiq görülmüşəm.

- Siz artıq 13 yaşınızdan Göytəpədə yaşayırsınız. Torpaqlarımız işğaldan azad olunarsa, Xocalıya qayıtmaq istəyərsiniz?

- Aprel döyüşlərindən sonra bizdə torpağımıza qayıdacağımıza inam yaranıb. Düzdür, Göytəpə şəhəri mənim ikinci vətənimdir. Mən burada məktəbi bitirmişəm. Heç bir zaman buranı unutmaram. Ancaq öz doğma vətənimə qayıtmaq üçün hər şeyimi qurban verərdim.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı