Bu cür populist, saxta fikirlər səsləndirmək düzgün deyil! Tarixçidən İran prezidentinin iddialarına cavab

Müsahibələr 15:22 26.02.2019
İran inqilabının 40-cı ildönümü münasibətilə keçirilən tədbir zamanı İran Prezidenti Həsən Ruhani söylədiyi nitqində İranın şimal hissəsinin və Cənubi Qafqazın (Yəni Azərbaycanın) qədim İran torpağı olduğunu və Türkmənçay müqaviləsindən sonra Rusiya tərəfindən işğal edildiyini bildirib. Bu açıqlama Azərbaycanda ciddi narazılığa səbəb olub. Mövzu ilə bağlı tarixçi, ADPU-nun baş müəllimi, Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev Eurasia Diary-ə ekskluziv müsahibə verib. 
 
 
 
- İran inqilabının 40-cı ildönümü münasibətilə keçirilən tədbir zamanı İran Prezidenti Həsən Ruhani söylədiyi nitqdə İranın şimal hissəsinin və Cənubi Qafqazın (Yəni Azərbaycanın) qədim İran torpağı olduğunu və Türkmənçay müqaviləsindən sonra Rusiya tərəfindən işğal edildiyini bildirib. Bu açıqlamaya bir tarixçi kimi münasibətiniz?

 

- Mən də çox böyük təəssüf hissi ilə oxudum o müsahibəni… Bu sözləri inqilabın 40-cı ildönümü münasibətilə Tehranda keçirilən yürüşdə İran Prezidenti Həsən Ruhani bildirib. O, ölkəsinin son iki əsrdə xeyli torpaq itirdiyi söyləyib, daha sonra hətta qeyd edib ki, Qafqazda yerləşən ərazilərin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb. Biz güman edirik ki, Həsən Ruhani o qədər də tarixdən xəbərsiz olamadığı üçün yaradılan ölkə dedikdə Ermənistan Respublikasını nəzərdə tutur…

 

Lakin, Həsən Ruhani iki müqavilə ilə (Gülüstan və Türkmənçay müqavilələrini nəzərdə tuturdu) İranın şimalının ana vətəndən qoparıblar - deyəndə ad çəkməsə də, əfsuslar olsun ki, Azərbaycanı nəzərdə tutması heç də şübhə döğurmur... Fikrimizcə siyasətçi üçün, ölkə başçısı üçün bu cür populist, saxta fikirlər səsləndirmək düzgün deyil!

 

- Gülüstan və Türkmənçay müqaviləsinin mahiyyəti nədən ibarətdir və bu müqavilələrdən əvvəl doğurdanmı Azərbaycan İran torpağı hesab edilirdi?

 

- Azərbaycanın dövlətçilik tarixi var. Hətta deyə bilərik ki, bir çox yaxın qonşularımızdan qədim olan tariximiz var. Biz Qafqaza gəlmə xalq deyilik, avtoxton əhaliyik biz. Bunu təsdiq edən tariximiz, tarixi salnamələrimiz, antik və qədim dövrə aid yazılı abidələrimiz, kitabələrimiz mövcuddur. Biz ermənilər kimi uydurma, qondarma faktlara söykənərək populist çıxışlar etmirik...

 

XIX əsrin əvvəllərində Rusiya İmperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bu güclənməyə qarşı Qacarlar ilə İngiltərə arasında hətta yeni müqavilə də bağlanmışdı. Bu proseslərin davamı olaraq, 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə imzalandı. Bu Gülüstan sülh müqaviləsi idi.

 

Qacarlar, bilirsiniz ki,  İranda 1796-1925-ci illər arasında hakimiyyətdə olmuş Azərbaycan sülaləsidir. Bu o həmin yeddi Qızılbaş-türk tayfalarından biri Qovanlı Türk tayfasından olan Qacarlar idi ki, vaxtilə Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirmişdi.

 

Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistanın şimal torpaqlarının Rusiya İmperiyasına keçməsini rəsmiləşdirirdi.

 

11 maddədən ibarət müqavilə ilə Rusiya İmperiyası və Qacarlar dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa son qoyulurdu. Müqavilənin şərtlərinə əsasən Azərbaycan ərazisi iki yerə bölünür, Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onlara yan almaq hüququ və s. güzəştlər verilirdi…  

 

Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında İkinci Rusiya-İran müharibəsini bitirən Türkmənçay müqaviləsi imzalandı. Müqavilə 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa, İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rusiya İmperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvanın ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

 

Bu müqavilələr əsalində bütöv Azərbaycan ərazisinin iki güclü «qonşu» dövlətlər arasında bölüşdürülməsi idi…

 

- Azərbaycan xanlıqları bu müqavilələrdən öncə müstəqil dövlət qurumları hesab edilə bilərmi?

 

- Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının - xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı və tam müstəqil siyasət yürüdürdü. Bunlardan tarixi Azərbaycan dövlətləri olan Şəki xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Lənkəran (Talış) xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Dərbənd xanlığı, hətta doqquz əsr mövcud olmuş - Şamaxı xanlığı, Naxçıvan xanlığı, İrəvan xanlığı, Qaradağ xanlığı, Təbriz xanlığı, Marağa xanlığı, Ərdəbil xanlığı, Urmiya xanlığı, Xoy xanlığı, Maku xanlığı, Sərab xanlıqları olduğunu qeyd etmək lazımdır.

 

- Türkmənçayın Azərbaycanın gələcəyinə təsiri necə oldu?

 

- Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan ərazisi iki yerə parçalanmış oldu. Bir xalq, iki dövlət arasında torpaq, ərazi, siyasi nüfuz dairəsi bölgüsündə iki yerə parçalandı... Müxtəlif dövrlərdə birləşmək üçün cəhdlər olmasına baxmayaraq hələ ki buna nail ola bilməmişik.

 

- İran tarixçilərinin bu məsələdəki mövqeyi nədən ibarətdir?

 

- Maraqlısı budur ki, bizim deyəsən qonşu barədə bir qədər bəxtimiz gətirməyib... Bir tərəfdən torpağımıza erməni təcavüzü, bir tərəfdən də tariximizi saxtakarlaşdırmağa yönəlmiş İran xisləti. Bir çox İran alimləri bizim tariximizi özlərinkiləşdirməyə çalışır. Məsələn, tarixi Azərbaycan Səfəvi dövlətini İran dövləti kimi təqdim etməyə çalışır, ya məsələn bayaq qeyd etdiyimiz İran Prezidenti belə bu cür ifadələri işlətməkdən çəkinmir və s. Lakin bu iddialar əsassız, heç bir tarixi fakta söykənməyən bir uydurmadan artıq heç nə deyil.   

 

- Şimali və Cənubi Azərbaycanın nə zamansa birləşmə ehtimalı varmı?

 

- Tarix boyu ayrı düşsək belə biz bir millətik. Bizim unutdurula bilməyəcək dilimiz, dinimiz, adət-ənənələrimiz vardır. Bir millət və xalq olaraq biz hər zaman birik, ayrı qalan təkcə torpağımızdır. Onu da güman edirəm ki, tarix və zaman qovuşduracaq!

 

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı