Fuad Abbasov: "Partiya yaratmaq niyyətim var" "Azərbaycandan heç bir gözləntimiz olmamalıdır"

Müsahibələr 15:58 12.03.2019

Rusiyadakı diasporamızın vəziyyəti və vahid diasporanın formalaşdırılması planıyla bağlı Rusiyada yaşayan həmyerlimiz, jurnalist Fuad Abbasov Eurasia Diary-ə ekskluziv müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:

 

- Mehriban Sadıxova, Ağadadaş Kərimov və digərləri müxtəlif QHT-lərin rəhbərləridir. Sizin bir müddətdir bu şəxslərin fəaliyyətindəki qüsurları araşdırmanız və daha sonra onların vəzifədən uzaqlaşdırılmasıyla bağlı çağırışlarınız oldu. Rusiyada bəzi hüquqşunaslar bu şəxslərin vəzifələrindən uzaqlaşdırılmasının hüquqi əsası olmadığını bildirirlər. Bu fikirlərə münasibətiniz?

 

- Əvvəla onu deyim ki, Rusiyada ictimai təşkilatlar iki qanun əsasında fəaliyyət göstərir. I qanun İctimai Təşkilatlar haqqında, II qanunsa Milli-Mədəni Muxtariyyətlar haqqında qanundur. Ağadadaş Kərimov və Mehriban Sadıxova Moskva və Federal milli-mədəni muxtariyyət rəhbərləridir. Biz bu qurumların rəhbərlərinin azad edilməsi üçün Rusiya Ədliyyə Nazirliyinə kütləvi şəkildə müraciət etmişik. Müraciətdə isə “İstisna hal kimi məsələyə baxılması, Rusiyadakı azərbaycanlıların qurultayının keçirilməsinə icazə verilməsi və qurultayda seçilən Ümumrusiya azərbaycanlılarının milli-mədəni muxtariyyət rəhbərlərinin  rəsmi olaraq tanınması qeyd edilib. Nəticənin nə olacağını biz də bilmirik. Lakin Rusiya hökuməti bizim göndərdiyimiz müraciətləri, bu qurumların rəhbərləriylə bağlı şikayətləri və yaranan rezonansı nəzərə alsa qurultaydan sonra Rusiyada azərbaycanlıların vahid və güclü bir diaspora təşkilatı formalaşa bilər. Əgər mənfi cavab gəlsə müraciətimizə biz digər planlarımızı işə salacağıq. Hansıki o planlar haqqında hələki məlumat vermək istəmirəm. Mən tək deyiləm, biz komanda şəklində fəaliyyət göstəririk.

 

- Siz partiya yaratmaq niyyətində olduğunuzu bildirmisiniz. Yaxın zamanda partiya quruculuğu işinə başlayacaqsınızmı və yaradılacaq partiya sentyabrdakı seçkilərdə iştirak edə bilərmi?

 

- Bəli, kimsədən gizlətmirik ki, belə bir niyyətimiz var. Çünki biz diaspora məsələsində aktivlik göstərərkən bizə dedilər ki, siz sadəcə bir icmasınız və fəaliyyət dairəniz məhdud olmalıdır. Biz də bundan sonra partiya formalaşdıraraq daha aktiv fəaliyyətə keçməyə qərar verdik. Rusiyada yaşayan azərbaycanlıların bir çoxu Rusiyada seçkilərdə iştirak etmir, bəzilərinə ikinci dərəcəli vətəndaş kimi yanaşırlar. Biz bunu dəyişməyə çalışırıq. Partiya yaratmaq məqsədimiz də bu və ya digər problemlərin həlli üçündür. Lakin partiya quruculuğu çox uzun bir prosesdir. Əvvəlcə qarşımızda keçirilməli olan qurultay var. Qurultayı keçirdikdən sonra bu proseslərə start veriləcək. Ona görə də hələlik seçkilərlə konkret bir şey deyə bilmərəm.

 

- Rusiyada siyasi partiyalar haqqında qanuna əsasən milli, dini və irqi və s. partiyaların fəaliyyətinə icazə verilmir. Sizin yaradacağınız partiya da məqsəd və məramları müxtəlif olsa da sosial bazası azərbaycanlılar olan bir partiya olacaq. Bu hüquqi maneəni necə aşmağı düşünürsünüz?

 

- Bizim heç bir maneəmiz yoxdur. Bizə əsas maneə sapı özümüzdən olan baltalardır. Formalaşacaq partiya da rus qanunvericiliyə əsasən yaranacaq. O partiya sadəcə azərbaycanlıların deyil, eyni zamanda ləzgilərin, talışların, udinlərin, çeçenlərin, rusların və digər xalqların partiyası olacaq. Bizim milli bir sistem formalaşdırmaq niyyətimiz yoxdur. Həm Azərbaycan, həm də Rusiya çoxmillətli bir ölkədir və burada yaranan partiyalar da bunu nəzərə almalıdır. Biz sadəcə bu işdə xalqımıza arxalanırıq. Bilirsiz, mən illərdir Rusiyada yaşayıram və çox aktiv fəaliyyətim olub. Hələ mənə bir dəfə belə olsun Rusiya hökumətindən senzura qoyulmayıb və təzyiq edilməyib. Rusiyada sözün əsl mənasında vətəndaş cəmiyyəti formalaşıb. Ancaq vətəndaşlarımız hələ də nədənsə çəkinir və aktivlikdən qorxurlar. Mən dəfələrlə demişəm ki, axı nədən qorxursunuz? Bir növ bizim fəaliyyətlərimiz həmvətənlərimizin bu qorxusunu aradan qaldırmaq və onların maraqlarını müdafə etməyə istiqamətlənib.

 

- Günlərdir Azərbaycandasız, hansı görüşlər keçirdiniz və Azərbaycan hökuməti, millət vəkilləri və ya ictimai xadimlərinin sizə münasibəti necə oldu?

 

- Mən, əvvəla Qənirə Paşayevaya təşəkkür edirəm. İllərdir fəaliyyət göstərməmizə rəğmən ilk dəfə Azərbaycan parlamentində adımızı məhz o səsləndirdi. Ondan başqa bizə daim dəstək olan, çıxışlarımız və fəaliyyətimizlə bağlı müsbət açıqlamlar verən Fazil Mustafaya da təşəkkür edirəm. Xüsusən onun bir fikri var ki, daim yadımdadır: “Minlərlə maaşla çalışan ürəksiz insanlardansa, bir nəfər maaşsız, ancaq ürəklə iş görən insan daha böyük nəaliyyətlər əldə edir”. Doğrudan da bu fikir bizim illər boyu fəaliyyətimizin analizi olaraq qiymətləndirilə bilər. Adil Əliyevlə də görüşümüz oldu. O da bizə dəstəklədiyini bildirdi. Ona də təşəkkür edirəm. Bundan savayı müxtəlif ictimai xadim və QHT rəhbərləriylə görüşdüm. Bundan savayı görüşlərim olmayıb.

 

- Azərbaycan Respublikası Diasporayla İş üzrə Dövlət Komitəsinin sizin fəaliyyətinizlə bağlı mövqeyi necədir? Hər hansısa dəstəkləri olurmu?

 

- Düzü, əvvəlki komitə sədri Nazim İbrahimov Rusiyaya hər dəfə gələndə mənimlə görüşməkdən imtina edirdi, məni “iqnor edirdi”. Diaspora Komitəsinin 2016-2017-ci illərdəki hesabatlarında dünyada azərbaycanlılarının problemləriə və bizim Rusiyadakı fəaliyyətlərimizə bir cümlə də yer verilməmişdi. İndi Fuad Muradov komitə sədridir və mən inanıram ki, Nazim İbrahimovdan fərqli olaraq o fərqli bir siyasət aparacaq. Düşünürəm ki, o Moskvaya gələcək, biz onu Moskvada gözləyəcəyik. Biz artıq ona Moskvaya gəlməsiylə bağlı müraciət də etmişik. Düşünürəm ki, Moskvada diasporamızdakı problemləri və qüsurları birlikdə əməkdaşlıq etməklə həll edə bilərik. Dəstəyə gəldikdəysə Rusiya Konstutsiyasına əsasən ictimai təşkilatların xaricdən maliyyələşdirilməsinə icazə verilmir. Ona görə də biz Diaspora Komitəsi və ya digər qurumlardan heç bir dəstək gözləmirik. Sadəcə mənəvi dəstək bizim üçün kifayətdir. Rusiyada yaşayan azərbaycanlılar öz müqəddəratlarını özlərini həll etməlidir. Bu çox önəmli məsələdir.

 

- İstər qurultayın təşkili, istərsə də partiya quruculuğu üçün ciddi maliyyə ehtiyatlarına ehtiyac var. Sizin maliyyə dəstəyiniz varmı?

 

- Maliyyə dəstəyi əsasən sıravi vətəndaşlarımızdandır. Hər bir azərbaycanlı bu işə dəstək olmalıdır. Eyni zamanda bəzi biznesmenlərimizdən də dəstək təklifləri var. Biz Rusiyadakı bütün vətəndaşlarımızı dəstəyə çağırırıq və heç kimin bizə qoşulmasına mane olmuruq. Buyursunlar, gəlsinlər.

 

Müsahibəni götürdü: Nicat İsmayılov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı