"Hakimlər medal qazanmaqda bizə çətinlik yaratdılar" Aşihara Karate Federasiyasının vitse-prezidenti Vüsal Məmmədovla MÜSAHİBƏ

Müsahibələr 17:24 28.03.2019

20-24 mart tarixlərində Türkiyənin Antalya şəhərində Aşihara karate növü üzrə Avrasiya çempionatı keçirilib. Yarışda 20 ölkədən 200 idmançı iştirak edirdi. Azərbaycan komandası 11 idmançı ilə təmsil olunduğu bu yarışda tarixi rekorda imza atıb. 

Belə ki, Azərbaycanı təmsil edən idmançılar 6 qızıl, 4 gümüş və 1 bürünc olmaqla ümumilikdə 11 medal qazanaraq ölkəni yüksək səviyyədə təmsil etməklə bərabər komanda reytinqində birinci yeri tutdular.

Eurasia Diary Antalyada keçirilən Aşihara Karate növü üzrə Avrasiya çempionatı barədə bu federasiyanın Azərbaycan üzrə vitse-prezidenti Vüsal Məmmədovdan müsahibə alıb. 

Bundan əvvəl noyabr ayında Aktauda keçirilən yarışda da nəailiyyət qazanmaları barədə danışan federasiyanın vitse-prezidenti Vüsal Məmmədov həmin çempionatda hakimlərin qərəzli qərarları ilə üzləşdiyini qeyd etdi.

- Mətbuat konfransında hakimlərin qərəzli qərarları ilə bağlı problemləri qeyd etdiniz. Bununla bağlı ətraflı məlumat verə bilərsiniz?

- Bildiyiniz kimi, hər bir idman növündə yarışan idmançılar böyükdən kiçiyə qədər bir ailə kimi qəbul olunur. Bu ailədə də ayrıseçkilik etmək heç bir təşkilat rəhbərinə xas deyil. Bizim Aktauda keçirilən dünya çempionatında həqiqətən də idmançılarımız çox parlaq çıxış etdilər. Orda iştirak edənlərin 4-ü qızıl medala layiq görüldü. Sadəcə olaraq, iki idmançıya müəyyən səbəblərə görə medal verilmədi. Buna bürokratik məsələ yaxud ayrıseçkilik deyə bilərik. Orda dərhal bu məsələ ilə bağlı narazılığımızı bildirdik.  

- Bəs bu yarışda necə, Antalyada keçirilən çempionatda istər hakim idaərçiliyi, istərsə də qidalanma baxımından problem oldumu?

- Xeyir. Antalyada keçirilən Avrasiya çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Dünya Aşihara Karate AİKO Federasiyası olaraq Deyv Conkers bu yarışa çox gözəl təşkilatçılıq nümayiş etdirdi. Qeyri-məqbul qərarlar qəbul olunmadı. Bütün qərarlar istər hakimlər tərəfindən istərsə də Dünya Aşihara Karate Federasiyası tərəfindən çox düzgün, dürüst qərarlar qəbul olundu və biz komanda olaraq bütün yarışın təəssüratından məmnun qaldıq. 

- Dövlətimizin Aşihara Karate Federasiyasına bu gün üçün dəstəyi hansı səviyyədədir?

- Bildiyiniz kimi dövlət rəhbərimiz cənab İlham Əliyevin idmana xüsusi olaraq dəstəyi göz qabağınadadır. Həm dövlət, həm də dövlət rəhbərimiz, Gənclər və İdman Nazirliyi  də bu idman növünə çox yüksək səviyyədə dəstək göstərir. Federasiya rəhbərliyi olaraq idmançılarımız və biz dövlət rəhbərindən və dövlətimizin bizə göstərdiyi qayğıdan məmnunuq.

Əlavə olaraq, yarış iştirakçısı və Antalyada keçirilən yarışın qalibi,  24 yaşlı Aşihara Karate üzrə 3 qat Dünya Çempionu və 2 dəfə Avrasiya çempionu, Avroasiyanın 2 dəfə ən texniki döyüşçüsü seçilən Musazadə Musa Eurasia Diary-ə verdiyi müsahibədə öz təəssüratlarını bölüşüb. 

- Qeyd etdiyiniz kimi, "ən yaxşı texniki döyüşçü adına layiq görülmüsünüz. Bu adı ardıcıl qazanmağınızın sirri nədədir?

- Belə deyə bilərəm ki, bunun sirri bir neçə dəfə yarışlarda iştirak etməyimdir. Əvvəl də qeyd etdiyim kimi, iştirak etdiyim 10 yarışın 8-də dünya çempionluğuna namizəd olmuşam. Yəqin ki, tək mənim yox, bütün Azərbaycan xalqının döyüş ruhu var və bu xaricilərin xoşuna gəlir. Həm super texnika, həm də sona qədər mübarizə apardığımıza görə bizi hər dəfə qalibiyyətə əsas namizəd olaraq görürlər. Fəxrlə deyirəm ki, bir neçə yarışdır biz buna nail oluruq.

- Komanda yoldaşlarınıza və bu idman növü ilə məşğul olmaq istəyən gənclərə nə məsləhət verə bilərsiniz?

- Mən Bakı şəhərində məşqçi olaraq faəliyyət göstərirəm. Həm komanda yoldaşlarıma, həm də öz tələbələrimə həmişə tövsiyə edirəm ki, sona qədər mübarizə aparsınlar. İdman elə bir sənətdir ki, yarı yolda qoysan sonradan onu davam etdirmək çətin olur. Axıra qədər onu davam etmək lazımdır ki, nailiyyət əldə edəsən. Həvəsdən düşməmək, daimi olaraq məşq etmək, mübarizə aparmaq lazımdır.

 

Müsahibəni götürdü: Azad Nuriyev

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
Hamısı