"“Vaxt uzadır” nə deməkdir?" - Paşinyandan növbəti sərsəm bəyanat | Eurasia Diary - ednews.net

23 İyul, Çərşənbə axşamı


"“Vaxt uzadır” nə deməkdir?" - Paşinyandan növbəti sərsəm bəyanat

Müsahibə A- A A+
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin müxbiri Yuri Simonyana geniş müsahibə verib.

Ordu.az xəbər verir ki, o, müsahibəsində Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verən hadisələr, qonşu ölkələr və Rusiya ilə münasibətlər haqqında danışıb.

Paşinyanın müsahibəsindən bəzi məqamları təqdim edirik:

- Rusiya Ermənistan üçün ümumilikdə yoxsa, ayrı-ayrı məsələlərdə strateji müttəfiqdir? “Məsələn müdafiə sahəsində müttəfiq, digər sahələrdə tərəfdaşdır” deyə Rusiyanın siyasi və ekspert dairələrində həyəcanlı məsələlər səslənir. 

- Mən hələ Baş nazir seçilmədən öncə bəyan etmişdim ki, Ermənistanın xarici siyasətində əsaslı dəyişikliklər olmayacaq. Biz bu xəttə tam əməl edirik. Bu etimadsızlığın hardan əmələ gəldiyini anlamaq vacibdir. İnqilab baş verən bir çox ölkələrdə bir qayda olaraq anti-rus mühiti formalaşır. Ermənistanda baş verən hakimiyyət dəyişikliyində heç bir xarici qüvvə cəlb edilməsə də, Rusiyada buna inanmayan qüvvələr var. Əlbəttə, Ermənistan Rusiyanın strateji tərəfdaşıdır. Bu anlamda Ermənistan Rusiya Federasiyası üçün çox vacib ölkədir. Rusiyadakı ekspert dairələri son məqamadək Ermənistanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyinə inanmırdılar. Onlar hesab edirdi ki, Sarkisyan rahatca Baş nazir olacaq və idarə etməyə davam edəcək. Rusiya ilə münasibətlərdə heç bir şey dəyişməyib.

Eyni zamanda Rusiya, Belarus, Qazaxıstan, Fransa, və ABŞ daxili siyasi gündəliyi ilə üst-üstə düşməyən daxili siyasi gündəliyimiz olduğunu qeyd etməliyəm. Belə ki, hər bir ölkənin öz daxili siyasi gündəliyi vardır. Məsələn Aİ ilə münasibətlərimiz daha da fəallaşıb. Lakin rus tərəfdaşlarımız bu barədə məlumatlandırlıblar. 

- Suriyaya hərbi missiya göndərməklə bağlı, Ermənistanın heç bir hakimiyyəti, həm də ictmai şəkildə ABŞ tərəfindən bu qədər sərt tənqid edilməyib. ABŞ-la münasibətləri necə tənzimləməyə hazırlaşırsız?

- Həmçinin əks tərəfi də var. Ermənistanın heç bir hakimiyyəti, bu cür mənim qədər ABŞ-ı tənqid etməyib. Bizim üçün əsas olan suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlamaqdır. Biz Suriyaya missiya göndərilməsi də daxil olmaqla müzakirələrə daim hazırıq. Onların bütün suallarına cavab verməyə hazırıq. Biz düzgün qərar verdiyimizi hesab edirik.

- Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsinə görə Qarabağ məsələsinin həllini ehtimal etmək olar deyə, Azərbaycanda da sevinmişdilər. İndi Bakıda Paşinyanın vaxt uzatması barədə daha çox danışılır. Qeyd edilir ki, gah Qarabağın danışıqlar masasına qaytarılmasından, gah başqa seydən danışır...

- “Vaxt uzadır” nə deməkdir? Bəs, Qarabağ məsələsinin bir gündə, bir həftədə, hətta bir ildə həll edilə biləcəyini düşünən var? Əgər kimsə belə düşünürsə, onun Qarabağ münaqişəsi barədə real təsəvvürü yoxdur. Martın 12-də Qarabağ (qondarma qurum-red.) və Ermənistanın birgə təhlükəsizlik şurasında qeyd etdim ki, biz Azərbaycana müharibə yox, sülh gündəliyi təklif edirik. Biz bu münaqişənin həlli yolunda birgə işləməliyik. Əgər birgə işləməsək, heç vaxt münaqişənin həllinə, hətta müharibə yolu ilə də nail ola bilmərik. Müharibə yolu ilə münaqişəni həll etmək mükün deyil, yalnız bu yolla münaqişə daha da dərinləşə bilər. Dağlıq Qarabağın iştirakı olmadan münaqişənin həllini təsəvvür edən kimsə varmı? Mənim indi təklif etdiyim gündəlik nəinki Azərbaycana, hətta ATƏT-in Minsk Qrupu üçün də kifayət qədər gözlənilməzdir.

Bizim işgüzar formada bütün incəlikləri müzakirə etməyimiz üçün vaxt lazımdır. Hesab edirəm ki, bir il ərzində həm Azərbaycan, həm də Minsk qrupu həmsədrləri bizim münaqişəni həll etmək niyyətində olduğumuza əmin oldular. Sadəcə sülh razılamasına nail olmaq niyyətindəyik. Bizim bütün təkliflərimiz vaxt uzatmağa yox, problemi həll etmək, müəyyən addımlar atmaq üçündür. 

- İstənilən münaqişə güzəştlər yolu ilə həll edilir. Bu halda qarşılıqlı güzəşt özündə güzəşti əks etdirir. 

- Bu sualı tərəflərdən yalnız birinə vermək doğru deyil. Prosesin konstruktiv olması, bu suala bütün tərəflərin vaxtında cavab verməsi vacibdir.... Daim demişəm, bizi müharibə ilə qorxutmaq lazım deyil. Biz özmüzü əmin hiss edirik, ümumiyyətlə heç bir şeylə qorxutmaq lazım deyil. 

- Kənardan baxarkən Ermənistanı mövcud sərmayələr qane etmədiyi görünür, elə bir layihə olmalıdır ki, insanlar inqilabın boş yerə olmadığına əmin olsunlar. Keçmiş hakimiyyət sərmayələrə qarşı maraqlarını itirib, yoxsa başqa problem var? 

- Belə bir problem yoxdur. Sərmayələrin həcmi hər ay artacaq. İnqilab bir il əvvəl, faktiki hakimiyyət isə dekabrda keçirilən seçkilərdən sonra 3 ay əvvəl baş tutub. Struktur islahatlarında böyük nailiyyətlər əldə edilib. Korrupsiyaya qarşı böyük yürüş davam edir. 

Rusiya ilə sabit münasibətləri qoruyub saxlaya bildik. Rusiya istiqamətində həm fərdi, həm hökumətlərarası olmaqla iki münasibət var. Vladimir Putinlə fərdi münasibətlər daha tez baş tutdu. Müəyyən qurumlar arasında bəzi problemlər var və bunlar barədə artıq danışmışam. Bunların tezliklə dəf ediləcəyinə əminəm. 

- Rusiya ilə bir neçə istiqamətdə, o cümlədən Köçəryanın həbsi ilə bağlı qaranlıq sahələr var, bunlar necə dəyərləndirilir? 

- Rusiya analitik dairələrində Ermənistan reallıqlarını hər dəfə düzgün anlamadıqları vaxtlar olur. Rusiya tərəfi daim xalq arasında dəstəyə malik olmayan erməni rəhbərlərini görüblər. Ayrı-ayrı şəxsləri yox, bu məqamı nəzərə almaq lazımdır. 

Köçəryana gəldikdə isə deyə bilərəm ki, Ermənistanda qanun qarşısında hamı bərabərdir. Ölkəmizdə baş verən siyasi dəyişikliklərin məntiqi elə bundan ibarətdir. “1 Mart” hadisələri isə araşdırılmalı və günahkar şəxslər cəzalandırılmalıdır. Ermənistanda öz xalqını güllələyən hakimiyyət ola bilməz. 

- Ermənistan dövləti qarşısında duran əsas çağırış hansı olub və onu necə həll etdiyinizi qeyd edə bilərsiniz?

- Dağlıq Qarabağ və iqtisadi inqilab məsələsi olub. Bunu dostların yardımı ilə həll etməyə ümid edirik.

Paşinyan müsahibəsinin sonunda bir sıra digər sualları da cavablandırıb. O, gündəlik iş saatının səhər 8-də başladığını, iş qüvvəsi tükənədək davam etdiyini bildirib. Spirtli içki düşkünü deyil, amma hərdən qəbul edir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...