İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi - VİDEO | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi - VİDEO

Müsahibə A- A A+

Rusiyanın “Rossiya 24” telekanalı “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-Prisindən reportaj hazırlayıb.

Telekanalın əməkdaşı Boris Maqsudov Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Bakıda baş tutan yarışı təxminən yarım milyard insan izləyib:

“İlk yarışmadan sonra turizm sahəsində 22 faiz, ikincidən sonra isə 20 faiz artım olub. Buna görə də bu, ölkəyə, şəhərə böyük gəlir gətirir. Hesablamalara görə, Azərbaycan “Formula 1”dən artıq təxminən 300 milyon dollar gəlir əldə edib”.

Maqsudov eyni zamanda, Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo və “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappendən qısa müsahibə alıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...