"Netanyahunun ilhaq addımına qarşı cavab tədbirləri görəcəyik" Fələstin səfiri

Müsahibələr 15:42 09.06.2019

Eurasia Diary Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin APA-ya müsahibəsini təqdim edir:

- Hər şeydən öncə Azərbaycan və Fələstin arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

- Əla! Biz Azərbaycan və Fələstin arasında əməkdaşlığın və koordinasiyalı əlaqələrin artan tendensiyasını qorumağa çalışırıq.

- Fələstinin geosiyasi vəziyyətini nəzərə alaraq bu sualı vermək maraqlıdır. İki ölkə arasında hər hansı iqtisadi əməkdaşlıq varmı? İqtisadi sahədə əməkdaşlıq qurmaq və ya inkişaf etdirmək üçün imkanlar mövcuddurmu?

- Bəli, əslində ticarət sahəsində daha geniş əməkdaşlıq üçün potensial var. Düşünürəm ki, iki ölkə arasında ticarəti inkişaf etdirmək üçün hər iki ölkədə istək var. Biz məlum səbəblərə görə iki ölkə arasında ticarət dövriyyəsinin aşağı olduğunu bilirik. Reallıq odur ki, Fələstinin İsrail tərəfindən işğalı malların sərbəst hərəkətini - ölkəmizin Azərbaycana məhsul ixracını və əksinə, Azərbaycandan Fələstinə məhsulların idxalını və normal ticarət dövriyyəsini çox çətinləşdirir. Bütün bu çətinliklərə baxmayaraq Fələstin və Azərbaycan arasında ticarətin inkişaf edəcəyi səviyyəyə çatması üçün çalışırıq.

- İki ölkə arasında minimum səviyyədə də ticarət dövriyyəsi varsa, fələstinlilər Azərbaycandan nə ala və ya əksinə, nə ixrac edə bilər?

- Fələstindən Azərbaycana ixracın həcmi çox azdır. Fələstinli bəzi əczaçılıq zavodları bu ölkədə istehsal olunan müəyyən dərmanları Azərbaycana ixrac edib. Əlbəttə, müstəqilliyimizi, suverenliyimizi bərpa etdikdən sonra qapılarımız iki ölkə arasında sağlam ticarət dövriyyəsi üçün açıq olacaq. Məsələn, energetika sektorunda əlaqələr üçün potensial yaranacaq, biz bu sahədə Azərbaycandan faydalana bilərik, çünki ölkəniz bu sahədə böyük keçmişə və yaxşı təcrübəyə malikdir. Həmçinin digər sənaye sahələri də, o cümlədən kənd təsərrüfatı və turizm sürətlə inkişaf edir. Turizm sahəsində turistlərin mübadiləsini artırmaq üçün iki ölkə arasında həqiqətən yaxşı əməkdaşlıq ola bilər, son bir neçə il ərzində Azərbaycan turizm baxımından cəlbedici ölkəyə çevrilib və bu sahədə çox imkanlar təklif edə bilər. Digər tərəfdən, Fələstinin də kiçik, lakin etibarlı dərman sənayesinə, sənaye əsaslı kənd təsərrüfatına malikdir, buna nümunə olaraq yüksək keyfiyyətli zeytun yağını qeyd edə bilərik. Turizmlə əlaqəli deyə bilərəm ki, Fələstin bu ölkəni ziyarət etmək istəyən turistlərə maraqlı yerlər təqdim edir.

Fələstin tarixi yerlər və dini turizm üçün vacib ölkələrdən biridir, Şərqi Qüds, Hevron, Betlehəm və s. kimi şəhərlər var. Normal şərait üçün böyük potensial var. Təəssüf ki, hər iki ölkənin turizm əlaqələrini inkişaf etdirmək arzusuna baxmayaraq, əslində, İsrailin Fələstinə qarşı yürütdüyü müstəmləkə işğalı çox şeyi çətinləşdirir.

- Fələstin və Azərbaycan beynəlxalq arenada bir-birinə necə dəstək verir?

- Təbii ki, Fələstin və Azərbaycanın qardaş ölkələr olmasını söyləməyə lüzum yoxdur. Onları bağlayan tarixi, mədəni və dini bağlar olduğu üçün beynəlxalq arenada iki ölkənin bir-birini dəstəkləməsi təbiidir. Biz beynəlxalq forumlarda, təşkilatlarda və BMT-də bir-birimizi dəstəkləyirik. Dünya arenasında bir-birimizin mövqe və istəklərini müdafiə edərək əməkdaşlığımızı və aramızdakı koordinasiyanı bütün səviyyələrdə həyata keçiririk.

- Azərbaycan "Qüds şəhərinin inkişafı üçün strateji planın maliyyələşdirilməsinə dair donor konfransı", "Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizliyi şəbəkəsinin yaradılması" kimi bir sıra konfranslar təşkil edib. Bu cür konfransların konkret nəticələri nədən ibarətdir?

- Mən burada olduğum müddətdə Azərbaycan Fələstinlə bağlı bir neçə konfransa ev sahibliyi edib. Bunlardan biri də sizin qeyd etdiyiniz Fələstin dövlətinin maliyyə təhlükəsizliyini təmin etmək və Şərqi Qüdsün infrastrukturunu dəstəkləməyə yönələn İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin nazirlər səviyyəsində görüşü idi. Bu konfranslar effektli və vacibdir. Eyni zamanda gözəçarpan nəticələrə malikdir.Ən əsası, bu konfranslar Fələstin xalqının İsrailin müstəmləkə işğalından azad olunması, müstəqilliyini və suverenliyini təmin etmək hüququnu əldə etmək üçün göstərdiyi cəhdlərə diqqət çəkmək baxımından beynəlxalq arenada siyasi və mənəvi platforma rolunu oynayır.

Digər tərəfdən sizin qeyd etdiyiniz kimi, konfranslar Fələstinə, xüsusilə də İsrailin infrastrukturun normal şəkildə inkişafına maneə yaratdığı işğal olunmuş Şərqi Qüds şəhərində yaşayan fələstinlilərə maddi dəstək təmin edir. Yeni evlərin, məktəblərin, xəstəxanaların tikilməsi üçün xüsusi icazənin alındığı, əhalinin bu müqəddəs şəhərdən tədricən çıxarılmasının planlaşdırıldığı bir yerdə yaşayan fələstinlilərə hər hansı maddi dəstəyin olması şəhərin infrastrukturunun qorumasına kömək edir.

- Bu kimi konfransların yaxın gələcəkdə Bakıda keçirilməsi gözlənilirmi, bu tendensiya davam edəcəkmi?

- Hazırda bununla bağlı konkret plan yoxdur, lakin biz bir-birimizlə həmişə müzakirələr aparırıq və koordinasiyalı iş həyata keçiririk. Azərbaycan da Fələstinlə bağlı prinsipial mövqeyə malikdir. Düşünürəm ki, əgər vəziyyət tələb edərsə, Azərbaycan Fələstin məsələsi ilə bağlı konfranslara ev sahibliyi etməkdən heç zaman boyun qaçırmayacaq. Bir neçə ay bundan əvvəl biz Bakıda Fələstinin Asiyadakı səfirlərinin konfransının keçirilməsinin şahidi olduq.

- Bildiyiniz kimi bu regionda da Azərbaycan münaqişə ilə üzləşib. Hazırda Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu konfliktlə bağlı Fələstinin mövqeyi nədir və bu münaqişənin həllini necə görürsünüz?

- Mən bu münaqişənin beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə əsasən sülh yolu ilə həll oluna biləcəyini düşürəm. Uzunmüddətli sülh və əmin-amanlıq Azərbaycanın ərazi bütövlüyünün bərpasını və məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılmasını tələb edən bu prinsiplərə əsaslanan sülh müqaviləsinin imzalanmasını labüd edir. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir. Fələstin bu parametrlər çərçivəsində münaqişəni sülh yolu ilə həll etmək istiqamətində Azərbaycanın mövqeyini dəstəkləyir.

- Fələstin həqiqətən Azərbaycanın vəziyyətini anlayırmı?

- Bəli, əlbəttə ki, Azərbaycanın vəziyyətini yaxşı başa düşürük. Şəxsən mən bir neçə ildir ki, burdayam. Bir çox fələstinli rəsmilər, prezidentimiz, xarici işlər nazirimiz, digər nazirlər və yüksək rütbəli məmurlar bir neçə dəfə bu ölkəni ziyarət ediblər və qarşılıqlı olaraq Azərbaycan xarici işlər naziri və bir çox yüksək vəzifəli şəxslərin Fələstinə səfəri gerçəkləşib. Biz davamlı şəkildə bir-birimizlə əlaqədəyik, bir-birimizin vəziyyətini çox yaxşı başa düşürük və qiymətləndiririk.

- Seçki kampaniyası dövründə İsrailin baş naziri Benyamin Netanyahu İordaniya çayının qərb sahillərini İsrailə ilhaq edəcəyinə söz verdi? Necə düşünürsünüz, o, bu vədini yerinə yetirə bilərmi və əgər yetirərsə, Fələstin buna necə reaksiya verəcək?

- Biz, fələstinlilər onu çox yaxşı tanıyırıq, Osloda sülh razılaşması başlayan gündən Netanyahu qətiyyətlə ona qarşı çıxdı. Özünün seçki kampaniyaları zamanı siyasi platformalarında sülh prosesinə qarşı çıxıb. İsrail daxilində əsas siyasətçilər fələstinlilərin və dünya ictimaiyyətinin dəfələrlə dediyi fikirlə razılaşaraq Netanyahu hökumətini ekstremist, ultra sağçı və irqçi kimi təsvir ediblər.

Netanyahu İsrail əhalisinin 20 faizini təşkil edən vətəndaşların məhz fələstinli olduqları üçün onlara qarşı irqçi tənqidlər səsləndirməkdən utanmayıb. O utanmazcasına elan edib ki, İsrail onun bütün vətəndaşlarının vətəni deyil. Mən hələ onun İsrail tərəfindən qadağan edilmiş və ABŞ Dövlət Departamenti tərəfindən terrorçu hərəkat kimi tanınan fanatik partiya ilə ittifaqından bəhs etmirəm.

Bütün bunlara əlavə olaraq İsrail hökumətindəki qəddar aparteid sistem Fələstin xalqının insan haqları və onların ata-baba torpaqları hesabına genişləndirilir.

Beləliklə, cənab Netanyahunun nə düşünməsi ilə bağlı heç bir illüziyaya malik deyilik. O və tərəfdarlarının istədiyi aparteid sisteminin dəstəyi ilə Fələstin xalqına qarşı müstəmləkə işğalını davam etdirməklə xalqı təzyiq altında saxlamaqdır. Orta əsrlərdə Cənubi Afrikada mövcud olmuş aparteid rejimi bununla müqayisədə daha zəifdir.

Onun ilhaq addımına qarşı biz də cavab tədbirləri görəcəyik. Güc balansı İsrailin xeyrinədir, o təxminən iki yüz nüvə başlığına malik olan regional super gücdür və İsrailin siyasi həyatının ən ekstremist qrupu tərəfindən idarə olunur. Bununla yanaşı planetin ən super gücü- Tramp administrasiyası tərəfindən kor-koranə dəstəklənir. Onlar görmürlər ki xalqımızın onilliklər ərzində bu işğalın boyunduruğu altında olmasına baxmayaraq, xalqın ruhu fəth edilməyib, azadlıq və ləyaqətlə yaşamaq istəyi heç vaxt sönməyib. Onlar bu müqəddəs torpaqda min illərdir ki yaşayırlar.

- ABŞ hökumətinin bu münaqişəyə yanaşmasını və Tramp administrasiyasının son addımlarını necə qiymətləndirirsiniz?

- Cənab Tramp seçkilərdə qalib gəldikdən sonra prezidentimiz Mahmud Abbas bir neçə dəfə onunla görüşdü, danışıqlar aparan komandamız ABŞ-la çoxsaylı görüşlər keçirdi. Sonra qəfildən o, bu danışıqların ruhuna və mahiyyətinə zidd olaraq beynəlxalq hüququ, BMT-nin qətnamələrini, ABŞ-ın öhdəliklərini pozdu və beynəlxalq konsensusa qarşı çıxaraq Yerusəlimin İsrailin paytaxtı olduğunu bəyan etdi. Onun administrasiyası sistemli bir xətti tutaraq, ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürür, Fələstinin Vaşinqtondakı missiyasını, Şərqi Qüdsdə ABŞ konsulluğunu bağlayır və bu konsulluq Qüdsdəki ABŞ səfirliyinə daxil edilir. ABŞ administrasiyası BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım Agentliyinin fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlar etdi. Daha sonra Şərqi Qüdsün statusu və qaçqınlar məsələsinin öz əksini tapmadığı “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşmasını irəli sürdü. Mahiyyətli sülh razılığının əldə olunması üçün vacib olan bu iki əsas məsələ təklifində öz əksini tapmayıb. İşğala qarşı işğalçını dəstəkləyərək mübarizə aparan ABŞ əsl sülh vasitəçisi hüququnu itirib.

Bütün bunlara zorakılıq, hədələmə kampaniyası əlavə olundu. Mən deyərdim ki, Trampadministrasiyasının vəzifəli şəxsləri bu məsələni süni şəkildə cəlbedici bir maliyyəmüqaviləsi səviyyəsinə endirərək demək olar ki, hər gün Fələstin rəhbərliyinə bumüqaviləni qəbul etmək üçün təzyiq edir. Xalqın və administrasiyanın dəstəyinə sahib olan prezident Mahmud Abbas bu təklifi rədd edib. Heç bir fələstinli bunu qəbul edə bilməzdi.

Siyasi sülh olmadan iqtisadi sülh ola bilməz, bu bir növ faytonu atdan qabağa qoşmağa bənzəyir. Problemin kökü iqtisadi yox, siyasidir. Sülh işğalın dayandırılmasına, Fələstin xalqı üçün müstəqillik və suverenliyin təmin olmasına əsaslanmalıdır. Bu elementləri özündə birləşdirməyən həll yolu yanlışdır.

Zəhmətkeş olan fələstinlilər regionun ən savadlı və uğurlu xalqıdır. Dünyanın müxtəlif yerlərində verilən fürsətlər sayəsində onların qazandığı uğurla bağlı xeyli nümunələr var. İnkişaf edən, çiçəklənən iqtisadiyyat formalaşdırmaq üçün ilk növbədə onlar suveren ölkəyə malik olmalıdırlar. Bundan sonra sülhü gücləndirmək naminə edilən iqtisadi təşəbbüslər xoşluqla qarşılanacaq.

Tramp administrasiyasında “sülh qrupu” deyilən komanda daxilində olan bəzi şəxslər şəxsən işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni müstəmləkə yaşayış məntəqələrinin tikintisinə sərmayə qoyur və bəziləri yaxın keçmişdə bölgə və ABŞ üçün fəlakətli ola biləcək ideologiya paketi ilə çıxış edir, hətta onlardan bəziləri tamamilə həqiqətdən uzaq olan, xəyalpərəst yanaşma göstərir. Qısası, söhbət bölgənin tarixinə, mədəniyyətinə geosiyasi dinamikasına hörmət göstərməyən və bununla bağlı çox az məlumata malik komandadan gedir.

- Fələstin münaqişənin həlli ilə bağlı “iki dövlət” həll prinsipinə hələ də sadiqdirmi?

- Biz BMT qətnamələrinə əsaslanan "iki dövlət" həll prinsipinə sadiqik. Əslində, 1993-cü ildə Oslo Anlaşmasında biz İsraili 1967-ci il sərhədləri daxilində dövlət olaraq tanıdıq. Bu, böyük bir güzəşt idi. Bu o deməkdir ki, tarixi Fələstin torpaqlarının qalan hissəsində öz dövlətimizi yaratmağı qəbul etdik bu əslində öz ərazimizin 22 faizini təşkil edirdi. Fələstin dövlətinin qurulmasından 5 il sonra sülh prosesinin başlamasına baxmayaraq, İsrail müqavilənin tələb etdiyi bir çox öhdəlikləri yerinə yetirmədi və bizim bu dövləti tanımağımıza qarşılıq olaraq öz dövlətimizi yaratmaq hüququmuzu qəbul etmədi.

“İki dövlət” həll prinsipinə yeganə alternativ bir dövlətə sahib olmaqdır. “Bir dövlət” seçimi üçün isə iki ssenari var. Ya İsrailin işğalı altında olan Fələstin torpaqlarında aparteid sisteminin ixtisar olunması ilə bir dövlət yaradılır, bu isə münaqişənin davamlı olmasına gətirib çıxarır, ya da bütün vətəndaşların bərabər olduğu bir dövlət yaradılır və burda hər kəs vətəndaş və siyasi hüquqlarından eyni dərəcədə faydalanır. İsrail təəssüf ki, bu seçimi qəbul etmir.

- Fələstinlilər və israillilərin birgə sülh şəraitində yaşaya biləcəklərinə inanırsınızmı?

- Mənim buna şübhəm yoxdur, biz bunu bacararıq. Fələstinli və israillilərin əksəriyyəti sülh içində yaşamaq istəyir. İnsanlar sülh içində yaşamağı sevirlər, bu insan təbiətinin əsas özəyidir, onlar münaqişəni, qan tökülməyini, parçalanmış uşaqlarını, atalarını, qardaşlarını, bacalarını və analarını görmək istəmirlər. Çoxsaylı ictimai sorğular göstərir ki, çətin siyasi vəziyyətə baxmayaraq hər iki tərəfdən olan insanlar sülh istəyir. Sülhün tələblərinə cavab verəcək siyasi iradəyə malik İsrail rəhbərliyi olarsa, buna bir gündə nail oluna bilər və olunacaq.

- Bəzən ərəb dünyasının Fələstinlə kifayət qədər həmrəylik göstərməməsi ilə bağlı iddialar eşidirik. Bu iddialara dair fikirlərinizi bilmək maraqlı olardı.

- Bütün bunlar Netanyahunun daxili məqsədlər, öz siyasi nüfuzunu və qəhrəmanlığını şişirtmək üçün qəsdən səsləndirdiyi yanlış ifadələrdən qaynaqlanan media fərziyyələridir. Bu cür iddialara son günlərdə Məkkədə baş tutan iclasda Fələstin dövlətinin müstəqilliyinə və suverenliyinə edilən çağırışlardan, Şərqi Qüdsün Fələstinin paytaxtı elan olunduğu İslam və Ərəb ölkələri sammitlərindən və burda qəbul edilən qətnamələrdən daha yaxşı cavab ola bilməz. Netanyahu Fələstinə və Qüdsə xəyanət etmək istəyən ərəb və ya müsəlman bir lider tapmağa çətinlik çəkəcək. Əlbəttə ki, Fələstin məsələsi Ərəb dünyasında olduğu kimi müsəlman dünyasının və dünya ictimaiyyətinin əsas problemidir.

- Bu il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının konfransına qatılmaq üçün Fələstindən rəsmi səfər gözlənilirmi?

- Prezidentimiz cənab Mahmud Abbas qatılacaq. Prezidentimiz gözlənilməz səbəblərdən iştirak etməzsə o, bu konfransda iştirak üçün baş nazirimizi göndərəcək.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı