Əsl bakılı, Əsl Bakı aşiqi... 83 yaşlı Əmir Qutla maraqlı müsahibə

Müsahibələr 15:10 15.06.2019

Gözlərindən vətən həsrəti yağan bir ziyalıdır o, əsl bakılı, Bakı yəhudisi Əmir Qut. İllərlə Bakıda yaşayıb-yaradan bu şəxs artıq 20 ildən çoxdur ki, İsraildə yaşayır. Oğlu politoloq Arye Qutla yenidən Bakıya gələn Əmir Qut maraqlı həyatı barədə Eurasia Diary-ə ekskluziv müsahibə verib.

 

Mən Moskvada rejissorluq fakültəsinə daxil olmuşdum. Daha sonra valideynlərimin səhətində yaranan ardıcıl problemlər məni Bakıya qaytardı və təhsilimi Bakıda yerləşən Mədəniyyət və İncəsənət İnsitutunda davam etdirdim. Universiteti bitirdikdən sonra rejissorluq fəaliyyətinə başladım. 50-dən çox sənədli filmin rejissoru olmuşam. Siz gəncsiniz, bilməzsiniz bəlkə, ancaq Süleyman Rüstəmin yubileyinə, Mingəçevirə və Naxçıvanın 50 illiyinə həsr olunmuş filimlər nəinki Azərbaycan televiziyasinda bütün SSRİ məkanında izlənilib. Bu filimlər mənim yaradıcılığımın zirvələridir.

 

Həm də aparıcı olmusunuz, hansı verlişləri aparmısınız?

Daha çox siyasi-ictimai mövzuda. Təxminən 1000-dən çox verilişin ya rejissoru, ya da aparıcısı olmuşam. Ən çox da Heydər Əliyevin Bakıya geri qayıtdığı dövrlərdə siyasi motivdə olan verilişlərim papulyarlıq qazanmışdı. O dövrlərdə “Müharibə yoxsa sülh?”, “Qayıdış”, “Qurtuluş” kimi filim və verilişlərim yayımlanıb. Maraqlıdır ki, “Qurtuluş” Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra çəkilmişdi. Elə onun qayıdışına həsr edilmişdi. Daha sonralar bu filmin adı bayrama çevrildi.

 

Heydər Əliyev haqqında bir çox verilişlər və sənədli filmlər hazırlamısınız. Onunla şəxsi münasibətiniz olubmu?

Şəxsi münasibət deməzdim, ancaq məni tanıyırdı. Dəfələrlə görüşmüşdük. Ümumiyyətlə, o elə bir şəxs idi ki, hamıya qarşı diqqətcil və qayğıkeş idi. Məni hər dəfə görəndə əhvalımı soruşur, övladlarım və ailəmlə maraqlanırdı. O, yalnız böyük lider deyildi, həm də böyük insan idi və çox sadə, qayğıkeş biri idi. Allah ona rəhmət eləsin.

 

Düzü, bilmirəm belə suallara münasibətiniz necədir. Ancaq maraqlıdır. Əqidə cəhətdən yəhudisiz ya müsəlman?

 Əlbəttə, müsəlmanam. Mənim atam da müsəlman olub. Biz köhnə bakılıyıq. Lap “ağşalvarlılardan”. Atam bir yəhudi qızıyla ailə qurub, yəni anamla. Mən də bir yəhudi qızıyla ailə qurmuşam. Ancaq bu mənim şəxsi dünya görüşümə və dini inancıma heç bir təsir göstərməyib. Ümumiyyətlə, özünüz də bilirsiniz ki, o vaxtlar Bakıdakı bütün ailələr tolerant idi, bizim ailə də tolerant bir ailə idi, hələ də elədir. Bakıda elədir. Buranı gözəlləşdirən şey də budur. İnsanlar başqa dinlərdən və ya millətlərdən ola bilər, ancaq Bakı onların hamısı üçün vətəndir.

 

Bəs niyə illər sonra İsrailə qayıtdınız?

Bilirsiniz, Azərbaycanda vəziyyət gərginləşəndə və Sovet İttifaqı dağılanda ailə üzvlərim İsrailə köçdülər. Mən bir müddət qaldım, lakin sonra müəyyən problemlər yarandı. Və mən bir andaca hər şeyimi, şəhərdəki evlərimi və Nardarandakı dəniz qırağında yerləşən bağımı satıb İsrailə yollandım. Sonralar qayıtmağım üçün çox xahişlər edildi, lakin artıq gec idi.

 

Qəribçilik çəkdinizmi İsraildə?

Düzü, çox da yox. Çünki daim Bakıyla və oradakı bakılılarla kontaktda idim. İsraildə azərbaycanlılara həmişə yaxşı münasibət olub. İvrit dilini öyrənə bilməsəm də orada ilk vaxtlar hər şey çox yaxşı idi. Lakin son 5-6 ildə vətən həsrəti məni rahat buraxmır. Bakı üçün çox darıxıram və indi buradayam deyə özümü çox xoşbəxt hiss edirəm. Dənizi çox sevirəm, uşaqlığım Nardaranın gilavar küləkli sahillərində, xəzərin qoynunda keçib. Ancaq indi Nardarana gedə bilmirəm. Qorxuram ki, ora getsəm, üzü dənizə baxan o qayalıqdakı bağımızı görə bilməyəcəm. Düşünürəm buna ürəyim dözməz. Sözün həqiqi mənasında Bakı vurğunuyam. Bunu Bakıdan uzaq qaldığım anlarda daha dərindən hiss etmişəm.

 

Nicat İsmayılov

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Hamısı