"Türkiyə 1 saata Səudiyyəni məhv edər" Keçmiş nazir

Müsahibələr 10:27 17.07.2019

Avropa Birliyi Türkiyənin şərqi Aralıq dənizində neft-qaz çıxarma fəaliyyətinə görə, sanksiyalar tətbiq edib. Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin son toplantısında Türkiyə ilə bütün səviyyələrdə əlaqələrin təxirə salınması haqda qərar qəbul edilib.

Eurasia Diary "teleqraf.com"a istinadla mövzu ilə bağlı sabiq nazir, professor Firudin Cəlilovla müsahibəni təqdim edir:

– Firudin bəy, Avropa Birliyinin Türkiyə ilə bütün səviyyələrdə münasibətləri təxirə salınmasını necə qiymətləndirirsiniz?

– Türkiyə, ümumiyyətlə, 1960-cı illərdən Avropa Birliyinə üzv olmağa çalışır. Əslində, bu yanlış addımdır. Çünki Avropa Birliyi qapını açıb Türkiyəni üzvlüyə çağırır, Türkiyə danışıqlara başlayan kimi isə qapı və pəncərəsini bağlayır. Dəfələrlə biz bunun şahidi olmuşuq. Fikrimcə, Türkiyə Avropa Birliyinə üzv olmaq məsələsini gündəmə gətirməməlidir. Çünki bu baş tutan arzu deyil. Üstəlik Türkiyənin xeyrinə deyil, ziyanına olacaq. Türkiyə elə də gücsüz dövlət deyil. Qardaş ölkənin çox güclü daxili potensialı var, özünü müdafiə edə bilir, daxili dinamikası güclüdür və s. Məsələn, Səudiyyə Ərəbistanı Türkiyə ilə bağlı xoşagəlməz bəyanatlar verir, Türkiyə əleyhinə iş aparır. Ancaq Türkiyə səssiz şəkildə Səudiyyə Ərəbistanını üç tərəfdən faktiki mühasirəyə alıb. Baxın, Türkiyənin Qətərdə, Sudanda və Yəməndən cənubda hərbi bazası mövcuddur. Xəritəyə baxmaqla aydın görünür ki, Türkiyə bir saatın içində Səudiyyəni məhv edə bilər. Amma bunu açıq demirlər, ümumiyyətlə, danışmırlar. Çoxları Türkiyənin gücünü bilmir.

– Aralıq dənizi ilə bağlı yaranan problemlə bağlı fikirləriniz necədir?

– Aralıq dənizi, habelə Yunanıstan tarix boyu Türkiyənin əsarəti altında olub. Elə Suriya, indiki Fələstin, Misir və digərləri 600 il Osmanlı Türkiyəsinin idarəsi altında olan torpaqlardır. Osmanlı çökəndə Lozanna anlaşması sənədi hazırlandı. O zaman Türkiyənin başı daxili proseslərə qarışmışdı deyə böyük səhv etdi və ona yaxın adalar Yunanıstana verildi. Amma bu da var ki, Şimali Kipr Türk Cümhuriyyəti türk torpağıdır, çox dövlət onu tanımasa da bu faktdır. Əlbəttə, Şimali Kiprin dənizə aid hissələrində Türkiyə qaz da, neft də axtara bilər.

Hazırda bu axtarışlar davam edir. Avropa Birliyinin buna etiraz etməsinin heç bir əsası yoxdur. Amma əlavə edim ki, Aralıq dənizi bölgəsi hazırda dünyanın ən həssas nöqtəsidir. Təsəvvür edin ki, orada Amerika, İngilis, rus, İsrail hərbi gəmiləri fırlanır. Bu region indiki dünyanın ən həssas nöqtəsidir. Və Türkiyə bu həssas nöqtədən geri çəkilə bilməz. Əslində, Türkiyənin Rusiyadan S-400 komplekslərinin alması bu mənada doğru addım idi. Elə buna görə də, Türkiyənin Rusiyadan belə kompleks alması ABŞ və Avropanı narahat etməyə başladı. Çoxları bilməsə də, ABŞ və Avropa Türkiyənin gücünü, tarixdən gələn ənənələrini, potensialını bilir. Türkiyə zamanında dünyanın ən qüdrətli dövləti olub. Dünyanı idarə edib. Bir sözlə, Türkiyə sözün gerçək mənasında çox güclü dövlətdir və bunun tarixdən gələn əsasları var.

– İndiki halda Avropa Birliyinin Ankara ilə əlaqələri dayandırması Türkiyəyə hansı ziyanlar vura bilər?

– Türkiyəyə təzyiqlər edirlər ki, Aralıq dənizində kəşfiyyat fəaliyyətini dayandırsın. Lozanna anlaşması ilə bağlı vədə tamam olur. Bununla da Türkiyəni əl-qolu bir növ açılır. Türkiyə sərhədləri daxilində yeraltı resurslarından istifadə edə bilər. Bu da Avropanı narahat edir. Düşünürlər ki, Türkiyə resurslarını istifadə etməyə başlasa birdən-birə on qat güclənəcək. Yəni enerji ehtiyatlarını özü təmin edəcək, hətta özü enerji ixrac edə bilər. Təsəvvür edin ki, Türkiyə qəfildən maliyyə baxımından necə güclənə bilər. Avropanı narahat edən budur. Odur ki, indiki halda təzyiq və şantajla Türkiyəni Aralıq dənizindəki fəaliyyətindən çəkindirməyə çalışırlar. Amma bir məqamı unutmaq olmaz. Ankaranın əlində də ciddi kartlar var. Məsələn, Türkiyə sərhədlərini açıb Suriyadan, İraqdan, Afrikadan gələn qaçqınları Avropaya buraxsa qoca qitə onların tapdağı altında qalar. Bu mənada Avropa Birliyi Türkiyə ilə münasibətlərdə çox da dərinə gedə bilməz. Çünki dərinə getsələr özləri də itirəcək.

– Nə itərəcəklər?

– Türkiyə Avropa və Amerika üçün böyük bazardır. Bu bazarı itirə bilərlər. İkincisi, Türkiyənin ABŞ və Avropadan asılılığı azaldıqca güclənir. Məsələn, Moskva-Ankara arasında son yaxınlaşma qoca qitəni qıcıqlandırır. İndiki halda Avropa Birliyinin son qərarının Türkiyəyə təsiri olacaq, amma dərin təsirdən söhbət gedə bilməz. Türkiyənin dərin dövlət siyasəti var. Yeri gələndə xarici siyasətdə bundan güclü şəkildə istifadə olunur. Bu mənada mən ciddi narahatlığa ehtiyac görmürəm. Türkiyənin potensial gücünə qarşı bu gün dayan biləcək bir dövlət yoxdur.

– Türkiyə Aralıq dənizindəki fəaliyyətindən geri çəkilməməsi hərbi insidentə qədər inkişaf edə bilərmi?

– Hərbi toqquşma faktiki III Cahan Müharibəsinin başlanması olardı. Odur ki, buna getməzlər. Avropa bu məsələdə çox ehtiyatlıdır. Son 10 ildə Türkiyənin bir yanlış addımı olub, Suriyanın daxili işlərinə qarışıb. Gərək Türkiyə ABŞ-ın qurduğu bu tələyə düşməyəydi. Suriyaya girmək səhv addım idi.

Türkiyə sərhədləri daxilində dayanıb proseslərin inkişafını izləyərdi. Suriyaya daxil olmaqdansa zamanında Şimali İraqa girərək problemlərini yoluna qoyması daha münasib olardı. Mən Kərkük, Mosul məsələsini nəzərdə tuturam.

– Avropa Birliyi Türkiyəyə sanksiya tətbiq etdi, gələn həftə ABŞ S-400 kompleksləri ilə bağlı sanksiyalarını elan edəcək. Türkiyə beynəlxalq aləmdə təklənirmi?

– Xeyr. Türkiyənin nüvə silahı olan Pakistan kimi silahdaşı var. Pakistan hər zaman Türkiyənin arxasında durub. Elə İslamabadın Azərbaycana da xoş münasibəti var. Digər tərəfdən, Rusiya ilə Türkiyə arasında hərbi alış-veriş siz deyən təhlükənin qarşısını alır. Zənnimcə, Aralıq dənizində Türkiyə ilə bağlı yaradılan problem danışıqlar yolu ilə həllini tapacaq və Avropa real durumu qəbul etməli olacaq. Bilirsinizmi, Türkiyəni sıxdıqca Türkiyə öz gücünü toparlaya bilir. Amma təzyiq olmayanda özünü boş buraxır və bəzən səhvlər edir. Türkiyəni dövlət kimi sıxdıqca isə bu ölkə güclənir, potensial artır.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
Hamısı