"Ölümün gözünə baxanda insan heç nəyi görmür" Xalq artisti Şamil Süleymanlı

Müsahibələr 18:36 02.08.2019

Bu gün Milli kinomuzun yarandığı gündən 121 il ötür. Bu münasibətlə Eurasia Diary müasir kinomuzun tarixində yadda qalan, tamaşaçılar tərəfindən xüsusi rəğbət qazanan filmlərdən biri “Yarımçıq xatirələr”də rol alan xalq artisti, aktyor Şamil Süleymanlıdan müsahibə alıb.

- Şamil bəy, “Yarımçıq xatirələr” filmində kamança ifaçısı Səməd roluna necə dəvət aldınız?

 - Mən rejissor Elxan Cəfərovun bütün filmlərində rol almışam. “Yarımçıq xatirələr” filminin ssenarisini oxuyandan sonra gəlib onu qucaqladım və dedim ki, sən məni özümdən yaxşı tanıyırsan. Azərbaycan Dillər Universitetində bir xanım müəllimə mənə alman dilini öyrətdi. Belarusiyadakı çəkilişlərdə alman dilini bilənlər dedilər ki, nə yaxşı, düzgün tələffüz edirsən. Sonra xalq artisti Munis Şərifov mənə kamançada ifa etməyi öyrətdi. Bu mənim ən sevimli rollarımdan biridir. Çoxdan idi ki, köhnə Bakılı obrazını oynamaq istəyirdim. Filmdə belə bir epizod var. Səməd deyir: “Bir məclisdə mən Seyid Şuşinskini müşayiət etmişəm”. Bilirsinizmi, bütün musiqiçilər, muğamsevərlər üçün bu ən böyük zirvə sayılır. İkinci məqam: “Bir məclisdə Bülbül soruşur. Bu oğlan kimdir?” Bu ifadələr mənim əlavəm idi.

- Müharibə mövzusunda çəkilən filmlərdə oynamaq necə bir hissdir?

- Mən yazıçı Ənvər Yusifoğlunun uşaqları ilə dost idim. O, həmişə bizə Sibirdə sürgündə olduğu dövdən danışırdı. Mən filmdə saçımın düzümünü, gülüşü və s. ondan götürmüşdüm. Mikayıl Müşfiqin repressiya dövründə çəkilmiş son şəkli var, sinəsində nömrə. Çalışmışam ki, o şəkildəki qorxu ifadəsini filmdə verə bilim.

- Qarabağ mövzusunda çəkilən kinolarımızda ermənilər təbii ki, düşmən kimi təsvir olunur. Bu filmdə isə İkinci Dünya müharibəsi ilə bağlı səhnələrdə xalqların dostluğu da yer alır... 

- Orada əsas odur ki, ölüm düşərgəsində insanlar bir anda hər şeyi unudurlar. Hansı millətdən olduqlarını da. Hamı ölümün gözünə baxır. Ölümün gözünə baxanda isə insan heç nəyi görmür.

- Səməd obrazı tamaşaçıya hansı mesajı verir?

- Səməd üçün ölümlə üzbəüz olsa belə, insan ləyaqəti hər şeydən üstündür.

- Azərbaycanda müasir dövrdə çox sayda kommersiya filmləri çəkilir. Onlara münasibətiniz necədir?

- Hər şeyin təzəsi ilk vaxtda xoşa gələ və ya gəlməyə bilər. Bəzi yerləri yaxşı, bəzi yerləri pis hesab olunacaq. Bizdə bu proses cəmi on ildir ki, başlayıb. Bəzən özüm də deyirəm ki, zövqlər korlanıb. Lakin bu gün tamaşaçılar yaxşını pisdən ayırmağı bacarır.

- Keçmiş kinolarımız arasında tarixi və müharibə mövzusunda olan kinolara daha çox rast gəlinirdi. İndi isə daha çox komediya çəkilir. Sizcə bunun səbəbi nədir?

- Bilirsiniz, komediya janrı əslində çox çətin bir janrdır. Düşünürəm ki, bu seçimi edənlər komediyanın nə dərəcədə ağır olduğundan bir balaca xəbərsizdirlər.

- Ən sevdiyiniz tərəf müqabili kim olub?

- Hamısı, konkret ad çəkə bilmərəm.

- Gənc nəsil sizi qane edirmi? Cavan aktyorlardan potensialı olanlar varmı?

- Bəli, hətta cavanlar bizdən daha güclüdürlər. Onlar xarici dil bilir, təhsilləri var. İndiki dövrdə film hazır olmamış artıq jurnallar, qəzetlər gəlir, onların reklamları gedir. Bunları biz görməmişik. İndi hər cür şərait var. Görün neçə dənə studiya var. Film yarı olmamış jurnalistlər onun piyarı ilə məşğul olur.

Sonda bütün kino sevərləri, kino aşiqlərini böyük kinomatoqrafiyaçılar ailəsi adından təbrik edirəm. Bu gün çox sevinirik. Möhtərəm cənab prezidentimiz bizə maliyyə ayırıb. Hazırda bu sahədə qızğın iş gedir. Buna görə ölkə prezidentinə minnətdarıq.

Müsahibəni götürdü: Gülnar SƏLİMOVA

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Hamısı