“Vostok” Media Holdinqinin azərbaycanlı vitse-prezidenti “Azərbaycanla bağlı proyektlərimiz olacaq”

Müsahibələr 14:57 07.08.2019

Xəbər verdiyimiz kimi, Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib. Belə ki,  gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.

Eurasia Diary modern.az-a istinadən Şəhriyar İmanbəyli ilə müsahibəni təqdim edir.

- Şəhriyar bəy, öncə sizi daha yaxından tanıyaq. Harada doğulmusunuz? Orta və ali təhsli harada almısınız?

 - 1991-ci ildə Hacıqabulda müəllim ailəsində dünyaya gəlmişəm. Orta məktəbi də rayonda bitirmişəm. Daha sonra Azərbaycan Ictimai-Siyasi Universitetinin jurnalistika fakultəsini bakalavr olaraq başa vurmuşam. Ali təhsilimi başa vurandan sonra Sərhəd Qoşunlarında hərbi xidmət keçmişəm. Hərbi xidmətimi bitirəndən sonra Türkiyəyə getmişəm. Türkiyənin Marmara Universitetində jurnalistika təhsili ilə bağlı bir neçə kursa qatılmışam. Qısamüddətli olaraq vətənə geri dönəndən sonra Amerikaya yollanmışam. Amerikanın Corctaun Universitetində master-klass təhsili almışam. Həmin müddət ərzində Amerikanın “Vaşinqton Post” qəzetində  və CNN kanalında təcrübə keçərək, ştatdankənar işçi kimi fəaliyyət göstərmişəm. Oradakı təhsilimi başa vurandan sonra fikirləşdim ki, Rusiyaya yollanım və oradakı media sahəsi ilə maraqlanım. Media sahəsində Rusiyanın əsas ürəyi olan  “Ostankino”ya getdim və orada da təhsil aldım. 

- Bir çox yerlərdə jurnalistika təhsilini davam etdirsəniz də, gənc olaraq Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçildiniz. Bu etimad necə baş verdi?

- Birdən-birə olmadı. Rusiyada olanda “Xəzər” TV-nin Rusiya müxbiri kimi iş təklifi aldım. Ona görə də  Rusiyada qalıb işləməyə başladım. Əslində iş təklifləri çox idi. Ancaq Rusiyada qalmağı nədənsə daha üstün tutdum. 2 il bundan öncə Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının Beynəlxalq əlaqələr fakultəsinə magistr olaraq qəbul olunmuşam. Hazırda dövlət xətti ilə təhsilimi davam etdirirəm. Eyni zamanda, mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm. Rəhbərlik daha öncədən məni tanıyırdı. Görəcəyim işlər və nəyə qadir olduğunu bilirdi. Yəqin ki, buna görə etimadnamə göstərib və belə bir vəzifəyə təyin etdilər.

 - Hazırda Rusiyada qeyri-millətlərdən olanlara qarşı münasibət necədir?

- Rusiyada qeyri-millətdən olanlara qarşı 1990-cı illərlə müqayisədə böyük fərq var. Həmin illərdə ruslar daha çox millətpərəst idilərsə, bu gün elə ab-hava yoxdur. Anlayırlar ki, Rusiya böyük dövlətdir və orada bir çox xalqların nümayəndələri yaşayır. Həmçinin, Rusiyada miqrantlar da çoxdur. Bir çox insanlar işləmək üçün Rusiyaya üz tutur. Nisbətən fərqlilik olsa da, şovinist elementləri yoxdur. 

- Dediyiniz kimi, Rusiyada qeyri-millətlərin nümayəndələri daha çox yaşayır. Həmçinin soydaşlarımızın da sayı çoxdur. Rusiyada yaşayan azərbaycanlılarla münasibətləriniz hansı səviyyədədir?

- Rusiyada yaşayan azərbaycanlılarla münasibətlərim var. Təbii ki, onlarla ünsiyyətdə olmaq xoşdur. Yad məmləkətdə öz həmvətənini görmək, onunla ünsiyyət qurmaq, darıxmaq hissini aradan qaldırır. Hər bir soydaşımızla normal əlaqələr qurmuşam və hesab edirəm ki, bu sonuna qədər bu formada davam edəcək. 

- Rusiya televiziya kanallarına ekspert kimi çıxan Fuad Abbasov vardı ki, bu yaxınlarda Azərbaycana ekstradisiya olundu. Yeganə azərbaycanlı idi ki, Rusiya efirlərinə çıxıb siyasi polemikalarda iştirak edirdi. Gələcəkdə sizin də Rusiya kanallarına çıxmaq fikriniz varmı? Ümumiyyətlə, hər hansı təklif almısızmı?

- Hazırda beynimdə efirlərə çıxmaq və ekspert kimi çıxış etmək fikrim yoxdur. Fuad Abbasovu da tanıyıram və çox yaxşı münasibətlərimiz olub. Hazırda Rusiya kanallarına çıxmaqla bağlı nə təklif almışam, nə də belə planım var. Çünki bizim “Vostok” televiziya kanalımızın işləri o qədər çoxdur ki, orada görəcəyimiz işlər Azərbaycan və  xalqımız üçün çox önəmli rol oynayacaq. Hesab edirəm ki, həmin televiziyaya biz kimlərisə ekspert olaraq dəvət edəcəyik. Ancaq nə zamansa Rusiya telekanallarından efirə çıxmaq üçün təkliflər olarsa, dəyərləndirə bilərəm.

- Rusiyada ermənilər də çoxluq təşkil edir. Azərbaycanlının belə bir vəzifəyə təyinat almasına necə reaksiya verdilər?

- Açığı belə bir sualı gözləyirdim. Ermənilər tərəfindən bizə qarşı hər zaman paxıllıq olub. Düşünürəm ki, bu həmişə olacaq. Bəlkə də kollektiv arasında da belə hallar var, ancaq bunu hiss etmirəm. Valeri İlişayevin  bizə qarşı etimadı var  və çalışacağıq ki, o etimadı doğruldaq.

- “Vostok” Media Holdinqə azərbaycanlıları da dəvət etməyi düşünürsünüzmü?

- İşini bilən insanlara hər zaman hər yerdə qapı açıqdır. Təbii ki, azərbaycanlıları da dəyərləndirməyə çalışacağıq. Peşəkarlıqdan söhbət gedirsə, bu çox vacib məsələdir. Jurnalistika elə sahədir ki, “filankəs bacımoğlu, xalamoğludur” prinsipi ilə idarə oluna bilməz. Burada mütləq peşəkarlıq və istedad zəruri rol oynayır. Təbii, Azərbaycanla bağlı planlarımız var və “Vostok” televiziyasında həmin planları həyata keçirəcəyik. Azərbaycanla bağlı həyata keçirəcəyimiz proyektlər, planlar barədə ətraflı öncədən məlumat vermək istəmirəm. Zamanla bunların şahidi olacaqsınız. 

- Şəhriyar bəy, ailəlisiniz. Təhsilinizi davam etdirmək üçün fasiləsiz olaraq Amerikada, Türkiyədə, Rusiyada yaşamalı olmusunuz. Ailə qurmaq  məsələsində seçiminiz və qərarınız sizə məxsusdurmu?  Xanımızla harada tanış olmusunuz? 

- Maraqlı sualdır. Həyat yoldaşımla Moskvada tanış olmuşuq. Deməli seçim və qərar da mənə məxsusdur. O vaxtlar  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  rəhbərlik etdiyi AMOR gənclər təşkilatının Plexanov Universiteti üzrə sədr idi.  Həyat yoldaşım Plexanov Universitetinin hüquq fakultəsinin məzunudur. 2016-cı ildə ailə həyatı qurduq. Ömrə adlı oğlumuz var. Hazırda həyat yoldaşım Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

- Sizin işiniz bundan sonra Rusiya ilə əlaqəli olacaq. Çünki işinizi orada davam etdirirsiz. Ailə olaraq  tam köçməyi düşünürsüzmü?

- Təbii, gələcəkdə bu işə baxacağıq. Hər halda, ortaq nöqtə tapacağıq. 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı