Deputat Siyavuş Novruzov müğənni Afaq Aslanla fotosundan danışdı “Damla ilə də...”

Müsahibələr 18:04 13.08.2019

“Mənim Damla ilə də şəklim var; hamı bir-biri ilə şəkil çəkdirirdi”

Eurasia Diary xəbər verir ki, Milli Məclisin komitə sədri Qurban bayramı və seçkilərlə bağlı Musavat.com-un suallarını da cavablandırıb; YAP-ın icra katibi 4 qurban kəsib, birini vaxtilə yaşadığı yataqxanaya paylatdırıb.

Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Musavat.com-un suallarını cavablandırıb. Hakim partiyanın funksioneri bildirdi ki, yay tətili olsa da, o, YAP-ın mərkəzi qərargahında, iş başındadır. Fürsətdən istifadə edib komitə sədrinə Qurban bayramından tutmuş, seçkilərə, həmçinin sosial şəbəkələrdə geniş müzakirə olunan müğənni Afaq Aslanla fotosuna qədər çox məsələlər barədə suallarımıza cavab istədik, məmnuniyyətlə cavablandırdı.

- Siyavuş bəy, İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq fikriniz maraqlıdır, Qurban bayramı necə keçir?

- Çox yaxşı keçir. Azərbaycan xalqı öz milli-dini ənənələrinə sadiq qalaraq, bayramı qeyd edir. Hamı bir-biri ilə bayramlaşır. İmkanı olan şəxslər qurban kəsir, imkansızlara paylayır. Yəni bu, çox nümunəvi bayramdır. Doğrudan da Qurban bayramı Azərbaycanda çox yüksək səviyyədə keçirilir.

- Özünüz qurban kəsdinizmi?

- Bəli , kəsdim. Hər dəfə olduğu kimi, bir qurbanı vaxtilə yaşadığım yataqxanaya, orda yaşayanlara apardım. Yasamalda yerləşən aspirantlar yataqxanasıdır. Mən 1990-98-ci illərdə orda yaşamışam. Artıq neçə illərdir ki, hər Qurban bayramında bir yaxşı qoç kəsirəm və ordakı bütün mənzillərə paylanılır. Orda yaşayanlar məni yaxşı tanıyır. Bundan əlavə, 3 qurbanlıq da kəsdim. İnsanlar var ki, onların imkanlarının olmadığını bilirəm, onların arasında bölüşdürüldü. Yəni mənim tərəfimdən 4 qurbanlıq kəsildi.

- Siz neçəyə aldınız qurbanlıqları?

- Çəkisindən asılıdır da. Mən çalışdım ki, nisbətən iri heyvan olsun. İriləri təxminən 200 manata oldu. Ətin qiyməti ilə eyni oldu.

- Maraqlıdır, iqtidar təmsilçisi müxalifətçi imkansızlara da qurban payı göndəribmi?

- Vallah, tanısam, bilsəm, göndərərəm. Məsələn, adamlar var ki, xalq hərəkatında iştirak edib, onlarla ünsiyyətim var. Çətinlikləri olanda, müalicəyə ehtiyacları yarananda, Allah uzaq eləsin, yası düşəndə həmişə yardım edirəm.

- Təəssüf ki, söz savaşları bayram günləri də davam etdi. Daha yaxşı olmazdımı bayramın ruhuna uyğun olaraq iqtidar və müxalifətdən bir-birinə ünvanlı bayram təbrikləri gəlsin?

- Cənab prezident, Birinci vitse-prezident bütün xalqın bayramını təbrik elədi, bayram təbriklərini, xoş arzularını, istəklərini çatdırdı. Faktiki olaraq onlar da (müxalifətçilər də-E.P.) xalqın nümayəndəsidir. Hər halda, burda qarşılıqlı olmalıdır da. Ümumiyyətlə, bu, xalq bayramıdır. Xalqın içində iqtidar da var, müxalifət də, bitərəf də.

- Düşərgələrarası ziddiyyətlərin dərinləşməsi milli birliyə zərbə vurur. Xüsusilə də Qarabağ məsələsinin həlli baxımından birlik olduqca zəruridir. Razılaşırsınızmı?

- Təbii ki. Biz Dağlıq Qarabağla bağlı bir neçə tədbir keçirdik, müraciətlər etdik. Azərbaycandakı siyasi partiyaların çoxu, həmçinin parlament partiyaları iştirak elədi. Həmçinin Xocalı soyqırımı və digər məsələlərlə bağlı müxtəlif təşkilatlara, siyasi partiyaların adından müraciətlər göndərdik. Bir neçəsi qoşulmadı, yerdə qalan bütün partiyalar bu məsələdə həmrəydir.

- Siyavuş bəy, hazırda istirahət edirsiniz, yoxsa yenə də iş başındasınız?

- Parlamentdə hələlik tətildir. Amma partiyada tətil yoxdur, seçkilərə hazırlıq işləri gedir. Partiyanın İdarə Heyətində seçkilərə hazırlıq müzakirə olundu və qərar qəbul edildi. İdarə Heyətinin tapşırığına uyğun olaraq biz seçkilərə yavaş-yavaş hazırlaşırıq. Bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. Burada sənədləşmə işi həddindən artıq çoxdur. Bələdiyyə üzvlüyünə təxminən 18 min namizəd irəli sürəcəyik. Hər bir bələdiyyə üzvü üçün azı 70 səhifə material hazırlamaq lazımdır. Bundan əlavə, dairələrə, məntəqələrə müşahidəçi lazımdır. 125 dairə, 5 mindən artıq məntəqədir, həmçinin məşvərətçi səs hüquqlu üzvlərdir.

- Deməli, söhbət birmənalı şəkildə bələdiyyə seçkilərinə hazırlıqdan gedir, parlament seçkilərindən yox, eləmi?   

- Bəli, bələdiyyə seçkilərindən söhbət gedir. Amma bu da var ki, prezident seçkilərində namizəd üçün hansı sənəd tələb olunursa, bələdiyyə seçkilərində də o sənədlər tələb olunur. Gələcəkdə yəqin bu məsələ müzakirə olunacaq ki, burada qanunvericiliyə dəyişiklik olunsun.

- Siyavuş bəy, bu günlərdə Xəzər sahilində YAP-ın təşkilatçılığı ilə vacib bir aksiya keçirildi. Amma maraqlısı budur ki, Xəzər sahillərinin tullantılardan təmizlənməsinə həsr olunmuş tədbiriniz qaldı bir kənarda, daha çox sizin modelyer Afaq Aslanla fotonuz sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Bu, sizinçün gözlənilən idi?

- Biz orda əsasən “Xəzəri qoruyaq” devizi altında aksiya keçirdik, çoxlu sayda plastik məmulatlar topladıq. O tullantılar hamısı yığıldı, maşınlarla yola salındı. Bu tədbirə Azərbaycanın incəsənət nümayəndələri də dəstək oldu, həm aksiyanın özündə iştirak etdilər, həm də sonradan musiqi nömrələri ilə çıxış etdilər. Hər birisi də müxtəlif şəxslərlə şəkil çəkdirdilər. Mən burada heç bir qəbahət görmürəm. Ondan sonra bizim çox böyük bir aksiyamız Xaçmaz Olimpiya Kompleksində oldu. 4 minə yaxın insan iştirak etdi. Tədbir idmançılara dəstək, gənc nəslin tərbiyəsi, qorunması və onların idmana cəlb olunması adı altında keçirildi. Burada 4 federasiya həm məşqçilərin, həm də orda idman edəcək şəxslərin bütün xərclərini öz üzərinə götürdü. Həmçinin idmançıların geyim xərcləri də qarşılanacaq. Bu idman növləri boks, cüdo, taekvando və uşaq futboludur.

- Çox gözəl təşəbbüsdür, yalnız alqışlamaq lazımdır. Çox yaxşı olar ki,  üzgüçülük idman növü də buraya daxil edilsin, həm də ölkə boyunca. Siyavuş bəy, yenə qayıdım sosial şəbəkələrin müzakirə etdiyi mövzuya. Dediniz ki, incəsənət nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Amma Afaq Aslanın iştirakından daha çox danışıldı.

- Yox, mənim Damla ilə də şəklim var. Hamı bir-biri ilə şəkil çəkdirirdi. Gənclər daha çox şəkil çəkdirməyə meyl edirdi.

- Tədbirədək Afaq Aslanı, Damlanı tanıyırdınız?

- Əlbəttə ki, tanıyırdım.

- Onlar da YAP üzvüdür?

- Onların içərisində partiya üzvü olan da var, olmayan da. Təəssübkeşi də var. Onların da bir qrupu partiya üzvü olmaqla bağlı müraciət edib.

- Afaq Aslan da?

- Çoxu müraciət edib. Amma yerli təşkilatlara, mərkəzi təşkilatlara yox.

- Şəkil çəkdirərkən nədən danışdınız?

- Vallah, mənim başım qarışıq idi. Orda 30-a yaxın millət vəkili iştirak edirdi. Başımız tədbirə qarışmışdı. Mənim şəkil çəkdirməyə və yaxud başqa şeyə həvəsim yox idi.

- Bildiyimə görə Facebook-da yoxsunuz. Amma sizin fotonuzu çoxsaylı istifadəçilər paylaşdı.

- Hər bir incəsənət aləmində olan insan, yaxud digərləri sosial şəbəkələrdə paylaşım edir, burda nə var ki? Hər şeyi şişirdib dağın başına qoymağın heç bir mənası yoxdur.

- Toliklə deputat Tahir Rzayevin mətbuat üzərində mübahisəsi olmuşdu. Amma tədbirdə qoşa dayanmışdılar, bu da maraqla qarşılandı. Barışdılarmı?

- Sonradan Tahir müəllim dedi ki, elə söz deməyib.

- Belə görünür ki, siz incəsənət nümayəndələrinin YAP-da olmasını normal qarşılayırsınız, eləmi?

- Tam normaldır. YAP xalq partiyasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına və Siyasi partiyalar haqqında Qanuna  görə, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı partiyaya müraciət edə və üzvü ola bilər. Onun hər hansı fəaliyyətinə, ixtisasına, ya da yaşına görə qadağa qoymaq qanunaziddir.

- Dediniz işləyirsiniz. Bəs, tətil müddətində hardasa dincəlmədiniz?

- Yox, heç yerdə olmamışam. Hələ ki, Bakıdayam.

- Naxçıvana da getməmisiniz?

- Hələ gedə bilməmişəm Naxçıvana. Çünki burada işlərimiz çoxdur. Çindən çoxlu qonaqlarımız gəldi, onları qarşıladıq, konfrans keçirdik, yola saldıq.

- Bir neçə ay əvvəl demişdiniz ki, oğlum da deputat olmaq istəyir. 2020 seçkilərinə hazırlaşır?

- Yox, hələ onun yaşı düşmür, 10-cu sinifdə oxuyur. İndi qərar verib ki, təhsil almağa hərbi məktəblərin birinə getsin.

- Demək, hərbçi olmaq istəyir?

- Bəli. Ya Naxçıvanskiyə, ya başqa hərbi akademiyalardan birinə qəbul olmaq istəyir.

- Bəs, siz necə, oğlunuzu zabit olaraq görmək istəyirdiniz?

- Bəli, əlbəttə ki.

- Deməli, general olmaq istəyir?

- (Gülür) Bəli, inşallah!

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO
09:43 28.03.2024
Sonuncu yarımfinalçı bəlli oldu
Sonuncu yarımfinalçı bəlli oldu
09:40 28.03.2024
Hamısı