"Rusiya sizin etiraz edən dilinizi dibindən qoparardı..." Qüdrət Həsənquliyev

Müsahibələr 19:36 13.08.2019
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda qonşu İran və Rusiyanın beynəlxalq hüquqa meydan oxumasını şərh edib, gündəmin digər aktual mövzusu ətrafında da fikirlərini bölüşüb:
 
- Qüdrət bəy, 1-ci Xəzər iqtisadi forumunda Rusiya və İran Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilişinə ekoloji məsələləri əsas gətirərək etiraz ediblər. Sizcə, Moskva və Tehranın belə bir gedişi gözlənilən idimi?
    
- İngilis dilində cinayət xarekterli əməli özündə ehtiva edən “bullying” sözü var. Mənası məktəblərdə fiziki baxımdan güclü olan xuliqanların zəif uşaqları qorxudub dəhşətə salması, öz iradələrini onlara qəbul etdirməsi mənasında işlədilir. Çox təəssüf ki, beynəlxalq münasibətlərdə də oxşar davranış sərgiləyən dövlətlər var. Məsələn, Rusiya heç kimdən icazə almadan Qara dənizin dibi ilə Türkiyəyə, Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri çəkir. Həm də beynəlxalq sulardan keçməklə. Amma Xəzərin dibinin orta xətt üzrə bölünməsinə baxmayaraq iki qonşu dövlətə eyni tipli kəmərin çəkilməsinə imkan vermir. Baxmayaraq ki, ən azı 4 Xəzəryanı ölkə Xəzərin dibindəki karbohidrogen ehtiyatları istismar edir və Xəzərin dibi ilə çəkilmiş neft və qaz kəmərlərinin uzunluğu min kilometrlərlə ölçülür. Türkmənistanın istismar etdiyi yataqlarla Azərbaycanın istismar etdiyi yataqlar arasında məsafə isə 40-50 km-dir.
Amma nə edə bilərik? Dünya beynəlxalq hüquqla, məntiqlə yox, cəngəllik qanunları ilə idarə olunur. Kim güclüdürsə o da haqlıdır. İrana gəldikdə isə guya bu ölkə Allahın qanunları ilə idarə olunur. Mən İran mollalarından soruşuram, əgər Türkmənistandan Rusiyaya belə bir kəmər çəkilsəydi etiraz edə bilərdinizmi? Rusiya sizin etirazı milçək vızıltısı hesab edər, etiraz edən dilinizi dibindən qopardardı. Amma bizi arxasız görüb dil uzadırsınız.İnşallah ilahi ədalət öz yerini gec -tez tapar.Yeri gəlmişkən həbsdəki əl öpən İran əlaltıları niyə cınqırını çıxarmır?
  
- Qüdrət bəy, Qarabağ Komitəsi yeni mitinqlər keçirmək istəyir, bu mitinqlərin problemin həllinə bir təsiri ola bilərmi?
  
- Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər.Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan  doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa onun ziyanı xeyirindən çox olacaq.
    
Qarabağ məsələsinə gəldikdə isə xalqımızın böyük əksəriyyəti müharıbə istəmir. Ona görə də mitinqə yüz minlərin çıxacağı inandırıcı deyil. Kimsə deyə bilər ki, camaat polis dəyənəyindən və repressiyalardan qorxur, ona görə mitinqə kütləvi çıxmır. Mən həmin adamlardan soruşuram, dəyənəkdən qorxan güllə qabağına gedər?!Xalqımız həm özünə güvənmir, həm də satqınların və xarici düşmənlərin müharibəni qələbə ilə başa çatdıracağımıza imkan verməyəcəyindən qorxur. İqtidar bunları görür və xalqın iradəsini nəzərə alır. Bunu nəzərə almayan iqtidar özü də iflasa uğrayar, ölkəni də uçuruma aparar. Xalqımız müharibə istəyir deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki, müharibə istəyən xalq istənilən iqtidarı müharibəyə başlamağa, yaxud istefaya getməyə məcbur edə bilər. Hamı başa düşür ki, problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə də xalqımızı müharibəyə, yəni qurbanlar verməyə və fədakarlıq etməyə hazırlamalıyıq. 5-10 nəfər siyasiləşmiş, vəzifə istəyən adamın ah-naləsi ilə iş düzəlməyəcək. Xalqımızı qələbəyə inandırmalıyıq.(moderator.az)
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Hamısı